Microsoft Word Elmi Mecmue 24-son doc



Yüklə 3,56 Kb.
Pdf görüntüsü
səhifə124/124
tarix22.11.2017
ölçüsü3,56 Kb.
#11627
1   ...   116   117   118   119   120   121   122   123   124

 Hüseyn Zolqədr 
356 
televiziya proqramlaşdırıcılarının diqqət mərkəzində olan ən mühüm prinsiplərdən 
biridir. Tamaşaçı ilə  əlaqə forma və  məzmununa görə bir çox amillərdən asılıdır. 
Onların formalaşmasında və davamlı olmasında isə media son dərəcə  əhəmiyyətli 
rol oynayır. (2,S.122) Həmin amillər aşağıdakılardan ibarətdir: 
- İctimai mühit, ictimai təbəqələrin təhsili, din, mədəniyyət, siyasət, ailə mühiti 
və s. kimi təməl prinsiplər;   
- Yaş, cins, iş, təhsil və gəlir səviyyəsi, həyat tərzi və s. kimi fərdə aid xüsusiy-
yətlər;  
- fərdlərin xarakterləri və onların sosial mənsubiyyətləri ilə bağlı informasiya, 
xəbər almaq həvəs və ehtiyacını dəyişməsi kimi mətbuatla bağlı ehtiyaclar;  
- janr və ya xüsusi məzmunu seçmək üçün fərdlərin zövq və marağı; 
- Asudə vaxtlarda mətbuatdan istifadə etmək adətləri və müəyyən vaxtlarda 
tamaşaçı olmaq imkanı;  
- mövcud proseslərdən xəbərdar olmaq tamaşaçıların informasiya həcmi və 
növü. Tamaşaçılar mediadan istifadə etmək üçün daha fəal şəkildə proqramlaşdırma 
apara bilərlər; 
- proqramlar təkcə istehsal olunmur, əksinə dinləyicilər üçün proqramlaşdırılır; 
Proqram nə qədər cəlbedici və öyrədici olsa da, o, namünasib vaxtda yayımlandıqda 
tamaşaçıların çoxu ona baxa bilməyəcəklər. Hər halda televiziya proqramların düzgün 
vaxt seçimi ilə tamaşaçıların nisbi həcminə təsir edə və eyni zamanda proqramların vaxt 
seçimi ilə öz tamaşaçılarını müəyyənləşdirə bilər. Məsələn, qadınlar gün boyu, uşaqlar 
gecənin  əvvəlində, cavanlar isə gecəyarısı proqramlarla tanış olurlar. Buna görə  də 
televiziya proqramların məzmunu ilə  bərabər, tamaşaçıların arzu və zövqünü nəzərə 
almaqla, onu insanların asudə vaxtları ilə uzlaşdırmaqla proqramlarının yayım vaxtını 
müəyyənləşdirməlidir. Həyata keçirilmiş  tədbirlər nəticəsində  İran  İslam Respublikası 
televiziyasının tamaşaçı cəlb etmə vaxtı aşağıdakı kimi olmuşdur: (3,s.14) 
 
Cədvəl 1. 
10 %-dən az 
başlayandan 12.30-a qədər 
Minimum 13% və maksimum 27% 
Saat 12:30dan 15-a qədər 
7% 
Saat15dan 21-a qədər 
minimum 32% 
saat 21-dən sonra 
saat/gün əsasında tamaşaçı sayı əlaqə cədvəli 
 


 
İran televiziyasında xəbər paylanması məsələləri 
357 
Göründüyü kimi, İran televiziyası ən çox tamaşaçıya saat 21
00
-dan sonra malik 
olur.  
Proqramlaşdırma departamentində təsiredici elementlər  
Proqramın bölünməsində aşağıdakı üç amil mühüm rol oynayır(4,s.124): 
1.  İstehsalçının çərçivələri və siyasətləri; 
2.  İstehlakçının ehtiyac və istəkləri; 
3.  İstehlak olunan məhsulların növü və tələbatlar; 
Zaman faktoru üzrə proqramlaşdırmanın növləri 
Yayım cədvəli üzrə proqramlaşdırmanın iki növü vardır:(5,s.142) 
Təkmili proqramlaşdırma: Tamaşaçı cəlb etmək üçün rəqabət və mübarizəyə 
ehtiyac qalmadığı zaman, kanallar əksərənbu məqsədlə  fəaliyyət göstərmirlər. Bu 
növ proqramlaşdırma adi qaydada həyata keçirilir.  
Qarışılıqlı proqramlaşdırma: Öz rəqiblərinə qarşı fərqli cazibəyə malik olan 
proqramla vaxtı doldurmaq texnikası qarışılıqlı proqramlaşdırma adlanır. Bu növ 
proqramlaşdırmadan məqsəd kanalların tamaşaçı  cəlb etmək və  gəlir  əldə etmək 
məqsədi ilə birbaşa rəqabətə girməsidir.  
Televiziya proqramlarının zamanqeydi cədvəli strategiyaları  
Bu strategiyalar ən yaxşı və ən yüksək səviyyədə tamaşaçı cəlb etmək ehtimalı 
və onu qorumaq şansı üçün istifadə olunur. Müxtəlif televiziyalar zaman qeydi üçün 
müxtəlif strategiyalardan yararlanırlar. Bu hissədə  həmin strategiyaların formalaş-
ması və vəziyyətindən danışılır. 
Proqramın başlanması: birinci stategiya Proqramın uğurlu olması üçün 
əvvəlcə onun nümunəsi hazırlanmalıdır. Proqramçılar nümunə yaratma mərhələsini 
sürətləndirmək üçün iki strategiyanı fərqləndirməlidirlər:  
- Sakit bir vaxtda proqramı  təqdim etmək.Proqramçılar öz məqsədlərinə nail 
olmaq üçün payzdan baharın ortalarına qədər və həmin vaxtdan təkarar işləyirlər.  
 - Birinci hissənin yayımı tamaşaçıların çox olduğu münasib vaxtda baş verir.  
Pik saatda hər hansı proqramın göstərilməsinə  qərar vermək. Böyük bir 
hadisədən sonra yeni bir proqrama qərar vermək cəlbedici bir strategiyadır. İl ərzin-
də ən çox tamaşaçıya malik verilişdən sonra yeni proqrama sürətli qərar vermədən 
nümunə yaratmaq çox da yaxşı yol deyildir.  
Gündəlik bölgü proqramı səhər, günün birinci yarısı, günorta çağı, axşam vaxtı 
və sübh çağlarına bölmək olar. İran İslam Respublikasının birinci və ölkə boyu ka-
nalı insanların səhərlər öz işlərini yerinə yetirməyə daha çox tələsdiyini nəzərə ala-
raq, səhər və günorta xəbərlərini eyni şəkildə təqdim edirlər. Səhərlər xəbər şərhi ve-


 Hüseyn Zolqədr 
358 
rilmir və onlar başa düşürlər ki, səhər çağı heç kəs 8 dəqiqədən artıq xəbər görməyə 
və  eşitməyə hazır deyil. Hər bir proqram elə bir vaxtda yayımlanmalıdır ki, onun 
əsas tamaşaçıları ona baxa bilsin. Məsələn, sənədli verilişlər kişilər, müasir musiqi 
yeniyetmə və gənclər, seriyallar gənc qadınlar, müsabiqə və yarışlar isə yaşlı qadın-
lar üçün cəlbedici olur.  
Çoxluq texnikası.  Bu texnika oxşar zövqlərlərə malik tamaşaçıların axınını 
təşkil etmək məqsədi ilə onları bir proqramdan digər proqrama keçirmək üçün 
istifadə olunan proqram qruplaşdırılmasından ibarətdir.Media bir dəfə  cəlb etdiyi 
tamaşaçını qorumağa çalışır.  
Həyacan effekti (şirinlik qatma). Bəzən proqramlar tamaşaçıların səviyyəsinin 
qorumaq üçün qeyri-məqbul vasitələrdən istifadə etməli olur. Elə vaxt olur ki, bir 
nümayişin tamaşaçılar üçün əsas cəlbedicilik nöqtəsinə ehtiyacı olur. Bəzən qısa 
müddətli yol adıyla proqramlar maraqlı edir. Bu iş adətən ümumi proqrama aid ol-
mayan əyləndirici elementlərin verilişlərə daxil edilməsi ilə baş verir. Onun məqsədi 
tamaşaçı səviyyəsini qaldırmaqdır. Heyrətləndirmənin adi üsullarından biri budur ki, 
bir film qəhrəmanı, idmançı, yaxud da məşhur bir şəxs haqqında söhbət gedərkən 
onun insanların diqqətinin cəlb etmiş son fəaliyyəti nümayiş etdirilir.        
Kəsik proqramlaşdırma. Qarışılıqlı faydalılıq əsasında iki veriliş birləşdirilir; 
ən çox halda proqram əhvalatla başlayır və digər bir verilişdə kamilləşir.  
Boş saxlama. Yerli kanallar tərəfindən istifadə olunan dIgər bir strategiya 
həftənin bütün günlərində, hətta tətil günlərində də bəzi vaxtlarda xüsusi bir veriliş 
üçün yer “boş qoymağa”, yəni fərqli bir zaman həsr etmək.   
Yenidən yayım. Xüsusu şəbəkələrdə təkrar yayım proqramlaşdırma strategiya-
sından daha çox iqtisadi zərurətdən doğur.  
Xüsusi münasibətlərə tamaşıçı diqqətini cəlb etmək Televiziyada hər günün 
öz xüsusi əhəmiyyəti olsa da, bəzi günlər daha böyük əhəmiyyət kəsb edir. Bu 
xüsusi günlər və münasibətlər tamaşaçı  cəlb etməkdə proqramçıların mühüm 
strategiyalarından biri hesab olunur.  
Dözüm.  Əksər verilişlərin bəxti dərhal gətirmir. Tamaşaçı tapmaq üçün 
müəyyən bir müddət keçməlidir.  
Körpüsalma (Bridging). Bunun üçün ən təsirli yolu rəqib proqram başlamaz-
dav öncə sizin proqramınızın efirdə olmasıdır. Televiziya kanalları  və stansiyaları 
adətən rəqibin güclü təsirə malik olan verilişindən bir saat qabaq proqramlaşdırılmış 
filmlərin nümayişinə başlayır.  


 
İran televiziyasında xəbər paylanması məsələləri 
359 
Çadır dirəyi (tent pollinq). İki zəif, tanınmamış proqram arasında güclü və 
cazibəli proqramı reallaşdırmaq çadır dayağı adlanır. 
Ham mocking. Yeni proqrama tamaşaçı cəlb etmək üçün onu iki müvafiq pro-
qram arasında yerləşdirmək ham moking adlanır. Medialar qeyri-məşhur proqrama 
tamaşaçı cəlb etmək ümidi ilə onu iki məşhur proqram arasında yerləşdirmək texni-
kasından istifadə edirlər. Bu texnika böyük fincan da adlanır.(6,s.144): 
 
Cədvəl 2. Bu tədqiqatda təqdim olunan strategiyalarıın xülasəsi 
 
Strategiya 
Açıqlamaları 
Sakit bir vaxtda proqramı 
təqdim etmək 
payzdan baharın ortalarına qədər göstərmək və 
təkrarlamaq 
Pik saatda hər hansı proqramın 
göstərilməsinə qərar vermək 
Böyük bir hadisədən sonra yeni bir proqrama 
qərar vermək 
Gündəlik bölgü 
Mövcud tamaşaçılara görə Yayım 
tənzimlənməsi 
Çoxluq texnikası 
Tamaşaçıları bir proqramdan digər proqrama 
keçirmək  
Həyacan effekti(şirinlik qatma) 
qeyri-məqbul vasitələrdən istifadə etmək 
Kəsik proqramlaşdırma 
Qarışılıqlı faydalılıq əsasında iki veriliş 
birləşdirilir 
Boş saxlama 
bəzi vaxtlarda xüsusi bir veriliş üçün yer “boş 
qoymağa”, yəni fərqli bir zaman həsr etmək 
Xüsusi münasibətlərə tamaşıçı 
diqqətini cəlb etmək 
Xüsusi münasibətlərə tamaşıçı diqqətini cəlb 
etmək 
Dözüm  
Tamaşaçı tapmaq üçün müəyyən bir müddət 
keçməlidir 
Körpüsalma (Bridging)  
rəqib proqram başlamazdav öncə sizin 
proqramınızın efirdə olmasıdır 
Çadır dirəyi (tent pollinq) 
İki zəif, tanınmamış proqram arasında güclü 
proqramı reallaşdırmaq 
Ham mocking  
İki güclü proqram arasında zəif  
proqramı reallaşdırmaq 
 


 Hüseyn Zolqədr 
360 
 
İran  İslam Respublkasının televiziyasında kondaktur (bölgü) departa-
menti.  Deyilənlərə diqqət yetirdikdə görürük ki, milli televiziyada proqramlar və 
onların yürütdüyü siyasət bölüm departamenti vasitəsilə həyata keçirilir. İran İslam 
Respublikasının televiziya şəbəkələrində illik, mövsümi, aylıq, həftəlik, günlük 
bölgülər proqramların bölüm departamentində  əsas siyasi xəttin tərtibindən sonra 
tərtib və  tənzim olunur. Burada proqramların bölüm departamentinin baş siyasi 
xətlərinin tərtibi zərurətləri və şərtlərini açıqlayaq(7,s.114): 
A. Milli televiziyanın xüsusi şərtləri;  
- Xeyir güdmək məqsədinin olmaması; 
- Televiziya proqramları bir ümumu xidmət kimi; 
B. Proqramların bölünməsi departamentində təsiredici amillər; 
İran  İslam Respublikasının televiziyasında proqramların bölünmə  şərtlərinə 
diqqət yetirməklə, onların bölünməsində təsiredici elementlər kimi aşağıdakı amillə-
ri göstərə bilərik:  
1.  İstehsalçı tərəfindən 
- Milli medianın çərçivələri və əsas siyasəti  
-Şəbəkələrin məzmunu 
-Münasibətlər 
-tamaşaçı zövqü. 
2.  Proqramın zərurətləri 
- Verilişin mövzusu 
- Proqramın forması 
-Proqram istehsalı xərci  
-Tamaşaçı proqram hədəfidir 
3.  Tamaşaçı 
-Tamaşanın zirvə saatı 
-Tamaşaçının həyat tərzi 
- Tamaşaçının ehtiyacı 
-Tamaşaçının marağı 
4. Proqram bazarı günümüzdə İranda media sahəsində ciddi rəqabət olmasa da
şübhəsiz, media inhisarı dağılmaqdadır. İnternet və peyklər qəzetlər və film və CD 
qara bazarı ilə yanaşı, media məhsulları üçün təhlükə sayılır. Bu baxımdan da 
verilişlərin yayımlanmasında diqqət göstərilməli olan digər mühüm elementlərdən 
biri media məhsulları bazarıdır. (8,s.112) 


 
İran televiziyasında xəbər paylanması məsələləri 
361 
Nəticə.  İnformasiya mübadiləsinin idarə edilməsində çoxsaylı  və müxtəlif 
göstəricilər və faktorlar mövcuddur. Onların qəbul edilib-edilməməsi informasiyanin 
müəyyən edilməsi və istehsal olunması mərhələsində görülən uzunmüddətli və adə-
tən, böyük xərclər tələb edən işlər kompleksini təsiretmə və effektivlik mərhələsinə 
yaxınlaşdıra bilər, yaxud haqqında bəhs edilən prosesləri kifayət qədər böyük bir 
hissəsini hədər verə bilər, hətta media rəhbərlərini nəzərdə tutduğu hədəflərin  əks 
istiqamətində  də  təsirgöstərə bilər.  İnformasiya sahəsində  aşağıdkı göstəricilərə 
riayət edilməsi böyük əhəmiyyətə malikdir: 
1. Zaman proporsiyası və tələblərinə riayət edilməsi. 
2. Tamaşaçıların mediaya ən çox müraciət etdiyi zamana (pik saatı) xüsusi diq-
qət verilməsi. 
3. Tamaşaçı  tərəfindən informasiyanin qəbul edilməsi astanasına diqqət 
göstərilməsi. 
4. İkitərəfli qarşılıqlı əlaqənin yaradılması. 
5. Verilişlərin təkrarı zamanı kriteriyalara riayət edilməsi. 
6. Hər bir tamaşaçı qrupuna bərabər pay verilməsi. 
 


 Hüseyn Zolqədr 
362 
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
 
1
-
 
هکبش روتکادنک تيعضو هب یھاگن اھر ،یريما
 لودج رد یشود هب هناخ ینويزيولت یاھ
 هرامش ،یتشآ حبص همانزور ،شخپ
1634
 .
 لاس
1387.180
ص 
.
 
2
-
 
لياوك  كم
 ،هناسر  تاقيقحت  زكرم  ،نارھت  ،مئاق  رظتنم  يدھم  همجرت  ،يسانش  بطاخم  ،سيند  ،
1380
 .
156
ص
 .
 
3
-
 
 ،نارھت ،اميس و ادص تاقيقحت زکرم ،بطاخمو هناسر یاوتحم لماعت ،مظعا ،یدابانپ
1380
 .
178
ص
.
 
4
-
 
هقبط  ،  نيودا  ،نسدلوراھ  و  دير  ،کيلب
 ،یدحوا  همجرت  ،تاطابترارد  ميھافم  یدنب
نارھت
:
شورسرشن
.
1387
 .
345
ص
.
 
5
-
 
هناشن  ،لسرام  ،يسناد
 
هناسر  يسانش
 
 ،امن  هسينآ  رشن  ،نارود  دازھبو  يناريم  زردوگ  همجرت  ،اھ
 ،نارھت
1387
 . 
294
ص
.
 
6
-
 
یلع  ،یرفعج
  .
هناسر  روشنم
  :
 یراذگناينب  رظنم  زا  یلم  هناسر  یاھتيلوسم  و  اھتسايس  ،فادھا
،شورس ،نارھت ،یربھر مظعم ماقم و ناريا یملاسا یروھمج
1388
 .
157
ص
.
  
7-  Murphy, p, (2003) Global media studies, ethnographic perspective, 
paperback. P. 185. 
8-  Lisa Parks, Shanti Kumar, (2003), Planet TV: A Global Television Reader
New York University Press, p. 436. 


 
İran televiziyasında xəbər paylanması məsələləri 
363 
XÜLASƏ 
İran televiziyasında xəbər paylanması məsələləri  
Məqalədə tamaşaçıların maraq dairəsi, onların hansı  məzmunlu proqramlara 
maraq göstərməsi ilə  əlaqədar məsələlər araşdırılır. Burada İran  İslam 
Respublikasının televiziyasında tamaşaçı  cəlb etmək üçün verişlərin redaktorları 
tərəfindən vaxtaşırı müəyyən yoxlamaların aparıldığı qeyd edilir. Bu yoxlamalar 
zamanı İran televiziyasında tamaşaçıların ən çox 21-dən sonra televiziyaya baxdığı 
müəyyən edildi. Məqalədə televiziya proqramlarının zamanlama cədvəlinin 
strategiyalarına görə informasiya yayımında mütənasiblik və tələb olunan vaxt kimi 
komponentlərin uyğunluğu,  ən çox tamaşaçının televiziyaya baxdığı vaxta diqqət 
etmək barədə nəticəyə gəlinir. Burada tamaşaçının informasiyanın qəbulu zamanına 
diqqətli olmaq və proqramların təkrarlanmasında bu qaydaların nəzərə alınması, 
tamaşaçı cəlbi ilə bağlı məsələlər göstərilir. 
 
RESUME 
Managing the distribution of messages on Iranian TV  
Today, deliberately the audiences decide to watch specified programs with 
defined contents and in identified time or even distinguished angle. In current 
situation, in order to attract more audience attention, accordingly production and 
broadcasting planners decisively concern the broadcasting schedules and timetables. 
In this article, by relying on the method of library for attracting audience, the 
influential and effective impacts on broadcasting programs management as well as 
time sequence specifically in Islamic Republic of Iran were being studied and as a 
result specified that the majority of audience watch TV after 9 PM. Furthermore, 
basing on the TV schedule, we came to a conclusion that in Message (Payaam) 
broadcast various factors such as appropriation and time requirements, special 
focusing on the audience attention to the peak time and the verge of their acceptance 
by means of observing the regulations in repeating the programs play the significant 
roles in attracting or repelling the audience. 
 
РЕЗЮМЕ 
Департамент передачи новостей на Иранском телевидении  
В эти дни зрители сами решают,какие смотреть какие программы,на какие 
темы  и  даже  с  какой  целью.  В  настоящее  время  чтобы  привлеч  еще  больше 
зрителей,уделяют большое внимание программам. В этой заметке проверяется 


 Hüseyn Zolqədr 
364 
библиотечным  способом  эффективные  свойства  привлекания  зрителей  в 
Иранской  Исламской  республике.Было  известно,что  в  Иранской  телевидении 
зрители  собираются  после 21-го  часа  вечера.  По  стратегиям  временной 
таблицы,приходим к такому выводу,что надо обращать большее внимание на 
совпадение компонентов и общения. Нельзя допускать повтор программ. 
 
 
Çapa tövsiyə 
etdi: 
   f.e.d. 
R.Xəlilov 
 
 
 

Yüklə 3,56 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə