228
keçirilməsində gömrük orqanlarının iştirakını təmin etmək; gömrük rejimlərinin hüquqi
tənzimlənmə xüsusiyyətlərini müəyyən etmək hüququ vardır.
Bunlardan əlavə Dövlət Gömrük Komitəsinin ona həvalə edilmiş vəzifə və
funksiyaları həyata keçirmək üçün mərkəzi icra hakimiyyəti orqanları da daxil olmaqla,
hüquqi-təşkilati formasından asılı olmayaraq, müıssisələrdən və təşkilatlardan, habelə
vəzifəli şəxslərdən və fiziki şəxslərdən sənədlər və məlumatlar tələb etmək; gömrük işi
məsələləri üzrə koordinasiya və ekspert şuraları, işçi qrupları və müvəqqəti yaradıcı
kollektivlər təşkil etmək; gömrük işi və gömrük siyasəti problemlərinin həlli məqsədi ilə
müqavilə əsasında xarici ölkələrin mütəxəssisləri və alimləri də daxil olmaqla elmi
işçiləri, mütəxəssisləri cəlb etmək; rabitə və məlumatların ötürülməsinin xidməti
sistemini yaratmaq; tabeçiliyindəki idarə, müəssisə və təşkilatların fəalyyətinə rəhbərlik
etmək, onların əsasnamələrini və nizamnamələrini təsdiq etmək, onların rəhbərlərini
təyin etmək, maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını və təftişini həyata keçirmək
və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları
vardır.
Dövlət Gömrük Komitəsi öz səlahiyyətləri daxilində gömrük işi üzrə Azərbaycan
Respublikasının bütün ərazisində qüvvədə olan, bütün dövlət orqanları, hüquqi-təşkilati
formasından asılı olmayaraq idarələr, müəssisələr və təşkilatlar, habelə vəzifəli şəxslərvə
fiziki şəxslər tərəfindən icrası məcburi olan normativ aktlar qəbul edir.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə sədr rəhbərlik edir. Sədr
Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad
olunur.
Dövlət Gömrük Komitəsinin sədr müavinləri sədrin təklifinə əsasən Azərbaycan
Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunurlar.
Dövlət Gömrük Komitəsinin sədri aşağıdakı vəzifələri yerinə yetirir:
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini təmsil edir, digər dövlət
orqanları ilə onun qarşılıqlı fəaliyyətini təmin edir;
Dövlət Gömrük Komitəsinin sədrinin müavinləri arasında vəzifə bölgüsünü aparır;
Komitənin səlahiyyətləri daxilində normativ aktları imzalayır (təsdiq edir) və onların
icra vəziyyətinin yoxlanılmasını təşkil edir;
229
Gömrük orqanlarının vəzifəli şəxslərini, gömrük laboratoriyalarının və
tabeçiliyindəki digər idarə, müəssisə və təşkilatların əməkdaşlarını vəzifəyə təyin və
vəzifədən azad edir;
Dövlət Gömrük Komitəsinin struktur bölmələrini və tabeçiliyindəki digər idarə,
müəssisə və təşkilatların əsasnamələrini (nizamnamələrini) təsdiq edir; komitənin
müəyyən olunmuş say tərkibi və əmək haqqı fondu hədlərində ştat cədvəlini, idarəetmə
aparatının saxlanılması üçün smeta xərclərini təsdiq edir;
Öz səlahiyyətləri daxilində gömrük orqanlarının vəzifəli şəxslərinə və
tabeçiliyindəki müəssisələrin işçilərinə xüsusi rütbələr verir; ali rəhbər heyətindən olan
vəzifəli şəxslərə xüsusi rütbələrin verilməsi haqqında müəyyən edilmiş qaydada təqdimat
verir;
Gömrük orqanlarının və tabeliyindəki digər müəssisə və təşkilatların işçilərini
mükafatlandırır;
Xüsusilə fərqlənmiş əməkdaşlara fəxri adların verilməsi və ya onların dövlət
mükafatları ilə təltif olunması üçün müəyyən olunmuş qaydada təqdimat verir;
Gömrük orqanlarının əməkdaşları, gömrük laboratoriyaları və tabeçilyindəki digər
idarə, müəssisə və təşkilatların işçiləri barəsində qanunvericilikdə nəzərdə tutulmuş
intizam təsiri tədbirlərini tətbiq edir;
Ona verilmiş ayrı-ayrı səlahiyyətlərdən tabeçiliyindəki vəzifəli şəxslərin istifadə
etməsinə icazə verir və başqa funksiyaları da həyata keçirir.
Dövlət Gömrük Komitəsində sədrdən ( kollegiyanın sədri ) və sədrin
müavinlərindən, habelə gömrük orqanlarının, gömrük laboratoriyalarının, tabeçilikdə
olan digər idarə, müəssisə və təşkilatların rəhbər işçilərindən ibarət kollegiya təşkil
olunur. Kollegiyanın tərkibi vəzifələr üzrə Dövlət Gömrük Komitəsi sədrinin təqdimatına
ə
sasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Kollegiya öz
iclaslarında Komitənin fəaliyyəti ilə bağlı mühüm məsələlərə baxır və onlar haqqında
qərar çıxarır.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi dövlət büdcəsinin vəsaiti
hesabına və həmçinin qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına
maliyyələşdirilir. Dövlət Gömrük Komitəsi hüquqi şəxsdir; onun üzərində Azərbaycan
230
Respublikasının Dövlət gerbi təsvir olunmuş və öz adı yazılmış möhürü, müvafiq möhür
və ştampları, banklarda və kredit təşkilatlarında hesabı (o cümlədən valyuta hesabı )
vardır.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu aşağıdakı qaydada
qurulur:
1.
Sədr.
2.
Sədrin birinci müavini.
3.
Sədrin müavinləri.
4.
Sədrin köməkçisi.
5.
Gömrük nəzarətinin təşkili Baş idarəsi.
6.
Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə Baş idarəsi.
7.
Maliyyə-tarif və valyuta nəzarəti Baş idarəsi.
8.
Kadrlar idarəsi.
9.
Statistika və təhlil idarəsi.
10.
şlər idarəsi
11.
Əsaslə tikinti və maddi-texniki təchizat idarəsi.
12.
nspeksiya idarəsi.
13.
Xarici əlaqələr şöbəsi.
14.
Mühasibat və uçot şöbəsi.
15.
Mətbuat xidməti şöbəsi.
16.
Hüquq şöbəsi.
17.
Məxfi şöbə.
18.
Növbətçi hissə.
19.
Təsərrüfat xidməti.
20.
Analitik şöbə.
21.
Mühafizə dəstəsi.
Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan gömrük orqanları və təşkilatları
aşağıdakılardır:
Naxçıvan Gömrük Komitəsi;
Bakı Baş Gömrük darəsi;
231
Hava nəqliyyatında Baş gömrük darəsi;
Astara gömrükxanası;
Balakən gömrükxanası;
Biləsuvar gömrükxanası;
Ş
irvan gömrükxanası;
Yevlax gömrükxanası;
Gəncə gömrükxanası;
Sədərək gömrükxanası;
Sumqayıt gömrükxanası;
Tovuz gömrükxanası;
Xaçmaz gömrükxanası;
Xudafərin gömrükxanası;
Culfa gömrükxanası;
Mərkəzi laboratoriya;
“Azərterminalkompleks” Xarici Əlaqələr Birliyi;
Tədris mərkəzi.
Azərbaycan Respublikasının gömrük orqanlarında və təşkilatlarında xidmətin
qaydaları və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsasları
Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş
“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədə müəyyən edilmişdir.
Gömrük orqanlarında xidmət – Azərbaycan Respublikasının hüquq mühafizə
orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz
peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət
xidmətinin xüsusi növüdür.
Gömrük orqanlarında xidmət qanunçuluq, humanizm, müvafiq dövlət orqanları
qarşısında cavabdehlik, xidməti intizama və etikaya riayət, xidmət fəaliyyətinin
nəticələrinə və ixtisasına görə xidməti irəliləyiş prinsipləri əsasında təşkil edilir.
Qanunvericilkdə müəyyən olunmuş hallar istisna olunmaqla heç bir dövlət orqanının
Gömrük Məcəlləsinin və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının
müddəalarına uyğun fəaliyyət göstərən gömrük orqanlarının səlahiyyətinə toxunan
232
məsələlər üzrə qərar qəbul etmək, onların funksiyalarını icra etmək və ya dəyişmək,
onlara başqa vəzifələr tapşırmaq və ya fəaliyyətinə digər formada müdaxilə etmək
hüququ yoxdur.
Gömrük orqanları gömrük işi ilə əlaqədar vəzifələri yerinə yetirmək məqsədi ilə
digər hüquq mühafizə orqanları və başqa dövlət orqanları ilə, idarə, müəssisə, təşkilat və
vətəndaşlarla qarşılıqlı fəaliyyət göstərir.
Vətəndaşların gömrük orqanlarında xidmətə qəbulu könüllülük prinsipi əsasında
həyata keçirilir. Təhsil səviyyəsinə, peşəkarlığına, səhhətinə, işgüzar və mənəvi
keyfiyyətlərinə görə gömrük orqanlarına həvalə edilmiş vəzifələri yerinə yetirə bilən
Azərbaycan Respublikasının vətəndaşları gömrük orqanlarının vəzifəli şəxsləri ola
bilərlər. Azərbaycan Respublikası gömrük orqanlarında vəzifəyə ilk dəfə təyin edilən
şə
xslər üçün 6 aya qədər sınaq müddəti müəyyən edilə bilər. Bir qayda olaraq müvafiq ali
təhsilə malik olmayan, habelə (ali rəis heyəti üçünnəzərdə tutulan vəzifələrə xidmətə
qəbul olunanlar istisna edilməklə ) yaşı 30-dan keçmiş vətəndaşlar gömrük orqanlarında
xidmətə qəbul edilmirlər.
Gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr verilir. Xüsusi rütbələrin
müəyyən edilməsi və onların verilmə qaydasını Azərbaycan Respublikasının Prezidenti
təsdiq edir. Gömrük orqanlarının vəzifəlı şəxslərinə xüsusi rütbələr onların tutduqları
vəzifəyə uyğun verilir.
Gömrük orqanlarında xidmətə qəbul edilmiş vətəndaşlar ilkin xüsusi rütbəni
aldıqdan sonra iki aydan gec olmayaraq Azərbaycan Respublikasının Gömrük Məcəlləsi
ilə nəzərdə tutulan məzmunda and içirlər.
Gömrük orqanının vəzifəli şəxsinin aşağıdakı hüquqları vardır:
Gömrük orqanında tutduğu vəzifəyə dair hüquq və vəzifələrini müəyyən edən sənədlərlə
tanış olmağa;
Müəyyən edilmiş qaydada xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan
məlumat və sənədlər almağa;
Xidməti vəzifələrini yerinə yetirmək üçün mülkiyyət formasından asılı olmayaraq
müəssisələrə getməyə;
233
Xidməti vəzifələrinə uyğun olaraq qərarlar qəbul etməyə və ya onların
hazırlanmasında iştirak etməyə;
Xidmət illərinə görə, xidmətin nəticələri və ixtisasının səviyyəsi nəzərə alınmaqla,
ə
mək haqqının artırılmasına və gömrük orqanlarında xidmət üzrə irəliləməyə;
Şə
xsi işində olan materiallarla tanış olmaq və zəruri hallarda öz izahatlarını şəxsi işə
ə
lavə etməyə;
Dövlət Gömrük Komitəsinin saxlanılması üçün nəzərdə tutulan vəsaitlər hesabına öz
ixtisasını artırmağa və təkmilləşdirməyə;
Xidmət illəri nəzərə alınmaqla pensiya təminatına;
Şə
rəf və ləyaqətini alçaldan məlumatların təkzib edilməsi üçün xidməti
araşdırmaların aparılmasını tələb etməyə;
Həmkarlar ittifaqlarında birləşməyə;
Gömrük orqanlarının vəzifəli şəxslərinin iclaslarında iştirak etməyə.
Gömrük orqanının vəzifəli şəxsi xidməti fəaliyyətini həyata keçirərkən aşağıdakıları
etməyə borcludur:
Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi
aktlarına riayət edilməsini təmin etmək;
Fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin
etmək;
Gömrük orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və
sərəncamlarını yerinə yetirmək;
Xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında
baxmaq;
Gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə
rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək;
Dövlət sirrini və qanunla qorunan digər sirrləri qorumaq, xidməti vəzifələrini yerinə
yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq.
Gömrük orqanlarının vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrasına,
həmçinin aşağıdakılar daxildir:
234
gömrük orqanlarının rəhbərləri tərəfindən təsdiq olunmuş planlara uyğun olaraq keçirilən
təlimlərdə, toplanışlarda, yarışlarda və digər tədbirlərdə iştirak etmək;
Xidmət yerinə getmək və qayıtmaq, xidməti ezamiyyətdə olmaq;
Müalicədə olmaq, müalicə yerinə getmək və qayıtmaq;
Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar vətəndaşların həyat, sağlamlıq,
şə
rəf və ləyaqətinin qorunması, habelə öz şəxsi təhlükəsizliyinin təminatı üzrə hərəkətlər.
Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən dövlət
nümayəndəsi kimi təmsil olunur və dövlətin mühafizəsi altında olurlar.
Gömrük orqanlarının vəzifəli şəxsləri üzərilərinə düşən vəzifələri yerinə yetirərkən
qanunvericiliyi və beynəlxalq müqavilələri rəhbər tutur və birbaşa rəislərinə tabedirlər.
Gömrük orqanı və ya onun vəzifəli şəxsi tərəfindən qərar qəbul edilməsinə, yaxud həmin
vəzifəli şəxsin fəaliyyət göstərməsinə qanunsuz təsir etməyə və ya hər hansı bir formada
müdaxiləyə yol verilmir və bu cür hərəkətlər Gömrük Məcəlləsinə uyğun məsuliyyətə
səbəb olur.
Gömrük orqanlarının vəzifəli şəxsləri müəyyən edilmiş hallarda və qaydada fiziki
qüvvəni, xüsusi vasitələri və odlu silahı tətbiq etmək hüququna malikdirlər. Həmin
orqanların vəzifəli şəxsləri fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə
ə
laqədar hallarda fəaliyyət göstərmək üçün xüsusi hazırlıq keçməli, həmçinin bu sahədə
yararlı olmaları barədə müntəzəm yoxlanılmalıdırlar.
235
Ə
DƏB YYАТ
1.
Azərbaycan Respublikasının Kоnstitusiyası. Bakı. 1995
2.
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. Bakı. 2013
3.
Azərbaycan Respublikasının Vеrgi Məcəlləsi. Bakı. 2001
4.
«Gömrük tarifı haqqında» AR Qanunu, Bakı. 2013
5.
«Nоrmатiv hüqуqi аktlаr haqqında» AR Qanunu, Bakı. 2000
6.
Azərbaycan Respublikasının Inzibаti Prсеssuаl Məcəlləsi. Bak. 1999
7.
“Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının
qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, 30
dekabr 2003-cü il (Azərbaycan Respublikasının qanunvericilik təplusu, 2004-cü il, №
2, maddə 57)
8.
Azərbaycan Respublikasının Cinаyət Məcəlləsi. Bakı. 2000
9.
«Azərbaycan Respublikası Dövlət Gömrük Kəmitəsinin yaradılması haqqında»
Azərbaycan Respublikası Prezidentinın 1992-ci il 30 yanvar tarixli 561 saylı
Fərmanı.
10.
«Azərbaycan Respublikası ərazisinə ixrac edilən malların müqabilində valyuta
vasıtələrinin ödənişlərinə nəzarət barədə təlimat», АR Gömrük Kоmitəsinin Sədrinin
1998-ci il ç sentyabr tarixli 4ç saylı əmri.
11.
Məmmədоv S. və başqaları, «Vergi və Gömrük işi» Bakı. 1996
12.
Heydərоv K. , «Gömrük işinin əsasları. Gömrük işinin təşkili texnalogiyası», I cild.
Bakı. 1998
13.
Heydərоv K. , «Gömrük işinin əsasları. Gömrük isinin idarə edilməsi və inkişafı», I-
IV cildlər. Bakı. 2000
14.
Heydərоv K. , Həsənəv C. , «Azərbaycan Gömrük xidməti yeni dünya təsərrüfatı
münasibətləri şəraitində» Bakı. 1998
15.
Nuriyev C. ,» Gömrük hüququ» Bakı. 2002
16.
Şəkərəliyev A. , «Bazar iqtisadiyyatına keçid. Dövlətin iqtisadi siyasəti», 2002
17.
Şəkərəliyev A. , «Gömrük işinin təşkili və idаrə еdilməsi», 2003
18.
Драгонов B. Г. «Основы тамоcенного дела», M. 2005
Dostları ilə paylaş: |