65
Yaponiya Patent darəsi tərəfindən məlumatlandırılmış təhlilin nəticələrinə
görə 1996-cı ildə Yapon ekspertləri tərəfindən intellektual mülkiyyətin idarəetmə
sistemi tərs və köhnəlmiş kimi şərh edilmişdir. Qanunvericilik və dövlət siyasəti isə
bu sahədə Yaponiyanın innovasiya siyasətində intellektual mülkiyyətin yenilənməsi
ilə bağlı məsələlərə yenidən baxılmasına ehtiyac duyurdu. Hakimiyyət orqanları
tərəfindən həyata keçirilən dövlət siyasəti ixtiralara, yaradıcılığa və innovativ məhsul
və xidmətlərin istehsalına böyük diqqət yetirirdi.
Yaponiyanın
intellektual
mülkiyyət
sahəsində
siyasətinin
strateji
istiqamətlərinin həyata keçirilməsi planı aşağıda qeyd olunanlar hesabına şirkətin
gəlirlərinin artırılması yolu ilə məhsul və xidmətlərin ixracının və ümumi daxili
məhsulun artmasının zəruriliyini qeyd edir:
• intellektual mülkiyyətə əsaslanan məhsulların ixracı hesabına;
• beynəlxalq öhdəliklərə uyğun olaraq, intellektual mülkiyyət hüquqlarının riayət
olunmasını təmin etmək;
• qanunların unifikasiya yolu ilə ticarətdə maneələrin azaldılması məqsədilə
ticarət sahəsində TV-nin regional və beynəlxalq səviyyədə imkanlarının
genişləndirilməsi;
• insan kapitalının inkişafının stimullaşdırılması və onun sənayenin əsas
sahələrində tətbiqi;
• biliyin mili sərvətin mühüm mənbəyinə çevrilməsi.
Yaponiyada intellektual mülkiyyətin milli sisteminin hazırlanmasında
aşağıdakı istiqamətlər üzrə sistemli dəyişikliklərə diqqət göstərilib.
Birincisi, xüsusilə tədqiqatçılar və kiçik orta müəssisələrin rəhbərləri üçün
Milli Patent sistemi daha rahat olmalıdır. Əsas prioritet istifadəçinin tələbatını
ödəmək üçün patent ərizələrinin ekspertiza prosedurunun sürətləndirilməsi oldu. Bu
məqsədlə patent ekspertizasının keçirilməsi üçün müəyyən müddətə təxminən 500
mütəxəssisin cəlb edilməsi haqqında qərar qəbul olunub, əvvəl isə ona patent axtarışı
66
autsorinq əsasında aparılmışdır. Göstərilən tədbirlər 2013-cü ildə patent
ekspertizasının 26-dan 11 aya kimi azaldılması üçün yönəldilmişdir.
kincisi, Yaponiyanın inkişafında çox vacib məsələlərdən biri tədqiqatçılar və
işəgötürənlərin münasibətlərinin tənzimlənməsi oldu. Bu zaman görülən əsas
tədbirlər ixtiralar üzərində hüquqların müəyyən edilməsi, patent qeydiyyatı və
kompensasiyaların ödənilməsi, Yaponiyanın və dünya iqtisadiyyatının innovasiya
fəallığın artırılması və stimullaşdırılması məqsədilə qarşılıqlı münasibətlər sisteminin
yaradılması olmuşdur.
Üçüncüsü, innovasiya mərhələsinin dəstəklənməsi məqsədilə tədqiqatların
nəticələrinin kommersiyalaşdırılmasında iştirak etmək hüququ olan, xüsusilə dövlət
tərəfindən maliyyələşdirilən universitet və tədqiqat institutların zəruriliyinə yenidən
baxılıb. Əlavə olaraq, patent sahibinin hüquqlarının pozulması zamanı zərərin
ödənilməsi miqdarının artmasına nail olmaq vəzifəsi qoyulub.
Ə
gər Yaponiya dövləti intellektual mülkiyyət əsasında qoyulmuş iqtisadi
inkişafa malikdirsə, o zaman intellektual mülkiyyət hüquqlarını qəsdən pozan
şə
xslərə sərt cəza tətbiq edilməlidir. Bu məqsədlə Patent Qanunvericiliyinə
intellektual mülkiyyət hüquqlarının pozulmasına görə zərərin qiymətləndirilməsi
meyarının dəyişdirilməsi kimi mühüm dəyişikliklər təklif olunub.
Yaponiya Hökümətinin fikrincə, məhz belə intellektual mülkiyyət sistemi
mövcud olan intellektual mülkiyyət obyektlərinin qanunsuz istifadəsinə təhrik
etməməli, əksinə yeni texnologiyaların yaranmasına təkan verməlidir.
ABŞ-da isə qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi ilə məşğul olan
ictimai
təşkilat
Qiymətləndirmə
Fondudur.
Qiymətləndirmə
Fondu
qiymətləndiricilərin aparıcı qurumları olan Qiymətləndirmə nstitutu, Amerika
Qiymətləndiricilər Cəmiyyəti, Qiymətləndirmə Magistrlarının Milli Assosiasiyası
tərəfindən 1987-ci ildə yaradılmış və hələ indiyə kimi də fəaliyət göstərir. Hazırda
50-dən çox təşkilat həmin Fondun Məşvərət Şurasının üzvüdür.
Amerika qiymətləndiricilərinin mütləq qaydada riayət etdikləri Peşəkar
Qiymətləndirmə Fəaliyyətinin Vahid Standartları Qiymətləndirmə Standartları üzrə
67
Ş
ura tərəfindən hazırlanmış və təsdiq olunmuşdur. Şuranın tərkibi 5 nəfər yüksək
ixtisaslı qiymətləndiricidən ibarətdir. Qiymətləndirmə Standartlarında təklif olunan
ə
lavələr və dəyişikliklər bu qurumun ayda bir dəfə keçirilən iclaslarında müzakirəyə
çıxarılır və təsdiq olunur.
Ş
uranın fəaliyyətinə Qiymətləndirmə Fondunun nəzdində yaradılan
qiymətləndirmə xidmətlərindən istifadəni ifadə edən 32 təşkilat və hökümət
agentliklərinin təmsil olunduğu Məşvərət Şurası tərəfindən nəzarət olunur.
Peşəkar Qiymətləndirmə Fəaliyyətinin Vahid Standartlarında qiymətləndirmə
apararkən, qiymətləndirmə haqqında hesabatları yoxlayarkən, məsləhət xidmətlərini
göstərən
zaman
qiymətləndiricilərin
riayət
etməli
olduqları
şə
rtlər,
qiymətləndirmənin aparılması, yoxlamaların keçirilməsi və məsləhət xidmətlərinin
göstərilməsi üsulları öz əksini tapmışdır.
Qərbi Avropa ölkələri qiymətləndiricilərin Milli Təşkilatlarının Assosiasiyası
kimi 1977-ci ildə Əsas fondların Qiymətləndiricilərinin Avropa Qrupu (TEGOVO)
yaradılmışdır. Lakin EVROVAL təşkilatı ilə birləşdikdən sonra bu təşkilat
“Qiymətləndiricilər Assosiasiyasının Avropa Qrupu” (The European Groups of
Valuers Assosiations – TEGOVA) adlanır. Bu təşkilatın yaradılmasının əsas
məqsədlərindən biri Avropa birliyi ölkələrində ümumi qiymətləndirmə standartlarını
işləyib hazırlamaqdır. TEGOVA Qiymətləndirmə Standartları üzrə Beynəlxalq
Komitə ilə sıx əməkdaşlıq edir.
Avropa Qiymətləndirmə Standartlarının əsas xüsusiyyətlərindən biri Avropa
ölkələrinin qanunvericiliyinə uyğun olan mühasibat hesabatlarının tərtibi üçün yerinə
yetirilən qiymətləndirməyə istinad etməsidir. Eyni zamanda bu standartların
qiymətləndirmənin digər məqsədlərinə də şamil olunmasının mümkünlüyü göstərilir.
Həmin standartlar təşkilat üzvləri üçün tövsiyyə xarakterlidir. Avropa
Qiymətləndirmə Standartları (Mavi Kitab adlandırılır) 9 standartdan və 13 metodiki
tövsiyyədən ibarətdir.
Burada standartların Beynəlxalq Qiymətləndirmə Standartlarına uyğunluğu,
qiymətləndiricinin ixtisası, ixtisas dərəcəsi və peşə etikası ilə bağlı məsələlər qeyd
Dostları ilə paylaş: |