Microsoft Word firidun met doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə8/39
tarix28.06.2018
ölçüsü0,88 Mb.
#52369
1   ...   4   5   6   7   8   9   10   11   ...   39

Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

30 



etmişdir”.

38

 Bu  əsərlərdən biri “Müfəttiş” komediyası, digəri 



“Ölü canlar” povestidir. “Hər iki əsəri sonralardan Puşkin mütaliə 

etdikdə Qoqolu bağrına basıb kamali-məmnuniyyətlə ona demiş-

dir: – Sən yazan kimi bunları mən  bacarıb yaza bilməzdim. Hər 

halda sən məndən mahirsən”.

39

 

Məqalədə həm “Müfəttiş” komediyasının, həm də “Ölü can-



lar” povestinin yığcam təhlili verilir. “Müfəttiş” komediyasını da-

ha əhatəli təhlilə cəlb edən F.Köçərli yazıçının ümumi yaradıcılıq 

məziyyətlərini, bədii istedadının bənzərsizliyini, estetik gülüşü-

nün təbii mahiyyətini düzgün müəyyən edir: “Qoqolun təbiət və 

xasiyyətində  hər bir şeyin küphünə (içinə – Z.Ə.) göz yetirmək, 

mahiyyətinə baxmaq və hər bir şeyin gülünc tərəfini və istehzaya 

layiq səmtini görüb-göstərmək vardır. Rus ədiblərindən heç biri 

Qoqol kimi adamların üstə  zərifanə  gülmür və oxucuları güldür-

mür. Qoqolun  gülməyi qəribə bir gülməkdir. Bizim  məişətimiz-

də gülünc, gülməli və rişxəndə səbəb olası adət-ayinlər, müxtəlif 

işlər və əməllər, danışıqlar və söhbətlər çoxdur. Amma bunların 

hamısının üstünə adamların falşivi rəftar və əlaqələrindən toxun-

muş bir pərdə  çəkilibdir ki, hər adama onun alt tərəfini görmək 

qüdrət və qabiliyyəti verilməyibdir. Qoqol isə pərdənin altını açıq 

görür və onu zərifanə qalxızıb, altında olan əcayibat və qəribata 

baxıb nazikanə gülür və bizə göstərib bizi də güldürür”.

40

 

Ədib Qoqolun bədii istedadının tipoloji özgünlüyünü Puşkin 



yaradıcılığı ilə müqayisədə  qiymətləndirib yazır: “Puşkinin təbi 

durbinə, amma Qoqolun təbi zərrəbinə təşbih olunubdur. Puşkin 

durbin kimi məişətin uzaq yerlərini və gözəl mənzərələrini işıqlı 

və  qəşəng bir halda göstərirkən, Qoqol zərrəbin kimi yaxında 

olan və gözün önündə, şişənin altında tərpənən nifrətəngiz həşərat 

və mikrobları  böyüdüb göstərir”.

41

 

“Müfəttiş” komediyasının ideya məzmunu və  bədii keyfiy-



                                                            

38

  Yenə orada. 



39

 Yenə orada, S. 198. 

40

 Köçərli Firidun bəy. Əsərləri.- Bakı: Elm və təhsil, 2013.- S.203. 



41

 Yenə orada.- S.203-204. 

Áèáëèîãðàôèéà 

 

31 



yətlərinə dair fikirlərini ümumiləşdirən F.Köçərli bu qənaətə gəlir 

ki: “Qoqolun bu komediyası əvəzsiz bir əsərdir ki, həmişə həyat 

üzrə baqi qalacaqdır. Onun Qorodniçisi, sudyası, poçtmeystri, 

Dobçinski-Bobçinskisi, xüsusən Xlestakovu, necə ki, Rusiya 

dövləti vardır, onlar da sağ və salamat qalacaqlar”.

42

 



 “Nikolay Vasilyeviç Qoqol” məqaləsi Azərbaycan  ədəbiy-

yatşünalığında Qoqolun həyat və yaradıcılığından bəhs edən ilk 

elmi  əsərdir. Bu əsəri Cəlil Məmmədquluzadə “açıq və  mənalı 

məqalə” deyə qiymətləndirmiş

43

, sonralar Qoqol haqqında yazan 



Azərbaycan  ədəbiyyatşünasları: M.Rəfili, M.Arif, M.Cəfər, 

K.Talıbzadə, B.Nəbiyev,  Ş.Qurbanov, A.Alməmmədov və b. 

həmin məqaləni yüksək  dəyərləndirməklə  bərabər oradakı elmi 

tezisləri daha da inkişaf etdirmişlər. 

F.Köçərlinin “Gürcü şairi Akaki Sereteli yubileyinə dair”, 

“Yakov Semyonoviç Qoqebaşvili”, “Dost və müəllim N.O.Lo-

mourinin xatirəsi” məqalələri gürcü ədəbi-bədii və pedaqoji fik-

rinin görkəmli nümayəndələrinin yubileyi, yaxud vəfatı münasi-

bətilə yazılmışdır. Onların ən irisi Akaki Sereteli haqqında məqa-

lədir. Bu məqalədə F.Köçərli A.Seretelinin müxtəsər tərcümeyi-

halını  təqdim edərək gürcü şairinin uşaqlığı, valideynləri, təhsili 

və  məşhur  əsərləri haqqında bəhs açır.  Şairin tələbəlik illərində 

yazdığı  “İsti xəbərlər” sərlövhəli məqalələrindən başlamış 

“Suliko”  şeirinə, “Natela”, “Tamara”, “Medeya” adlı  ən məşhur 

əsərlərinə  qədər, hamısı haqqında məlumat verilir. Məqalədə 

A.Seretelinin “Mürəbbi” hekayəsinin məzmunu danışılır; Abxazlı 

gənc, onun süd qardaşı  Səfər bəy, arvadı Nazıbrola və müəllim 

Hacı Yusifin əməlləri nağıl olunur. Köçərli “Mürəbbi” hekayəsini 

“müəllim və mürəbbilərə gözəl ibrət” hesab edir və Seretelinin 

daha çox yaşayıb belə gözəl əsərlər yazmasını arzulayır. 

F.Köçərlinin məqalələrində dünya ədəbiyyatının Firdovsi

Sədi, Hafiz, Şekspir, Bayron, Hüqo, Russo, Höte, Şiller, Puşkin, 

                                                            

42

 Yenə orada.- S.202. 



43

 Cəlil Məmmədquluzadə. Əsərləri: 6 cilddə.- Bakı, 1985.- C.4.- S.22. 




Ôèðèäóí áÿé Êþ÷ÿðëè 

 

32 



Dostoyevski, Tolstoy kimi qüdrətli nümayədəndələri haqqında 

dəyərli elmi fikirlər vardır.  Ədibə görə bu sənətkarlar “öz əsr-

lərində millətlərinin ən böyük  müəllimi və ən mahir və müqtədir 

mürəbbisi olub əsərləri ilə onların təhzibi-əxlaqına, rüfət və səa-

dət tapmasına, şöhrət və qüvvət kəsb etməsinə hüsn-tədbirlər və 

salamat təzyiqlər göstəriblər. Bu zati-alilərin vücudu ilə millətləri 

fəxr edirlər”. Eyni zamanda bu sənətkarlar “cəmi aləmin mürəb-

bisi və filosofu hesab olunur”, onlar “ümumxəlayiq və insaniyyət 

müəllimi və mürəbbisidirlər”.

44

 



Göründüyü kimi, F.Köçərli dünya ədəbiyyatının klassiklərini 

həm xəlqilik və millilik, həm də  bəşərilik və beynəlmiləllik ba-

xımından dəyərləndirir. Belə bir doğru qənaətə  gəlir ki, həqiqi 

şair öz zəmanəsinin aynasıdır, öz camaatının, millətinin səsinə səs 

verməli, millətinin “qeyrət və  təəssüb damarını  hərəkətə  gətir-

məli”, təsirli kəlamı ilə onu qəflətdən bidar edib, tərəqqi və maa-

rif səmtinə dəvət etməlidir. Öz milli məişətindən, xalqının arzu və 

istəklərindən yazan şair milli olduğu qədər də  bəşəridir. Bu 

mənada Vaqif, Zakir, Seyid Əzim, Nəbati və Sabir də son dərəcə 

bəşəri  şairlərdir. Onların  əsərləri ilə  təkcə Azərbaycan-türk  ədə-

biyyatı deyil, ümumiyyətlə Qafqaz, Dağıstan və  İran xalqlarının 

bədii fikri zənginləşmişdir. 

Firidun bəy Köçərli ədəbi prosesi diqqətlə izləyən, oxuduğu 

əsərlərin məziyyətlərini də, kəsirlərini də obyektiv qiymətləndi-

rən,  ədəbi prosesi təşkil edə bilən,  şair və yazıçıların inandığı, 

ehtiram, rəğbət bəslədiyi bir ədəbiyyatşünas – böyük nüfuz sahibi 

idi. Buna görə onun həm yaşadığı dövrün ədəbi prosesinə, müa-

sirlərinin yaradıcılığına, həm də ədəbiyyat tarixinə dair yazılarını 

Azərbaycan ziyalıları ciddi maraq və razılıqla qarşılayır, onları 

oxumaqdan, məsləhətlərini dinləməkdən zövq alırdılar.  Şair 

Abbasağa Nazir Firidun bəyə göndərdiyi məktublarının birində 

onunla gec tanış olmasına təəssüflənərək yazırdı: “Hərgah qırx il 

bundan  əqdəm mənim  şeirimə Sizin kimi qədr-qiymət verən 

                                                            

44

 Firidun bəy Köçərli. Əsərləri. Bakı, Elm və təhsil, 2013, S. 90, 91. 



Áèáëèîãðàôèéà 

 

33 



olsaydı, indiyə kimi 30-40 cild kitab yazardım”.  Şair Abbas 

Səhhət F.Köçərliyə mənzum məktubunda yazırdı: 

 

Yazmısan tazə nə şeylər? – deyə sordun məndən

Ruhumun tarına mizrabzən oldun, qardaş! 

Sabir ilə belə məktubu çox aldıq səndən, 

Hər nə yazdıqsa ona bani sən oldun, qardaş! 

Bir zaman Nasehü Tərrah ilə Sabir, bəndə 

Yaşayırdıq hamımız qəflət ilə fərxəndə. 

Birimiz mərsiyəguluqda böyük şair idi, 

Birimiz sağərə mail, birimiz cananə. 

Birimiz həcvdə Yəğma kimi çox mahir idi, 

Laübali keçinirdi günümüz rindanə. 

O pərişan yuxudan sən bizi bidar etdin, 

Doğru, düz yolda çalışmaqlığa vadar etdin

45

 

F.Köçərlinin tənqidlərinə  məruz qalan Nəriman Nərimanov 



sonralar həmin tənqidlərin faydası haqqında demişdi: “Düz 20 il 

bundan müqəddəm mən “Nadanlığ”ı yazıb meydana buraxdım. 

Məşhur mühərrirlərimizdən biri, rəfiqimiz Firidun bəy Köçərli 

“Nadanlığ”ı rus dilində  tənqid etdi, yaramaz bir şey hesab edib 

yazanını, yəni məni lazımınca çubuqladı. Oxuyan deyirdi, 

“Nadanlığ”ı yazan daha əlinə  qələm gərək götürməsin. Fəqət 

onun çubuqlamağı “Nadir şah”ın meydana gəlməsinə  səbəb ol-

du”.


46

 Böyük  ədəbiyyatşünas-ziyalının  ədəbi nüfuzundan bəhs 

edən Fərhad Ağazadə isə onu belə qiymətləndirirdi: “Demək olar 

ki, Firidun bəyin təsiri ilə  tərbiyələnmiş bir çox kimsələr mey-

dana çıxdı... Onun qələminə yalnız türklər deyil, ruslar, gürcülər 

belə böyük hörmət göstərirdilər”.

47

 

Bütün bu etiraflar təsdiq edir ki, Azərbaycan xalqının ləya-



                                                            

45

 Abbas Səhhət. Əsərləri: 2 cilddə.- Bakı: Azərnəşr, 1975.- C.I.- S.161. 



46

 Nəriman Nərimanov. Seçilmiş əsərləri.- Bakı: Elm, 1973.- S.372. 

47

 Bax: Köçərli Firidun bəy. Əsərləri.- Bakı: Elm və təhsil, 2013.- S.9. 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə