Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə6/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   2   3   4   5   6   7   8   9   ...   168

 

18

Bununla əlaqədar “Kaspi” qəzetində Əhliyevin “Səhnənin tərbi-



yəvi əhəmiyyəti”

1

 məqaləsi dərc edilmişdi. Müəllif xalq kütlələ-



rinin estetik tərbiyəsi haqqında bir sıra müddəalar söyləmişdir.  

Ü.Hacıbəylinin cavabından sonra (Hacıbəylinin cavabı sonra 

veriləcəkdir)  Əhliyev yeni müddəalarla çıxış etmişdir. Onun 

Hacıbəyliyə etirazları əsasən aşağıdakılar idi: “Mürəkkəb şeyləri 

yaxşı başa düşmək üçün, sadə  şeyləri anlamağı bacarmaq la-

zımdır” – deyirdi. 

Opera mürəkkəb janrdır və Azərbaycan xalqı onun qavranıl-

ması üçün hazır deyil

2

. Əhliyev bu məsələni dəqiqləşdirərək ya-



zırdı: “Mən səhnə  sənətinin incəliklərini asanlıqla başa düşən 

ayrı-ayrı xoşbəxt şəxsləri yox, ciddi və düzgün tərbiyəyə ehtiya-

cı olan xalqımı nəzərdə tuturam”

3



Elə bu səbəbə görə, Əhliyev Azərbaycan operasının əhəmiy-

yətini inkar edirdi. Elə düşünmək olar ki, tənqidçi opera janrının 

qavranılmasını mürəkkəb saydığı üçün yüngül qavranılan səhnə 

əsərlərini və ilk növbədə operettanı müdafiə etməlidir. Lakin 

operetta da Əhliyevi təmin etmir. 

Azərbaycanda bu vaxt “Arşın mal alan”, “O olmasın, bu 

olsun” kimi həmin janrın klassik nümunələri tamaşaya qoyulur-

du ki, onlar yalnız Azərbaycanda deyil, onun hüdudlarından 

çox-çox uzaqlarda da böyük müvəffəqiyyət qazanmışdı. Əhliyev 

isə əsasən Azərbaycan operettalarını nəzərdə tuturdu. Hacıbəyli-

yə verdiyi cavabda Əhliyev yazır: “Mən bu günlər qəsdən bəzi 

müsəlmanların teatra getmələrinin səbəbini öyrəndim. Lakin ol-

duqca müxtəlif cavablar aldım: biri cavab verdi ki, Ağdamskinin 

oxumağını sevir, digəri deyir ki, Əliyevin komizmini çox sevir 

və s. (adlarını çəkdiyimiz aktyorlar məhz Ü.Hacıbəylinin opera 

və operettalarının ifaçıları idi).” 

Əhliyevin məqalələrində çoxlu dolaşıqlıq, düşünülməmiş fi-

kirlər var. O, janrların qəribə ierarxiyasını təyin edir, buna əsa-

                                                 

1

 Мамедов – Ахлиев. А. О воспитательном значении сцены. “Каспий”, 



1917, № 246. 

2

 “Kaspi” qəzeti, 1917, № 246. 



3

 Yenə orada. 




 

19 


sən janrlar belə ardıcıllıqla düzülmüşdür:  əvvəl faciələr, sonra 

dramlar, daha sonra isə “ağıllı süjetli” komediyalar gəlir. 

O, Meyerxoldun “Teatrın böhranı” kitabına istinadən təsdiq 

edirdi ki, dram səhnə  əsərləri digərlərindən daha qiymətlidir. 

“Məncə  qərəzsiz heç bir şəxs isbat etməz ki, operettaların tər-

biyəvi əhəmiyyəti dram əsərlərindən çoxdur” – deyə Əhliyev öz 

fikrini böyük inadkarlıqla təkrar edir. 

Səhnənin tərbiyəvi əhəmiyyətinin problemlərini Əhliyev çox 

ziddiyyətli və dolaşıq başa düşürdü. Bir tərəfdən o, xalq ilə sadə, 

aydın dildə danışmağa çağırır, digər tərəfdən isə Azərbaycan 

operettasının məşhurluğunu və aydınlığını tənqid edirdi. 

“Bizdə ciddi drama getdikdə, teatrda tamaşaçı aktyordan az 

olur, lakin operetta qoyulduqda tamaşaçı teatrı ağzına qədər dol-

durur, bu fakt onu aydın göstərir ki, camaat teatra səhnə sənətinə 

məhəbbət üçün deyil, əylənmək üçün gedir”.

1

 



Əhliyev doğru olaraq deyirdi ki, geri qalmış tamaşaçının 

zövqünə uyğunlaşmaq lazım deyil, lakin o, xalqın estetik tərbi-

yəsi məsələsini çox sadələşdirilmiş şəkildə başa düşürdü. Əhli-

yevin fikrincə, bizim vəzifəmiz öz xalqımızı ciddi tərbiyələndir-

məkdir, onda xoş əməllər oyatmaqdır, xalq öz mənəvi inkişafın-

da kifayət qədər qalxdıqda, onda onu necə deyərlər “dörd tərəfə 

buraxmaq olar”.

2

 Onu “dörd tərəfə” buraxmazdan əvvəl Əhliyev 



xalqı necə tərbiyələndirməyə çalışırdı? Lap sadə yolla: “operaya 

biz tədriclə yanaşmalıyıq, ondan başlamamalıyıq, operettalar 

haqda heç danışmağa dəyməz, onlar tərbiyəvi  əhəmiyyəti olan 

əsərlər dərəcəsinə heç yaxınlaşa bilməzlər”. 

Əhliyevin görüşləri ilə tanışlıq bir çox məsələlərdə Ü.Hacıbəy-

linin əks dəlillərinin pafosunu anlamağa kömək edir. Bu mübahisə 

şəxsi polemika hüdudlarından çox uzaqlara çıxır. Ü.Hacıbəylinin 

cavabları o dövrdə xalqın  əxlaqi-estetik tərbiyəsi probleminə aid 

olan görüşlərin bütün sistemini və beləliklə onun estetikasında xəl-

qilik probleminin bir çox müddəalarını aydınlaşdırır. Ü.Hacıbəyli 

Əhliyev ilə polemikada yalnız öz şəxsi opera və operettalarını de-

                                                 

1

 “Kaspi” qəzeti, 1917, 2 noyabr,  № 246. 



2

 Yenə orada. 




 

20

yil, öz dostlarının, həmfikirlərinin – M.Maqomayevin, Z.Hacıbəyo-



vun musiqili səhnə  əsərlərini müdafiə edirdi. İnqilabdan  əvvəlki 

opera və operettaların təcrübəsinə arxalanaraq, o öz estetik və icti-

mai prinsiplərini əsaslandırır. Bəstəkarın Əhliyev ilə mübahisəsinə 

belə ciddi və sübutlu münasibət elə bununla bağlıdır. 

Ü.Hacıbəyli yazırdı: “Mən musiqili əsərlərin zərəri və öz tər-

biyəvi roluna görə drama nisbətən üçüncü dərəcəli  əhəmiyyətə 

malik olması haqqındakı söhbətləri sadəcə olaraq musiqi sənəti-

nə qeyri-ciddi münasibət kimi izah edirəm”

1



Bəstəkar ilk növbədə sənətin janr və formalarının ierarxiyası-



na qarşı çıxış edirdi. “Opera, operetta, musiqili dram kimi əsər-

lərin tərbiyəvi  əhəmiyyətinin sübutsuz, dəlilsiz qətiyyətlə inkar 

edilməsi bir tərəfdən teatr və ümumiyyətlə teatr sənəti haqqında 

ictimaiyyətin şüurunda məhdud təsəvvür, habelə sənətin musiqi 

sahəsinə mənfi münasibət yaradır, digər tərəfdən, özlərini musi-

qi sənətinə  həsr etmək qərarına gəlmiş  gənc müsəlmanları  hə-

vəsdən salır, beləliklə, milli musiqinin inkişafı ləngidilir...”

2



Ü.Hacıbəyli bir-birinin ardınca  Əhliyevin bütün dəlillərini 

alt-üst edərək onun arqument sistemindən daşı daş üstə qoymur, 

tarixi, nəzəri və məntiqi dəlillər gətirir. 

Ü.Hacıbəyli  Əhliyevin “sillogizminə” gülür, dram gimnaziya-

dır, opera universitetdir, bizim xalq isə hələ ibtidai məktəb şagirdi-

dir; universitet kursunu müvəffəqiyyətlə keçmək üçün ibtidai mək-

təbin “şagirdi  əsaslı surətdə gimnaziya kursu keçməlidir”. “Əgər 

opera universitetdirsə, gimnaziya tamaşaçıya heç bir musiqi biliyi 

verməyən dram deyil, daha sadə musiqisi və şən məzmunu ilə ope-

radan fərqlənən, opera kimi mürəkkəb əsəri başa düşmək üçün ha-

zırlıq mərhələsi adlandırıla bilən operettaya daha uyğundur”. Bu fi-

kirdən sonra Ü.Hacıbəyli istehza ilə əlavə edir: 

“Axı tutaq ki, “Ömrümün günləri” dramına yüz dəfə tamaşa 

etməklə indi mən “Boris Qodunov” operasını dinləməyə hazı-

ram demək olmaz”

3



                                                 

1

 Гаджибеков У. О воспитательном значении сцены. “Каспий”, 1917, 



27 октября,  № 241. 

2

 Yenə orada. 



3

 Yenə orada. 




Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə