Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə9/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   5   6   7   8   9   10   11   12   ...   55

22  
 
 
 
Dünyanın inkişaf etmiş ölkələrində  şagirdlərin fiziki hazırlığı üçün həftədə 
ən azı 3-4 məcburi məşğələlər planlaşdırılır. Bu məşğələlərin  əsasını atletika 
növləri, idman oyunları, üzgüçülük və digər idman növlərinin elementləri təşkil 
edir. Bir sıra ölkələrdə bu məşğələlərin sayı təhsil mərhələlərindən asılı olaraq 6-8 
və daha çox olur. Qeyd etmək lazımdır ki, müxtəlif ölkələrdə  şagirdlərin fiziki 
tərbiyə proqramları arasında olan müxtəliflik mövcud olsa da, onlar eyni məqsədə 
– şagirdlərin fiziki hazırlığını təşkil edən ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafına, 
şagird orqanizminin funksional imkanlarının yüksəldilməsinə yönəlmişdir. 
Məsələn, ABŞ-nın  əksər məktəblərində  məcburi fiziki tərbiyə  dərslərindən  əlavə 
hər həftə yarışlar keçirilir və həftədə 3 dəfə dərsdənkənar məşğələlər aparılır. 
Azərbaycan Respublikasında fiziki tərbiyə fənni üzrə qəbul olunmuş dövlət 
standartları hər bir təhsil səviyyələrində şagirdlərin fiziki hazırlığının məzmununu 
və müvafiq normativlərini müəyyən etmişdir. Bu normativlərin  əldə olunması 
həftədə 2 dəfə aparılan fiziki tərbiyə  dərsləri və ümumtəhsil məktəblərində 
dərsdənkənar fəaliyyət göstərən bölmələrdəki məşğələlərlə  həyata keçirilməsi 
nəzərdə tutulur. Eyni zamanda hər bir şagirdin müxtəlif idman növləri üzrə klub və 
cəmiyyətlərdə özlərinin fiziki hazırlığını artırmaq və  hər hansı idman növü üzrə 
ixtisaslaşmaq imkanı vardır. 
Şagirdlərin fiziki hazırlığını  təşkil edən ayrı-ayrı  hərəki qabiliyyətlərin 
artması yalnız yüksək hərəki fəallığa malik olan, yəni sistemli şəkildə özünün fiziki 
hazırlığını artıran oğlan və  qızlarda müşahidə olunur. Fəal hərəki rejim eyni 
zamanda orqanizmin xarici, əlverişsiz faktorlara (həddindən artıq fiziki yük, soyuq, 
isti, müxtəlif xəstəliklər və s.) qarşı dayanıqlığını artırır. Belə  şagirdlərdə fiziki 
inkişaf harmonik, mütənasib gedir və müvafiq yaş normalarına uyğun olur. 
Orta yaş qrupuna aid şagirdlərdə sutkalıq hərəki fəallıq təxminən, 21-30 min 
addıma bərabərdir. Yəni, sutka ərzində  şagird piyada qeyd olunan sayda addım 
atmalıdır. Bu əslində şagirdlərin bioloji hərəki tələbatını təmin edən göstəricidir. 
İdmanla məşğul olmayan şagirdlərdə sutkalıq hərəki fəallığın təxmini 
normaları mövcuddur. Bu fəallıq aşağı intensivlikli silsiləli hərəkətlərdən (yeriş, 
qaçış) ibarət olub 10-12 yaşlı  şagirdlər üçün 7-10 km; 13-14 yaşlı yeniyetmələr 
üçün 12-14 km-ə bərabərdir. 
Aparılan müşahidələr göstərir ki, şagirdlərin böyük əksəriyyətinin məktəbə 
fərdi nəqliyyat vasitəsi ilə  gəlməsi, gündəlik nəzəri məşğələlərin çoxluğu, 
subyektiv səbəblər yuxarıda qeyd olunan minimum hərəki fəallığı belə yerinə 
yetirməyə imkan vermir. Bunun da nəticəsində  şagird orqanizmi zəifləyir, xəs-
təliklərə qarşı müqaviməti azalır, ürək-damar, tənəffüs, dayaq-hərəkət aparatında 
yaşa müvafiq olmayan hallar yaranır. 
Yuxarıda göstərilən hərəki fəallığın təmin olunması, fiziki hazırlığın yük-
səldilməsi, müstəqil məşğələlərin təşkili, öz orqanizmi üzərində  nəzarətin həyata 
keçirilməsi üçün hər bir şagird ciddi gün rejimi tərtib etməlidir. Belə gün rejiminin 
qrafikində  hərəki fəallıqla yanaşı bütün gündəlik fəaliyyət öz əksini tapmalıdır. 
Gün rejiminin təxmini qrafiki nümunəsi aşağı siniflər üçün tərtib olunan 
dərsliklərdə verilmişdir. 
Çap üçün deyil


 
23 
 
Ümumtəhsil məktəbi  şagirdlərinin hərəki fəallığı, başqa sözlə onların sağ-
lamlığı digər iki amillə: yuxu və qidalanma ilə sıx əlaqədardır. Şagirdlərin sutkalıq 
yuxu vaxtı yay fəslində  təxminən 7-8 saat, qış  fəslində isə 8-8,5 saata bərabər 
olmalıdır. Sağlamlığın qorunması  və onun möhkəmləndirilməsi üçün axşam tez 
yatmaq, gecə dərin yuxu və səhər tezdən yuxudan tez oyanmaq mühüm amillərdən 
biridir. 
Hərəki fəallığın zəruri enerji ilə təchiz olunması qidalanma ilə təmin olunur. 
Bu səbəbdən də düzgün qidalanma şagird sağlamlığının möhkəmləndirilməsi və 
fiziki hazırlığının yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar 
olaraq əsas qida maddələri və orqanizmdə gedən maddələr mübadiləsinin sürətinə 
təsir göstərən digər elementlər haqqında bir qədər geniş informasiya verilməsi 
zəruridir. 
Adətən qəbul olunan qida maddələrinə zülallar, yağlar, karbohidratlar, 
mineral maddələr, vitaminlər, su və digərləri aiddir. 
Zülallar.
 Zülallar orqanizmdə toxumaların çox mühüm tərkib hissəsi hesab 
olunur. Onlar hüceyrələrin tərkib elementlərinin «qurulması» üçün istifadə edilir. 
Bu səbəbdən də zülallar heç bir digər maddələrlə  əvəz oluna bilməz. Zülalların 
mürəkkəb molekulları çoxsaylı amin turşularından təşkil edilmişdir. Bu amin 
turşuları müəyyən ardıcıllıqla birləşərək heyvani və bitki mənşəli zülalları 
yaradırlar. 
Zülalların əsas mənbəyi ət məhsulları, balıq, quş əti, pendir, süd məhsulları, 
yumurta, qoz, paxlalı bitkilər hesab olunur. 
Məlum olmuşdur ki, balanslaşdırılmış qidalanma üçün gündəlik kalori 
sərfinin 14-16%-i zülallar hesabına olmalıdır. Eyni zamanda bu zülalların 60%-i 
əvəzolunmaz amin turşuları ilə  zəngin olan süd və  ət (balıq) zülallarından ibarət 
olmalıdır. 
Y
ağlar.
 Orqanizmdə mübadilə prosesinin normal keçməsi üçün zəruri qida 
növüdür. Yağlar heyvani və bitki mənşəli olurlar. Birincilərə  ət, piy, kərə  və 
ərinmiş yağ aiddir. Bitki mənşəli yağlara isə zeytun, qarğıdalı, günəbaxan və 
pambıq yağları aiddir. Daha çox bitki mənşəli yağ qoz ləpəsində və fındıqda rast 
gəlinir. 
Yağlar tərkib etibarı ilə qliserin və yağ turşularından ibarətdir. Aşağı 
temperaturda  əriyən yağlar bağırsaqlarda daha tez və tam sorulur. Onların tər-
kibində doymamış yağ turşuları vardır. Heyvani mənşəli yağlar nisbətən yuxarı 
temperaturda  əriyir və orqanizmdə  çətin sorulur. Doymamış yağ turşuları insan 
orqanizmi üçün olduqca mühüm əhəmiyyət daşıyırlar. Çünki doymamış yağ 
turşuları orqanizmdən xolestrinin kənarlaşdırılmasında iştirak edirlər.  İnsan 
orqanizmində doymamış yağ turşuları sintez olunmur. Çünki onlar əvəz olunmaz 
qida məhsulları hesab edilir və bu səbəbdən də bitki mənşəli yağlar gündəlik qida 
rasionuna daxil edilməlidir. Yağlar yüksək kaloriyə malikdirlər. Onlar 
karbohidratlara nisbətən iki dəfə çox enerji verirlər. Lakin yağların orqanizm üçün 
faydası təkcə bununla bitmir. Onlar yağda həll olan vitaminlərin (A,D və başqaları) 
kalsium və maqneziumun normal sorulmasını  təmin edirlər. Məsələn: A vita-
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə