Microsoft Word hasanova camila docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix11.07.2018
ölçüsü0,5 Mb.
#55059
1   ...   18   19   20   21   22   23   24   25   26

74 

 

baza  təşkil  edir.    Hazırda  ölkəmizdə  intellektual  mülkiyyətin  mühafizəsinin  milli 



sistemi formalaşdırlır. 

 

Həmçinin Azərbaycan Respublikası intellektual mülkiyyətin mühafizəsi, idarə 



olunması, qiymətləndirilməsi sahəsində beynəlxalq əməkdaşlıqda fəal iştirak edir.  

 

ntellektual  mülkiyyət  internetdən  tutmuş  səhiyyəyə  qədər  dəyişilən,  daim 



genişlənən  spektr  sahələrində  mühüm  rol  oynayır  və  demək  olar  ki,  elm  ,  texnika, 

ə

dəbiyyat və incəsənətin bütün aspektlərini özündə təşkil edir.  



 

Sözün  ən  geniş  mənasında  intellektual  mülkiyyətə,  insanın  yaradıcı  fəaliyyəti 

nəticəsində yaradılan məhsulu kimi baxılır.  ntellektual fəaliyyət istehsalda fiziki işin 

payını azaldaraq onu təşkil edir və səmərəliləşdirir.  

 

Müasir  dövrdə  hüquqla  mühafizə  olunan  maddi  gücün  özü  insanın  intellekti 



hesab  edilir.  Hansı  ki,  informasiyanın  böyük  axınını  yaradır,  daim  onu  emal  edir, 

təhlil  edir,  ümumiləşdirir  və  nəticədə  ən  gözlənilməz  təkliflərə  və  ideyalara  gəlib 

çıxardır. 

 

Dünyada  bazar  rəqabəti  günü  -  gündən  rəqabətin  daha  incə  inkişaf  etdirilmiş 



metod və  formalarının  yaranması  hesabına  daha  sərt  olur.  Bu gün  bir  çox  müəssisə 

üçün  ən  əsas  məsələ  istehlakçıya  daha  yüksək  keyfiyyətli  və  ya  həmin  qiymətə, 

istehsalın  həmin  xərcləri  ilə  yeni  xüsusiyyətlərə  malik  olan  məhsul  vermək 

qabiliyyəti  hesab  edilir.  Buraxılan  məhsulun  keyfiyyətinin  təminatında  müəssisənin 

nailiyyətləri,  texnoloji  avadanlıqların  müasirləşdirilmələri  əsasında  qabaqcıl 

texnologiyalara  yiyələnmə  imkanları,  patent  tədqiqatları  və  sənaye  mülkiyyət 

obyektlərinin patentləşdirilməsi və s. daxil olmaqla N OKR daimi keçirilməsi üstün 

rol oynayır.  

 

ntellektual mülkiyyət obyektlərinin effektiv reallaşdırılmasında ən əhəmiyyətli 



istiqamət elmi texniki nailiyyətlərin lisenziyalarla ticarəti və intellektual əməyin digər 

nəticələri  hesab  edilir.  Lisenziyalarla  ticarət  öz  növbəsində  əməyin  məhsuldar 

xərclərinin  ixtisarına  imkan  yaradır,  həm  satıcı  (lisenziar),  həm  də  alıcı  (lisenziat) 

üçün əlverişli ticarət əməliyyatı hesab edilir. 




75 

 

 



Beləliklə,  intellektual  mülkiyyət  və  elmi  innovasiyalar  -  bu  yalnız  məhsulun 

rəqabət  qabiliyyətinin  əsası  deyil,  həm  də  bütövlükdə  milli  iqtisadiyyatın  rəqabət 

üstünlükləridir.  

 

ntellektual mülkiyyətin növü kimi sənaye mülkiyyətinin də iqtisadi inkişafda 



rolu  əvəzsizdir.  Biz  texnologiya  cəmiyyətləri  dövründə  yaşayırıq,  yəni  maddi 

nemətlər  istehsalında  həlledici  əlaqəni  müəyyən  edən  cəmiyyətdə  texnologiyalar 

vardır.  

 

Rəqabət  mübarizəsində  sağ  qalmaq  üçün  rəqabətə  davamlı  məhsul  istehsal 



etmək  lazımdır.  Əgər  onların  istehsalı  üçün  texnoloji  prosesləri  daim 

təkmilləşdirirlərsə  o  zaman  buna  nail  olmaq  mümkündür.  Bu  isə  yalnız  əqli 

fəaliyyətin  nəticələrinin  məhz  elmi  texniki  yaradıcılığın  istifadəsi  hesabına  həyata 

keçirilməsi  ilə  mümkündür,  yəni  sənaye  mülkiyyət  obyektlərinin  ixtira,  faydalı 

model, sənaye nümunəsi, nou-hau və s. Şübhəsiz ki, sənaye mülkiyyəti obyektlərinin 

effektli  yaradılması  və  istifadəsi  üçün  zəruri  şərt  ölkədə  patent  sisteminin 

mövcudluğu  hesab  edilir.  Ona  görə  də  patent  sistemi  olmayan  ölkələrdə  onu 

yaradırlar, keçmişdən artıq bu sistemi istifadə edən ölkələr isə artıq yeni tələbata və 

dövrün tələblərinə uyğun deyil, onları təkmilləşdirməyə çalışırlar.  

 

Sənaye mülkiyyətinin milli patent sisteminin yaradılması iki məqsəd güdür. Bir 



tərəfdən  sənaye  mülkiyyəti  obyektlərinin  sahiblərinin  və  müəlliflərinin  iqtisadi  və 

mənəvi  hüquqlarını  qanuni  şəkildə  rəsmiləşdirmək  lazımdır,  digər  tərəfdən  dövlət 

siyasəti  çərçivəsində  vətəndaşların  yaradıcılıq  fəallığını  stimullaşdırmaq,  onun 

nəticələrinin yayılmasına və tətbiqinə kömək etmək, vicdanlı ticarəti stimullaşdırmaq 

lazımdır.  

 

Belə ki,  ixtiraya  patentin verilməsi  hüququ  tədqiqatlar və  işləmələr  sahəsində 



pul  qoyuluşlarını  və  insan  resursların  konsentrasiyasını  stimullaşdırır.  Həmçinin 

patentin  verilməsi  ixtiranın  sənaye  istifadəsinə  investisiyaları  stimullaşdırır.  Öz 

növbəsində  ticarət  markasına  hüququn  mövcudluğu  müəssisəni  qeyri-sağlam 

rəqabətdən qoruyur. 




76 

 

 



Sənaye  mülkiyyət  obyektlərinin  arasında  elmi  -  texniki  və  iqtisadi  inkişafa 

böyük təsir edən sözsüz ki, ixtira edir. Patent sənədləşməsində texniki, texnologiya və 

hüquqi informasiyanın əks etdirilməsi vaxta, pula qənaət etməyə və o cümlədən elmi 

-  tədqiqat  fəaliyyəti  prosesində  digər  şəxs  tərəfdən  artıq  görülmüş  işi  təkrarlamağa 

imkan verir.  

 

Patent  sənədləşməsi  müasir  mövcud  texnologiyalarla  əvəz  edilməsi  mümkün 



olan alternativ texnologiyalar aşkar etməyə icazə verir. Patent sənədləşməsi alternativ 

texnologiyaları  aşkar  etməyi  icazə  verilərsə,  o  zaman  daha  az  müasir  mövcud 

texnologiyaları  əvəz  etmək  olar.  Patent  sənədləşməsinin  təhlili  əsasında  konkret 

texnologiyanı  qiymətləndirmək  məhz  onun  tətbiqi  və  lisenziyalaşdırması  üçün 

nəzərdən  keçirilir.  Patent  sənədləşməsi,  həmçinin  texnologiyaların  bu  və  ya  digər 

sferada fəaliyyət göstərən müəssisələrinin müəyyən edilməsi məqsədinə xidmət edir.  

 

Nəhayət,  patent  sənədləşməsinin  öyrənilməsi,  texniki  problemlərin  həllini 



tapmağa,  texnologiyanın  müasir  inkişaf  səviyyəsini  aşkar  etməyə,  elmi  -  texniki 

proqramların  ekspertizasını  aparmağa,  ayrı  -  ayrı  istehsal  və  sənaye  sahələrinin 

inkişafının prioritet istiqamətlərini müəyyənləşdirməyə imkan verir.  

 

qtisadi inkişafa ixtiranın təsiri 4 kanala görə həyata keçirilə bilər.  



1)  Patent  haqqında  məlumatın  verilməsi  texnologiyaların  transferini  asanlaşdırır  və 

birbaşa xarici investisiyaların cəlb edilməsinə şərait yaradır.  

2) Patentlər elmi araşdırmaları stimullaşdırır. 

3) Patentlər yeni texnologiyaların və biznesin katalizatoru hesab edilir.  

4) Biznes lisenziya sazişləri vasitəsilə hüquqların verilməsi, müəssisənin nizamnamə 

kapitalına daxil edilməsi, əlavə gəlirin əldə edilməsi üçün şəxsi istehsalatda istifadə 

yolu ilə patentləri yığır və onları kommersiyalaşdırır.  

 

Bazara əmtəənin irəliləməsində ticarət markası kimi sənaye mülkiyyəti növünü 



qiymətləndirmək olduqca çətindir. Uğurlu ticarət markası müəssisənin iqtisadiyyatına 

önəmli töhfədir, çünki o bazarda alıcıların bu ticarət nişanının tanınmasına əsaslanan 

ə

lverişli  mövqe  tutmağa  imkan  verir.  Uğurlu  olan  ticarət  markası  onun  hüquq 



sahibinə əlavə gəlir gətirir.  


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə