Microsoft Word hasanova camila docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix11.07.2018
ölçüsü0,5 Mb.
#55059
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

29 

 

Azərbaycan Respublikası ÜƏMT-nin inzibati idarəçiliyini həyata keçirdiyi müəlliflik 



hüququ  və  əlaqəli  hüquqlar  sahəsində  qüvvədə  olan  bütün  çoxtərəfli  konvensiya  və 

müqavilələrə qoşulmuşdur. 

 

Ümumdünya  Əqli  Mülkiyyət  Təşkilatının  əsas  fəaliyyəti  intellektual 



mülkiyyətlə bağlı suallarda inkişaf etməkdə olan ölkələrə yardımın göstərilməsindən 

ibarətdir: 

  intellektual mülkiyyətlə bağlı kadrların hazırlanması; 

  intellektual mülkiyyət sahəsində milli təşkilatların və orqanların yaradılmasına 

və funksionallaşdırılmasına yardımın göstərilməsi; 

  hüquqi məsləhətlər; 

  intellektual mülkiyyət sahəsində milli qanunvericiliyin yaradılmasında kömək 

göstərilməsi və s. 

 

Bu  Konvensiyaya  uyğun  olaraq,  intellektual  mülkiyyətin  qorunma  obyekti 



istehsal,  elmi  və  bədii  sahələrdə  yaradıcılıq  fəaliyyətinin  konkret  nəticələrinə  olan 

hüquqlar  kimi  şərh  olunurdu.  Artıq  qeyd  edildiyi  kimi,  müxtəlif  ölkələrin 

qanunvericiliklərində  intellektual  mülkiyyət  termininin  geniş  şəkildə  işlədilməsinə 

baxmayaraq,  bu  anlayışın  əleyhdarları  da  qalmaqda  davam  edir.  Onların  əsas 

arqumenti  budur  ki,  intellektual  mülkiyyət  obyektlərin  və  öz  mahiyyətinə  görə 

müəllif  əsərləri  və  müxtəlif  texniki  yeniliklər  olan  qeyri-maddi  obyektlərin  hüquqi 

rejimini  eyniləşdirmək  olmaz.  Əsas  səbəblərdən  biri  də  ondan  ibarətdir  ki,  ərazi 

məhdudiyyəti qoyulmayan mülkiyyət hüququndan fərqli olaraq, müəlliflər, ixtiraçılar 

və  onların  hüquqi  varisləri  hüquqların  qorunması  ilə  bağlı  vaxt  və  ərazi 

məhdudiyyətlərini  özlərində  hiss  edirlər;  müəlliflik  və  patent  hüquqları  mülkiyyət 

hüququnun  müdafiəsi  üçün  tətbiq  olunanlardan  tamamilə  fərqli  hüquqi  vasitələrlə 

müdafiə  olunur.  Ümumdünya  Əqli  Mülkiyyət  Təşkilatını  (ÜƏMT)  təsis  edən 

Konvensiyanın  2-ci  maddəsinin  8-ci  bəndində  göstərilir  ki,  intellektual  mülkiyyət 

aşağıdakı hüquqlara aiddir. 

•  ədəbi, bədii və elmi əsərlər; 



30 

 

•  incəsənət  nümayəndələrinin  ifaçılıq  fəaliyyəti,  səsyazma,  radio  və  televiziya 



verilişləri; 

•  insan fəaliyyətinin bütün sahələrdə ixtiraları; 

•  elmi kəşflər; 

•  sənaye nümunələri; 

•  əmtəə nişanı, xidmət nişanı, firmanın adı və kommersiya təyinatı; 

•  haqsız rəqabətə qarşı müdafiə. 

 

ntellektual  mülkiyyət  obyektlərinin  qiymətləndirilməsində  qiymətləndirmə 



standartlarının  işlənib  hazırlanılmasının  böyük  əhəmiyyəti  vardır.  Belə  ki,  hər  bir 

ölkənin  Milli  Qiymətləndirmə  Standartları  Beynəlxalq  Qiymətləndirmə  Standartları 

Komitəsinin prinsipləri üzərində qurulmuşdur.  

 

Beynəlxalq  Qiymətləndirmə  Standartları  Komitəsi  hər  bir  standartın  mətninin 



bütün  müddəalarının  ifadə  edilməsini  məqsədyönlü  hesab  etmir.  Ona  görə  də, 

Beynəlxalq  Qiymətləndirmə  Standartı  digər  standartları  tamamlayır,  o  cümlədən 

qiymətləndirmənin  peşəkar  fəaliyyəti  kimi  qəbul  edilir  və  standartların  tətbiq 

edilməsi  üçün  zəruri  olan  əsaslar  haqqında  ümumi  təsəvvürlər  yaradır.  Beynəlxalq 

qiymətləndirmə  standartları  məhz  Beynəlxalq  Qiymətləndirmə  Standartları  üzrə 

Komitə  tərəfindən  hazırlanılır.  Bu  Komitəyə  50-dən  çox  ölkənin  peşəkar 

qiymətləndiricilər birlikləri daxildir. 

 

Beynəlxalq  Qiymətləndirmə  Standartları  Komitəsinin  başlıca  vəzifələri 



maliyyə  və  muhasibat  uçotu  hesabatlarında  istifadə  üçün  dəqiq  istifadə  olunmuş 

standartların  və  praktiki  tövsiyyələrin  hazırlanması,  o  cümlədən  bu  standartların 

ölkələrdə  və  milli  təşkilatlarda  yayılması,  qəbul  və  tətbiq  edilməsinə  kömək 

göstərilməsidir. Bundan əlavə, Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsinin 

fəaliyyət  dairəsinə  həmçinin  standartlara  düzəliş  edilməsi,  standartların  şərhi, 

qruplaşdırılması  və  tətbiqi  sahəsində  yaranan  ziddiyyətli  halların  aşkar  edilməsi  ilə 

bağlı məsələlərin həlli də daxildir.  

 

Komitənin  hazırladığı  beynəlxalq  qiymətləndirmə  standartları  və  normaları 



tövsiyyə  xarakteri  daşıyır  və  bu  səbəbdən  də  onun  qarşısında  duran  əsas  vəzifə 


31 

 

müxtəlif  ölkələrin  qiymətləndirmə  standartlarını  əlaqələndirməkdən  ibarətdir.Dünya 



ölkələrinin  təcrübəsi  üzrə  intellektual  mülkiyyət  obyektlərinin  qiymətləndirilməsi 

prosesi  müvafiq  ardıcıllıqla  həyata  keçirilir.  Bu  qiymətləndirmə  prosesi  Beynəlxalq 

Qiymətləndirmə Standartları Komitəsinin prinsiplərinə uyğun hazırlanıb reallaşdırılır. 

Müvafiq ardıcıllıq aşağıdakı kimi sıralanıb: 

•  mövcud qiymətləndirmə obyektinin və onun mülkiyyət hüququ tipinin 

müəyyən edilməsi; 

•  qiymətləndirmənin aparılması məqsədi; 

•  qiymətləndirmənin təyinatının müəyyən edilməsi; 

•  qiymətləndirmə prosesində tələb olunan informasiyanın yığılması, onların 

araşdırılması və təhlili; 

•  qiymətləndirmə obyektindən istifadə səviyyəsinin və istifadə olunmayan 

resursların müəyyən edilməsi; 

•  qiymətləndirmədə tətbiq olunması nəzərdə tutulan yanaşma və metodların 

müəyyən edilməsi; 

•  daha əlverişli yanaşma və metodların tətbiqi ilə intellektual mülkiyyət 

obyektinin qiymətləndirilməsi; 

•  qiymətləndirmə obyektinin yekun dəyərinin hesablanması; 

•  intellektual mülkiyyət obyektinin yekun qiymətləndirilməsinin təsdiqlənməsinə 

hüquqi əsas verən hesabatın tərtibi. [8, 182-183] 

 

ntellektual  mülkiyyət  obyetlərinin  qiymətləndirilməsinin  hüquqi  bazasının 



təkmilləşdirilməsi  qiymətləndirmə  prosesinin  həyata  keçirilməsində  mühüm 

ə

həmiyyət  kəsb  edir.  Belə  ki,  müasir  dövrdə  intellektual  mülkiyyət  obyektlərinin 



qiymətləndirilməsinə, dəyərinin hesablanılmasına vahid standartların hazırlanması və 

tətbiqi  zəruridir.  Bu  istiqamətdə  görülən  əsas  tədbirlərdən  biri  bu  sahədə 

qanunvericilik bazasının təkmilləşdirilməsidir. 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə