Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə16/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

 
44
– Ptolemeyin xəritəsində Afrikanın  şimal hissəsi və Avrasiya təsvir edilmişdi. O 
zaman insanlara digər quru sahələri məlum deyildi
– Müasir xəritədə materik və okeanların hamısı  təsvir edilmiş, Yer isə kürə 
formasında göstərilmişdir.  
Tapşırığın müzakirəsi üçün nəzərdə tutulmuş birinci suala cavab verərkən 
şagirdlərin diqqətini yuxarıdakı suallara yönəltmək olar. Yer haqqında biliklərin 
praktik  əhəmiyyəti barəsində sualı müzakirə edərkən vulkan və  zəlzələlərin baş 
verdiyi  ərazilərin müəyyən olunmasında, faydalı qazıntıların yerinin təyin 
edilməsində bu biliklərin rolundan danışmaq olar.   
Yeni mövzunun mənimsənilməsi “Ziqzaq” üsulu ilə aparıla bilər. “Ekspert” 
qruplarında müzakirə üçün müəllim şagirdlərə suallar təklif edə bilər: 
1-ci qrup: müasir dövr hansı əlamətlərlə səciyyələnir? 
2-ci qrup: böyük coğrafi kəşflər dövrü hansı əlamətlərlə səciyyələnir? 
3-cü qrup: orta əsrlər dövrü hansı əlamətlərlə səciyyələnir? 
4-cü qrup: ibtidai mərhələ dövrü hansı əlamətlərlə səciyyələnir? 
“Doğma” qruplarda məlumatın mənimsənilməsi “Öyrəndiklərinizi tətbiq edin” 
blokunda verilən tapşırığın yerinə yetirilməsi ilə həyata keçirilə bilər. 
 
 Öyrəndiklərinizi tətbiq edin 
Eramızın V 
əsrinə qədərki 
dövr
 
 
V–XV əsrlər
 
Böyük coğrafi  
kəşflər dövrü
 
Müasir dövr
 
– Aristotel Yerin 
kürə formasında 
olduğunu söylə-
mişdir; 
– Еratоsfеn 
Yerin ölçülərini  
hesablamışdır, 
xəritə  tərtib et-
mişdir; 
 Ptolemey  daha 
mükəmməl xəritə 
tərtib etmişdir. 
 
 Əbu Rеyhan Bi-
runi Yerin ölçü-
lərini hesablamış və 
Şərqdə ilk dəfə ola-
raq  gildən Yerin 
modelini, yəni  
qlobusu düzəltmiş-
dir; 
 Nəsirəddin Tusi 
Yerin Günəş ətra-
fında  dövr etdiyini 
nəzəri cəhətdən 
əsaslandırmış və ul-
duzlu səmanın xəri-
təsini tərtib etmişdi. 
Yeni torpaqla-
rın kəşf  еdilmə-
si; 
– Amerikanın  
kəşfi; 
– Digər dünya 
səyahətləri; 
– Yеrin kürə 
formasında 
olmasının və  
okeanların bir-
biri ilə əlaqəli 
olduğunun  sübut 
edilməsi. 
Yeni texnolo-
giyaların tətbi-
qi  insanlara 
təbiətdə baş 
verə biləcək 
təbiət hadisə-
lərinə dair 
proqnozlar  əl-
də etməyə kö-
mək göstərir.   
 
 
 
 Nə öyrəndiniz  
Coğrafi biliklərin inkişafında qədim dövr coğrafiya elminin yaranması ilə səciyyə-
lənir. V–XV əsrlərdə coğrafiya əsasən Şərqdə inkişaf edirdi. Böyük coğrafi kəşf-
lər  dövründə materiklərin kəşf edilməsi baş vermişdir. Kosmik tədqiqatlara  əsas-
lanan müasir dövrdə coğrafiyanın rolu dəyişmişdir.  
 


 
 
45
Öyrəndiklərinizi yoxlayın 
Aristotelin  ən böyük nailiyyəti Ayın üzərində Yerin kölgəsinə görə onun kürə 
formasında olduğunu söyləmək olmuşdur. Nəsirəddin Tusi Yerin Günəş ətrafında  
dövr etdiyini nəzəri cəhətdən əsaslandırmış və ilk dəfə olaraq ulduzlu səmanın 
qlobusunu tərtib etmişdir. Coğrafiya elminin inkişafında ən mühüm  tədqiqatlar 
dövrü əsasən V–XV əsrlərdə həyata keçirilmişdir”.  
Dərsdən sonra 
Tapşırığı yerinə yetirməzdən öncə  şagirdləri essenin qiymətləndirmə meyarları, 
başqa sözlə, essenin düzgün yazılma qaydaları ilə tanış etmək lazımdır. Meyarlar 
müəllim tərəfindən şagirdlərin iştirakı ilə tərtib oluna bilər. 
Nümunə: 
  Essedə fikirlər orijinal olmalı, yəni başqa mənbələrdən köçürülməməlidir. 
  Essedə ifadə olunmuş fikirlər əsaslandırılmalıdır; məsələn: “mən belə hesab 
edirəm ki”, “çünki”, “ona görə ki” və s. 
  Esse bir səhifədən çox olmamalıdır. 
  Esseyə əyani təsvirlər əlavə olunmalıdır. 
  Qrammatik və orfoqrafik səhvlər olmamalıdır. 
Qiymətləndirmə meyarları: 
  İzahetmə  
  Şərhetmə 
 
Zəif Orta 
Yüksək 
Yer haqqında ilkin təsəvvürlə-
ri izah etməkdə çox çətinlik 
çəkir.  
Yer haqqında ilkin təsəvvürlə-
ri müəllimin köməyi ilə izah 
edir.  
Yer haqqında ilkin 
təsəvvürləri dolğun izah edir.  
Yer haqqında təsəvvürlərin 
inkişaf mərhələlərini şərh et-
məkdə çətinlik çəkir.  
Yer haqqında təsəvvürlərin 
inkişaf mərhələlərini qismən 
şərh edir. 
Yer haqqında təsəvvürlərin 
inkişaf mərhələlərini ətraflı 
şərh edir. 
 
 


 
46
Dərs 6 / Mövzu:
 SƏYYAHLAR, TƏDQİQATÇILAR, TURİSTLƏR 
 
 
 
 
  
Motivasiya mərhələsində müəllim  şagirdlərə  dərslikdə verilən sual ətrafında  
sərbəst yazı yazmağı  təklif edə bilər. Digər variantda isə o, yazılı kiçik sorğu da 
keçirə bilər.  
Səyahət etmək üçün aşağıdakı sualları cavablandırın:  
– Hansı ölkəni seçmək istərdiniz: dağlıq, düzənlik, ada və s.  
– Həmin ölkəyə hansı nəqliyyat vasitəsilə getmək istərdiniz: avtobus, təyyarə və s. 
– Səfər zamanı harada qalmaq istərdiniz: mehmanxanada, evdə, çadırda və s. 
– Nəyə diqqət yetirmək istərdiniz:  təbiət, insanlar, tarixi abidələr, bitkilər, 
heyvanat aləmi və s. 
– Səfərə kiminlə getmək istərdiniz: valideynlər, dostlar, tanımadığınız insanlar və 
s. 
– Səyahətdə nə qədər müddətə qalmaq istərdiniz: gün, ay və s. 
 “
Fəaliyyət” hissəsində verilmiş tapşırıq kiçik sorğunun davamı ola bilər.  
 Yeni  materialı  mənimsəmək üçün “Ziqzaq” üsulundan istifadə etmək olar.  
“Ekspert” qrupu şagirdlərinin hər biri bir səyyahın səyahətinə dair məlumatları 
təhlil edir. “Ekspert” qrupunun nəticələri  əsasında “Doğma” qruplarda cədvəl ta-
mamlanmalıdır. 
Səyyahlar Xidmətləri 
Vasko dа Qama 
Hindistana ilk dəniz yolunun açılması 
X.Kolumb Amerikanın 1492-ci ildə kəşfi 
Lеyf Еrikssоn   
Amerikanın  şimal-şərqinə səyahəti 
Ameriqo Vespuççi 
Amerikanın  müstəqil materik olmasının sübut edilməsi 
Fernan Magellan 
İlk dünya səyahəti 
Tur Hеyеrdal   
Sakit  okean  adalarında yaşayan insanların Cənubi Amerika-
dan   üzərək gəldiyini fərz etmişdir 
Alt 
STANDARTLAR
1.1.1. Qədim insanların Yer haqqında təsəvvürlərini şərh edir 
 
 
Dərsin 
MƏQSƏDİ 
 məşhur səyahətçilərin nailiyyətlərini şərh edir; 
 keçmişdə və indiki zamanda səyahətlərin məqsədlərinin müxtə-
lifliyini izah edir. 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə