axşamçağı Peyğəmbərin məscidində oturub o Həzrətin əzəməti və Allahın ona əta etdiyi şərəf
fəzilət və s. barədə fikirləşirdim. Bu vaxt Zənadiqə firqəsindən olan ibn Əbül-Əvca məscidə daxil
olub bir yerdə oturdu. Mən onun söhbətini eşidirdim. Dostlarından biri də gəlib onun yanında
oturduqdan sonra bu iki nəfər İslam Peyğəmbəri barədə nə isə danışmağa başladılar. İbn Əbül-
Əvca dedi: “Ağlım adında heyran qalmış işlərində çaş-baş qalmış Məhəmmədin (səlləllahu əleyhi
və alih) adından əl çək onun gətirdikləri barədə söhbət et.” Sonra onlar Allah-taala barədə söhbət
etməyə başladılar. Söhbətlərinin nəticəsi belə oldu ki bu dünyanın heç yaradanı yoxdur hər şey
öz-özünə təbiətdə yaranmışdır. Bu həmişə belə olub və belə də olacaq.”
Müfəzzəl sonra əlavə edib deyir: Bu axmaq və əsassız sözləri Allah rəhmətindən uzaq düşmüş bu
şəxsdən eşitdikdə hirsimdən dayana bilməyib dedim: “Ey Allahın düşməni! Kafir olmusan? Səni
ən gözəl surətdə yaratmış müxtəlif hallardan çıxarıb nəhayət bu həddə yetirən Allahı inkar
edirsən? Əgər özünə nəzər salıb bir az fikirləşsən Allahın nişanələrini elə öz vücudunda müşahidə
edərsən. Görərsən ki Onun elm və hikmət nişanələri sənin öz vücudunda cəmlənmişdir.”
İbn Əbül-Əvca dedi: “Ay kişi əgər sən mütəkəllimlərdənsənsə (əqaid elmindən xəbərdar olub
bəhs və münazirədə mahirsənsə) səninlə onların dilində danışım əgər bizi məğlub etsən sənə tabe
olacağıq. Yox əgər onlardan deyilsənsə səninlə söhbət etməyin faydası yoxdur. Əgər Cəfər ibn
Məhəmməd Sadiq əleyhissəlamın dostlarındansansa heç onun özü bizimlə bu cür söhbət etmir. O
bizim bu sözlərimizi səndən də çox eşidib ancaq bizi acılamayıb və bizimlə söhbətdə ədəb-ərkanı
qoruyub saxlayıb. O səbirli təmkinli və ağıllı adamdır heç vaxt qəzəb onu üstələyə bilmir. Bizim
sözlərimizi dinləyir ürəyimizdə nə varsa deyirik elə bilirik ki ona qalib gəlmişik o isə çox az
söhbətlə hüccəti bizə tamamlayır. Belə ki daha ona cavab verə bilmirik. Əgər sən də onun
tərəfdarlarındansansa onda ona layiq şəkildə bizimlə söhbət et.”
Mən qəmli halda məsciddən çıxdım. İslam və müsəlmanların bu cür kafirlərə və onların Allahı
inkar etmələri barədəki şəkk-şübhələrinə mübtəla olması barədə fikirləşirdim. Ağam İmam Sadiq
əleyhissəlamın hüzuruna gəldim. İmam məni qəmgin və fikirli görüb soruşdu: “Sənə nə olub?”
Mən o kafirlərin sözlərini İmam əleyhissəlama dedim. İmam (əleyhissəlam) buyurdu: “Sənin
üçün Allahın, dünyanın – heyvanların yırtıcıların həşəratların quşların ümumiyyətlə, hər hansı bir
canlının istər insan olsun istər heyvan istərsə də bitki - meyvəli ağaclar meyvəsiz ağaclar
yeyilməli bitkilər yeyilməyən bitkilərin - yaradılmasında olan hikmətini açıqlayacağam. Qoy ibrət
götürənlər ondan ibrət götürsün və möminlər onunla öz mərifətlərini artırsın kafir və inadkarlar
isə ona heyran qalsınlar. Sabah səhər bizə gəl...”
Bu söhbətdən sonra Müfəzzəl dörd gün ardıcıl olaraq İmam Sadiq əleyhissəlamın hüzuruna getdi.
İmam Sadiq (əleyhissəlam) insanın yaranışı yaranışın əvvəli zahiri və batini qüvvələr insanın fitri
sifətləri insanın bədən üzvləri müxtəlif növ heyvanların yaranışı və eləcə də, yer-göyün yaranması
bəla və təbii fəlakətlərin fəlsəfəsi və bir çox başqa məsələlər barədə söhbət etdi və Müfəzzəl də
onları qeydə aldı.
İmam Sadiq (əleyhissəlam) məktəbinin genişliyi
İmam Sadiq (əleyhissəlam) o dövrün bütün ideoloji və əqidəvi qurumları ilə üzləşmiş İslam və
şiəçiliyin mövqeyini onlar üçün aşkar edərək İslam dünya görüşünün onlardan üstün olduğunu
sübuta yetirmişdir.
İmam Sadiq əleyhissəlamın əzəmətli elmindən təkcə şiələr deyil eləcə də sünni məzhəbinin
nümayəndələri də faydalanırdılar. Sünni məzhəbinin tanınmış rəhbərləri bilavasitə ya da hər hansı
bir vasitə ilə o Həzrətin şagirdləri olmuşlar. Bu rəhbərlərin önündə Əbu Hənifə durur. O iki il
İmam Sadiq əleyhissəlamın şagirdi olmuşdur. Əbu Hənifə bu iki ili öz elminin bünövrəsi kimi
qeyd edərək deyir: “Əgər o iki il olmasaydı Noman (Əbu Hənifə) həlak olardı.”
İmam Sadiq əleyhissəlamın şagirdləri Kufə Bəsrə Vasit Hicaz və digər müxtəlif şəhərlərdən
həmçinin, Bəni–Əsəd Məxariq Teyy Süleym Qətəfan Əzd Xüzaə Xəsəm Bəni-Zəbbə Qüreyş
xüsusilə də, Bəni-Haris ibn Əbdülmüttəlib və Bəni-Həsən qəbilələrindən olmuşlar.
İmam Sadiq (əleyhissəlam) məktəbinin genişliyi haqqında bu yetər ki İmam Riza əleyhissəlamın
şagirdlərindən olan (və neçə il İmam Sadiq əleyhissəlamdan sonra yaşayan) böyük hədisçilərdən
biri olmuş Həsən ibn Əli ibn Ziyad Vəşşa deyir: “Kufə məscidində hamısı Cəfər ibn Məhəmməd
əleyhissəlamdan hədis söyləyən doqquz yüz hədis müəllimi gördüm.”
İbn Həcər Əsqəlaninin dediyinə görə Şübə Süfyani Suri Süfyan ibn Üyeynə Malik İbn Cərih Əbu
Hənifə Musa ibn Əbu Hənifə Vəhib ibn Xalid Qəttan Əbu Asim və bu kimi bir çox digər fəqih və
hədisçilər İmam Sadiq əleyhissəlamdan hədis söyləmişlər. Şafei yazır: “Onun (İmam Sadiq
əleyhissəlamın) tövhid və digər sahələrdə qiymətli kəlamları var. Onun şagirdi olmuş Cabir ibn
Həyyan beş yüz risalədən ibarət olan min vərəqli bir kitab yazmışdır.”
İmam Sadiq (əleyhissəlam) öz şagirdlərinin hər birini onun istedadına uyğun olan sahədə
yetişdirir nəticədə şagirdlərinin hər biri hədis təfsir əqaid və bu kimi elmlərin biri və ya ikisində
mütəxəssisə çevrilirdi. Bəzi vaxtlar İmam Sadiq (əleyhissəlam) onunla elmi bəhs və münazirə
etmək istəyən şəxslərə bildirirdi ki onun həmin sahədə mütəxəssis olmuş tələbəsi ilə bəhs etsin.
Hişam ibn Salim deyir: “Bir gün İmam Sadiq əleyhissəlamın bir neçə dostu ilə birlikdə o Həzrətin
yanında oturmuşduq. Bu vaxt Şam şəhərindən olan bir kişi icazə istəyib məclisə daxil oldu. İmam
ona əyləşmək üçün yer göstərdi. Sonra ondan soruşdu: “Nə istəyirsən?” Şam şəhərindən olan kişi
dedi: “Eşitmişəm ki siz camaatın bütün suallarına cavab verib çətinliklərini həll edirsiniz mən də
gəlmişəm sizinlə elmi bəhs edəm.” İmam Sadiq (əleyhissəlam) buyurdu: “Hansı mövzuda bəhs
etmək istəyirsən?” Şam şəhərindən olan kişi dedi: “Quranın qiraəti barədə.” İmam Sadiq
(əleyhissəlam) üzünü Həmrana tutub buyurdu: “Həmran bu kişinin cavabı sənin öhdənədir.”
Şamdan olan kişi dedi: “Mən Həmranla yox məhz Sizinlə bəhs etmək istəyirəm.” İmam Sadiq
(əleyhissəlam) buyurdu: “Əgər Həmranı məğlub etsən elə bil ki məni məğlub etmisən.” Şam
şəhərindən olan kişi çarəsiz qalıb Həmranla bəhsə başladı. Nə dedisə Həmrandan qəti və
qaneedici cavab eşitdi. Belə ki nəhayət yorulduğu üçün bəhsi davat etdirməkdən əl çəkdi.
İmam Sadiq (əleyhissəlam) buyurdu: “Həmranın səviyyəsi necədir?”
Şamlı kişi: “Doğrusu Həmran çox mahirdir nə soruşdumsa layiqincə cavab verdi. İndi istəyirəm
sizinlə lüğət və ərəb ədəbiyyatı barədə bəhs edəm.”
İmam Sadiq (əleyhissəlam) üzünü Əban ibn Təğlibə tutub buyurdu: “Onunla bəhs et!”
Əban ibn Təğlib onun bütün suallarına cavab verib onu susdurdu.
Şam şəhərindən olan kişi dedi: “İstəyirəm fiqh (şəriət elmi) sahəsində sizinlə bəhs edəm.”