Microsoft Word hesenli cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix27.03.2018
ölçüsü0,64 Mb.
#34893
1   2   3   4   5   6   7   8   9   ...   26

 

Azərbaycan  gənc,  müstəqil  dövlət  kimi,  beynəlxalq  regional  əməkdaşlığın  siyasi  və 

iqtisadi təhlükəsizliyi təmin edə biləcək stabil sisteminin yaradılmasına can atır. Bu 

meyl nəinki Azərbaycanın dünya cəmiyyətinə inteqrasiyasını stimullaşdırır, eləcə də 

ölkənin  müxtəlif  regionlarda  təsirinin  artmasına,  ticari-iqtisadi  əlaqələrin və istehsal 

kooperasiyasının  inkişafına,  məhsul  satışının  perspektiv  bazar  axtarışına  imkan 

yaradır. 

Tədqiqat  işinin  obyekti  kimi  Azərbaycanın  MDB  ölkələri  ilə  iqtisadi 

ə

laqələri, bu əlaqələrin reallaşdırılması mexanizmləri və perspektivləri çıxış edir. 



Tədqiqat  işinin  nəzəri-metodoloji  əsasını  regional  iqtisadi  inteqrasiya 

nəzəriyyələri,  mövzu  ilə  əlaqədar  yerli  və  xarici  iqtisadçı  alimlərin  apardıqları 

tədqiqatların nəticələri,  beynəlxalq  müqavilələr və  milli  qanunvericilik  aktları  təşkil 

edir. 


Tədqiqat işinin informasiya bazası kimi beynəlxalq təşkilatların, o cümlədən 

MDB  Dövlətlərarası  Statistika  Komitəsinin,  həmçinin  Azərbaycan  Dövlət  Statistika 

Komitəsinin  və  qtisadi  nkişaf  Nazirliyinin  hesabatlarından,  mövzu  ilə  əlaqədar 

mövcud  iqtisadi  ədəbiyyat,  internet  və  dövri  mətbuat  nəşrlərindən  istifadə 

olunmuşdur. 

Tədqiqat  işinin  elmi  yeniliyi.  Azərbaycanın  MDB  çərçivəsində  inteqrasiya 

proseslərində  iştirakının  müasir  vəziyyətinin  kompleks  təhlil  edilməsini,  keçid 

iqtisadiyyatlı  ölkələrin  regional  inteqrasiya  istiqamətində  müasir  problemlərinin 

tədqiq  edilməsini,  Azərbaycanın  MDB  ölkələri  ilə  iqtisadi  inteqrasiyasının  əsas 

istiqamətlərinin  müəyyən  edilməsini  tədqiqat  işinin  elmi  yeniliyi  kimi  hesab  etmək 

olar. 


 

 



 

I FƏS L. 

MDB POSTSOVET ÖLKƏLƏR N N  NTEQRAS YA BLOKU  K M : 

YARANMASI VƏ  NK ŞAF  ST QAMƏTLƏR  

 

1.1.

  MDB ölkələrinin bazar iqtisadiyyatına keçid modellərinin  

müqayisəli təhlili 

 

Sovet  ttifaqı  dağıldıqdan  sonra  müstəqil  dövlətlərdə  bazar  iqtisadiyyatının 

yaradılmasına  istiqamətlənən  islahatların  həyata  keçirilməsi  həmin  dövrün  sosial-

iqtisadi  vəziyyətini  müəyyən  edən  əsas  faktorlardan  biri  oldu.  Bütün  yeni  müstəqil 

dövlətlər  bazar  iqtisadiyyatına  keçmək  niyyətində  olduqlarını  bəyan  etdilər  ki, 

bununla  da  planlı  idarəetmə  sistemi  şəraitində  meydana  gəlmiş  və  daha  da 

gərginləşmiş  iqtisadi  problemləri  həll  etsinlər.  Lakin  bu  niyyətlərin  praktik 

realizasiyası  müxtəlif  formalarda  həyata  keçirilir  və  islahatlar  yolunda  bir-birinə 

bənzəməyən nəticələrə gətirib çıxarırdı. 

Bununla  bərabər  nəzərdən  keçirilən  bütün  dövlətlər  üçün  bir  neçə  oxşar 

cəhətlər  var.  Onların  təsərrüfatında  bərqərar  olmuş  sistemi  mərkəzləşdirilmiş  planlı 

idarəetmədən  xaotik  bazar  mexanizminə  malik  olan  qarışıq  elementi  bazar 

iqtisadiyyatına  keçid  adlandırmaq  olardı.  qtisadi  vəziyyət  pisləşir  və  bu  cür  davam 

etməklə islahatlar üçün əlavə çətinliklər yaradırdı.  slahatların həyata keçirilməsinin 

çətinlikləri təsəvvür olunduğundan daha böyük olması hamı tərəfindən etiraf olundu. 

Proqram sənədlərin müəlliflərinin - islahat təşəbbüskarlarının faktiki. 

slahatlar  "marşrutundan"  imtina  etmələri  daha  çox  vüsət  almağa  başlayırdı. 

Tamamilə  aydındır  ki,  bazara  keçid  heç  də  iqtisadi  uğura  zəmanət  vermir.  Bu  hal 

sadəcə olaraq, səmərəli və səmərəsiz istifadə oluna biləcək imkanlar asır.  şi birinci 

növbədə  keyfiyyət,  əsaslılıq,  uyğun  proqram  sənədlərinin  reallığı  və  bunları  həyata 

keçirən siyasətçi və dövlət idarəetmə orqanlarının instrumentləri həll edir. 

1991-ci  ildə  MDB-in  yaranmasından  sonra  dövlətlər  öz  proqramlarını  həyata 

keçirməyə  başladılar.  Qeyd  olunduğu  kimi,  prosesdə,  müstəqil  dövlətlərin  yeganə 

oxşar  cəhəti  proqramların  istiqaməti  və  islahatların  əsas  elementləri  idi.  Prinsipial 

məsələlərin həlli  metodları  isə kifayət  qədər  fərqli  idi.  Bu  fərqlər  konkret  təsərrüfat 

fəaliyyəti sferasında və idarəetmədə daha da güclənirdi. Bu cür fərdlərin də əsasında 




 

proqramın  özülünü  təşkil  edən  konseptual  şərtlər  və  ya  necə  deyərlər,  islahatların 

ideologiyası (fəlsəfəsi) dururdu. Lakin sonuncu şərt dəqiq qeyd olunmur. Proqramlar 

ə

vvəlcədən,  bilərəkdən,  "ideologiyasızlaşdırılmış"  formada  yaradılırdı.  Belə  ki, 



ə

halinin ona münasibəti tamamilə ziddiyyətli idi. Proqram sənədlərin nəşr olunması 

və  praktik  realizasiyası  zamanı  yarana  bilən  konfliktləri  yumşaltmaq  üçün,  onların 

müəllifləri  "qarışıq  iqtisadiyyat",  "plyuralizm",  "təsərrüfat  fəaliyyəti  azadlığı", 

"təşəbbüskarlıq  və  müstəqillik"  kimi  terminlərdən  geniş  istifadə  edirdilər.  Bazar 

iqtisadiyyatına  keçid  xalqın  maraqları  zəminində  həyata  keçirildiyi,  onun  həyat 

şə

raitinin  yaxşılaşdırılması  və  böyük  sosial-ədalətlilik  təmin  edəcəyi  inadkarlıqla 



vurğulanırdı.  Bununla  yanaşı,  dövlətin  iqtisadi  artım  perspektivi  sovet  dövründə 

həllini  tapa  bilməyən  məsələlərlə  əlaqədar  xüsusi  sahibkarlığın  inkişafına  prioritet 

diqqət göstərilməsi də qeyd olunur. Dövlət sektoru müəssisələri əksər hallarda qeyri-

effektiv  hesab  olunur  və  şübhəsiz  bu  da  onların  istehsal  və  komersiya  fəaliyyətini 

bazar şərtləri daxilində rasional ifadəsini mümkünsüz edirdi. 

Bütün  ziqzaqlara  baxmayaraq,  MDB-də  islahatçıların  düşüncəsi  sosial 

istiqamətli  bazar  iqtisadiyyatının  qurulması  olaraq  qalır.  slahatların  məzmunu  və 

ə

sas  mərhələləri  oxşardır.  Liberalizasiya  və  iqtisadiyyatın  xarici  kapital  qarşısında 



daha  açıq  olması  kursu  ardıcıl  həyata  keçirilir.  nstitutsioneal siyasət isə  ümumxalq 

mülkiyyətinin  nəhəng  maliyyə  kapitalı  ilə  özəlləşdirilməsinin  sona  çatdırılmasına 

yönəlib.  Artıq  söhbət  mülkiyyətin  müxtəlif  formalarının bərabərhüquqlu  inkişafında 

getmir:  prioritet  şəxsi  və  koporativ  sahibkardlığa  verilir.  slahatların  episentri 

iqtisadiyyatın  bütün  əsas  sferalarını  əhatə  edən  struktur  dəyişiklikləri  ilə  qarışır: 

istehsal  və  əhalinin  sosial  təminatı,  büdcə  və  vergilər.  Kommunal  təsərrüfat.  Birlik 

ölkələrinin demək olar ki, bütün islahatçılarının ayrıldığı nöqtə bazarın mexanizmləri 

və tənzimləmə instrukmentləri fikirləridir.  slahatçı-liberallar əvvəlki kimi, "hər şeyi 

öz  yerinə  qoyan"  bazar  qüvvələrinin  "azad  oyununa"  üstünlük  verirlər.  slahatçı-

dövlətçilər bu məsələlərin dövlət nəzarəti altında hüquqi formada tənzimlənməsində 

israrlıdır. 

Nəticədə,  islahatçıların  problemi  əvvəlki  kimi,  siyasi-iqtisadi  dəyişikliklərin 

ssenarisinin, prioritet və mərhələlərinin, strateji və taktiki məqsədlərinin seçilməsində 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə