Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə30/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   26   27   28   29   30   31   32   33   ...   161

İbn Xəllikanın həyat və yaradıcılığında müəllimi  Şeyx Muvaffaquddin ən-Nəhvinin rolu 

77

zaman məclisdəkilər  gülərkən  fəqih  xəcalət  çəkmiş    və bir  daha Şeyxin  



məclislərində  onu görən  olmamışdı. 

Bir  dəfə də  Rəvahiyyə  mədrəsəsində  dərs  zamanı  şagirdlərdən Əl- Cundi əş-

Şəabi  adlı  birisi  öz  masturunda  (qrammatik  qaydalar  yazılan  kağız)  əlində  

qalın bir  yazılı  kağız  olan  (Şeyx  adətən  onlara  şər`i  yazılarda  şəhadət  edərdi) 

Şeyxə müraciətlə  dedi: “Ey, mövlamız!  Bu  masturda  olanlara  şəhadət  verirəm. 

“Şeyx  masturu onun  əlindən  aldı  və orada  yazılanların  əvvəlini oxudu:        ةمتاف   

ترقا       (Fatimə  gəldi). Şeyx  ondan  soruşdu: Sən  Fatiməsən ?  Əl- Cundi:  Ey, 

mövlamız! O, bu  saat  gələr – deyərək  mədrəsənin  qapısına  çıxdı,  şeyxin  sözünə  

gülümsədi və Fatiməni  gətirdi. Şeyx  soruşdu: Sizin  ikinizdən  hansı  Əş-Şəabidir?  

Əl – Cundi  cavab verdi ki, bu qadındır.” 

Biz  hər  gün  onun  evində  qiraətlə  məşğul  olurduq. Bir  dəfə  oradakılardan 

biri  bərk  susadı  və nökərdən  su  istədi. Nökər  su  gətirdi. Suyu  içdikdən sonra o  

dedi: Bu, yalnız  soyuq  sudur! Bu zaman Şeyx  cavab  verdi: Əgər  isti  çörək də 

olsaydı, sənin  üçün  pis  olmazdı. 

Bir  dəfə də müəzzin  gəldi  və  ikindi  namazından  düz  bir  saat  əvvəl  azan  

verdi. Oradakılar  ona  deyəndə ki, “Bu nə işdir, ey, şeyx?” - Bəs  ikindi  namazının  

vaxtı  nə oldu ?” - Şeyx Muvaffaquddin  belə  cavab  verdi: “Qoyun, nə edir  etsin! 

Yəqin  tələsik işi var”. 

Bir  gün  də onun  yanına  İbn Şəddad  kimi tanınan  Hələb  qazisi  Bəhauddin 

gəlmişdi. Söhbət  uzaq  məsafədən  yolu görən   Zərqa  əl – Yəməmədən  gedirdi. 

Hətta  deyirdilər ki, o, üç günlük  məsafədən  görürmüş.Məclis  əhli  bu   barədə 

şeyxin  fikrini  bilmək istədi. O, dedi: “Mən  əşyanı  iki  aylıq  məsafədən  görürəm”. 

Hamı  onun  sözünə təəccüblənir , lakin  heç  nə  deyə  bilmir. Onda  qazi  deyir : 

“Bu necə  ola  bilər, ey Muvaffaq!”  O, cavab  verir  ki, “Mən  göydəki hilal ayı   

görürəm”. Bu  zaman  İbn  Xəllikan  sual  verir ki,  “Bəs  məsafə  bir  il olsa necə?” 

Şeyx  cavab  verir ki, “Əgər bunu  desəm,  məclis  əhli  məqsədimi  başa  düşər. 

Məqsədim isə mübhəm  danışmaqdır”. 

İbn  Xəllikan  öz  müəllimi   haqqında   xatirələrini  davam etdirərək  yazır  ki, onun  

haqqında  çoxlu  lətifələr  mövcuddur  və onları  xatırlamaq uzun  vaxt  tələb  edir .

5

 



O, deyir  ki,  bir gün  onun  yanında  idim. Onun  yanına  Mosuldan  olan  və  

ədəbiyyat  sahəsində    Məğribdə    fəzilət  sahibi   kimi tanınan bir  şəxs gəlir.  

Mosuldan  olan  bir  dəstə  ədib Ziyauddin Hadarallah  əl – Cəzərinin  şer  məclisində  

                                                 

5

       ٥١٢   ،  ص؛ ١٢٨٤   نارھط ؛  ىناثلا   ءزجلا؛״  نامرلا  ءانب    ءابنا  و   نايعلاا   تايفو  ״  ناكلخ    نبإ 




 Aslanov Süsən Yusif  qızı 

78

ondan  xahiş  etmişdi ki, müqayədə  əhlinin  bəzi  beytlərindən  söyləsin. O da Əbu  



İshaq Əl- Hasrinin  bəzi  Qayraban  ağsaqqallarına  mənsub  etdiyi  bir  neçə  beyti  

oxuyur. Əl – Cəzəri  beyti nəzmə  çəkənin  adını  qeyd  etmir. Onda  mən  dedim  ki

bu beytlər  çox  güman  ki, Əl- Həsən  Əli  ibn  Əbdülğəni  əl- Hasriyə  məxsusdur. 

Lakin  o, demədi ki, həmin  beytləri məclislərin birində    məşhur  şair  Əbu  əl – 

Həccaca  mənsub  edilən  şəkildə  dinləmişəm. 

Maraqlı burasıdır ki, Əl – Kindinin  həyatı  haqqında  bir  çox  əsərlərdə  gös-

tərilir ki, onun  anadan  olması  tarixi  dəqiq  deyildir. Lakin İbn Xəllikanın      نايعلاا   

تايفو 


  

əsərində


 

 

"



 

Zeyn  həfri babında  onun   hicri  526-cı ilin  Şaban  ayının  25 – də 

çərşənbə  günü sübh  tezdən  Bağdadda  dünyaya  gəldiyini  və hicri  613 – cü  ilin   

Şəvval ayının  6-da  bazar  ertəsi  vəvat  etdiyinə  işarə  edir. O, həmin gündə  də  

Qasiyun  dağında  dəfn olunmuşdur. Bu dağ  Dəməşqə tərəf  uzanıb gedən bir dağdır. 

Dəməşqin əhalisi orada  dəfn  olunur. İbn Xəllikan  göstərir  ki, orada o  zaman bir  

cami, bir  mədrəsə və ribatatlar  var idi, Sura  və Yəzid  çayları   oradan  axır. 

Bu  fəsildə  İbn  Yəiş  haqqında uzun – uzadı  danışmağa  ehtiyac  duyulmayan 

çox  şeylər  deyilmişdir. Əş –Şeyx  Muvaffaquddin Əbulqasım  Əz –Zəməxşərinin  

“Əl- Mufassal” əsərinə    elə bir  şərh  yazmışdır  ki, ona  yazılan digər  şərhlər  

içərisində  misli  yoxdur. O, habelə  İbn  Cinninin , “Tasrif əl –Mulukiyyi” əsərinə  

şərh  yazmışdır ki, ondan  Hələbin  elm  adamları  çox  faydalanmışdır.Hətta  o  

zamankı Hələbin  görkəmli  adamlarından bir  çoxu  onun  şagirdləri  olmuşdur.İbn 

Xəllikan  əsərində müəlliminin həyatı  barəsində  belə  göstərir ki, o, hicri 556 – cı 

ilin ramazan ayının  3 – də Hələbdə  doğulmuş və hicri  643 – cü  ilin cumədəl –ulə 

ayının 25 – də orada  vəfat  etmişdir.Həmin  gün  İbrahimxəlilin  məqamındakı 

türbəsində  dəfn  olunmuşdur ( Allahın  salavat, salam və rəhməti  ona  olsun).

6

 



İbn Xəlliknın  müəllimi  İbn  Yəiş  haqqındakı  xatirələrində  şagirdləri  arasında  

Tacəddin  əl – Kindi ləqəbi  ilə  tanınan bir  şəxsdən  də  söhbət  açır. 

Əbul – Yumn Zeyd ibn əl – Həsən  ibn  Zeyd ibn əl – Həsən ibn Səid əl – Kindi  

Bağdadda doğulub boya – başa çatmış, Dəməşqdə yaşamış  və orada da vəfat 

etmişdir. Bu  dilçi və  ədib  ədəbiyyat sahəsində  zəmanəsinin yeganə  şəxsiyyəti  

olmuşdur. Bir çox ağsaqqal  müəllimlərdən  elm və güc  qüvvət almışdı. Əbu əs – 

Səadət  ibn  əş – Şəcəri , Əbu  Məhəmməd  ibn  əl – Xəşşab  və Əbu  Mənsur  ibn  əl 

– Cova əl – Yəbqa  məhz  onlardan idilər. Gənc  yaşlarında, yəni  hicri 563 – cü  ildə 

Bağdaddan  Hələbə  səfər  etmiş  və bir  müddət  orada  qalmışdır. Lakin  o bir  yerdə  

                                                 

6

 ٥١٣   ص؛ ١٢٨٤   نارھط ؛  ىناثلا   ءزجلا؛״  نامرلا  ءانب    ءابنا  و   نايعلاا   تايفو  ״  ناكلخ    نبإ 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə