36
tarazlıq vəziyyətləri formalaşır. Tarazlı cəmiyyətlər ədalətli və
xeyirxah cəmiyyətlər hesab edilməlidir. Belə cəmiyyətlərin
yaradılması
da
maddi
vəziyyətin
yüksəkliyindən
və
maariflənmənin yüksək dərəcəsindən, hüquqları geniş şəkildə
dərk etmədən asılıdır. Cəmiyyət kasıb və zəif olduqda, siyasi
və ictimai institutların fəaliyyətində boşluqlar meydana
gəldikdə tarazlıq dövlət tərəfə, dövlətin xeyrinə olaraq pozulur
və Frensis Fukuyamanın hesab etdiyi kimi, “güclü dövlətlər”
formalaşır. Yaxşı tənzimləmə, ədalətin və düzgünlüyün özüdür
ki, bu əsas da güclü dövlətin formalaşmasını meydana gətirir.
Belə bir prinsipdən çıxış etmək olar: Yaxşı cəmiyyətləri olan
dövlətlər
güclü
dövlətlərdir,
güclü
dövlətləri
olan
cəmiyyətlər sosial-rifah baxımından yüksək səviyyədə
təmin olunmuşlardır. Hər iki tərəf arasında dinamik əsaslı
dialektik fəaliyyət mövcud olur. Dövlətin ali məqsədi elə
insanların xoşbəxt həyatlarını təmin etməkdən ibarətdir.
Burada dövlət mövcudluğa və müdafiə olunmağa əsaslanan
siyasəti həyata keçirir. Yaxşı cəmiyyəti qurmaq üçün ədalətli
idarəetmə və vasitələrdən, predmetlərdən və əşyalardan
nöqsanlarsız istifadə etmək labüddür. İdarəçilik və ölkəni
dolandırmaq haqqında rəhbərlər tərəfindən həyata keçirilən
siyasətin növləri haqqında N.Tusi yazır: birinci –fazilə
(fəzilətli, yəni hikmətli, şücaətli, iffətli və ədalətli) siyasət,
buna “imamət” (imamlıq və onun şərtləri) də deyilir. Bunun
məqsədi xalqı kamilləşdirmək, nəticəsi isə səadətə çatdırmaq
olar; ikincisi-naqis (nöqsanlı) siyasət, buna “zorakılıq” da
deyilir. Bunun məqsədi xalqı qul halına salmaq, nəticəsi isə
bədbəxtlik və məzəmmət olar.
1
Aristotel də dövlət idarəçiliyi
ilə bağlı yazır ki, haçan ki, ya bir nəfər, ya bir para adam, ya da
çoxluq ictimai mənafeyi əldə rəhbər tutaraq idarə edirsə, təbii
ki, həmin dövlət quruluşu formaları düzgün sayılır. Lakin
hansılar ki, ya bir nəfərin, ya bir para adamın, ya da çoxluğun
1
Nəsirəddin Tusi. Əxlaqı-Nasiri. Farscadan tərcümə edəni R.Sultanov.
“Kişe mehr nəşriyyatı”, 2002; səh.291.
37
mənafeyini nəzərdə tutursa, bu qəbul edilən deyil.
1
Deməli,
burada Aristotel yalnız hamının mənafeyini təmin etməyi
nəzərdə tutan dövlət idarəetmə formaları və dövlət quruluşunu
üstün tutur. Azərbaycan xalqının Umummilii Lideri Heydər
Əliyev dövlət quruculuğu və idarəetmənın əsasları ilə bağlı
belə qənaətə gəlir ki, dövlət təcrübəli və səriştəli rəhbərlərin
düzgün və səmərəli fəaliyyətindən irəli gələrək, sabit şəraitdə
dinamikcəsinə inkişaf edir. O, demokratiyanı başlıca olaraq
insan hüquqlarının təmin olunmasına yönəlmiş dövlət
vəzifələrində görür. Burada dövlət rəhbərlərinin demokratiyanı
düzgün dərk etmələrinin vacibliyini önə çəkir. Bu dərketmə isə
əslində nizamlı, ədalətli və düzgün idarəçiliyin qəbul
olunmasıdır. Bu baxımdan, Heydər Əliyevin fikrincə,
demokratiya xaos deyil, özbaşınalıq və qanunsuzluq deyil.
Demokratiyanı xaos kimi qəbul edən dövlət rəhbərləri ölkəni
ağır vəziyyətə salırlar.
2
Hal-hazırda dünyada mövcud olan demokratik (respublika)
və konstitusiyalı monarxiyaları hamının mənafeyinə cavab
verən dövlət quruluşları baxımından münasib hesab etmək olar.
Ona görə ki, bu quruluşlarda azlıq və ya çoxluğun idarəsi
hamının mənafeyinə xidmət üçündür. Məhz belə quruluşlara
xas olan və müvafiq tələblərə cavab verən idarəetmə
qaydalarında dövlət güclü dövlətə çevrilə bilir. Güclü dövlət də
güclü cəmiyyət-yaxşı cəmiyyət və sabit dinamik inkişafa malik
olan dövlətdir.
Yuxarıda qeyd edilən şəkildə-sintezlərdə əks olunmuş
məzmunda, birbaşa bağlılıq insanlar arasında olan rəsmi
münasibətlərin dövlət tərəfindən birbaşa tənzimlənməsi ilə
1
Aristotel. “Siyasət. Böyük etika”. Tərcümə edəni: Fikrət Təbibi, Bakı,
XXI-Yeni Nəşrlər Evi, 2006, 432 səh., səh. 97.
2
Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə
çıxış. 21 sentyabr 1993-cü il. Əliyev Heydər. Ə56. Müstəqilliyimiz
əbədidir. I CİLD.-B.: Azərnəşr, 1997, 612 səh., Buraxılışa məsul: Ramiz
Mehdiyev, Hidayət Orucov, səh. 152.
38
əlaqədardır. Dolayı bağlılıq isə dövlət tərəfindən onlar üçün,
insanların ailə-məişət və digər sosial münasibətləri üçün
ə
lverişli şəraitlərin yaradılması ilə əlaqədardır. Əlverişli
şəraitlər də istifadə olunan elementlərin kəmiyyət və keyfiyyət
məsələsinə, eləcə də elementlərdən istifadə edən subyektlərin
şəxsi qabiliyyət və istedadlarına bağlıdır. Bununla yanaşı,
dövlətin müşahidələri də, pozulmuş hüquqların bərpası
funksiyası da birbaşa və dolayı bağlılığı şərtləndirir. Siyasət
hər an qarışıq məzmunda, rəngarəng formada tənzim edilən
hərəkərlər bağlılığından (dialektikasından) formalaşan bir
mənzərədir. Tənzimləmə qarşılıqlı asılılıq yaradır. Bu
baxımdan da siyasət müxtəlif insanlar-müxtəlif təbəqələr
arasında bu və digər formada meydana gələn asılılıq
sistemindən ibarət olan mücərrəd yanaşmadır, fəaliyyətdir.
Tənzimləmə ona görə asılılıq meydana gətirir ki, burada bir
hadisə digərini müəyyən anlarda və şəraitlərdə şərtləndirir, ona
təkan verir, başlanğıc rolunu oynayır. Ədalətli tənzimləmə
varsa, güc də var. Güc varsa, ədalətli tənzimləmə də
meydana gələcəkdir.
Dövlətlərdə və cəmiyyətlərdə baş verən və hüquq normaları
ilə tənzimlənən hərəkətlər siyasətə aid edilir. Siyasət zamanı
hərəkətlərin istiqamətləndirilməsi və fəaliyyətin idarəolunması
prosesləri yaşanır və hadisələr ardıcıl olaraq törədilir. Bundan
kənarda siyasətin baza mahiyyətini dərk etmək mümkün olmaz.
Siyasət (fəzilətli siyasət) özü müsbət aktdır, aktlar cəmi və
prosesidir. Rəzilət (avamlıq, ağciyərlik, çılğınlıq, zülmkarlıq-
bu, N.Tusinin şərhidir) əsaslı siyasət güclü dövləti yarada
bilməz və zəif dövlətlər də həm öz regionları, həm də qlobal
regionlar üçün təhlükəli olan qrupları (miqrasiya qruplarını,
terror qruplarını) formalaşdıra bilər. Bu baxışlar yapon əsilli
ABŞ politoloqu Frensiz Fukuyamanın yanaşmasına uyğundur,
onun güclü və zəif dövlətləri xarakterizə etməsi fikirləri ilə üst-
üstə düşür. Zəif dövlət dağınıq olar- iqtisadi sistemin qeyri-
mütəşəkkilliyindən əhalisi çatışmaz, əhali öz məkanlarını tərk
Dostları ilə paylaş: |