Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

137
 
1.  Gömrük  rüsumları  hər  bir  əmtəə  qrupu  üzrə  orta  səviyyədə 
müəyyənləşdirilməli  və  sonra  hər  bir  konkret  mal  mövqeyinə  görə 
dəqiqləşdirilməlidir; 
2.    Gömrük  rüsumlarının  müəyyənləşdirilməsi  daxili  və  dünya  qiymətləri 
arasındakı fərqlə əsaslandırılmalıdır; 
3.  Gömrük  rüsum  normaları  malların  emal  dərəcəsi  artdıqca  artmalıdır.  Yəni 
xammal  üçün  aşağı,  yarımfabrikat  üçün  orta  və  hazır  məhsul  üçün  yüksək  gömrük 
rüsumları müəyyən edilməlidir; 
4.  stehsalı  çox  əmək  sərfi  tələb  edən  məhsullar  üçün  yüksək  rüsumlar 
müəyyən olunmalıdır; 
5.  Yüksək  texnoloji,  elm  tutumlu  və  idxalında  dövlətin  maraqlı  olduğu 
məhsulların idxalına aşağı rüsum normaları tətbiq edilməlidir; 
6. Rüsum normaları müəyyən olunarkən dövlətin idxal siyasəti, sosial siyasəti, 
daxili bazarın vəziyyəti, anoloji malların istehsalının vəziyyəti və onların istehsalının 
inkişaf perspektivləri nəzərə alınmalıdır; 
7.  Rüsum  normaları  elə  müəyyənləşdirilməlidir  ki,  ölkə  iqtisadiyyatının 
strukturunda mütərəqqi dəyişiklikləri təmin etsin; 
8.  Rüsum  normaları  müəyyənləşdirilərkən  xarici  ölkələrlə  əməkdaşlığın 
səviyyəsi,  əmək  kooperasiyasının  vəziyyəti  və  ticarət  əlaqələrinin  inkişaf 
perspektivləri nəzərə alınmalıdır; 
9.  Rüsum  normalarının  müəyyənləşdirilməsində  ən  əsas  amil  kimi  dövlətin 
iqtisadi təhlükəsizliyi götürülməlidir. 
Xüsusi  əhəmiyyət  kəsb  edə  biləcək  məsələlərdən  biri  də  ölkəmizdə  azad 
iqtisadi  zonaların  yaradılmasıdır.  Bununla  bağlı  dövlətin  müvafiq  proqramları 
mövcuddur, ardıcıl danışıqlar aparılır və müvafiq hazırlıq işləri görülür.
124
 
Xarici  iqtisadi  əlaqələr  sahəsində  təsərrüfat-təşkilatçılıq  tədbirləri  və  milli 
iqtisadi  inkişaf  strategiyası  iki  əsas  istiqamətə  yönəldilmişdir:  1.  Az  bir  zaman 
kəsiyində  qeyri-neft  sektoru  məhsulları  sahəsində  beynəlxalq  bazara  genişmiqyaslı 
                                                            
124
 Abdullayev A. A., Xanlarov  . F., “Azərbaycan Dövlətinin investisiya strategiyası” // AMEA, xəbərlər, iqtisadiyyat, 
humanitar və ictimai seriyası, Bakı, Elm, 2003 


138
 
çıxmaq imkanı məhdud olduğu üçün, yerli firmaların daxili bazarda xarici şirkətlərlə 
sağlam  rəqabət  apara  bilməsi  üçün  geniş  imkanlar  yaradılmalıdır.  Milli  bazar, 
beynəlxalq  müqavilə  və  hüquq  normalarına  uyğun  olaraq  qorunmaqla  yanaşı,  əsas 
diqqət firmalar tərəfindən rəqabətqabiliyyətli məhsullar istehsalının təmin edilməsinə 
yönəldilməlidir.  2.  Açıq  iqtisadiyyat  modelini  yekdilliklə  seçmiş  Azərbaycan  dünya 
bazarında  da  bərabər  hüquqlu  tərəf  kimi  fəal  iştirak  etməlidir.  Latın  Amerikası, 
Cənub-Şərqi  Asiyanın  yeni  sənaye  ölkələrinin  təcrübəsi  və  Türkiyə  “möcüzəsi” 
göstərdi ki, müasir mərhələdə geriliyin az bir zaman kəsiyində aradan qaldırılması və 
sıçrayışlı  iqtisadi  inkişafın  yeganə  yolu  daxili  bazarın  tələblərini  ödəməklə  yanaşı, 
ixracat  potensialının  sürətli  artımını  təmin  etmək,  dünya  ilə  sıx  inteqrasiyaya  nail 
olmaqdır.  Yeni  texnika  və  texnologiyanın  kilid  həlqəsi  olan  valyuta  ehtiyatlarının 
artırılması üçün idxalı əvəzetmə siyasəti ilə ixracyönümlü iqtisadi inkişaf strategiyası 
optimallaşdırılmalıdır. 
Xarici  iqtisadi  əlaqələrin  iqtisadi  tənzimlənmə  metodlarının  və  xarici  iqtisadi 
ə
laqələrin  institusional  tənzimlənmə  strukturunun  yaradılması  olduqca  mühümdür. 
Bir  çox  əmtəələrin  defisitli  və  qiymət  disproporsiyalarının  mövcud  olduğu  şəraitdə 
ə
mtəələrin istehlakçıları və təchizatçıları ilə hesablaşmalarda yeni bazar metodlarının 
həyata keçirilməsi az önəmli deyil. Xarici ticarət həcmi ilə eyini zamanda, ixrac və 
idxal  effektivliyinin  yüksəldilməsi  məsələsi  də  qaldırılmalıdır.  stehsalçıların  ixraca 
yönəldilməsi isə yalnız iqtisadi metod və rıçaqlarla mümkün olur.
125
  
Müasir  maliyyə  inqilabının  digər  tərəfi  –  beynəlxalq  maliyyə  inteqrasiyası, 
daxili  və  beynəlxalq  maliyyə  bazarları  arasında  mövcud  olan  sərhədlərin  aradan 
qaldırılması  və  onlar  arasında  çoxtərəfli  əlaqələrin  yaradılması  ilə  bağlıdır.  Elə  bir 
şə
rait yaradılmalıdır ki, maliyyə kapitalı maneəsiz olaraq daxili bazardan beynəlxalq 
bazara  və  əksinə  hərəkət  edə  bilsin.  Ölkə  daxilində  əlverişli  iqtisadi  və  maliyyə 
mühiti yaradılarsa, milli kapitalın xaricə axması problemi də öz-özünə aradan qalxa 
bilər.  Ölkəmizin  beynəlxalq  maliyyə  inteqrasiyası  sürətlənərsə,  nəhəng  maliyyə 
institutları  öz  filial  və  nümayəndəliklərini  açarlar.  Beynəlxalq  maliyyə  sisteminin 
                                                            
125
 Samirə  Əli  qızı  Eyvazova,  “Avropa  ttifaqının  yeni  qonşuluq  siyasəti  və  Azərbaycan  Respublikası:  iqtisadi 
ə
məkdaşlığın  beynəlxalq  hüquqi  problemləri”,  hüquq  üzrə  fələsə  doktoru  elmi  dərəcəsi  almaq  üçün  təqdim  edilmiş 
dissertasiyanın avtoreferatı, Bakı, 2013 


139
 
hərəkətverici  mühərriki  rəqabət,  rəqabətin  yaratdığı  dinamik  güc  isə  maliyyə 
yenilikləridir 
(innovasiya). 
Azərbaycanın 
qlobal 
maliyyə-iqtisadi 
mühitə 
inteqrasiyasının  səmərəliliyi  birbaşa  olaraq  maliyyə  yeniliklərinin  ölkəyə  geniş 
miqyaslı axınından asılıdır. Ona görə də pul-kredit siyasəti həmin prosesin hərtərəfli 
təşviqinə yönəldilməlidir.  
Ölkədə  investisiya  mühutinin  yaxşılaşdırılması  və  ölkə  iqtisadiyyatına 
yönəldilən  xarici  investisiyaların  tənzimlənməsi  sahəsində  dövlət  siyasətinin  davam 
etdirilməsi  ilə  bərabər,  ölkə  daxili  investisiya  vəsaitlərinin  dünya  bazarlarına 
çıxarılması da ölkənin iqtisadi imkanları daxilindədir. 
Valyuta liberallaşdırılması idxalat sahəsində məhdudiyyətlərin qlobal maliyyə-
iqtisadi mühitə inteqrasiyası üçün mühüm amillərdən biridir. Bu sahibkar azadlığını 
təmin  edən  tədbirdir.  Lakin  bu  məsələdə  həddən  artıq  ehtiyatlı  olmaq  lazımdır. 
Müasir şəraitdə hər şeydən əvvəl, xarici transmilli şirkətlərin güclü rəqabətinə məruz 
qalan  daxili  bazar  liberallaşdırılmalıdır.  Daha  geniş  valyuta  liberallaşdırılması 
aparılarkən  nəzərə  almaq  lazımdır  ki,  bütün  dünya  ölkələrində  valyuta 
ə
məliyyatlarına tam azadlıq yalnız həmin ölkələr dayanıqlı iqtisadi artım müstəvisinə 
çıxdıqdan sonra verilmişdir. Xarici valyuta ilə əməliyyatların tam liberallaşdırılması 
milli  sahibkarların,  yalnız  daxili  bazarda  fəaliyyət  göstərən  hissəsinin  rəqabət 
mövqeyini  möhkəmləndirmir,  əksinə  zəiflədir  və  onların  beynəlxalq  əmək 
bölgüsündə iştirakını çətinləşdirir.  
Orta müddətdə normativlərin işlənib hazırlanması sisteminin təkmilləşdirilməsi 
məqsədilə aşağıdakılar təklif olunur: 
-
 
Bütün sahələr üçün valyuta ayırmaları ilə bağlı normativlərin tətbiqi; 
-
 
Sahə prinsipindən əmtəə prinsipinə tədricən keçidlə bağlı normativlərin 
qəbulu; 
-
 
Valyuta  gəlirlərinin  mərkəzləşdirilmiş  yerli  fondlara  transferi  ilə  bağlı 
vahid prinsipin qəbulu. 
Daxili  bazar  qiymətləri  və  dünya  bazar  qiymətləri  arasında  böyük  fərqlər 
olduğu  şəraitdə,  xarici  iqtisadi  əlaqələrin  yeni  tənzimlənmə  alətləri  ixrac  və  idxal 
vergisi  sayılır.  Xarici  iqtisadi  əlaqələrin  digər  önəmli  iqtisadi  tənzimləmə  alətləri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə