92
Bankın təhlükəsizliyinin təmin edilməsində aparıcı rolu risk-menecerlər və
bankların onlarla təmasda olan müvafiq analitik xidmətləri, həmçinin
nizamlaşdırılmış daxili bank nəzarəti və səmərəli təhlükəsizlik sistemi (securities
system) oynayır.
Burada vəzifələrin və səlahiyyətlərin bölgüsü, sənəd dövriyyəsinə nəzarət,
elektron qıfıllar, maqnit kartlarla daxil olmanın zonalar üzrə bölgüsü, şluz qapılar,
səssiz siqnalizasiyanın məxfi düymələri, telekameralar və s. kimi texniki vasitələr
nəzərdə tutulur. Bu vasitələr cinayətkarların qarşısının alınmasının əsas amilləri
olsalar da, onların tətbiq sahələrinin nisbətən dar olması, müxtəlif növ kriminal
təsirlərdən tam müdafiənin təmin edilməsinə imkan vermir. Deməli, onların
rentabelliyi də müəyyən həddə qədərdir. Məsələn, Fransa banklarının Avropa
standartları baxımından texniki təhlükəsizlik vasitələri ilə təmin edilməsi yüksək
olsa da, onların köməyi ilə cinayətkarların yalnız 10% cinayət yerində
yaxalanmışdır və ya müdafiə sistemini dəf edə bilməyərək hadisə yerindən q
açmışdır.
Bankların kriminal təsirlərdən sığortalanması sığorta fəaliyyətinin fərqli
sahəsidir. Banklara qarşı törədilən cinayətlərin statistikası ölkədən-ölkəyə
fərqlənir. Eyni zamanda, hər ölkənin bu məsələdə fərqli xüsusiyyətləri də var. Belə
ki, ölkələrin bəzilərində b cür cinayətlərin konkret ideyası daha intellektual olduğu
halda (sənədlərin saxtalaşdırılması, kompyuter fırıldaqçılığı və s.), digərlərində isə
oğurluq, qarət, silahlı basqın kimi ənənəvi üsullara üstünlük verilir.
Bankların kriminal risklərinin sığortalanmasının əsasını dünyada məşhur
olan Lloyd´s of London qoymuşdur. Bu sığorta təsisatı sığortanın müvafiq növü
üzrə indi də dünya birincisidir. Məhz onun tərəfindən Bankers Blanket Bond
(BBB) sığorta polisi işlənib hazırlanmış və dünya bazarına meqa məhsul kimi
çıxarılmışdır. Bütün dünyada bu növ sığorta təminatı çox geniş yayılmışdır.
Dünyanın bank və başqa kredit-maliyyə qurumlarının 95% BBB polisinə malikdir.
Bunun da səbəbi aydındır, yəni BBB (bankların kriminal risklərinin kompleks
sığortalanması) polisi bank etibarlığının və təhlükəsizliyinin məcburi və ayrılmaz
atributu olmaqla tərəfdaşlarının və müştərilərinin nəzərində bankın nüfuzunu
93
əhəmiyyətli dərəcədə qaldırır. ABŞ-da isə fiziki şəxslərin əmanətləri ilə işləyən hər
bir bank federal depozitlərin sığortalanması korporasiyası tələbi ilə mütləq BBB
polisinə malik olmalıdır.
Bu polisin verdiyi təminatın əsasını bankın işçi heyətinin qeyri-loyallığı
təşkil edir. Polis bankın əməkdaşlarının banka ziyan vurmaq və ya maliyyə faydası
əldə etmək məqsədilə tək başına yaxud qrup halında etdikləri qanunsuz yaxud
dələduz hərəkətlərindən banka dəyən zərərləri örtür. Statistik məlumatlara görə,
törədilən cinayətlərin təqribən 90%-i bankların öz əməkdaşlarının birbaşa və ya
dolayı iştirakı ilə baş verir. Məhz insayderlər cinayətlərin aşkar yaxud gizli
iştirakçıları olur, bankın təhlükəsizlik sistemləri və daxili nəzarəti, sənəd
dövriyyəsi barəsində cinayətkarları məlumatlandırır, pul vəsaitlərinin elektron
köçürmələri sistemləri ilə dələduzluq edir, saxta şəxslərə kreditlər verir. Maraqlısı
odur ki, belə əməllər bankların ən hörmətli, nüfuzlü, şübhə doğurmayan
əməkdaşları tərəfindən törədilir
BBB polisinin daha bir tərkib hissəsi saxta ceklər, veksellər, valyutalar,
qiymətli kağızlarla və s. ilə əməliyyatların kecirilməsindən banklara dəyən zərərin
örtülməsidir. Sənədlərin saxtalanması böyük zərərə səbəb ola bilər. Əlavə olaraq,
polis oğurluq (yaxud buna cəhd), vandalizm və s. qanuna zidd əməllərin
nəticəsində bank ofislərinin korlanması yaxud məhv olmasından da sığortalanmanı
nəzərdə tutur. Son onilliklərdə banklara qarşı törədilən cinayətlərin əsas
yollarından biri bankların özlərinin elektron və kompyuter sistemləridir. Qlobal
informasiyalaşma şəraitində bu sistemlər banklarla onların müştəriləri arasında
böyük məsafələrin olmasına baxmayaraq müştərilərə banklardakı hesablarını
birbaşa idarə etmək, vəsaitlərin hesablardan çıxarılması, köçürülməsi, elektron
klirinq və s. əməliyyatların edilməsi imkanı verir. Eyni zamanda, bu sahədə baş
verən cinayətlərdən banklara dəyən zərər də ənənəvi cinayətlərdən dəfələrlə
artıqdır. Təkcə onu qeyd etmək kifayətdir ki, pul vəsaitlərinin elektron köçürülməsi
sistemləri ilə bank tədiyələrinin gündəlik həcmi milyardlarla dollar təşkil edir. Bu
cür zərərlərin sığorta örtüyünün yaradılmasına tələbat hələ 1980-ci illərdə yaranmış
və buna cavab kimi Elec tronic&Çomputer Crime Policy (ECC) adlı sığorta
94
məhsulu işlənib hazırlanaraq bazara çıxarılmışdır. Bu sığorta polisi standart BBB
polisinə əlavə kimi çıxış edir və ondan ayrı verilmir. ECC polisi kompyuter
sistemlərinin qırılması və onlarda saxlanılan elektron məlumatların korlanması
yaxud dəyişdirilməsi səbəbindən banklara dəyən zərərləri ödəyir. Bundan başqa, o,
bankın kompyuter sistemi vasitəsilə onun müştərilərinin kompyuterlərinin
qırılmasından müştərilərə dəyən zərəri, bankda istifadə edilən kompyuter
proqramların qırılmasından dəyən zərəri, elektron məlumatların və onların
daşıyıcılarının oğurlanması, qəsdən korlanması və məhv edilməsindən dəyən
zərəri, kompyuter virusunun təsirindən dəyən zərəri də örtür. Həmçinin elektron
rabitə sistemləri ilə daxil olmuş saxta təlimatlar əsasında edilmiş əməliyyatların,
sənədsiz qiymətli kağızlarla əməliyyatların, icraata qəbul edilmiş saxtalaşdırılmış
tapşırıqlar yaxud təlimatların yaratdığı zərərlər də sığorta örtüyü ilə təmin edilir.
BBB sığorta polisinin daha bir üstün cəhəti var ki, bu da bankın təhlükəsizlik
sistemlərinin, onun daxili nəzarətinin və menecmentinin keyfiyyət, texnologiyalar,
zəmanət verildiyi mühafizənin zəruri minimuma və dünya standartlarına
uyğunluğu baxımından sığorta ərəfəsi ekspertizasıdır. Buna sorvey (survey) deyilir
və o, qərbin ixtisaslaşmış şirkətlərinin peşəkarları tərəfindən aparılır. Onların
hesabatı bankın sığorta edilməsi barəsində sığorta açıların qərar qəbul etmələri
üçün bir əsas kimi çıxış edir. Eyni zamanda, sorvey bankın mühafizə sistemlərinin
təkmilləşdirilməsi üçün təkliflərini də verir və onların sığortalanmaq istəyən bank
tərəfindən yerinə yetirilməsi mütləqdir, cünki bankın təhlükəsizlik səviyyəsinin
yüksəldilməsinə xidmət edir. Qeyd etmək vacibdir ki, istənilən bank fəaliyyətinin
uğurlu və deməli, səmərəli olması bankın tərəfdaşları və çoxsaylı müştəriləri
qarşısındakı nüfuzundan asılıdır. Bədxahların əməlləri bankın nüfuzuna ən
düzəlməz tərzdə təsir göstərə bildiyindən özünün təhlükəsizlik sistemlərinin
kriminal risklərin sığortalanması polisi ilə tamamlanması müvafiq itkilərin
minimallaşdırılmasının və eyni zamanda, etibarlı və hörmətli qurum statusunun
qorunub saxlanılmasının səmərəli və etibarlı vasitəsidir.
Beləliklə, riskin bu növlərinin analizi maksimum mənfəət əldə etmək
məqsədi ilə bankın fəaliyyətinin optimal şəkildə idarə olunmasını təmin etməyə
Dostları ilə paylaş: |