mizə müəllifin dərin hörməti keçir. Kitabda “İtirilmiş onillik” təsvir edilmişdir
ki, bundan sonra Yaponiya son illər öz yeni dövlətçilik istiqamətini axtarır,
çünki bizim üçün uzunmüddətli iqtisadi inkişaf zamanı heç vaxt geri dönməyə-
cək. Biz yaponlar ölkəmizin taleyini özümüz həll etməliyk. Kitab hər şeydən
əvvəl, Azərbaycan auditoriyası üçün nəzərdə tutulmuşdur, lakin düşünürəm ki,
o biz yaponlara da, vətənimizin taleyi haqqında düşüncələrdə çoxlu faydalı işa-
rələr verəcəkdir. Kitabı sonadək oxuyandan sonra mən professor Fuad Məm-
mədovla şəxsən rəy mübadiləsi etmək istərdim. Bu elmi tədqiqata sərf edilmiş
böyük əməyinə görə professora dərin ehtiramımı bildirirəm”.
Toşikazo Muto,
diplomatik missiya başçısının müavini,
Yaponiyanın Azərbaycandakı səfirliyinin məsləhətçisi
“Mən Fuad Məmmədovun, çox dərin biliklərin unikallığı ilə fərqlənən kita-
bı ilə tanış olmaq imkanı əldə etmişəm...Çox şey orada ilk dəfə səsləndirilir:
məsələn, idarəçilik problemlərinə, yeni formalara, motivasiya sistemlərinə,
şəxsiyyət, ailə, dövlət səviyyəsində idarəçilik proseslərinə ilk dəfə olaraq kultu-
roloji baxış təqdim edilmişdir. Qədim dövrdən başlayaraq indiki zamanadək,
Şərq və Qərb ölkələrinin dövlət idarəçiliyinə ilk dəfə olaraq kulturoloji baxış
verilmiş, Misir, Hindistan, Çin, Roma və digər ilk sivilizasiya ölkələrinin döv-
lətçilik mədəniyyəti prosesləri göstərilmişdir. Professor çox böyük miqdarda
mənbələri araşdırıb, o, mədəniyyətə vahid sosial sistem kimi, kulturologiyaya
isə texnologiyaların və ümumbəşəri fəaliyyətin inkişaf qanunlarını açıqlayan
elm kimi yanaşır. Özünün geniş təyinatında kulturologiya dövlətin və ayrılıqda
hər bir şəxsiyyətin tərəqqisini təmin etməlidir... Mən professor Fuad Məmmə-
dovun səbrinə və əməksevərliyinə valeh oluram, çünki şəxsən o özü - mədə-
niyyət hadisəsinin daşıyıcısıdır. Arzu edərdim ki, onun əməyi hakimiyyət və
xalq tərəfindən layiqincə qiymətləndirilsin”.
Vladimir Timoşenko,
general
“...Professor Fuad Məmmədovun “İdarəetmə mədəniyyəti” kitabının
meydana çıxması, cəmiyyətimizdə baş verən pozitiv dəyişikliklərin açıq-ay-
dın şahidi və göstəricisidir. Azərbaycan üçün kulturologiya sahəsi yenidir və
o, ölkəmizdə bu elmi başlayandır, yüksək məhsuldarlı alim-tədqiqatçıdır.
Diqqətəlayiq haldır ki, tezliklə Dillər Universitetində və digər təhsil ocaqla-
rında Fuad Məmmədovun müəllimlər, tələbələr və ekspertlərlə bu gün bu qə-
dər tələb olunan mövzuya həsr edilmiş görüşü keçiriləcəkdir. Əgər gəncləri-
miz bu elmi mənimsəməsələr, biz dünyaya sübut edə bilmərik ki, nə üçün
Ü.Hacıbəyli, Q.Qarayev, digər dünya səviyyəli alimlər məhz bizim ölkəmiz-
də meydana çıxmışlar. Tələbələr bu dəyərlər və biliklər əsasında tərbiyə edil-
30
Fuad Məmmədov
Idarəetmə mədəniyyəti
məlidirlər. Fuad Məmmədovun fəaliyyəti, onun əsərləri cəmiyyətimizdə bu
prosesləri inkişaf etdirərək, məhz bu nəcib məqsədə xidmət edir, çünki mədə-
niyyət dövlətimizin siyasətinin strateji istiqamətidir”.
Asim Mollazadə,
Milli Məclis deputatı, professor
“Mən müəllifin geniş elmi potensialını, onun tədqiqatçı istedadını qeyd
etmək istərdim. Beynəlxalq siyasət üzrə mütəxəssis olaraq, kitabda hər şey-
dən əvvəl məhz bu istiqamətə fikir verdim. Qeyd edim ki, professor Fuad
Məmmədov bu məsələləri kifayət qədər yüksək peşəkarlıqla işıqlandırmış-
dır. Bir almanşünas kimi qeyd etməliyəm ki, Almaniyada kulturologiya el-
minin meydana çıxması, tarixi və inkişaf tendensiyalarına dair professor
Fuad Məmmədovun elm cəhətdən sübut edilmiş və obyektiv əsaslandırıl-
mış baxışları və fikirləri, analitik düşüncələri öz əksini tapmışdır. İkinci
dünya müharibəsindən sonra Almaniya ciddi surətdə dağılmışdı və dünya-
nın ən qabaqcıl dövlətlərindən birinə çevrilmək üçün səylə düşünülmüş və
bacarıqla həyata keçirilə biləcək idarəçilik mədəniyyəti tələb olunurdu.
Mən professoru bu böyük uğur münasibətilə təbrik edirəm, çünki belə bir
kitabın işıq üzü görməsi - həm elm, həm də mədəniyyət hadisəsidir. Heç
bir elektron vasitələr bizim üçün qiymətli kitabı əvəz edə bilməz”.
Hüseynağa Sadıqov,
keçmiş xarici işlər naziri,
Azərbaycanın Almaniyadakı keçmiş səfiri
“Bu əsərin əhəmiyyətinin, professorun öz fiqurunun şərhə ehtiyacı yox-
dur... Ölkənizdə olduğum iki il ərzində mənim kitab rəfim, fəxr etməyə
haqqınız olan istedadlı Azərbaycan müəlliflərinin yeni, maraqlı nəşrləri ilə
getdikcə daha çox dolur. Neft və qaz nə vaxtsa tükənə bilər, bu yaradıcılıq
məhsulları ilə əsrlərlə qalacaqdır. Mən kitabın müəllifini tarix elmi üzrə
mütəxəssis kimi tanıyırdım, indi isə onun istedadının daha bir sərhəddi di-
gər - kulturologiya və dövlət idarəçiliyi sahəsində aşkar oldu. Bu gün kitab
yazmaq və nəşr etdirmək son dərəcə çətindir, bunu mən özümdən bilirəm.
Professor Fuad Məmmədov Azərbaycanın mədəni-intellektual həyatına çox
böyük töhfə verir. Bizim xalqlarımız və dövlətlərimiz arasında dostluğun
möhkəmləndirilməsi işində onun gördüyü böyük işinə görə mən ona min-
nətdaram. Əminəm ki, bu, professorun sonuncu kitabı olmayacaq.”
Serik Primbetov,
Qazaxstanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri
31