Microsoft Word disser2015. doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix14.09.2018
ölçüsü1,74 Mb.
#68498
1   2   3   4   5   6   7   8   9   ...   30

 
10 
Hər  bir  bankda  –  onun  əməliyyatlarının  növünə,  həcminə,  fəaliyyətinin 
xüsusiyyətlərinə  və  mühitinə,  mürəkkəbliyinə  və  üzləşdiyi  risklərə  adekvat 
risklərin idarə edilməsi sistemi yaradılmalıdır. 
Strateji risk dedikdə strateji hədəflərin düzgün seçilməməsi nəticəsində 
bankın üzləşdiyi risk başa düşülür. 
Bank  risklərinin  idarə  edilməsi  sistemi  -  risklərin  proqnozlaşdırılması, 
onların  ehtimal  olunan  həcmi  və  nəticələrinin  müəyyən  edilməsi,  risklərlə  bağlı 
yarana 
biləcək 
xərclərin 
(zərərin) 
qarşısının 
alınması 
və 
onların 
minimallaşdırılması  üzrə  müvafiq  tədbirlərin  hazırlanması  və  həyata  keçirilməsi 
prosesidir. 
Banklarda  risklərin  idarə  olunması  haqqında  qaydalarda  (2010-cu  il) 
göstərildiyi  kimi,  bankın  ümumi  strategiyası  nəzərə  alınmaqla  risklərin  idarə 
edilməsi üzrə bankın məqsədlərini və əsas prinsiplərini əks etdirən risklərin idarə 
edilməsi siyasəti müəyyən edilmişdir. 
Risklərin idarə edilməsi siyasətində ən azı aşağıdakılar əhatə olunmalıdır: 
  bankın məruz qala biləcəyi risklərin, onların xüsusiyyətlərinin ətraflı izahı və 
hər bir risk növünün idarə edilməsində əsas məqsəd;  
  bankın öz strateji məqsədlərinə nail olmaq üçün riskgötürmə qabiliyyəti və 
qəbul edilmiş risklər üzrə zərərlərin mümkün maksimal həcmi; 
  bankın  əsas  əməliyyatları,  fəaliyyət  istiqamətləri,  biznes  prosesləri  və 
sistemləri  üzrə  risklərin  müəyyənləşdirilməsi,  ölçülməsi,  monitorinqi  və 
minimallaşdırılması metodlarının prinsipləri; 
  yeni  əməliyyatlar,  proseslər,  fəaliyyət  istiqamətləri  və  sistemlərin  bankda 
tətbiq edilməsi prinsipləri; 
  risklər barədə məlumatların istifadəçilərə təqdim edilməsi prinsipləri; 
  risklərin idarə edilməsi sisteminin yoxlanılması prinsipləri. 
Bank  sisteminin  dayanıqlığını  təmin  etmək  üçün  Mərkəzi  Bank  bir  sıra 
iqtisadi normativlər (əmsallar) müəyyənləşdirir ki, bura resursların cəlb edilməsi 
və  yerləşdirilməsi  prosesində  risklərin  məhdudlaşdırılması  normativi,  Mərkəzi 
Bankda  saxlanılan  məcburi  ehtiyatların  minimal  həcmi,  kapitalın  adekvatlıq 
əmsalları,  kredit  təşkilatının  likvidlik  normativi,  bir  borcalan  və  ya  bir-biri  ilə 
əlaqədar  borcalanlar  qrupu  üzrə  risklərin  tənzimlənməsi  normativləri  aid 
edilməlidir.Qəbul olunmuş bu normativlərdə (əmsallarda) əsas  məqsəd - Mərkəzi 
Bank  tərəfindən  pul  siyasətinin  həyata  keçirilməsi  istisna  olunan  əsas  alətlərdən 
biri olaraq pul kütləsini və bank sisteminin likvidliyini tənzimləmək, bankın ödəmə 
qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərləri azaltmaq və bank 
sisteminə  əmanətçilərin və  potensial investorların  inamını  artırmaq,  bir  borcalan 


 
11 
və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə risklərin tənzimlənməsində 
və  yaranan  risklərin  azaldılmasında  məqsəd  bankların  maliyyə  sabitliyinin, 
təhlükəsizliyinin və etibarlığının artırılmasına, habelə aktivlərin diversifikasiyasına 
(bölüşdürülməsi) nail olmaqdır. 
      Mərkəzi  Bank  tərəfindən  banklarda  risklərin  idarə  edilməsi  sisteminin 
effektivliyinə  qarşı  tələblər  artırılmışdır.  O  cümlədən  beynəlxalq  təşkilatlarla 
birlikdə  əməliyyat  riskinin  tənzimlənməsi  çərçivəsinin  yaradılması  istiqamətində 
tədbirlər  görülmüşdür.  Bank  sektorunda  idarəetmə  və  hesabatlıq  sisteminin 
effektivliyinin  artırılması  məqsədilə  yeni  korporativ  idarəetmə  standartlarının 
tətbiqinə başlanılmışdır. 
Maliyyə riskləri aktiv və passivlərin strukturunda, dəyərində, gəlirliyində, 
həcmində mövcud olan gözlənilməz dəyişikliklər ilə sıx alaqədardır. Maliyyə 
risklərini yarım hissələrə bölmək olar: 
1)  Kredit riskləri 
2)  Likvidlik riskləri 
3)  Qiymət riskləri 
4)  Fond riskləri 
5)  nflyasiya riskləri 
6)  Ödəniş qabiliyyətinin olmaması riskləri 
  
Kredit riski ilk növbədə borc alan şəxslərin, o cümlədən də kontraqentlərin 
öhdəliklərini yerinə yetirmədikləri təqdirdə mümkün maliyyə itkisi deməkdir. 
Kredit riski kontraqentlərin balansı və ya balansarxası öhdəlikləri zamanı meydana 
çıxır. Tərəfdaş, borclu tərəf, emitent tərəfındən nəinki formal, hətta qeyri-formal 
öhdəliklər üzrə kredit riski yarana bilər. O həm real, həm də tam nominal 
itkilərə səbəb ola bilər. Kredit riskinin əsas tərkib hissələrindən biri sahə riskidir 
(iqtisadiyyatın hərhansı sahəsi). Sahə riski borclu şəxsin inkişaf sahəsinin 
prespektivləri və onun yerləşmə məntəqəsi ilə əlaqəli olub ölkədə mövcud risk üzrə 
qeyri-müyyənlik ilə sıx şəkildə üzlaşır. Ölkədəki risk səviyyəsi əcnəbi borc alan 
şəxslərə kreditin verilməsində əhəliyyətli yer tutur və borc alan şəxsin 
yaşadığı ölkəyə aid risk amillərinin fəaliyyətindən çox asılıdır. Kredit riski tam 
olaraq kreditin təqdimatmda, qiymətli kağızları portfelinin təşkilində, banklararası 
əməliyatların, valyuta əməliyyatlarının icrasında zəmanətli və zaminli fəaliyyət 


 
12 
növündə qiymətli kağızların istehsalında və diler fəaliyyəti sahələrində mövcud 
olur. 
Likvidlik riski. Bankın likvid olması Bankın əmanətçilərinin və digər 
borclular qarşısında öhdəliklərini vaxtında yerinə yetirmək fikvidlik bacarığıdır. 
Kifayət qədər ödəniş qabiliyyətinin olmaması riski isə Bankın vaxtlı-vaxtında öz 
öhdəliklərini yerinə yetirə bilməməsi əlverişsiz şəraitdə Bankın ayrı-ayrı 
aktivlərinin satışı deməkdir.  frat ödəniş qabiliyyəti riski- Bankın yüksək likvid 
aktivlərinin ifrat çoxluğu nəticəsində gəlirin itkisi riskinin meydana çıxması 
deməkdir. Bu da bank üçün ödənişli resurslar vasitəsiilə azgəlirli aktivlərin əsassız 
maliyyələşdirilməsinin nəticəsidir. Əgər kredit təşkilatı əmanətçilər qarşısında 
vaxtlı-vaxtında öz öhdəliklərini yerinə yetirə bilmirsə onda «koma effekti» 
meydana çıxır. Yəni, depozitlərin axını baş verir və hesablarda qalan qalıq 
prinsipial surətdə ödəniş qabiliyyətinin azalmasına şərait yaradır. 
Likvidlik (ödəniş qabiliyyəti) riskini müəyyən etmək çox mürəkkəbdir. Ən 
əsası ona görə ki, bankın likvidliyinə bir çox amillər təsir göstərir. Bu amillərə 
bank da öz növbəsində əks təsir göstərə bilmir. Təcrübədə bir sıra göstəricilərdən 
istifadə edilir. Onların hər biri bankın likvidliyini müəyyən edən anı xarakterizə 
edir. Göstəricilərin ilk növbədə məlum qrupuna balans likvidliyinin əmsalları 
daxildir. Aktivlərin likvidlik səviyyəsini xarakterizə edən ən sadə əmsallardan biri 
kredit təşkilatının likvid aktivlərinin ümumi aktivlərə olan nisbətidir. Passivləri 
daimi şəkildə nəzərə almaq üçün az davamiyyətli aktivlər ilə likvidli aktivlərin 
qarşılıqlı əlaqəsini nümayiş etdirən əmsallardan digər əmsalların sırasma az likvidli 
aktivlər ilə daimi passivlər, likvid aktivlər ilə daha böyük öhdəliklər, kreditlər ilə 
aktivdepozitlər arasında əlaqəni dəqiq əks etdirən əmsallar aiddir. Likvidlilik 
əmsallarınm hesablanması zamanı prinsipial surətdə belə bir sual meydana çıxır: 
Aktivlərdən hansı birini likvidli hesab etmək olar? Cavab birmənalı deyildir.  
Belə ki, həm sənaye müəssisələrinin maliyyə analizinin (təhlilinin) təcrübəsi, həm 
də ticarət sahəsi hal-hazırda aktivlərin hansı birinin likvidli olmasını əmsalların 
meydana çıxmasına şərait yaratmışdır. Bu mənada banklara dair əsas problem 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə