95
şərait yaradır. Digər tərəfdən, bütün bu istiqamətlər risk-menecment sisteminin
qurulması kontekstində son dərəcə vacibdir. Yeniliyin əsas mahiyyəti ondan
ibarətdir ki, risklər nəzərə alınmaqla aktivlərin hesablanması qaydaları dəyişilir.
Bazel müqaviləsində “risk dərəcəsi üzrə ölçülmüş aktivlər” anlayışı yalnız kredit
və bazar risklərini əhatə edirdisə, bu yenilik əməliyyat riskini də nəzərdə tutur.
Həm kredit, həm də əməliyyat riski üzrə risklərə qarşı həssaslığın artırılmasının üç
üsulu təklif olunur və bu üsullar banklara və tənzimləyicilərə, onların rəyincə,
bazar infrastrukturunun və bankın fəaliyyətinin inkişafının bu mərhələsi üçün daha
çox uyğun gələn üsülları seçməyə kömək edir.
Qeyd edək ki, iqtisadi ədəbiyyatda risk itkilərə gətirib çıxaran ehtimal
hadisənin dəyər təzahürü kimi izah olunur. Fikrimizcə, riskin ölçüsü ilə mənfəət
arasında birbaşa asılılıq mövcuddur. Belə ki, mənfəət əldə etmək imkanı nə qədər
yüksək olarsa, itkilərin yaranması riski də bir o qədər böyük olur. Risklərin
yaranması real məlumatların konkret vaxtda vəziyyətə verilən qiymətə uyğun
gəlməməsi səbəbindən baş verir. Əgər bu cür uyğunsuzluqlar müsbət səciyyə
daşıyırsa, o halda bank mənfəət əldə etmək şansı qazanır. Mənfi uyğunsuzluqlar isə
itkilərə səbəb olur. Beləliklə, bank təcrübəsində risklər müəyyən hadisələrin baş
verməsi təqdirində bankın itkilərlə üzləşməsinin mümkünlüyünü nəzərdə tutur.
Bununla əlaqədar olaraq, kommersiya banklarının fəaliyyətinin yekun məqsədinə
nail olmaq üçün bank risklərinin idarə olunması mühum əhəmiyyət kəsb edir. Bank
risklərinin idarə olunması üçün bu və ya digər üsul və vasitələrin seçimi isə həmin
növ risklərdən asılı olur.
Bazar münasibətləri şəraitində idarəetmə funksiyalarını icra edən vəzifəli
şəxslər, xüsusilə də maliyyə menecerləri hər bir riskin müqabilində daha çox gəlir
götürməyə çalışmalıdır. Risk və gəlir bir-biri ilə sıx bağlı olan və bir-biri ilə
şərtlənən maliyyə kateqoriyalarıdır.
Risk dedikdə, bu və ya digər iş adamının fəaliyyət növündən, təbii hadisədən
irəli gələn mümkün itki qorxusu başa düşülür. O, riskə gedən adam üçün mənfi,
arzu edilməyən nəticədir. Müxtəlif idarəetmə qərarları müxtəlif risk dərəcələrinə
malikdir. Risk hadisəsini olacağını, və ya olmayacağını, olacağı təqdirdə isə üç cür
96
iqtisadi nəticə: mənfi (uduzma, zərər), sıfır, müsbət (uduş, fayda, mənfəət)
gözlənildiyini ifadə edir. Bazar iqtisadiyyatı şəraitində firma və şirkətlər risk
etmədən heç nə qazana bilmir. Buna görə də riskə getmək və onları idarə etmək,
başqa sözlə desək, risk hadisəsinin yaxınlaşmasını müəyyən dərəcədə
proqnozlaşdırmaq və risk dərəcəsini azaltmağa imkan verən tədbirlər görmək
qaçılmazdır.
97
Nəticə və təkliflər
Dissertasiya işində bank risklərinin mahiyyəti analiz olunmuş, risklərin idarə
olunması metodları müəyyən olunmuş və risklərin idarə olunması zamanı ortaya
çıxan problemlərə baxılmışdır. Risk dedikdə fəaliyyət nəticəsində bu və digər
şəkildə ortaya çıxa bilən itki ehtimalı nəzərdə tutulur. Riskləri qəbul etmək bank
işinin əsasıdır. Banklar yalnız o zaman uğur qazanırlar ki, onlar tərəfindən qəbul
edilmiş risklər idarə oluna biləndir, və həmçinin özlərinin maliyyə, eləcə də
konpensasiya edə bilmə bacarığı daxilindədir. Banklar daha çox mənfəət əldə
etməyə çalışırlar. Amma bu cəhd itkilərə düçar olmağa da gətirib çıxara bilər.
Bank fəaliyyətinin riskləri eyni zamanda banka, yəqin ki, planlaşdırdığından daha
az vəsait əldə edəcəyi ehtimalını da özündə ehtiva edir. Əldə olunmağa çalışılan
məbləğ nə qədər yüksəkdirsə, risk də o qədər çoxdur.
Bank risklərinin effektiv idarə olunması bank risklərinin monitorinqindən
onların qiymətləndirilməsinə qədər bir çox sahəni əhatə edir. Hər bank
minimallaşdırılması haqqında düşünməlidir. Bu bankın öz fəaliyyətinin davam
etdirə bilməsi üçün çox əhəmiyyətlidir. Risklərin minimallaşdırılması, bir növ,
riskləri azaltmaq üçün mübarizə aparmaq, yəni daha dəqiq desək onları idarə
etməkdir. Bu proses özündə bunları ehtiva edir: riskləri görmək; onların real
dərəcələrini və nəticələrini müəyyən etmək; onların qarşısının alınması və ya
minimallaşdırılması ilə bağlı tədbirlər planını hazırlamaq.
Bank riskləri ilə mübarizədə istifadə olunan və ən çox rast gəlinən metodlara
aiddir: risklərdən qaçma və ya onlardan imtina etmə metodu; riskləri öz üzərinə
götürmə; itkilərin qarşısının alınması; sığortalanma; risklərin ötürülməsi. Bank
risklərin minimuma endirilməsi metodlarını aşağıdakı kimi də təsnifləndirmək
olar: 1) sığortalama; 2) maliyyə ehtiyatlarının yaradılması (özünü sığorta); 3)
diversifikasiya; 4) risklərin sahibkarlıq layihələri iştirakçıları arasında bölünməsi
və s. Beləcə, müasir vəziyyətdə kredit müəssisələrinin menecmenti üçün risklərin
idarə olunması sisteminin qurulması, və bu sistem çərçivəsində xarakterinə və
miqyasına görə adekvat olan fəaliyyətin yaradılması vacibdir.
98
Dissertasiya işində 'Accessbank'ın fəaliyyətinin analizi göstərdi ki,
bütövlükdə, bank uğurla işləyir, və kifayət qədər yüksək mənfəətə malikdir. 2013-
cü ildə bankın maliyyə bazarındakı fəaliyyəti onun həmin il üçün satışda,
komission xidmətdə və korporativ, eləcə də şəxsi müştərilərin kreditləşdirilməsi
sahəsində artım yaşaması ilə müşayət olunmuşdur, və bu özünü bankın həmin il
üçün təqdim etdiyi hesabatlarda aydın şəkildə göstərmişdir. Bankın aktivlərinin
əsas hissəsini nağd vəsaitlər (seyflərdə, bankomatlarda, valyuta mubadiləsi
məntəqələrində, yolda) təşkil edir. Bu rəqəm, demək olar ki, əvvəlki illərlə eyni
səviyyədə olmuşdur, və 390378 manat təşkil etmişdir. Passivlər bankın öz
öhdəliklərinə aiddir və 390378 manat olmuşdur. Yəni, aktivlərlə paaivlər bərabər
olmuşdur. Cari ildə bankın gəliri əvvəlki illərlə müqayisədə daha çox olmuşdur.
Bu, əlbəttə ki, bankın öz xidmət və müştəri sayını artırması ilə bağlıdır. Bankın
fəaliyyətində əsas yeri biznes kreditləri tutur. Bütün bu faktlar gəlir əldə
edilməsində yüksək rol oynayır, çünki nə qədər böyük risk varsa, yüksək gəlir əldə
etmə şansı da bir o qədər yüksək olur. Bu situasiyada 'Accessbank' heç bir itkiyə
məruz qalmadan istədiyi nəticəyə nail olmuşdur. Beləki, bank yuksək faizli
kreditlərlə daha dəqiq davranmışdır.
Risklərin uçotu ilə birgə hesablanan aktivlərin məbləği bankın öz
vəsaitlərindən az olmalıdır. Bankın maksimum risk normativlərinə gəldikdə isə,
onun dərəcəsinin 25%-dən artıq olmaması daha məqsədə uyğundur, belə ki, 25%
artıq kritik hədd hesab olunur.
Dissertasiya işində 'Accessbank'ın fəaliyyəti zamanı yaranan riskləri
araşdırdım. Və beləliklə, adı çəkilən bankda aşağıdakı maliyyə və qeyri-maliyyə
riskləri mövcuddur: kredit riskləri; bazar riskləri, həmçinin fond riski, valyuta riski,
faiz riski; likvidlik riski; fəaliyyət riski; hüquqi riski, reputasiya riski, strateji risk.
Dissertasiya işində riskləri idarə etmək üçün əsas modelləri nəzərdən
keçirdim. Və eyni zamanda, sığortalanmanın ənənəvi üsullarını təhlil etdik. Bütün
bu metodların məqsədi bankları idarə olunması çətin olan, və nəticəsi bankın
maliyyə sabitliyinə ziyan vura bilən risklərdən qorunmaqdır.
Mərkəzi Bank kreditlərin verilməsi, kredit limitlərinə riayət edilməsi,
Dostları ilə paylaş: |