Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə49/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   42   43   44   45   46   47   48   49   50

 
193 
qarşı  kəndlilərlə-kolxozçularla  fərdi  təbliğat  aparır.  “Gizli 
əksinqilabi  təşkilatda  işləyəcəksənmi?”  sualıma  Xıdır  müsbət 
cavab verdi, dedi ki, bu təşkilata girməyə hazıram. 
Heydər  bəy  Səfərəlibəyov  1933-cü  ildə  mənimlə  əksin-
qilabi  söhbətdə  gizli  əksinqilabçı  müsavat  təşkilatı  yaratmağın 
zəruriliyini  dönə-dönə  bildirirdi.  Heydər  bəy  ilk  baxışda  mənə 
şübhəli  adam  kimi  göründü,  çünki  o,  hər  vaxt  öz  “mən”ini 
göstərməyə  çalışırdı.  1930-cu  ildə  Mədinə  xanımla  söhbətdə 
ondan  ilk  dəfə  “DPZ”-də  tanış  olduğum  Heydər  bəyin  şəxsiy-
yəti barədə soruşmuşdum və Mədinə xanım demişdi ki, Heydər 
bəy mənim  yanımda olub, ağlayıb və o, mənə “anormal” adam 
kimi görünüb. 
Yuxarıda  adını  çəkdiyim  başqa  adamlara  təşkilat  yaratma-
ğın  zəruriliyi  haqqında  bir  şey  deməmişəm,  ancaq  onlarla 
apardığım  müntəzəm  əksinqilabi  söhbətlərdə  əmin  olmuşam  ki, 
onların  baxışları  əksinqilabidir  və  məndə  belə  bir  qəti  əminlik 
yaranıb ki, onların hər birini təşkilata cəlb etmək mümkündür. 
Mən  onları  müəyyənləşdirmişəm  və  gizli  əksinqilabi  təşkilat 
yaratmaq məqsədilə onlarla əksinqilabi əlaqə saxlamışam, ancaq 
1937-ci ildə həbs olunduğuma görə həmin təşkilatı formalaşdıra 
bilməmişəm”. 
DT  kiçik  leytenantı  Məmmədovun  tərtib  etdiyi 
sonuncu dindirmə protokolu burada başa çatır. 
HÖKM 
Müstəntiq  Məmmədov  istintaqın  bitməsi  haqqında  8 
sentyabr 1937-də protokol tərtib edib. 23 sentyabr 1937-də 
Az.  SSR  xalq  daxili  işlər  komissarı,  3-cü  dərəcəli  dövlət 


 
194 
təhlükəsizliyi  komissarı  Sumbatov’un  təsdiq  etdiyi 
ittihamnamə hazırlanıb. Burada Ə.Qədimovun cinayətləri 
belə sadalanır: 
1927-ci ildə əksinqilabi millətçi müsavatçı 
“Türk mühibbi” 
təşkilatını yaratmaq üstündə həbs olunduğu zaman istintaqdan 
bu  təşkilatın  mövcudluğunu  gizlədib,  yalnız  əksinqilabi 
təşviqata görə ittiham olunub. 
Cəzasını  çəkdikdən  sonra  sovet  hakimiyyəti  ilə  mübarizə 
mövqeyində  qalmaqda  davam  edib  və  1930-cu  ildə  Şəkidə 
əksinqilabi  ünsürlərlə  əlaqəni  bərpa  edib,  sovet  hakimiyyətinə 
qarşı  silahlı  çıxışın  hazırlanmasında  iştirak  edib.  Bu  məqsədlə 
fəal müsavatçılar 
Qiyasbəyova  və Ağayev  ilə əlaqəsini bərpa 
edib,  onlar  vasitəsiylə  İrandakı  mühacir  müsavatçılarla  əlaqə 
qurub. 
Şəkidə  üsyan  yatırıldıqdan  sonra  Qubaya  köçüb,  orada 
1935/36-cı illərdə ətrafına əksinqilabi millətçi ruhlu müəllimləri 
toplayıb,  əksinqilabi  müsavatçı  qrup  və  üsyançı  kadrlar 
hazırlayıb  ki,  müharibə  olarsa  sovet  hakimiyyətinə  qarşı  silahlı 
üsyan etsinlər. 
Beləliklə, Ə.Qədimov Az. SSR Cinayət Məcəlləsinin 72 
və  73-cü  maddələri  ilə  ittiham  olunub.  Bu  sənəddə  onun 
özünü  bütünlüklə  təqsirkar  bildiyi  göstərilib.  Bu,  rəsmi 
ittihamdı,  ancaq  Az.  SSR  XDİK  Üçlüyünün  26  sentyabr 
1937-ci  il  tarixli  yığıncağının  18  saylı  protokolundan 
çıxarışlara  baxanda  yeni  ittiham  da  oxuyuruq:    “Silahlı 
üsyan hazırlamaq yolu ilə sovet hakimiyyətini devirmək mövqe-
yində  durub,  yetkin  müsavatçıdır”
.  Üçlük  həmin  iclasda  50 
yaşlı  Əliabbas  Əli  oğlu  Qədimov  haqqında  qərar  çıxarıb: 


 
195 
“GÜLLƏLƏMƏLİ.  ƏMLAKINI  MÜSADİRƏ  ETMƏLİ”. 
Hökm  28  sentyabr  1937-ci  ildə  gecə  saat  1.25-də  yerinə 
yetirilib.  Yuxarıda  göstərdiyimiz  kimi,  45  yaşlı  Mədinə 
xanım Mehdi qızı Qiyasbəyova
 da həmin anda güllələnib. 
10  avqust  1956-cı  ildə  Az.  SSR  prokuroru  A.S.Babayev 
Az.  SSR  Ali  Məhkəməsinin  Cinayət  İşləri  üzrə  Məhkəmə 
Kollegiyasına  M.Qiyasbəyli  və  Ə.Qədimovun  işi  ilə  bağlı 
etiraz  göndərib.  Sənədin  Ə.Qədimovla  bağlı  hissəsində 
göstərilir  ki,  o,  avqust  ayına  qədər,  demək  olar  ki,  heç 
nəyi  boynuna  almayıb,  ancaq  sonra  hər  şeyi  etiraf  edib. 
“Bununla  yanaşı,  Quba  şəhərində  əksinqilabi  Müsavat 
qrupu  yaratması  haqqında  Qədimovun  ifadəsinin  əlavə 
yoxlanılması  nəticəsində  bu  fakt  təsdiq  olunmayıb”,  ona 
görə  də  bu  işlə  bağlı  həbs  olunan  bir  çox  şəxslər  bəraət 
qazanıb.  Prokuror  irəli  sürülmüş  ittihamın  sübut 
edilmədiyini  əsas  gətirərək  Mədinə  xanım  Qiyasbəyliyə 
və  Əliabbas  Qədimova  bəraət  verilməsini  xahiş  edib. 
Bundan  az  sonra  Əliabbas  Qədimov  da  başqaları  kimi 
rəsmən təmizə çıxarılıb. 
SON SÖZ 
 
Yalnız vicdanın pıçıltısını özünə  bələdçi seçib  həyatın 
enişli-yoxuşlu  yollarıyla  irəliləyən  və  bu  yollarda  hansı 
çətinliklərlə üzləşirsə-üzləşsin vətən, xalq və öz şəxsiyyəti 
qarşısında  daşıdığı  məsuliyyət  hissini  bir  an  da  olsun 
unutmayanlar insanlıq ucalığına yüksələ bilərlər. 
Məşhur  filosof  Sartra  görə,  vicdan  özünə  və  başqala-
rına  münasibətdə  zərurəti  nəzərə  almaq,  özünü  qismən 


 
196 
məhdudlaşdırmaqdır,  əxlaqi  borca  münasib  hərəkət 
etmək, yaşamaq və düşünməkdir. Vicdan könüllü surətdə 
özünü  cəmiyyətin  arzu  etdiyi  kimi  aparmaq  qabiliy-
yətidir. 
Əsərimizin  qəhrəmanı  Əliabbas  Qədimov  və  onun 
məsləkdaşları Mədinə xanım Qiyasbəyli, Baba bəy Qəbulzadə, 
Bəhram bəy Nəbibəyov
 və başqaları cəmiyyətə münasibətdə 
məhz  əxlaqi  borca  müvafiq  düşünüb,  yaşayıb  və  hərəkət 
ediblər. 
Onlar  heç  vaxt  “can  Azərbaycan”  deməyib,  belə  səs-
küylü, hay-haraylı sevgidən uzaqda durub, ancaq zərurət 
yarandıqda o canın özü olublar.  
Ə.Qədimov  bolşevikləri  talançılıqda,  xalqı  aclığa  və 
səfalətə düçar etməkdə suçlayaraq kommunistlərin sırala-
rını  tərk  etdiyi  zaman  sakit,  firavan  həyat  sürmək  üçün 
hər  şeyi  vardı:  Şəki  Səhiyyə  Şöbəsinin  müdiriydi,  xalq 
içərisində bilikli, yüksək ixtisaslı həkim kimi tanınırdı, an-
caq o, bütün bunların hamısından imtina edib özünü oda 
atdı. O dönəmdə milli şüurlu insanların bir çoxu Ə.Qədi-
movun  yolunu  tutaraq  “yaşamağı  yanmaqda”  görüblər. 
Onları  bu  pərvanə  fədakarlığına  sövq  edən  başlıca  səbəb 
bolşevik rejiminin milli duyğularə ayaqlar altına atmasına 
etinasız qala bilməmələriydi.  
Üzərinə  “bəşəri  dəyərlər”,  “beynəlmiləlçilik”  niqabı 
çəkilmiş, əslində xalqları özündə əritmək məqsədi güdən 
ruslaşdırma siyasətinin iç üzünü görən və görməyən göz-
lərə  də  göstərən  fikir,  zəka  qəhrəmanları  kommunist-
bolşevik rejiminə qarşı qeyri-bərabər şərtlər altında çarpı-


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə