Cinayət hüququ, hüququn müstəqil bir sahəsi olub, xüsusiyyətləri özünün
predmet və metodu ilə müəyyən edilir. Cinayət hüququnun tənzim edilməsinin
predmetini yalnız cinayətin baş verməsi ilə əlaqədar olan ictimai münasibətlər
təşkil edir. Cinayət hüquq pozuntusunun subyekti kimi cinayət törətmiş şəxslər və
hüquq tətbiqedici orqanlar şəxsində dövlət çıxış edir.
Cinayət hüququnun ictimai münasibətlərin nizama salınması metodu qanunla
cinayət hesab edilən əməllər və onların törədilməsi ilə tətbiq edilən cəzaların
müəyyən edilməsindən ibarətdir.
Cinayət hüququnun xüsusiyyətləri həmçinin onun vəzifə və funksiyalarında
özünü göstərir. Cinayət hüququnun əsas vəzifəsi-cəmiyyəti ən təhlükəli hüquq
pozuntularından (cinayətlərdən) müdafiə (mühafizə) etməkdir. Buna görə də
cinayət hüququnun əsas funksiyası - mühafizəedici funksiyadır. Bununla belə,
cinayət hüququ ümumi və xüsusi xəbərdaredici, həmçinin, tərbiyəvi funksiyaları
da həyata keçirir.
Cinayət hüququ hüququn bir sahəsi kimi mövcud ictimai münasibətlər sistemi
üçün təhlükəli əməllərin cinayət olmasını və cəzalandırılmasını, həmçinin cinayət
məsuliyyəti və ondan azad etməni müəyyən edən, ali hakimiyyət orqanları
tərəfindən təsbit edilən hüquq normalarının məcmusudur.
Cinayət hüququ cinayətkarlıqla mübarizədə strateji və taktiki cəhətləri
müəyyən edən cinayət üzrə siyasətin həyata keçirilməsi vasitəsidir. Müasir
mərhələdə bu siyasət iki əsas tendensiya ilə xarakterizə olunur. Birincisi, ağır
cinayətlər törədən, yaxud cinayət qanununu dəfələrlə pozan şəxslərə (xüsusilə
residivistlərə, peşəkar cinayətkarlara-mafiya strukturlarının, yaxşı təşkil olunmuş
cinayət qruplarının rəhbərlərinə) sərt cəza tədbirlərinin tətbiqi. kincisi, böyük
ictimai təhlükə hesab edilməyən cinayətlərə görə cinayət məsuliyyətinin
sferalarının məhdudlaşdırılması. Belə ki, cinayət qanununu ilk dəfə pozan şəxsə
cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan cəza tətbiq edilir. Bu, şərti məhkum
etmə, hökmün icrasını təxirə salma, habelə cəzanı əvəz edən digər inzibati,
tərbiyəvi və ictimai xarakterli tədbirlərlə həyata keçirilə bilər.
42.
Cinayə tin anlayış ı
Cinayət hüququnun əsas anlayışlarından biri – cinayət anlayışdır. O insanların
hansı əməllərinin cinayət sayılması və onların qanun tərəfindən nə üçün qadağan
olunması və s. bu kimi suallara cavab verir.
Cinayət qanunu ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli
ə
məlin, yəni hərəkət və ya hərəkətsizliyin təqsirli olaraq törədilməsi cinayət sayılır.
Cinayət hüquq ədəbiyyatında cinayət ictimai-təhlükəli, qeyri-hüquqi, təqsirli,
cəzalanmalı olan və qeyri-əxlaqi olan əməl kimi xarakterizə olunur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən, cinayət qanununda
nəzərdə tutulmuş cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə
ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər
yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl cinayət hesab edilmir.
Buna görə də cinayətin ən vacib əlaməti onu digər hüquq pozuntularından
fərqləndirən xüsusi ictimai-təhlükəli olmasıdır. Cinayətin ictimai-təhlükəliliyi
ondan ibarətdir ki, o mövcud ictimai münasibətlərə qəsd etməklə bu münasibətlərə
çox mühüm ziyan yetirir və yaxud belə ziyanın yetirilməsi təhlükəsini yaradır.
Cinayətin ictimai təhlükəliliyinin xarakter və dərəcəsi qəsd edilən obyektin
ə
həmiyyəti, bu obyektə vurulan ziyanın ağırlığı, həmçinin təqsirin forması, əməlin
motiv və məqsədi ilə xarakterizə olunan digər əlamətlərlə müəyyən olunur.
Cinayətin ikinci əlaməti onun qeyri-hüquqiliyidir. Əməlin qeyri-hüquqiliyi
onun cinayət qanunvericiliyinin konkret norması ilə ziddiyyət, təşkil etməsində
özünü göstərir. ctimai-təhlükəli əməl yalnız o zaman cinayət sayılır ki, Cinayət
Məcəlləsinin bu və ya digər maddə-sində nəzərdə tutulmuş olsun.
Təqsirlilik-cinayətin növbəti mühüm əlamətidir. Əməlin cinayət hesab
edilməsi təkcə ictimai-təhlükəli və qeyri-hüquqi olması ilə deyil, həm də onun
təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır.
Cinayət cəzalanmalı olan əməldir. Əməli cinayət kimi xarakterizə edən əlamət
ondan ibarətdir ki, yalnız o əməl cinayətlərə aid edilir ki, onların törədilməsinə
görə qanun cinayət cəzası nəzərdə tutur.
Cinayətin qeyri-əxlaqiliyi isə, onun cəmiyyətdə mövcud olan əxlaq
normalarına və hakim mənəvi təsəvvürlərə zidd olmasıdır.
Beləliklə, cinayət - cinayət qanunu ilə mühafizə edilən ictimai münasibətlərə
mühüm ziyan yetirən və yaxud ziyan yetirməsi təhlükəsi yaradan, cinayət qanunu
ilə nəzərdə tutulan ictimai-təhlükəli, qeyri-hüquqi, təqsirli, cəzalanmalı olan və
qeyri-əxlaqi olan əməldir.
Xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlər
böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə
bölünür.
43.
Cinayə t mə suliyyə tinin ə sasları
Cinayət məsuliyyətinin əsaslarının müəyyən edilməsinə qanunvericilik və
cinayət hüquq nəzəriyyəsi iki aspektdən yanaşır: hüquqi və faktiki əsaslar. Cinayət
Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız cinayət qanunu ilə nəzərdə tutulmuş
cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya
hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Buradan belə nəticə çıxır
ki, cinayət məsuliyyətinin vacib və yeganə əsasları törədilmiş əməldə qanunda
göstərilmiş cinayət tərkibinin mövcud olmasıdır. Belə ki, şəxsi əqidə, niyyət və
baxışlarına (sonuncular əgər törədilmiş əməldə ifadə olunmursa) görə cinayət
məsuliyyətinə cəlb etmək olmaz. Bununla belə, əməl ictimai-təhlükəli olmalı, yeni
ictimai münasibətlərə ziyan vurmalıdır. Əgər subyektin davranışının müəyyən
forması cinayət məsuliyyətinin faktiki əsasları hesab olunursa, onda törədilmiş
ə
məldə qanunda nəzərdə tutulan konkret cinayət tərkibinin mövcud olması onun
hüquqi əsaslarını təşkil edir.
Cinayət tərkibi - konkret ictimai-təhlükəli əməli cinayət kimi xarakterizə edən
ə
lamətlərin cinayət qanunu ilə müəyyən edilmiş məcmusudur.
Cinayət hüquq nəzəriyyəsində cinayət tərkibini xarakterizə edən əlamətlər dörd
qrupa bölünür: obyekt və obyektiv cəhəti xarakterizə, edən əlamətlər (bunlar
cinayət tərkibinin obyektiv əlamətləri adlanır) və subyekt və subyektiv cəhəti
xarakterizə edən əlamətlər (subyektiv əlamətlər).
44.Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti
Qüvvədə olan cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların yaş
xüsusiyyətlərini nəzərə alaraq, onlara tətbiq olunan cinayət məsuliyyəti və cəzanın
yüngülləşdirilməsi və məhdudlaşdırılmasının xüsusi qaydalarını müəyyən edir.
Cinayət qanunvericiliyində yetkinlik yaşına çatmayanların konkret yaş həddi
müəyyən edilmişdir. Belə ki, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on
səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Bu şəxslər
cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi
tədbirlər tətbiq edilə bilər.
Cinayət Məcəlləsinin 85-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlara
aşağıdakı cəza növləri təyin edilir:
1.cərimə; 2.ictimai işlər; 3.islah işləri; 4.
müəyyən müddətə azadlıqdan
məhrum etmə.
Cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən
ə
mlakı olan yetkinlik yaşına çatmayan məhkuma təyin edilir.
ctimai işlər qırx saatdan yüz altmış saatadək müddətə təyin olunur və yetkinlik
yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə
vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti gündə iki
və ya üç saatdan çox ola bilməz. Yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai
təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi
tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs
cinayət məsuliyyətindən azad edilə bilər.
Cinayət Məcəlləsinin 88.2.-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara
aşağıdakı tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər:
1.xəbərdarlıq; 2.valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq
dövlət orqanının nəzarətinə vermək; 3.vurulmuş ziyanın aradan qaldırılması
vəzifəsini həvalə etmək; 4.yetkinlik yaşına çatmayanın asudə vaxtını
məhdudlaşdırmaq və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək.
Qanunvericilik, belə şəxslərə eyni vaxtda bir neçə tərbiyəvi xarakterli məcburi
tədbirlərin tətbiq edilməsinə icazə verir.
Ə
gər yetkinlik yaşına çatmayan tərbiyəvi xarakterli məcburi tədbirləri mütəmadi
olaraq yerinə yetirmirsə, onda, müvafiq dövlət orqanının təqdimatı əsasında həmin
tədbirlər ləğv edilir və materiallar yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə
cəlb olunması üçün məhkəməyə göndərilir.
45.Əməlin cinayət olmasını aradan qaldıran hal kimi cinayət törətmiş şəxsin
tutulması
Cinayət qanunvericiliyində cinayət törətmiş şəxsin tutulması da əməlin
kriminallığını, yəni cinayət olmasını aradan qaldıran hal kimi göstərilir. Cinayət
törətmiş şəxsin tutulması dedikdə, belə şəxsin səlahiyyətli dövlət hakimiyyəti
orqanlarına gətirilməsi və ya yeni cinayətlər törətməsinin qarşısının alınması
məqsədi ilə tutulması başa düşülür. Belə şəxsin tutulduğu zaman ona zərər
yetirilməsi, əgər həmin məqsəd üçün bütün digər təsir imkanlarından istifadə
lazımi nəticə verməmişsə və bunun üçün zəruri olan tədbirlərin həddi
aşılmamışdırsa, cinayət sayılır. Lakin bu zaman təqsirkarın tutulması üçün tətbiq
edilən üsul və vasitələr törədilmiş əməlin və təqsirkarın ictimai təhlükəlilik
dərəcəsinə, habelə tutulmanın hallarına aşkar surətdə uyğun gəlməli və zərurət
olmadan şəxsə açıq-aşkar həddən artıq zərər vurulmamalıdır. Cinayət törətmiş
şə
xsin tutulması ədalət mühakiməsi orqanları qarşısında duran vəzifələrin yerinə
yetirilməsini təmin etdiyinə görə ictimai faydalı əməl hesab olunur. Cinayətkarın
tutulması hüququna bütün vətəndaşlar malikdirlər. Polis orqanlarında işləyənlərin
isə bu əsas vəzifələrindən biridir.
46.Əməlin cinayət olmasını aradan qaldıran hal kimi əsaslı riskin anlayışı
Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsi ilk dəfə olaraq
ə
məlin cinayət olmasını aradan qaldıran hallara əsaslı riski de aid etmişdir. Bu
halın Cinayət Məcəlləsinə daxil edilməsi onunla izah olunur ki, elmin və
texnikanın surətlə inkişaf etdiyi müasir şəraitdə əvvəllərdə olduğundan daha tez-tez
insanın həyatına və sağlamlığına, yaxud əsasən maddi zərər vurmaq riskinə getmək
zərurəti yaranır. Cinayət qanunu bu barədə elə olmalıdır ki, bir tərəfdən tərəqqi
yolunda əngələ çevrilməsin, digər tərəfdən isə eksperiment aparan şəxs cinayət
məsuliyyətinin ümumi əsasları çərçivəsində təqsirli olduqda onun şəxsi
məsuliyyətini istisna etməsin. Cinayət Məcəlləsinin əsaslı risk haqqındakı maddəsi
məhz bu məqsədə xidmət edir.
Cinayət Məcəlləsinin 39-cu maddəsinə əsasən ictimai faydalı məqsədə nail
olmaq üçün əsaslı risk nəticəsində bu Məcəllə ilə qorunan obyektlərə zərər
vurulması cinayət sayılmır.
Göstərilən məqsədə risk ilə əlaqədar olmayan hərəkətlə (hərəkətsizliklə) nail
olmaq mümkün deyildirsə və risk edən şəxs Cinayət qanunu ilə qorunan obyektlərə
zərər dəyməsini aradan qaldırmaq üçün zəruri tədbirləri görmüşdürsə, risk əsaslı
hesab edilir.
Hüquq ədəbiyyatında əsaslı riskin bir çox növü fərqləndirilir. Bunların
bəzilərini qeyd edək:
- istehsal riski-hüquqla qorunan mənafeyi təhlükədə qoymaqla ictimai faydalı
məqsədə nail olmağa, yaxud da istehsalat fəaliyyətinin zərərli nəticələrinin
qarşısını almağa səy edilir;
- təsərrüfat riski-hüquqla qorunan mənafeyi təhlükədə qoymaq yolu ilə
iqtisadi fayda əldə etməyə səy edilir;
- kommersiya riski-qanunla qorunan mənafeləri təhlükədə qoymaqla bank,
birja, kapital qoyuluşu və başqa sahibkarlıq fəaliyyətində bazarın vəziyyətini
nəzərə almaqla fayda götürməyə səy edilir;
- elmi-texniki risk - qanunla qorunan mənafeləri təhlükədə qoymaqla
tədqiqatlara, praktikaya yeni metodlar gətirilir (məsələn, bu və ya başqa xəstəliyin
müalicəsi üçün effekt verəcəyinə ümid edilən metodun tətbiqi).
47.Cinayətdə iştirakçılıq
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əksər maddələrinin
qanunverici quruluşu elədir ki, cinayətin bir şəxs tərəfindən törədilməsini nəzərdə
tutur. Lakin cinayət iki və ya daha artıq şəxs tərəfindən də törədilə bilər. Axırıncı
halda, müəyyən əlamətlərin mövcudluğu zamanı cinayətdə iştirakçılıq yaranmış
olur. ştirakçılıq zamanı cinayətkarlar öz səylərini birləşdirərək, çox vaxt öz
aralarında rolları bölüşdürürlər. Bu, cinayətin törədilməsini asanlaşdırır, cinayətə
daha böyük inamla və daha az risklə getməyə imkan yaradır ki, bu da cinayəti daha
təhlükəli edir. Cinayət Məcəlləsinin 31-ci maddəsinə əsasən, iki və ya daha çox
şə
xsin qəsdən cinayət törətməkdə qəsdən iştirakı iştirakçılıq sayılır.
ki və daha çox şəxsin cinayətdə iştirakı bu şəxslərin cinayət məsuliyyətinə
cəlb edilməsi üçün onların hamısının qanunla müəyyən edilmiş yaş həddinə
çatmasını və həmçinin cinayət törədildiyi zaman bütün iştirakçıların anlaqlı
olmasını nəzərdə tutur. Buna görə də anlaqsız şəxslərin və yaxud yetkinlik yaşına
çatmayanların ictimai-təhlükəli əməli birgə törətməsi iştirakçılıq yaratmır.
ş
tirakçılıq – cinayətin törədilməsində iki və ya daha çox şəxsin birgə
iştirakıdır. Cinayətdə birgə iştirakçılıq ümumi nəticənin əldə edilməsi üçün
iştirakçıların hərəkətlərinin qarşılıqlı olaraq şərtləşdirilməsində özünü göstərir.
Ancaq hərəkətlərin birgəliyi təkcə obyektiv deyil, həm de iştirakçılığın subyektiv
ə
lamətlərini əks etdirməlidir. Subyektiv cəhətdən hərəkətlərin birgəliyi vahid
psixoloji birliyə malik olan iştirakçıların mənafelərinin üst-üstə düşməsi ilə
şə
rtləşir.
ş
tirakçılıq yalnız qəsdən edilən cinayətlərdə mümkündür. Ehtiyatsızlıq
üzündən törədilən cinayətlərdə isə iştirakçılıq istisna olunur. Buna görə də
subyektiv cəhətdən o təkcə iştirakçılar arasında subyektiv əlaqənin olması ilə deyil,
həm də şəxsin törətdiyi əmələ və onun nəticələrinə psixoloji münasibəti ilə
müəyyən olunur. Yalnız, qəsdən cinayət törətməkdə qəsdən birgə iştirak,
iştirakçılıq yaradır.
48.Cə zanın sistemi və növlə ri
Cəzanın sistemi - cinayət törədilməsində təqsirli sayılan şəxslərə tətbiq olunan,
məhkəmələr üçün məcburi olan, ağırlığından asılı olaraq qanunla müəyyən edilən
qaydada düzülmüş cəza növlərinin qəti siyahısıdır.
Cinayət Məcəlləsinin 42 - cinayət maddəsinə əsasən cəzanın növləri
aşağıdakılardır:
1. cərimə
2. nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə;
3. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə;
4. ictimai işlər;
5. xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum
etmə;
6. islah işləri;
7. hərbi xidmət üzrə məhdudlaşdırma;
8. əmlak müsadirəsi;
9. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma;
10. Azadlığın məhdudlaşdırılması;
11. ntizam xarakterli hərbi hissədə saxlama;
12. Müəyyən müddətə azadlıqdan məhrum etmə;
13. Ömürlük azadlıqdan məhrum etmə.
Cinayət qanunvericiliyində nəzərdə tutulan bütün bu cəza növləri üç qrupa
bölünür: əsas cəzalar; əlavə cəzalar; əsas və əlavə cəza - cəzalar.
Yalnız əsas cəza kimi tətbiq edilən cəzalara - ictimai işlər, islah işləri, hərbi
xidmət üzrə məhdudlaşdırma; intizam xarakterli hərbi hissədə saxlama, azadlığın
məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük
azadlıqdan məhrum etmə kimi cəza növləri aiddir. Bunlar, müstəqil tətbiq edilən,
hər hansı bir cəza növünə qoşula bilməyən cəzalardır.
49.Əmək hüququnun mənbələri
Ə
mək hüquq normalarının təsbit edildiyi normativ hüquqi aktlar əmək
hüququnun mənbələri adlanır. Əmək hüququnun mənbələri hər şeydən əvvəl əmək
qanunvericiliyinin müəyyən normativ aktlarda ifadəsinin formasıdır. Bu cür
normativ aktlarda isə həm əmək hüquq normaları, həm də kompleks hüquq
normaları mövcud ola bilər.
Ə
mək hüququnun mənbələri içərisində əsas yeri Azərbaycan Respublikasının
12 noyabr 1995-ci il Konstitusiyası tutur. Konstitusiya yüksək hüquqi qüvvəyə
malik olub, qanunvericiliyin əsasını təşkil etdiyinə görə bütün qanunlar və digər
dövlət orqanlarının aktları onun əsasında və ona müvafiq qaydada qəbul edilir.
Burada əməyin hüquqi tənzimləməsinin başlıca əsas prinsipləri müəyyən edilib.
Konstitusiyanın 35-ci (əmək hüququ), 36-cı (tətil hüququ), 37-ci (istirahət
hüququ), 38-ci (sosial təminat hüququ), 41-ci (sağlamlığın qorunması hüququ), 59-
cu (azad sahibkarlıq hüququ) və s. maddələrində təsbit edilən bu prinsiplər milli
ə
mək qanunvericiliyimızin əsas mahiyyəti və məzmununu təşkil edir.
Ə
mək hüququnun mənbələri sistemində konstitusiyadan sonra başlıca yeri
Azərbaycan Respublikasının Əmək Məcəlləsi tutur (Azərbaycan Respublikasının
1999-cu il 1 fevral tarixli qanunu ilə təsdiq edilmiş və 1999-cu il iyulun 1-dən
qüvvəyə mimişdir).
Azərbaycan Respublikasının Əmək Məcəlləsi respublika ərazisində əmək
münasibətlərini nizamlayan hüquq normalarını birləşdirən və sistemləşdirən
qanunvericilik aktıdır.
Ə
mək hüququnun mənbələri içərisində qanunlar, Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları,
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin,
həmçinin, digər nazirliklərin, baş idarələrin, komitələrin normativ aktları da xüsusi
yer tuturlar.
Ə
mək münasibətlərinin nizama salınmasında lokal normativ aktların -
kollektiv müqavilələrinin, müəssisədaxili intizam qaydalarının və s.-nin də mühüm
ə
həmiyyəti vardır.
50.Ə mə k müqavilə si: anlayış ı və tə rə flə ri
Azərbaycan Respublikasında əmək azaddır. Hər bir vətəndaş əməyə olan
qabiliyyətini həyata keçirərkən - fəaliyyət növünü və peşəsini seçməkdə azaddır.
Məcburi əməyin qadağan olunması əsas nailiyyətdir. Bu, Azərbaycan
Respublikasının Konstitusiyasının 35-ci maddəsində təsbit olunub.
Respublikamızda vətəndaşlar əmək hüquqlarını aşağıdakı formalarda həyata
keçirə bilərlər:
- əmək müqaviləsini bağlamaqla;
- seçkili vəzifələrə seçilməklə;
- gənc mütəxəssisləri müvafiq təhsil müəssisələrini bitirdikdən sonra təyinat
üzrə işə göndərməklə;
- şəxsi və özəl sahibkarlıq fəaliyyəti ilə.
Vətəndaşların əmək hüquqlarının həyata keçirilməsinin başlıca forması əmək
müqaviləsi hesab edilir.
AR əmək qanunvericiliyinə əsasən əmək müqaviləsi (kontraktı) –
işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas
şə
rtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
27 dekabr 2013-cü il tarixli qərara əsasən AR Əmək Məcəlləsinə dəyişikliklər
edilmişdir. Bu qərarda əmək müqaviləsi bildirişinin formaları və həmin bildirişin
elektron informasiya sisteminə (E S) daxil edilməsi, əmək müqaviləsi bağlandığı,
dəyişiklik edildiyi və ya xitam verildiyi halda, əmək müqaviləsi bildirişi və
müvafiq Əlavələrdə onların formaları, bildirişlərin və onlarla bağlı məlumatların
real vaxt rejimində əldə olunması və s. qaydalar əksini tapır. E S 1 iyul 2014-cü il
tarixdən istifadəyə verilmişdir.
Ə
mək müqaviləsi bildirişi - əmək müqaviləsinin bağlanılmasının, ona
dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti
orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması
məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil
edilən elektron sənəddir.
Ə
mək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
Dostları ilə paylaş: |