Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə23/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   19   20   21   22   23   24   25   26   ...   145

__________________________________________ 

74

 



 Nizamnamədə icraçı katibin həm rolu, həm də səlahiyyətləri 

müəyyən edilibdir. Mən bu barədə danışmaq istəmirəm. Məqsəd 

ondan ibarətdir ki, icraçı katib həm partiyanın aparatına 

rəhbərlik etsin, həm yerli təşkilatlarla daim əlaqə saxlasın, 

onların problemlərinə, məsələlərinə baxsın, partiyanın rəhbərliyi 

ilə yerli təşkilatlar arasında müntəzəm  əlaqələri təmin etsin, 

idarə heyətinin işini təşkil etsin və idarə heyətində müzakirə 

olunan məsələləri vaxtlı-vaxtında hazırlasın, idarə heyətinin 

müzakirəsinə versin, idarə heyətinin işinə  rəhbərlik etsin. 

Təbiidir ki, sadr, sədrin müavinləri idarə heyətinin işinə 

rəhbərlik edirlər. 

Ancaq belədir ki, sədr prezident vəzifələri ilə çox məşğuldur, 

müavinlər də indi yüksək vəzifələrdədirlər. Murtuz Ələsgərov 

Milli Məclisin sədridir,  Əli Nağıyev nazirdir, Rəfael 

Allahverdiyev Bakı  Şəhər  İcra hakimiyyətinin başçısıdır, Sirus 

Təbrizli nazirdir, yeni seçilən  İlham  Əliyevin də  vəzifəsi var - 

həm Milli Məclisin deputatıdır, həm də Dövlət Neft Şirkətinin 

birinci vitse-prezidentidir. Təbiidir ki, onlar bu vəzifələri 

daşıyaraq, eyni zamanda öz müavinlik vəzifələrini 

daşımalıdırlar. Ancaq onların işini yüngülləşdirmək lazımdır. 

Mənim üçün, düzü, o da lazımdır, bu da lazımdır. Prezident kimi 

mən həm nazirdən, həm də Bakı  Şəhər  İcra Hakimiyyətinin 

başçısından iş tələb edirəm. Doğrudur, Milli Məclisin sədrindən 

mənim iş  tələb etməyə Konstitusiyaya görə haqqım yoxdur, 

amma istəyirəm ki, Milli Məclisin işini daha da yaxşı aparmaq 

üçün ona imkan yaradaq. 

Demək lazımdır ki, bu şəxslər bu vəzifələri tutandan sonra bu 

vəzifələr onların vaxtını çox aldığına görə partiyada doğrudan 

da istənilən səviyyədə - bəzisi bir az çox, bəzisi bir qədər az - iş 

görə bilməyiblər. Ona görə də icraçı katibin, onun müavinlərinin 

olması lazımdır. Lazımdır ki, bizim belə böyük partiyamızın 

ştatlı, yəni hər bir başqa vəzifədən azad yaxşı aparatı, aparatın 

şöbələri, işçiləri olsun. Yerli təşkilatlarda 

  



__________________________________________ 

75

yenə  də bütün başqa vəzifələrdən azad aparatlar olsun, onlar 



partiyanın vəsaiti ilə saxlanılsın. Partiyanın mülkiyyəti olsun. 

Partiyanın həm mərkəzdə, həm yerlərdə yaxşı  iş  şəraiti 

yaratmağa imkan verən yaxşı binaları olsun. Bu binalar da 

özəlləşdirilib partiyanın  əmlakına çevrilsin. Bunlar hamısı 

böyük  əməli iş  tələb edir. Bunların hamısını etmək üçün icraçı 

katibin olması lazımdır. 

Biz Siyasi Şuranın iclasında  Əli  Əhmədovu icraçı katib 

seçdik. O, indi Xətai Rayon İcra Hakimiyyətinin başçısıdır, 

bundan öncə prezidentin İcra aparatında işləmişdir.  Əvvəllər 

əsas iş yeri Bakı Dövlət Universiteti olubdur. Özü də 1992-ci 

ildə Heydər  Əliyevə göndərilən müraciətin müəlliflərinin - 91-

lərin siyahısındadır, yəni həmin müraciəti o da imzalayıbdır. 

Gəncdir, ona görə də mən hesab edirəm ki, bu şəxs bu vəzifəni 

lazımi səviyyədə apara bilər. 

Biz icraçı katibin müavinlərini də seçdik. İcraçı katibin 

müavinləri Mübariz Qurbanlı, Bahar Muradova və Siyavuş 

Novruzovdur. Görürsünüz, bunlar hamısı  gəncdirlər. Beləliklə, 

sizin də, mənim də arzum həyata keçir. Biz əməli işləri daha da 

çox gənclərə tapşırırıq, gəncləri irəliyə çəkirik. 

Beləliklə, partiyanın bütün rəhbər orqanları təşkil olunubdur. 

Sədr, idarə heyəti, sədrin müavinləri, icraçı katib, onun 

müavinləri seçilibdir. 

İndi isə idarə heyəti icraçı katiblə birlikdə, təbiidir ki, bu 

işləri əməli surətdə təşkil etməlidir. Güman edirəm ki, sabah da 

olmasa, bu yaxın günlərdə  mən idarə heyəti ilə ayrıca 

görüşəcəyəm.  İdarə heyətinin birinci iclasını özüm aparacağam 

və  əməli tədbirlərin həyata keçirilməsi haqqında orada lazımi 

qərarlar qəbul edəcəyik. 

Əziz dostlar, beləliklə, Yeni Azərbaycan Partiyasının I 

qurultayı öz işini sona çatdırır. Böyük məmnuniyyət hissi ilə 

demək olar ki, qurultay Yeni Azərbaycan Partiyası üzvlərinin 

arzularını, ümidlərini müvəffəqiyyətlə yerinə yetirdi. Qurultay 

  

 



__________________________________________ 

76

yüksək səviyyədə, mütəşəkkillik  şəraitində keçdi və 



Azərbaycanda siyasi partiyanın hansı  səviyyədə olmasını bariz 

surətdə nümayiş etdirdi. 

Partiyanın fəaliyyətinin yeni mərhələsində qarşımızda çox 

böyük vəzifələr durur. Bu vəzifələr bütün partiyanın, ancaq 

birinci növbədə, qurultay nümayəndələrinin və qurultayın 

seçdiyi partiyanın rəhbər orqanlarının üzərinə düşür. 

Hesab edirəm ki, hər bir nümayəndə partiyanın qəbul etdiyi 

qərarları, qurultayın işini, onun məzmununu, qurultayda irəli 

sürülmüş fikirləri və qurultayın  əhval-ruhiyyəsini öz ərazisində 

partiyanın bütün üzvlərinə çatdıracaqdır və partiyanın həm 

təşkilati işi,  əməli fəaliyyəti, həm də  təbliğati işi bundan sonra 

daha güclü olacaqdır. 

İqtidarda olduğuna görə Yeni Azərbaycan Partiyasında bir 

balaca arxayınçılıq var. Arxayınçılıq da ondan ibarətdir ki, 

partiyanın sədri prezidentdir, partiya üzvlərinin əksəriyyəti həm 

ali qanunverilicik orqanında, həm icra orqanlarında -həm 

mərkəzdə, həm yerlərdə - yüksək vəzifələrdədirlər. Ona görə də 

mən partiyada belə əhval-ruhiyyəni hiss edirəm ki, hər şey bizim 

əlimizdədir, nə lazımdır? Bu, düzgün deyildir. 

Biz demokratiya, siyasi plüralizm şəraitində yaşayırıq, biz 

insanların tam azadlığı, sərbəstliyi - mətbuat azadlığı, fikir 

azadlığı  şəraitində yaşayırıq. Belə bir vətəndaş  cəmiyyəti, belə 

bir hüquqi, demokratik dövlət, təbiidir ki, vətəndaşların hamısını 

heç vaxt istənilən qədər təmin edə bilməz. Bu səbəbdən də 

Azərbaycanda çoxlu partiya yaranıbdır. 

Doğrudur, əgər biz özümüzü böyük ölkələrlə müqayisə etsək, 

Azərbaycanda demək olar ki, onların hamısından çox partiya 

vardır. Məsələn, Rusiyaya baxırıq. Dekabrın 19-da Rusiya 

Dumasına seçkilər keçirildi. Orada Kommunist Partiyasından və 

bir də hansısa başqa bir partiyadan savayı, iştirak edənlərin 

qalanları seçki ərafəsində yaranmış hərəkatlardır. Bu, Rusiyanın 

təcrübəsidir. 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə