Microsoft Word Dissertasiya-Mirkamal 2 Alizade Mirkamal docx



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix17.09.2018
ölçüsü1,2 Mb.
#68730
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

29 

 

dəstəyin  göstərilməsi)  formalarını  da  nəzərdə  tutur.  Bir  çox  ölkələr  ənənəvi  dəstək 



mexanizmləri ilə yanaşı investisiyaların təşviqi və stimullaşdırılması üzrə yeni mexanizmlərin 

tətbiqinə başlamış, yeni güzəşt proqramları qəbul etmiş, layihələrin icrasına birbaşa maliyyə 

yardımı  mexanizmini  yaratmış,  BX -nin  qiymətli  kağızlar  bazarı  vasitəsilə  cəlb  edilməsini 

gücləndirmiş,  xüsusi  iqtisadi  zonalar  yaratmış,  xarici  investisiyaları  cəlb  etmək  və 

investorlara  dəstək  məqsədi  ilə  “vahid  pəncərə”  mexanizmlərinin  tətbiqinə  başlamış,  vergi 

yükünü azaltmışlar. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar prosedur və tələblərin sadələşdirilməsi,  

bu fəaliyyətin asanlığını təmin etmək məqsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsi, 

ümumilikdə  biznes  və  investisiya  mühitinin  yaxşılaşdırılması  üzrə  islahatların  aparılması 

dövlət siyasətinin bu sahədə mühüm istiqamətinə çevrilmişdir. Bununla yanaşı, nəzərə alaraq 

ki,  xarici  investisiyaların  cəlb  edilməsi  əhəmiyyətli  dərəcədə  əqli  mülkiyyət  sisteminin 

mövcudluğu  və  əqli  mülkiyyətin  qorunmasının  etibarlılığı  ilə  bağlıdır  bu  sahənin  də 

inkişafına  diqqət  artmışdır.  nvestisiyaların  təşviqi  üzrə  milli  qurumların  fəaliyyəti. 

nvestisiyaların cəlb olunmasında investisiyaların təşviqi üzrə milli qurumlarının əhəmiyyəti 

olduqca  böyükdür.  Oksford  Universiteti  tərəfindən  124  ölkə  üzrə  aparılmış  tədqiqata 

(“Investment Promotion and FDI Inflows: Quality Matters”, Univesity of Oxford, June 2012) 

ə

sasən  investisiyaların  təşviqi  üçün  xərclənən  hər  1  ABŞ  dolları  ölkəyə  nəticə  olaraq  189 



ABŞ  dolları  məbləğində  BX   cəlb  edir,  xərclənən  hər  78  ABŞ  dolları  isə  xarici  investor 

tərəfindən  bir  əlavə  iş  yeri  yaradır.  Yeni  bazara  daxil  olan  xarici  investorların  83  faizi 

investisiya  sorğularını  ilkin  olaraq  təşviq  agentliklərinə  yönəldirlər.  Bu  səbəbdən  dünyanın 

ə

ksər ölkələri xarici investisiyaların cəlbi istiqamətində fəaliyyət göstərən, xarici investorlara 



“vahid pəncərə” prinsipi əsasında xidmət göstərən investisiya təşviqi qurumlarını yaratmışdır. 

Dünya  Bankı  tərəfindən  189  milli  investisiya  təşviqi  agentliyi  arasında  aparılmış  tədqiqat 

göstərir  ki,  informasiya-kommunikasiya  texnologiyalarını,    müasir  və  interaktiv  prosesləri 

tətbiq  edən,  idarəetmənin  effektivliyinə,  peşəkarlığa  əsaslanan  stimullaşdırıcı  əmək  haqqı 

sisteminə, geniş beynəlxalq nümayəndə və təmsilçi şəbəkəsinə, habelə müasir infrastruktura 

malik olan investisiyaların təşviqi qurumları BX nın cəlb olunmasında daha yüksək nəticələr 

göstərir.  



30 

 

1.3.  nvestisiya qoyuluşunun stimullaşdırılması prosesi: metodları  



və dünya təcrübəsi 

 

Dünya  praktikasında  bu  və  ya  digər  dərəcədə  xarici  investisiyaların  cəlb  edilməsinə 

yönəlmiş bir sıra tədbirlər mövcuddur. 

lk  növbədə  investisiyaların  cəlb  edilməsinə  yönəlmiş  makroiqtisadi  siyasəti  qeyd 

etmək  lazımdır.  Bu  zaman  ölçülüb-biçilmiş  pul  siyasəti  həyata  keçirilir,  daxili  qiymətlərin 

sabitliyi təmin edilir, borc kapitalının dəyərinı müsbət təsir göstərilir. 



nvestisiyaları  dəstəkləyən  düşünülmüş  vergi  siyasəti

:  birbaşa  vergi  güzəştlərinin 

təqdim  edilməsi,  kapitalın  investisiya  edilməsinə  görə  vergi  ödəmələrinin  vaxtının 

uzadılması, amortizasiya ödəmələri əlaqədar olan stimullar, iki ildən 10-15 ilə qədər müddətə 

müəyyən  edilən  “vergi  tətilləri”,  avadanlıq,  xammal,  komplektləşdirici  hissələrin  idxalının 

gömrük ödəmələrinədn azad edilməsi, kapital qoyuluşunu həyata keçirən şirkətlər üçün vergi 

dərəcəsinin aşağı salınması. 

Kapital  qoyuluşlarının  stimullaşdırılmasının  maliyyə  metodları

  da  mövcuddur: 

subsidiyalar,  borclar,  kreditlər  və  onların  təqdiminə  zəmanətlərin  verilməsi.  Çox  zaman 

maliyyə  güzəştlərinin  təqdim  edilməsi  investor  tərəfindən  müəyyən  şərtlərin  yerinə 

yetirilməsindən  (konkret  regionların,  sahələrin  mənimsənilməsi,  yeni  iş  yerlərinin 

yaradılması) asılı olur. Məsələn, 1982-ci ildən etibarən  ngiltərədə daha vacib layihələr üçün 

dövlət  yardımı  sistemi  fəaliyyət  göstərir.  Xarici  investorlar  staqnasiyada  olan  regionlara 

yönəldikləri  zaman  böyük  həcmdə  subsidiyalar  alırlar.  Bu  cür  siyasət  nəticəsində  tənəzzül 

yaşayan sahələrdə yeni istehsalın yaranması ilə struktur dəyişiklikləri baş verir. 

Xarici investisiyaların cəlb edilməsinin baza amilləri sırasına həmçinin liberal valyuta 



siyasəti

 də aid edilir. Bu siyasət investora milli valyutada əldə etdiyi gəliri asanlıqla istədiyi 

valyutaya çevirmək imkanı yaradır. 

Bir  sıra  dövlətlər  ümumilikdə  investisiyaları  stimullaşdırmaq  üçün  sahibkarların 

ehtiyaclarının ödənilməsinə yönəlmiş ümumdövlət proqramlarından istifadə edirlər. 

Xarici investisiyaların stimullaşdırılması üçün əksər ölkələr dövlət zəmanətinin təqdim 



edilməsi

 vasitəsindən də istifadə edirlər. Bu zaman zəmanət həm kapitalı ixrac edən, həm də 




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə