Microsoft Word II cild musiqi tarixi son 2017. doc



Yüklə 3,4 Mb.
Pdf görüntüsü
səhifə14/168
tarix25.06.2018
ölçüsü3,4 Mb.
#51224
1   ...   10   11   12   13   14   15   16   17   ...   168

 

43 


Əgər inqilabdan əvvəl Ü.Hacıbəyli öz istedadlı qələmini əsa-

sən publisist-satiraçı kimi işlədirdisə, sovet dövründə o, musiqi 

haqda məqalələr yazır, böyük tədqiqat işi aparır. Bu işlərin nəti-

cəsi 1945-ci ildə bitirdiyi “Azərbaycan xalq musiqisinin əsasla-

rı” fundamental tədqiqatı oldu. 

Ü.Hacıbəyli bu haqda belə yazırdı: “Azərbaycan xalq musi-

qisinin əsaslarını öyrənmək sahəsindəki işimin, bir bəstəkar ola-

raq, mənim üçün əməli  əhəmiyyəti o oldu ki, mən “Koroğlu” 

operasını yazdım”.

1

 



Ü.Hacıbəyli üçün doğma xalqının musiqisi ölü kapital deyil, 

canlı bütöv sistemdir ki, xalq öz “musiqi barigahını” onun əsa-

sında qurur. 

Ü.Hacıbəylinin tədqiqatı iki hissədən ibarətdir. Onun birinci 

hissəsi, milli musiqinin səs sistemi, tetraxordların birləşmə üsul-

ları, Azərbaycan məqamları  səs qatarlarının qurulma qaydaları, 

Azərbaycan məqamlarının  əmələ  gəlmə qaydaları kimi əsas 

müddəaları irəli sürür. İkinci hissə, xalq üslubunda Azərbaycan 

məqamlarında musiqi bəstələmək qaydalarından ibarətdir. 

Üzeyir Hacıbəylinin son əsəri Firuzənin (eyniadlı bitməmiş 

operasından) ariyası oldu. 

 

 



Firuzənin ariyası – əlyazma 

                                                 

1

 Hacıbəyov Ü. Azərbaycan xalq musiqisinin əsasları. B., 1950, s. 10. 




 

44

23 noyabr 1948-ci ildə böyük sənətkarın qəlbi dayandı. 



Məşhur  əfsanədə Anteyin qeyri-adi qüdrətini onun torpaqla 

bağlılığında görürlər. Üzeyir Hacıbəyli özü də bu müqayisəni 

sevirdi və bəstəkarın gücünü-qüvvəsini onun xalq həyatına, xalq 

sənətinə bağlılığında görürdü. Ü.Hacıbəylinin tələbəsi Fikrət 

Əmirov özünün “Üzeyir məktəbi” məqaləsində bu müqayisəni 

gətirərək, Azərbaycan bəstəkarlarını “Üzeyir yaradıcılığının bu 

Antey qüdrətinin sirrlərini öyrənməyə çağırırdı”.

1

 



“Sənətkar üçün ümumxalq rəğbəti və  məhəbbəti qazanmaq 

çətindir. Xalq öz qəlbini ancaq əsl böyük insanlara, böyük qəlbli 

sənətkarlara, tamamilə özünü xalqa bəxş edənlərə açır. Və əgər 

o, xalq məhəbbətini qazanırsa, bu məhəbbət insanların ürəklərin-

də əsrlərlə yaşayır və heç vaxt sönmür”.

2

 Bu da bəstəkarın digər 



tələbəsi Qara Qarayevin sözləridir. 

Xalq sənətkarı Üzeyir Hacıbəyli məhz belə məhəbbət qazan-

mışdır. Bu məhəbbət onun ölməz musiqisi kimi yaşayacaq və 

nəsildən-nəslə keçəcək. 

Bu gün Azərbaycanda Ü.Hacıbəyli ənənələri müqəddəscəsi-

nə qorunur və inkişaf etdirilir, bəstəkarın xatirəsi əziz tutulur. 

Ü.Hacıbəylinin ölümündən sonra Bakı Dövlət konservatori-

yası, Azərbaycan Dövlət simfonik orkestri, Bakıda küçə dahi 

bəstəkarın adını daşıdı. Bakıda onun abidəsi ucaldıldı.  Şuşa və 

Bakıda bəstəkarın ev-muzeyləri açıldı, iki seriyalı bədii televizi-

ya filmi çəkildi (“Uzun ömrün akkordları”, ssenari müəllifi və 

rejissoru – Anar), Azərbaycan MEA onun musiqi əsərlərinin 

akademik nəşrinin beş kitabdan ibarət üç cildini çapdan buraxdı 

(redaktorlar – N.Əliverdibəyov və R.Abdullayev, ön söz və 

şərhlərin müəllifi – Z.Səfərova). Heydər  Əliyev fondu “Üzeyir 

dünyası” adlı möhtəşəm layihəni həyata keçirir. Layihənin 

rəhbəri fondun prezidenti Mehriban Əliyevadır. 

Beləliklə, Üzeyir Hacıbəylinin həyatına və ümumən yaradı-

cılığına nəzər salanda görürük ki, onun yaradıcılıq yolu Azər-

baycan musiqi mədəniyyətinin yaranma və inkişaf tarixinin mü-

                                                 

1

 Əmirov F. Üzeyir məktəbi. Musiqi səhifələri. B., 1978, s. 79. 



2

 Qarayev Q. Ü.Hacıbəyovun ölümü münasibətilə çıxışı. “Uçenıe zapis-

ki” AQK im.U.Qadjibekova”, 1965, № 1. 



 

45 


hüm və uğurlu dövrünü əks etdirir. Təsadüfi deyil ki, dahi bəstə-

karın anadan olduğu gün – 18 sentyabr hər il, ulu öndər Heydər 

Əliyevin sərəncamı ilə, Musiqi günü kimi, Azərbaycan Musiqi-

sinin bayramı kimi qeyd edilir. 

Gün o gün olsun ki, zəbt edilmiş torpaqlarımız özümüzə qay-

tarılsın və Üzeyir Hacıbəylinin doğum günü – 18 sentyabr bəstə-

karın Vətənində – Qarabağda, musiqimizin beşiyi  Şuşada da 

bayram edilsin. 

 

 

 



 

 



 

46

 



 

II fəsil 

 

“Leyli və Məcnun” operası 

 

12 (25) yanvar 1908-ci il tarixi Azərbaycan musiqisinə həmi-

şəlik həkk olunmuşdur. Məhz bu gün “Leyli və Məcnun” opera-

sı ilk dəfə oynanılmışdı, məhz bu gün bütün müsəlman Şərqində 

ilk dəfə opera yaranmışdır. Bu gündən etibarən Azərbaycan mu-

siqisində elə bir sahə, elə bir janr meydana gəlməmişdir ki, bu 

və ya digər  şəkildə Üzeyir Hacıbəylinin adıyla bağlı olmasın. 

Novator-sənətkar olan Ü.Hacıbəyli musiqidə də, nəzəriyyədə də 

Azərbaycan musiqisinin bir çox üslub xüsusiyyətlərini, estetik 

prinsiplərini müəyyən etmiş və inkişaf etdirmişdir. 

Məlumdur ki, opera mürəkkəb musiqi janrıdır və adətən bəs-

təkarlar musiqi sahəsində müəyyən təcrübə əldə etdikdən sonra 

bu janra müraciət etmişlər. Məsələn, əgər biz rus musiqisinə mü-

raciət etsək görərik ki, dahi rus bəstəkarı M.İ.Qlinka ilk operası-

nı - “İvan Susanin”i yaratmaqdan əvvəl bir çox romanslar yaz-

mışdır. Eləcə də N.A.Rimski-Korsakov. O, məktublarının birin-

də qeyd edirdi ki, başqa janrlarda yazdığı  əsərlər onun sonrakı 

opera yaradıcılığını istiqamətləndirmişdir. Eyni fikri biz A.P.Bo-

rodin, M.P.Musorqski, P.İ.Çaykovski və digər böyük rus bəstə-

karları haqda deyə bilərik.  

Lakin Üzeyir Hacıbəyli ilk musiqi əsəri yazmaq fikrinə düş-

dükdə daxili duyumu ilə hiss edirdi ki, bu mərhələdə xalqını 

müasir musiqi sənətinə cəlb etmək üçün məhz opera kimi demo-

kratik və sintetik bir janra, yəni səhnəylə, müəyyən ədəbi süjetlə 

bağlı olan bir janra müraciət etməlidir. Xalq, məhz belə bir sin-

tetik janrı qavramaq və qəbul etmək üçün hazır idi. Çünki əsrlər-

dən bəri müxtəlif mərasim tamaşaları, ilin mövsümlərinin dəyiş-

məsi ilə  əlaqədar olan şənliklər, oyunlar xalq arasında həmişə 

musiqiylə müşayiət edilərdi. Belə mərasim tamaşalarından biri-

nin Azərbaycan operasının yaranmasında əsas amillərdən olması 

haqda Ü.Hacıbəyli özü belə yazırdı: “1907-ci sənədən bəri Azər-



Yüklə 3,4 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə