Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə17/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   13   14   15   16   17   18   19   20   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
67
şahzadə  səfərə  gedəndə  yaranır.  Səfər  ərəfəsində 
şahzadəyə  xüsusi  paltar  tikilməli,  paltarın  üstü  inci-
muncuqla  bəzənməlidir.  Bu  işi  yoluna  qoymaq  üçün 
şəhərdə  paltar  ustası  olan  nə  qədər  qız-gəlin  varsa, 
saraya  cəm  olur.  Nar  qızı  da  inci-muncuq  düzənlərin 
arasındadır. Nar qızı inci düzə-düzə oxuyur: 
Mən bir Nar qızı idim, incim, düzül, düzül! 
Almadan qırmızı idim, incim, düzül, düzül! 
Qarabaş  gəldi,  aftafanı  doldurdu,  incim,  düzül, 
düzül! 
Aftafanı vurdu daşdan-daşa, incim, düzül, düzül! 
Çıxdı, qondu ağac başına, incim, düzül, düzül! 
Məni ağacdan saldı quyuya, incim, düzül, düzül! 
Bitdim, oldum gül ağacı, incim, düzül, düzül! 
Məndən bir dəstə gül dərdilər, incim, düzül, düzül! 
Məni şah evinə gətirdilər, incim, düzül, düzül! 
Otaqdan  məni  tulladılar  küllüyə,  incim,  düzül, 
düzül! 
Qalxdım oldum çinar ağacı, incim, düzül, düzül! 
Mənim taxtamdan qarı apardı, incim, düzül, düzül! 
İndi gəldim inci düzməyə, incim, düzül, düzül!  
        (5, 
219-
220). 
Bu  nəzm  parçasını  başdan-başa  misal  çəkməkdə 
iki məqsədimiz var. Birincisi budur ki, misal çəkdiyimiz 
parçanın  həm  quruluş,  həm  də  ahəngcə  “Dədə 
Qorqud”  şeirləri  ilə  səsləşdiyini  nəzərə  çarpdırmaq 
istəyirik.  İkincisi  isə  Nar  qızının  (o  cümlədən  ona 
oxşar 
başqa 
nağıl 
qəhrəmanlarının) 
yalançı 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
68 
qəhrəmanla  toqquşmada  necə  davrandığını  və  hansı 
yolla  hərəkət  etdiyini  əsaslandırmağa  çalışırıq.  “Dədə 
Qorqud”  şeirləri  ilə  müqayisələr  aparmaq  ayrıca  bir 
söhbətin  mövzusudur.  İndiki  halda  biz,  təbii  ki,  qeyd 
etdiyimiz  ikinci  məsələ  üzərində  dayanmalıyıq.  İkinci 
məsələnin  üzərində  düşündükcə  gəldiyimiz  qənaətin 
doğruluğuna  bir  daha  əmin  oluruq.  Qənaət  ondan 
ibarətdir  ki,  Nar  qızı  (o  cümlədən  ona  oxşar  nağıl 
qəhrəmanları)  sonda  bahadırlıqla  yox,  sadəcə  olaraq 
əsl  həqiqəti  açıb  söyləməklə  öz  funksiyasını  başa 
çatdırır.  Yalançı  qəhrəmanın  cəzasını  vermək  Nar 
qızının yox, başqasının (burada şahzadənin) öhdəsinə 
düşür.  Maraqlıdır  ki,  “Gülnar  xanım”  (4,  70-78)  tipli 
bəzi  nağıllarda  qisməti  əlindən  alınan  qız  bahadırlıq 
xüsusiyyətləri  olan  bir  qızdır.  Bu  qız  sevdiyi  oğlanı 
ölümün  pəncəsindən  qurtarmaq  üçün  əsl  bahadırlar 
kimi gedər-gəlməzə yollanası olur. Həlledici məqamda 
qulluqçu  qız  onun  qismətini  əlindən  alandan  sonra 
vəziyyət  dəyişir  və  hadisələr  o  biri  nağıllarda 
(məsələn,  “Nar  qızı”nda)  gördüyümüz  şəkildə  davam 
edir.  Yəni  qisməti  əlindən  alınan  qız  təzədən  öz 
qismətinə  heç  də  bahadırlıq  yolu  ilə  qovuşmur, 
əksinə, xatırlatdığımız o biri qızlar (məsələn, Nar qızı) 
kimi səbir və təmkin nümunəsi göstərir. Məhz səbir və 
təmkinin  nəticəsidir  ki,  Gülnar  xanım  qoca  bir 
dəyirmançının  evində  qiymətli  xalçalar  toxumaqla  və 
həmin  xalçalar  üzərində  başına  gələn  əhvalatların  ta-
rixçəsini nəqş etməklə məşğul olur. Əsl həqiqət üzə çı-
xandan  sonra  isə  eynilə  “Nar  qızı”  nağılında  olduğu 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
69
kimi,  “Gülnar  xanım”  nağılında  da  yalançı  qızı  baş 
qəhrəman  (Gülnar  xanım)  yox,  başqası  cəzalandırası 
olur.  Yalançı  qız  dəli  qatırın  quyruğuna  məhz  padşah 
oğlunun hökmü ilə bağlanır. 
Bu  ənənəvi  sonluq  bir  daha  Nar  qızının,  Gülnar 
xanımın əvəzedicisinin mənfi obraz olmasından xəbər 
verir.  (Yeri  gəlmişkən  deyək  ki,  «Nar  qızı»  nağılında 
qulluqçu  qızın  tez-tez  “qara  qarabaş”  adlandırılması 
da təsadüfi detal sayılmamalıdır. Çox güman ki, nağıl 
söyləyicisi  “qara  qarabaş”  adı  altında  qulluqçu  qızın 
məhz  qaranı  –  şəri  təmsil  etməsini diqqətə çatdırmaq 
istəyir.)  Nar  qızının,  Gülnar  xanımın  qismətinə  sahib 
çıxmaq  istəyən  qulluqçunun  mənfi  obraz  olduğunu 
həmin  nağıllarla  səsləşən  başqa  nümunələrdən  də 
görmək  mümkündür.  Məsələn,  “Yetim  qızla  cadugər 
qarı” adlı nağılda (1, 156-159) cadugər qarı «Nar qızı» 
nağılındakı  qara  qarabaşın  funksiyasını  daşıyır.  Əl-
bəttə, 
cadugər 
qarı 
yetim 
qızı 
(nağılın 
baş 
qəhrəmanını)  aradan  götürmək  istərkən  heç  də  onun 
qismətinə sahib çıxmaq niyyəti güdmür. Cadugər qarı 
sadəcə  olaraq,  bir  şər  qüvvə  kimi  yetim  qızın 
səadətinin qarşısını almaq niyyəti güdür. Bu nağıldakı 
cadugər  qarını  funksiyaca  “Nar  qızı”  nağılındakı  qara 
qarabaşa  yaxınlaşdıran  da  onun  xeyirə  qarşı  çıxma-
sıdır.  “Nar  qızı”  nağılında  olduğu  kimi,  “Yetim  qızla 
cadugər  qarı”  nağılında  da  baş  qəhrəman  ağac 
başında  oturub  təzə  paltar  gözlədiyi  məqamda  şər 
qüvvə  özünü  yetirir.  Şər  qüvvə  (cadugər  qarı)  cadu 
oxuyub yetim qızı göyərçinə döndərir, sonra isə həmin 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
70 
göyərçinin  başını  bədənindən  ayırır.  Göyərçinin  yerə 
düşən  bir  damcı  qanından  çinar  ağacı  əmələ  gəlir. 
Çinarın  kəsilmiş  budaqlarından  biri  kasıb  qarının 
həyətinə  düşür. Budaq çömçə  olub  qarının evinə  girir 
və  möcüzələr  göstərir.  Möcüzə  ondan  ibarətdir  ki, 
çömçə  təzədən  qıza  çevrilir  və  qarının  ev  işlərini 
sahmana  salır.  Nəhayət,  padşah  oğlu  qızdan  (baş 
qəhrəmandan)  xəbər  tutur,  hadisələr  məlum  nikbin 
sonluqla  tamama  yetir  və  cadugər  qarı  “Nar  qızı” 
nağılındakı  qara  qarabaş  kimi  cəzalandırılır.  Cadugər 
qarı yetim qızın qismətinə sahib çıxmaq istəməsə də, 
yetim qızın səadətinə qarşı çıxmasına görə “Nar qızı” 
nağılındakı qara qarabaşla eyni məzmun və mahiyyət 
daşıyır.  
Qisməti,  müvəqqəti  olsa  da,  əlindən  alınan  gözəl 
qız 
süjetlərində 
bəzən 
yalançı 
qəhrəmanın 
köməkçisinə  də  rast  gəlirik.  Bu  köməkçi  bəzi 
nağıllarda 
baş 
qəhrəmanın  ögey 
anası, 
bəzi 
nağıllarda bibisi, dayəsi, yaxud başqa bir  qohumudur. 
Qeyri-adi mənşəli qız və yalançı qız süjetlərində ögey 
ana  surəti  daha  qabarıq  şəkildə  nəzərə  çarpır. 
“Göyçək  Fatma”  adlı  nağılda  (6,  19-26)  ögey  ana 
Fatmaya  öz  qızının  rəqibi  kimi  baxır.  Ögey  ana  öz 
qızına  da  Fatma  adı  qoymaqla  Göyçək  Fatmanı 
sıradan  çıxarmaq, doğma  qızını  irəli vermək  məqsədi 
güdür.  Amma  bu  məqsədə  çatmaq  ögey  ana  üçün 
xeyli  çətindir.  Çünki  ögey  ananın  öz  qızı  həm 
fərasətsiz,  həm  də  sifətcə  çirkindir.  Çirkinliyin  nəti-
cəsidir  ki,  ögey  ananın  öz  qızı  Keçəl  Fatma  adı  ilə 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə