Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

134
 
götürülməli,  mülkiyyət  formasından  asılı  olmayaraq  rezidentlərə  bərabər  fəaliyyət 
rejimi  yaradılmalıdır.  Eyni  zamanda  digər  tərəfdən  isə,  yerli  istehsalçıların 
mənafeyinin müdafiəsi, ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması işi sistemli 
şə
kildə həyata keçirilməlidir.  
Müasir  şəraitdə  Azərbaycanda  xarici  ticarət  əlaqələrinin  tənzimlənməsi 
mexanizmlərinin  təkmilləşdirilməsi  məsələsinin  tədqiqi  zamanı  xarici  ticarətdə 
biliteral asılılıq probleminə də xüsusi diqqət yetirilməlidir.  nkişaf səviyyəsindən asılı 
olmayaraq heç bir regional qurumla (dövlət və ya inteqrasiya bloku olmasından asılı 
olmayaraq) münasibətlərdə biliteral asılılığın formalaşmasına imkan verilməməlidir. 
Bunun həyata keçirilməsi üçün xarici ticarət fəaliyyətinin coğrafi təmərküzləşməsinə 
heç  cür  yol  verilməməli,  hər  vəchlə  multiliteral  əlaqələrin  inkişaf  etdirilməsinə 
çalışılmalıdır. 
Xarici  ticarət  siyasəti  hər  şeydən  əvvəl  Azərbaycan  Respublikasının  öz  təbii 
sərvətləri  üzərində  suverenliyi  prinsipini  reallaşdırmağa  xidmət  edir.  Bu  məqsədlə 
xarici  ticarət  siyasəti:  1)  ölkəmizin  beynəlxalq  iqtisadi  və  maliyyə  mühitinə  cəlb 
edilməsini,  inkişaf  etmiş  ölkələrin  bazar  strukturuna  yaxınlaşdırılmasını  və  onun 
müstəqil xarici iqtisadi fəaliyyətinin həyata keçirilməsində müstəsna hüququnu təmin 
etməli; 2) daxili və xarici iqtisadi sahibkarlıq azadlığı prinsipini inkişaf etdirməli; 3) 
təsərrüfat subyektləri arasında hüquq bərabərliyi prinsipini qorumalı; 4) xarici iqtisadi 
fəaliyyətin  bütün  həlqələrində  qanunun  aliliyi  prinsipini  təmin  etməlidir. 
Azərbaycanın  xarici  iqtisadi  əlaqələrinin  intensivləşdirilməsinin  vacib  şərti  kimi 
nəqliyyat kompleksinin inkişaf istiqamətlərini xüsusilə qeyd etmək lazımdır.   
Beləliklə,  aparılan  təhlil  göstərir  ki,  Azərbaycanın  xarici  ticarət  potensialının 
möhkəmləndirilməsində  xarici  iqtisadi  fəaliyyətin  dövlət  tənzimlənməsinin  həm 
iqtisadi, həm inzibati, həm də hüquqi metodları mühüm əhəmiyyət kəsb edir.
121
 
Fikrimizcə,  bütün  bunları  nəzərə  alaraq  və  ümumiləşdirərək  aparılan 
araşdırmalara  əsasən  yekunda  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  respublikamızda 
xarici ticarətin dövlət tərəfindən tənzimlənməsi həm gömrük tarif, həm də qeyri-tarif 
                                                            
121
 Seyidoğlu H. Ş., “Uluslararası iktisat”, Güzem can yayınları,  stanbul, 2003, s. 799 


135
 
metodları  vasitəsi  ilə  başlıca  olaraq  aşağıdakı  əsas  istiqamətlərdə  həyata 
keçirilməlidir: 
1.  xrac  potensialının  inkişafının  təmin  edilməsi  və  ixracın  strukturunun 
təkmilləşdirilməsi; 
2.  stehsal olunan məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi; 
3.  dxalın səmərəliliyinin artırılması; 
4.  Texnoloji  yeniləşmənin  həyata  keçirilməsi  və  ölkənin  güclü  iqtisadi 
potensialının yaradılması məqsədi ilə investisiyaların və kreditlərin prioritet sahələrə 
cəlb edilməsi; 
5.  Daxili  bazarda  azad  rəqabət  mühitinin  inkişaf  etdirilməsi,  istehlakçıların 
hüquqlarının müdafiəsinin təmin edilməsi; 
6. Yerli istehsalçıların mənafelərinin qorunması; 
7.  Ticarət,  iaşə  və  digər  növ  xidmət  sahələrində  vahid  informasiya-uçot 
sisteminin yaradılması; 
8. Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi.
122
 
Qeyd etmək lazımdır ki, ixrac yönümlü iqtisadi inkişaf modeli inkişaf etməkdə 
olan  ölkələrin  istifadə  etdiyi  ənənəvi  üsullardan  biridir.  Bu  model  idxal  əvəzləyici 
inkişaf modeli ilə tarazlı istifadə edildiyi halda daha səmərəli ola bilər. 
Müasir  dövrdə  sənayecə  inkişaf  etmiş  ölkələrdə  ixracın  dövlət 
stimullaşdırılması  mexanizmi  özünün  çoxcəhətliliyi  və  ixracın  inkişafında  dövlətin 
fəal iştirakı ilə xarakterixə olunur. Bu istiqamətdə dövlət xərcləri daim artırılır. Lakin 
bu  xərclər  xarici  ticarətdən  gələn  gəlirlərin  artımı,  istehsal  və  məşğulluğun 
yüksəlməsi, vergilərdən daxilolmaların artımı və s. başqa mənbələrlə ödənilir.  
Dünya  bazar  konyukturundan  asılılığı  zəiflətmək  üçün  ilk  növbədə  ixracat 
yönümlü qeyri-neft istehsal sahələrinin inkişaf proqramının hazırlanması, bu sahələri 
dirçəltmək üçün ucuz kredit siyasəti aparılması vaxtı çatmışdır. Ucuz kredit siyasəti 
bu sahələrin fəaliyyətini dirçəltməklə iqtisadiyyatın birtərəfli inkişafından irəli gələn 
fəsadların qarşısını ala bilər. Yəni, artıq bu gün neft dollarlarının ölkəyə sürətli axını 
                                                            
122
 Гахраманов  В.  А.,  «Экономические  проблемы  регулирования  рынка  потребительских  товаров  в  условиях 
перехода
  к  рыночной  экономике»,  автореферат  диссертация  на  соискание  ученой  степени  кандидата 
экономических
 наук, Баку, 2004  


136
 
son  nəticədə  manatın  bahalaşmasına  səbəb  olmuşdur  ki,  bu  da  iqtisadiyyatın  real 
sektorunu  və  ilk  növbədə  kənd  təsərrüfatına  zərbə  vuraraq  mənfi  nəticələrə  gətirib 
çıxara bilər. Buna görə də, Azərbaycanda sahibkarlıq fəaliyyətinin fəallaşması üçün 
dövlət tərəfindən tənzimlənən inflyasiya siyasəti həyata keçirlməlidir.  
Bütün  yuxarıda  deyilənləri  təhlil  edib  ümumiləşdirərək  belə  bir  nəticəyə 
gəlmək  olar  ki,  Azərbaycanda  ixracın  dövlət  həvəsləndirmə  mexanizmi  özündə 
aşağıdakıları ehtiva etməlidir: 
1) Vergi və gömrük güzəştlərinin tətbiq olunması; 
2)  xrac kreditlərinin və subsidiyaların verilməsi; 
3)  xrac əməliyyatlarının sığortalanması və onlara zəmanət verilməsi; 
4) Məhsulların xaricdə patentləşdirilməsi; 
5)  Sənaye  avadanlıqlarının  göndərilməsi  üçün  xarici  sifarişlərin  alınmasında 
respublika ixracatçılarına yardım olunması (məsələn: neft maşınqayırma sahəsində); 
6)  xracla məşğul olan müəssisələr üçün yardım fondlarının yaradılması; 
7)  Xarici  bazarlara  çıxışın  mühüm  alətlərindən  olan  reklam  və  marketinqin 
respublika müəssisələri tərəfindən tətbiq olunmasında onlara yardım göstərilməsi; 
8)  xracı  genişləndirmək  üçün  xarici  ölkələrdə  ticarət  nümayəndəliklərinin 
açılması; 
9)  Xarici  satış  bazaları  haqqında  məlumatın  çatdırılması  üçün informasiya  və 
konsaltinq mərkəzlərinin yaradılması. 
Beləliklə, respublikanın ixrac imkanlarının genişləndirilməsi və ixrac bazarının 
diversifikasiyası Azərbaycanın ümumi iqtisadi siyasətində başlıca istiqamətlərdən biri 
olmalıdır.  Son  nəticədə  ixrac  potensialının  artırılması  ölkəmizin  valyuta  gəlirlərinin 
çoxalmasına və deməli, onun tədiyyə balansının yaxşılaşmasına səbəb olacaqdır.
123
 
Apardığımız  tədqiqatlar  birmənalı  şəkildə  göstərir  ki,  ümumiyyətlə  bütün 
dünyada,  eləcə  də  respublikamızda  gömrük  rüsum  normaları  müəyyənləşdirilərkən 
aşağıdakı prinsiplər mütləq nəzərə alınmalıdır: 
                                                            
123
 «Перспективы внешнеэкономических связей Азербайджана», научная статья  / 
     http://www.webeconomy.ru/index.php?page=cat&cat=mcat&mcat=162&type=news&newsid=1596 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə