Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə30/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   26   27   28   29   30   31   32   33   ...   189

 

85

ə



traflara 

doğru 

genişlənməsi 

prosesləri 

daha 

da 


sürətlənəcəkdir.  Məhz  bu  inkişafdan  və  maraqlar  uğrunda 

mübarizədən  dünyanın  qlobal  sülhü  qorunacaqdır.  Dövlət 

maraqlarının  qorunması  və  maraqların  inkişaf  etdirilməsi 

rəqabəti  siyasətini  başlıca  olaraq  böyük  dövlətlərin  və  kiçik 

dövlətlərin  hakimiyyətləri  həyata  keçirəcəklər.  Bu  rəqabət 

siyasəti  cəmiyyətlərdə  kütləvi  olaraq  hiss  olunmayacaqdır. 

Radikal  siyasət  cəmiyyətlərin  yalnız  xüsusi  təbəqələrini 

maraqlandıracaqdır.  Mövcud  inkişaf  tempi  və  dinamikası  artıq 



orta  təbəqəyə  malik  olan  insanların  yaxınlaşdırılmasını  zəruri 

etməkdədir. Qlobal siyasət isə gələcəkdə yalnız müəyyən qrupu 

maraqlandıracaqdır.  Bu  məzmun  və  təzahür  də  indidən  hiss 

olunmaqdadır.  Sakinləri,  əhalini  isə  daha  çox  maddi-sosial  və 

mənəvi  tələblər  düşündürəcəkdir.  Bu  baxımdan  da  rəqabət 

siyasəti  cəmiyyətlərdə  bir  o  qədər  hiss  olunmayacaqdır. 

Bundan  irəli  gələrək,  xalqlar  qarışacaqdır,  cəmiyyətlər 



insanlıq ideologiyası üzərində ümumiləşəcəkdir və bu proses 

gələcəkdə  sürətlə  həyata  keçiriləcəkdir.  Böyük  dövlətlərin 

siyasətləri  də  formalaşmış  dairələr  üzrə  həyata  keçəcəkdir. 

XXII əsrdə- ikinci yarısında, çox ehtimal ki, köklü dünya siyasi 

dəyişiklikləri  baş  verməyəcəkdir.  Dünya  özünün  rahat  və 

stabil  həyatını  yaşayacaqdır.  XXI  əsrin  sonları-XXII  əsrin 

başlanğıcında  böyük  xalqların  hakimiyyətləri  artıq  məkanları 

əhatə etmək baxımından fundamental qaydada öz siyasətlərinin 

formalaşması  proseslərini  həyata  keçirəcəklər.  Rus-  slavyan-

türk  dünyaları  birliyi,  ingilis-ərəb  dünyası,  Çin  və  Hindistan, 

Latın  Amerikası  dünyası  və  digər  mərkəzlər  başlıca  olaraq 



dünyaların  siyasi  və  iqtisadi  maraq  məkanları  üzrə 

bölünməsi  prinsiplərini  tətbiq  edəcəklər  və  XXII  əsrdə  baza 

bölgü  başa  çatacaqdır.  Bu  bölgüdən  sonra  ayrı-ayrı  məkanlar 

birləşmələri  cəmindən,  qarşılıqlı  mübarizə  fonunda  baş  verən 

bütövləşmədən,  rəngarənglikdən  ümumdünya qlobal sülhü 

yaranacaqdır.  Yer  üzərində  baş  verən  zəlzələlər  kimi,  bəzən 

kiçik-kiçik  “siyasi  zəlzələlər”  olacaqdır.  Bəzi  hallarda  isə 

“dağıdıcı  zəlzələlər”  də  müşahidə  ediləcəkdir.  Lakin  bu  hallar 

qlobal sülhə köklü zərbələr vura bilməyəcəkdir.  



 

86

Onu  nəzərə  almaq  lazımdır  ki,  dünya  ayrı-ayrı  məkanlar 



üzrə  (xalqmərkəzli  əsaslarla,  böyük  dövlətlər  maraqlarına) 

bölündükdən  sonra  bu  proses  baza  etibarilə  başa  çata-çata 

qəbuledilənlik,  razılıq  ortaya  çıxacaqdır.  Yəni  böyük  dövlətlər 

bir-birilərini 

kəskin 

rəqabətdən, 



mübarizələrdən 

başa 


düşəcəklər.  Mübarizələrdən  və  dərk  etməkdən  bir  növ  hərəsi 

“öz  yerinə  oturacaqdır”.  Daxili  mübarizənin  enerjisi  dövlətləri 

öz  məkanlarında  və  əhatə  dairələrində  saxlaya  biləcəkdir. 

Bundan sonra qlobal sülh sabit əsaslarla, baza trayektoriyalarla 

qorunub  saxlanılacaqdır  və  qlobal  sülh  trayektoriyası 

qalınlaşacaqdır.  Mübarizə  özü  ilə  birlikdə  həm  də  qlobal 

sülh trayektoriyasını formalaşdıracaqdır.  

 

XXI  əsrin  ikinci  yarısı  və  XXII  əsrdə  və  sonradan  da 

qlobal sülhün qorunub saxlanılmasını şərtləndirən aşağıdakı 

səbəbləri göstərmək olar: 

 

-kütləvi  qırğın  silahlarının  mövcudluğu  və  ondan  qorxma 



amilləri. XX əsrin 70-80-ci illərində raketlərlə və nüvə silahları 

ilə  bağlı  paritetin  əldə  olunmasını  buna  misal  da çəkmək  olar. 

Eyni  zamanda  silahsızlaşdırılma  siyasətini  də  bunun  tərkib 

hissəsi  hesab  etmək  olar.  Birləşmiş  Millətlər  Təşkilatının 

Beynəlxalq  Atom  Enerjisi  Komissiyasın  tərəfindən  silahların 

məhdudlaşdırılması  və  onlara  nəzarətlə  bağlı  danışıqlar, 

müzakirələr  həyata  keçirilmişdir.  Müzakirələrin  əsas  obyekti 

ingilis  dilində  SALT  Agreements  (  Strategic  Arms  Limitation 

Treaty-Strateji  Silahlarin  Məhdudlaşdırılması  Sazişi)  və 

START  (Strategic  Arms  Reduction  Talks-Strateji  Silahların 

İxtisarı  üzrə  Danışıqlar)  adlanırdı  və  ABŞ-la  SSRİ  arasında 

həyata  keçirilirdi.  (Qeyd:  mövzunun  əvvəlində  bəzi  sənədlər 



göstərilibdir)XX əsrdə  adi və nüvə silahları arasında mövcud 

olan  fərqləndirici  xüsusiyyətlər  siyasi  və  hərbi  baxımdan 

silahlara  nəzarətə  və  silahsızlaşdırılmaya  dair  əvvəlcədən 



 

87

tədbirlərin  görülməsini  zəruri  edirdi.



1

 

XX  əsr  boyu  silahlara 

nəzarət  üzrə  müəyyən  coğrafi  regionlarda  dövlətlər  arasında 

aşağıdakı  sənədlər  də  qəbul  edilib.  İngiliscə  adları  belədir: 

The Antarctic Treaty of 1961, the Outer Space Treaty of 1967, 

the  Latin  American  Nuclear  Free  Zone  Treaty  of  1967,  the 

Nonproliferation  Treaty  of  1970,  the  Seabed  Treaty  of  1971, 

and  the  Convention  on  the  Prohibition  of  the  Development, 

Production,  and  Stockpiling  of  Bacteriological  (Biological) 

and Toxic Weapens of 1972.

2

 

 

 2010-cu  ilin  aprelində  Rusiya  və  ABŞ  təkrar  olaraq  bu 

məsələyə diqqətlərini yönəltdilər; 

-cəmiyyətlərin bazasını təşkil edən orta və kiçik təbəqələrdə 

ümumdünya  yaxınlığının  (cəmiyyətlərarası  və  xalqlararası 



yaxınlıq)  genişlənməsi.  Böyük  siyasətin  cəmiyyətin  orta 

təbəqəsinin  maraqlarından  bir  qədər  kənarlaşması.  Müəyyən 

qrupun  siyasi  oyunlarının  cəmiyyətlər  tərəfindən  geniş  dərk 

edilməsi və gizli siyasətin cəmiyyətlər tərəfindən ifşası ; 

-böyük güc mərkəzləri tərəfindən dünyanın təsir məkanları 

üzrə  bölüşdürülməsi  (burada  baza  olaraq  bölüşdürülmə) 

proseslərinin  əsas  etibarilə  başa  çatması.  Böyük  xalqmərkəzli 

dünyalar olduqdan sonra rəqabət də güclənə bilər, lakin ümum 

inkişaf  rəqabəti  ortaya  çıxa  bilər.  Burada  hər  bir  mərkəz  öz 

məkanında  və  qarşıq  ümumdünya  məkanında  rəqabətə  qoşula 

bilər; 

-iqtisadi 



inkişafın 

baza 


olaraq 

radikal 


şüurların 

yumşalmasına şərait yaratması, yeni texnologiyalar və resurslar 

hesabına  maddi  ehtiyacların  ödənilməsi  üçün  imkanların 

artması; 

                                                 

1

 Hans J. Morgenthau, Kenneth W. Thompson. Politics among nations: the 



struggle for power and peace. Brief Edition. 1993.R.R. Donneley&Sons 

Company. ISBN 0-07-043306-2, səh. 279. 

2

 Yenə orada, səh. 281.   




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə