Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə22/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   18   19   20   21   22   23   24   25   ...   161

İlahi eşq və türk ədəbiyyatında təcəssümü 

55

Allaha gedən yolda ağıl müəyyən bir yerdə dayanmaq məcburiyyətindədir; bu 



nöqtədən etibarən insanı Allaha eşq qovuşdurur. Mütəsəvviflər eşq ilə  mənəvi 

meraca çata biləcəyindən bəhs edirlər, bunu “merac-ı məhəbbət” və yaxud “merac-ı 

eşq” adlandırırlar  (23,14). 

Təsəvvüfdə Allah eşqini hər kəsin başa düşəcəyi bir tərzdə izah etmək üçün bir 

sıra bənzətmələr yaradılmışdır. Bunlardan ən  əsası qadın, pərvanə-şam-atəş, gül-

bülbül və badə misallarıdır. Mütəsəvviflər ya mövzusu qadın və  bəşəri eşq olan 

musiqi və  qəzəlləri ilahi eşqə  tətbiq etmişdilər və ya Əttar,  Əbdürrəhman Cami və 

Mövlanada olduğu kimi ilahi eşqi bəşəri eşq  şəklində  təsvir etmişdilər. Füzulinin 

“Leyli və  Məcnun”  əsəri buna ən gözəl nümunədir. Bu səbəbdən mövzusu Allah 

eşqindən ibarət olan qəzəl, qəsidə  və  məsnəvilərdə dilbərlərin üz, göz, qaş, yanaq, 

zülf, qəmzə, boy, işvə və naz kimi xoşa gələn cizgiləri, hal və hərəkətləri simvolik və 

məcazi nəql ünsürləri qataraq istifadə etmişlər. Gül və bülbül də mütəsəvviflərin ən 

çox istifadə etdikləri mövzudur. Bülbül aşiq, gül məşuqdur. Güldəki tikan eşqdəki 

iztirabı, bülbülün yanıq nəğmələri isə  aşiqin fəryad və fiqanıdır. Pərvanə  və  şam 

misalı da əhəmiyyətlidir. Şam işığına aşiq olan pərvanə şamın ətrafında dayanmadan 

fırlanır, ən sonda özünü oda atır, yanır və beləcə odda fani olur. Aşiq də eşq atəşində 

pərvanə kimi yanar və sevgilisi uğrunda özünü fəda edərək yox olur. İnsanın ağlını 

başdan alan xüsusiyyəti ilə  şərab (mey, badə) da eşq mövzusunda mütəsəvviflər 

tətəfindən çox istifadə edilmiş, qədəh, saqi və meyxanə kimi şərabla bağlı sözlərə 

geniş yer verilmişdir.  

Eşq və məhəbbət anlayışları ədəbiyyat, fəlsəfə və təsəvvüf ətrafında böyük ma-

raqla qarşılanmışdır. Əsərlərində eşq məsələsinə yer verməyən kəlam alimləri sonra-

dan fəlsəfi və  təsəvvüfi qaynaqlardan istifadə edərək  əxlaq elminə dair yazdıqları 

əsərlərdə bu mövzuya müraciət etmişdilər. Məsələn Nəsrəddin Tusinin “Əxlaq-i 

Nasir”ində, Cəlaləddin əl-Dəvvaninin “Əxlaq-i Cəlali”sində və Əzudüddin əl-İcinin 

“Əxlaq-i Əzudiyyə” əsərində məhəbbət mövzusuna xüsusi bir bölmə ayırmışdır.  

Eşq  sərhəddi aşıb ruhla bütünləşdikdə  eşqdir.  İki nəfəri sevdiyini iddia edən 

şəxsin qüsuru buradadır. Onun eşqi xarici görünüşdə məhduddiyyətli eşqdir. Həqiqi 

aşiq bir sevgiliyə bağlanır. İbn Həzmə görə: “Könüldə iki şəxsə yer yoxdur, ikincisi 

digərinin yerini tuta bilməz. Ağıl da təkdir. Rəhman olan tək bir Allahdan başqa 

Yaradıcı tanıya bilməz. Qəlb də təkdir. İstər yaxın, istər uzaq olsun, yalnız bir şəxsi 

sevər.Əksinə davrananlar eşqin qanununda şirkə yol verərlər” (11,251). 

İbn Həzm eşq və sevgi mövzusunu işlədiyi “Tövkü’l-həmamə” adlı  əsərində 

eşqin səbəbi, qaynağı  və  məqsədi mövzusunda filosofların fikirlərini bölüşməklə 

bərabər müasirlərinin də müşahidələri ilə birlikdə öz fikirləri ilə araşdıraraq bu 



 Nigar İsmayılzadə 

56

sahədə ən gözəl əsər meydana gətirmişdir.  İbn Həzm eşq və məhəbbət mövzusunu 



“Tökvü’l-həmamə”də çox gözəl psixoloji təhlillər və təsvirlərlə vermişdir. Həm İbn 

Davud, həm də  İbn Həzm  əsərlərində yalnız dünyəvi eşq mövzusunu işləmişlər, 

mütəsəvviflərin ilahi eşq mövzusuna müraciət etməmişlər.  

İbnü’l-Cəzəri,  İbnü’l Teymiyyə  və  İbnü’l Qəyyimə görə  eşq ağlı, düşüncəni 

məhv edir. Ağlın dünyaya hakim olmasına fəzilət, duyğunun ağla hakim olmasına isə 

rəzilət deyilir. Eşq bir kamal halı olmadığı üçün Allahın vəsfi deyildir. Onlara görə 

qəlb Allahı sevmək üçün yaradıldığından ondan başqasını sevə bilməz. Allahı ihlasla 

sevdiyi üçün Yusif Züleyxaya aşiq olmamışdır. Züleyxa müşrik olduğu üçün Yusifə 

aşiq olmuşdur. Eşqin yeganə səbəbi imandakı əksiklikdir (23,11).  

“Telbisü İblis” əsərində mütəsəvviflərin eşq anlayışını tənqid edən İbnü’l-Cəvzi 

“Seydü’l-Xatır”  əsərində  gözəl eşq hekayələrindən bəhs edir. Ona görə  məhəbbət 

xoş bir duyğu olmaqla bərabər hədsiz dərəcədə olduqda pis olur. Çünki eşq insanın 

gözünü kor, qulağını kar edir. Bu səbəbdəndir ki, həqiqəti görməyən aşiqlərin sonu 

ayrılıqla bitir. Eşqi uğrunda intihar edənlər, hətta dinini dəyişən insanlar da var.    

İbn Teymiyyəyə görə eşq ruh və qəlblə bağlı xəstəlikdir. Bədən üzərindəki təsiri 

artdıqca cismani bir xəstəliyə çevrilə bilər. Eşq  əqllə bağlı olmadığı üçün Allahın 

vəsfi deyildir.  Allaha aşiq və ya məşuq da deyilə bilməz. Bu halda qulun Allah 

sevgisi məhəbbət adlandırılmalıdır.  İbnü’l Cəvzi,  İbn Teymiyyə  və  İbnü’l Qəyyim 

kimi müəlliflərin təsəvvüfi eşqə hücum edərək onu şiddətlə rədd edərkən məhəbbət 

ünsürünü bütün genişliyi və  dərinliyi ilə  işləmişlər və  İslam dininin bir sevgi dini 

olduğunu izah etmişlər.  

İslam ümmətinin mədəniyyət və  ədəbiyyatının hər sahəsində  eşq anlayışının 

təzahürlərini görmək mümkündür. Mütəsəvviflər ilahi eşqlə bağlı duyğu və düşün-

cələrini daha çox təşbihlərdə  əks etdirdiklərindən təsəvvüf  ədəbiyyatı  məcazlar 

ədəbiyyatı  şəklini almışdır. Bəzən bir mənzumənin ilahi eşq, yoxsa dünyəvi eşq 

olduğunu anlamaq çətinlik yaradır.  

Türk ədəbiyyatında eşq mövzusu mahiyyəti və işlənməsi baxımından çox geniş 

rəğbətə  səbəb olaraq müxtəlif  əsərlərin meydana çıxmasına səbəb olmuşdur. 

Mahiyyəti etibarilə  bəşəri, fəlsəfi və  təsəvvüfi ilahi həqiqi eşq mövzusu ədəbi 

əsərlərdə öz əksini tapmışdır.  

Qədim  ərəb  şeirində  qəsidə  və yaxud qəsidənin nəsib, təqəzzül və  təşəbbüb 

adlanan  şəkillərində maddi və  bəşəri eşq tərənnüm olunmuşdur. Fars şeirində isə 

qəsidənin bu növləri ilə yanaşı  qəzəldə  eşq  əsas mövzuya çevrilmişdir. “Qəzəl-i 

aşiqanə” adlanan bu qəbildən olan şeir  divan ədəbiyyatının ən qiymətli şeir şəklidir  

(23,18). 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə