Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə30/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   ...   24   25   26   27   28   29   30   31   32

85 

 

3.3. Qeyri-neft sektoruna investisiya qoyuluşunun stimullaşdırılması mexanizmlərinin 



təkmilləşdirilməsi istiqamətləri 

 

Keçid  dövrünü  artıq  başa  çatdırmış  Azərbaycan  Respublikasının  qarşısında  yeni 



çağırışlar  və  strateji  vəzifələr  durur.  Sürətli  qloballaşma  və  beynəlxalq  iqtisadi  inteqrasiya 

prosesləri  fonunda  beynəlxalq  bazarda  ixtisaslaşma  güclənir,  innovasiyalara  söykənən  və 

yüksək əlavə dəyər yaradan elm tutumlu iqtisadiyyat modelinə üstünlük verilir. Bu isə qlobal 

və regional səviyyədə rəqabətin kəskin artmasına səbəb olur.  

Belə  bir  şəraitdə  Azərbaycan  Respublikasının  qarşısında  duran  növbəti  strateji  vəzifə 

daha da şaxələndirilmiş, yüksək rəqabət qabiliyyətliliyə, məhsuldarlığa və səmərəliliyə malik 

ixrac  yönümlü  iqtisadiyyata  transformasiyanın  təmin  edilməsindən  ibarətdir.  Bu  vəzifə 

iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, elm tutumlu iqtisadiyyatın formalaşdırılması, 

makroiqtisadi sabitliyin qorunması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, 

özəl sektorun dəstəklənməsi, qabaqcıl texnologiyaların və təcrübənin tətbiqi, insan kapitalının 

inkişaf  etdirilməsi,  xarici  ticarət  və  investisiyaların  təşviqini  nəzərdə  tutur.  nvestisiya 

mühitinin  yaxşılaşdırılması  istiqamətində  həyata  keçirilən  tədbirlərlə  yanaşı,  ölkənin 

investisiya  imicinin  təşviqi  də  mühüm  tədbirlər  sırasında  olmalıdır.  Bu  məqsədlə  bir  sıra 

mühüm tədbirlər həyata keçirilə bilər: 

-  Ölkənin  investisiya  potensialının  təşviqi  və  prioritet  sahələrə  birbaşa  xarici 

investisiyaların cəlb edilməsi məqsədi ilə müntəzəm ölkədə və xaricdə biznes forumların və 

digər işgüzar tədbirlərin təşkili;  

-  nvestisiya yönümlü mötəbər beynəlxalq tədbirlərdə iştirakın genişləndirilməsi;  

-  Ölkənin  iqtisadi  potensialını,  təbii  resurslarını,  investisiya  mühitini,  imkanlarını  və 

layihələrini,  o  cümlədən  ölkədəki  prioritet  sahələri  təşviq  edən  təşviqat  materiallarının  və 

elektron resursların hazırlanması və yayılması;  

- xtisaslaşmış  mötəbər  beynəlxalq  kütləvi  informasiya  vasitələrində  (K V)  ölkənin 

təşviqatının aparılması.  



86 

 

Ölkədə  investisiya  qoyuluşunun  stimullaşdırılması  istiqamətində  müvafiq  dövlət 



qurumları fəaliyyət göstərir: 

“Azərbaycan  nvestisiya Şirkəti" ASC 

 

“Azərbaycan  nvestisiya  Şirkəti"  Açıq  Səhmdar  Cəmiyyəti  (A Ş)  Azərbaycan 



Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli 1395 nömrəli “ nvestisiya fəaliyyətinin 

təşviqi  üzrə  əlavə  tədbirlər  haqqında”  Sərəncamı  ilə  yaradılmışdır.  A Ş-in  əsas  məqsədi 

mövcud  və  yeni  kommersiya  müəssisələrinə  yerli  və  xarici  investorlar  cəlb  etməklə  və  öz 

vəsaiti  hesabına  müddətli  investisiya  qoyuluşları  vasitəsilə  Azərbaycan  ərazisində 

iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir.  

Azərbaycanda  xracın və  nvestisiyaların Təşviqi Fondu (AZPROMO) 

 

Dövlət və özəl sektorun birgə təşəbbüsü olan Azərbaycanda  xracın və  nvestisiyaların 



Təşviqi Fondu (AZPROMO)  Azərbaycan Respublikasının  qtisadiyyat və Sənaye Nazirliyi 

tərəfindən 2003-cü ildə təsis edilmişdir. Təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri xarici 

investorlar,  yerli  istehsalçılar  və  hökumət  arasında  körpü  funksiyasını  həyata  keçirməkdən 

ibarətdir.  

Bunlarla yanaşı, sənayeyə dəstək tədbirləri sırasına ölkədə sənaye parklarının və sənaye 

məhəllərinin 

yaradılması, 

bununla 


ə

laqədar 


investisiyaların 

stimullaşdırılması 

mexanizmlərinin  tətbiqedilməsini  göstərmək  olar.Azərbaycan  Respublikası  Prezidentinin 

2013-cü il 24 aprel tarixli, 865 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Sənaye parkları haqqında 

Nümunəvi  Əsasnamə”yə  görə  sənaye  parkı  ilə  bağlı  aşağıdakı  stimullaşdırıcı  tədbirlər 

müəyyən edilə bilər:  

-  vergi  və  gömrük  sahəsində  stimullaşdırıcı  tədbirlər  (Azərbaycan Respublikası  Vergi 

Məcəlləsinə  əsasən,  sənaye  parklarının  rezidentləri  üçün  geniş  güzəştlər  tətbiq  edilir. 

Qanunvericiliyə əsasən rezidentlər 7 il müddətinə əmlak, torpaq, mənfəət vergisindən, eləcə 

də istehsal məqsədi ilə idxal etdikləri avadanlıqlara görə ƏDV-dən azad olunurlar);  

- sənaye parkının infrastrukturla təmin edilməsi;  

- torpaq sahəsinin icarə haqqının aşağı həddində müəyyən edilməsi;  

- güzəştli kreditlərin verilməsi;  



87 

 

- inzibati prosedurların sadələşdirilməsi;  



- sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili;  

- istilik və elektrik enerjisinin, suyun və qazın satışına, tullantı sularının axıdılmasına və 

məişət tullantılarının yığılmasına görə güzəştli tariflərin tətbiqi.  

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli, 186 nömrəli 

Qərarı ilə təsdiq olunan “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”yə görə sənaye 

məhəlləsi ilə bağlı aşağıdakı stimullaşdırıcı tədbirlər müəyyən edilə bilər:  

- “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 5-

ci hissəsinə və “ carə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci 

hissəsinin  ikinci  abzasına  əsasən  torpaq  sahəsinin  və  tikililərin  icarə  haqqının  aşağı  həddə 

müəyyən edilməsi;  

- Güzəştli kreditlərin verilməsi;  

-  nzibati prosedurların sadələşdirilməsi;  

Eyni  zamanda,  son  dövrlərdə  ölkəmizdə  milli  valyutanın  devalvasiyası  və  “üzən 

məzənnə”  rejiminə  keçidlə  əlaqədar  olaraq,  makroiqtisadi  sabitliyin  təmin  olunması 

məqsədilə qeyri-neft sektoruna investisiyaların, xüsusilə xarici investisiyaların cəlb edilməsi, 

sahibkarlıq fəaliyyəti üçün daha münbit şəraitin formalaşdırılması istiqamətində yalnız 2015-

ci il ərzində bir sıra qərarlar qəbul edilmişdir: 

-

  nvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası 



Prezidentinin Fərmanı

;

 



-

  Qeyri-neft  məhsullarının  ixracının  stimullaşdırılması  ilə  bağlı  əlavə  tədbirlər 

haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

-

  Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, 



buğda  ununun  və  çörəyin  istehsalı  və  satışı  15  yanvar  2016-cı  il  tarixindən  etibarən  əlavə 

dəyər vergisindən azad olunmuşdur. Bunun nəticəsi olaraq, hazırda 50 kiloqramlıq 1 kisə əla 

növ buğda ununun pərakəndə satış qiyməti ölkə ərazisində 23-24 manatadək enmişdir. 

-

  “Gömrük  sahəsində  nəzarətin  həyata  keçirilməsi  ilə  əlaqədar  bəzi  yoxlamaların 



sadələşdirilməsi  haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin  2015-ci  il  22  oktyabr 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə