68
ardıcıllığından çıxarılan nəticələr hesabına gələcəkdə strateji
hədəflərin bu və ya digər səviyyədə istiqamətlərini müəyyən
etmək, duymaq olur. Proqnozlaşdırmaq siyasi hadisələrin tarixi
nəticələrindən də sıx şəkildə asılı olur. Tarixi hadisələrin baza
nəticələrinin ardıcıllığı növbəti siyasəti və onun baza
istiqamətlərini müəyyən etməyə əsas verir. Məsələn, tarixən
böyük dövlətlərin imperiya siyasəti və imperiyanın siyasətinin
formalaşmasının əsasları bir riyazi düstura, formulaya çevrilib.
Bu həqiqətdir ki, böyük dövlətlər tarixən işğalçılıq siyasəti
həyata keçiriblər və öz aralarında rəqabət siyasətini müəyyən
ediblər. Bu gün də bu siyasət davam etməkdədir və sadəcə
olaraq əksər hallarda iqtisadi ekspansiyalar və bu cür siyasət
metodunun tərkibi olaraq iqtisadi təsirlər və təzyiqlər
mövcuddur. Əksər hallarda idealizmdən-liberalizmdən istifadə
edilir və bu ideyalara söykənərək real siyasət həyata keçirilir.
Siyasət özü müxtəlif məkanlarda zaman ardıcıllığı boyunca
tarixi yaradır, tarixin nəticələri də növbəti-gələcək trayektoriya
üzrə törədiləcək siyasi aktların əsaslarını və nəzəri
mülahizələrini formalaşdırır. Bu baxımdan da gələcək
strategiyanın müəyyən edilməsi, hadisələr gedişatının gələcək
zamanlar üçün proqnozlaşdırılması tarixin və siyasətin
formulalarının qarşılıqlı əsaslarla şərtləndirici asılılığından
meydana gəlir. Bu formulalar vəhdətinə daima, iqtisadi və
sosial-mənəvi inkişafa, mədəni, elmi və humanitar baxışlara
müvafiq olaraq, yeni-yeni baxışlar əlavə edilir. Yeni humanizm
baxışları-idealizm, nəticədə özündə ədaləti əks etdirən yeni
realizmi formalaşdırır. Yeni realizm və idealizm də gələcək
siyasətdə yeni məzmunlu (həm bərk, həm də yumşaq)
strategiyanın formalaşmasına təsir göstərir.
Gələcək strategiya müəyyən edilərkən həmçinin gələcək
zamanda maraqların möhkəmlənməsinə xidmət edən siyasi
nüfuz amilindən, prinsiplərindən də istifadə edilir. Məsələn,
tarixən ingilis və rus xalqlarının, ispanların, türklərin,
fransızların, almanların dünya nizamında avtoritar nüfuzları
69
olubdur. Bu nüfuzlar hələ də qalmaqdadır. Zaman keçsə də
həmin xalqların dünyanın idarəolunmasında bu və ya digər
səviyyədə siyasi nüfuzları mövcuddur. Bu xalqlar öz
nüfuzlarından siyasi maraqlarının təmin edilməsində ideoloji
amillər olaraq istifadə edirlər.
Dünya dövlətləri daha çox orta əsrlərdən, intibah
dövründən etibarən vahid mərkəzlərdən (buraya imperiya
mərkəzlərini, ittifaq mərkəzlərini aid etmək olar) idarəçiliyə
məruz
qalıblar.
İmperiyalar
dünyanın
idarəerdilməsi
mərkəzlərinə çevriliblər. Məsələn, Britaniya imperiyası, Fransa
kolonial imperiyası, eləcə də Napoleon Bonapart dövründə
yaradılan Fransa imperiyası-Avropada, Osmanlı imperiyası,
Rus imperiyası (Avro-Asiya məkanlarında), Avstriya –
Macarıstan imperiyası bu siyasətdə fəal rol oynayıblar. XX
əsrin birinci və ikinci yarısında da imperiyalar dünyanın vahid
mərkəzlərdən idarəolunması strategiyasını müəyyən ediblər
və bu siyasət onların mənafeyinə xidmət edibdir. Məsələn,
alman faşistlərinin imperiyası, yaponların imperiyası və s. bu
dövlətlərin və xalqların maraqlarının genişlənməsini təmin
edibdir. İmperiya siyasətini həyata keçirmək xalqların və
onların
dövlətlərinin
doktrinalarına
çevrilibdir.
Böyük
dövlətlərin tarixi imperiya siyasətləri elmi və kütləvi şüurlarda
imperializm anlayışını formalaşdırıbdır. Almaniyalı nəzəriyyəçi
Hans Morqentau imperializmin formalaşmasının bu kimi
tiplərini və metodlarını göstərir: tplər olaraq- dünya
imperiyası (World Empire) –tarixən formalaşmış imperiyalar
olan Böyük İsgəndərin imperiyası, VII-VIII əsrlərdə ərəblərin
imperiyası, I Napolenun və Hitelrin imperiyaları; continental
imperiya (Continental Empire) -bu, coğrafi amillə müəyyən
olunan imperiya tipidir. Avropa kontinentində dominant
mövqelər əldə etmək üçün Luis (Louis) XIV, III Napoleon, II
Vilyam kontinental imperiyaların yaradılması siyasətini həyata
keçiriblər. İtaliya yarımadasında və Balkanlarda aparılan
müharibələrdə də kontinental imperiyaların yaradılması
70
siyasəti həyata keçirilirdi. Mussolininin Aralıq dənizində və
Adriatik dənizində həyata keçirdiyi siyasət məhz kontinental
imperiyanın formalaşmasına xidmət edirdi. Müəllif qeyd edir
ki, ABŞ-ın Şimali Amerika kontinentində geniş idarəçiliyinə
söykənən və Kanada və Meksikaya qarşı həyata keçirdiyi
siyasət imperializm xarakteri kəsb etmirdi); lokal üstünlüyə
(yerli hakimliyə) əsaslanan imperiya (Local Preponderance)-
XVIII-XIX əsrlərdə belə imperiyaların prototipləri kimi
monarxiya
siyasəti
əsasında
formalaşan
imperiyaları
gösrtərmək olar. XVIII əsrdə Böyük Frederik, Louis XV,
Mariya Tereza, Böyük Pyotr, II Katerina bu tipli xarici siyasət
həyata keçirirdilər. XIX əsrdə Bismark da oxşar siyasəti
reallaşdırırdı). Metodlar olaraq- hərbi imperializm (məsələn,
Napolen Bonapartın Fransanı Avropa və dünya hegemonuna
çevrimək siyasəti); iqtisadi imperializm (gücün, təsirin,
nüfuzun qazanılması üçün rasional metoddur, məsələn, “dollar
diplomatiyası”nı da buna nümunə göstərmək olar. Alman,
italiyan və yapon imperializmi də iqtisadi səbəblərdən
meydana gəlmişdi. Eyni zamanda iqtisadi amillər Britaniya və
Fransız imperiyalarının da tarixində mühüm rol oynayıbdır.
XVIII əsrin başlanğıcından etibarən Britaniya imperiyasının
Portuqaliyada təsirlərinin formalaşmasında da iqtisadi amillər
önəmli yer tuturdu. Bu imperializmin kökündə kapitalizm və
ticarət ekspansiyası dayanırdı. Britaniya imperiyasının Ərəb
dünyasında “neft diplomatiyası” da məhz buna aiddir);
mədəni imperializm (Sovet İttifaqı ilə Çin arasında dünyada
kommunizm hərəkatının yayılması uğrunda həyata keçən
yarışma və dominantlıq siyasəti mədəni imperializmə
nümunədir).
1
Ümumiyyətlə, dünya düzəni tarix boyunca maraqlar
üzərində dövlətlərin fərdi və ya da kollektiv qaydada
1
Hans J. Morgenthau, Kenneth W. Thompson. Politics among nations: the
struggle for power and peace. Brief Edition. 1993.R.R. Donneley&Sons
Company. ISBN 0-07-043306-2, səh., 67-73.