Microsoft Word Design Glo Kongre doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə61/77
tarix12.10.2018
ölçüsü1,5 Mb.
#73681
1   ...   57   58   59   60   61   62   63   64   ...   77

Caucasus and Central Asia in the Globalization Process
 
 
368 
Azərbaycan Prezidenti Đlham Əliyev dəfələrlə 
bəyan  etmişdir  ki,  “Neft-bizim  üçün  məqsəd 
deyil, sadəcə qarşıda duran məqsədləri reallaşdır-
maq  üçün  bir  vasitədir.”  Neft  tükənən,  bərpa 
olunmayan təbii ehtiyatdır, və ondan dəqiq iqtisa-
di hesablamalar əsasında, səmərəli istifadə etmək 
gərəkdir. 
Ulu  öndərimizin  dediyi  kimi,  “Neft  təkcə  in-
diki  deyil,  həm  də  gələcək  nəsillərin  mənafeyinə 
xidmət  etməlidir”.  Bu  baxımdan,  neftdən  qaza-
nılan  gəlirlərin  iqtisadiyyatın  digər  vacib  sahələ-
rinin,  qeyri  neft  sektorunun,  emal  sənayesinin, 
kənd  təsərrüfatının,  nəqliyyat  sektorunun,  infor-
masıya  texnologiyalarının  inkişafına  yönəldilmə-
si,  iqtisadiyyatın  birqütblü  istiqamətdə  yüksəlişi 
və  bununla  bağlı  yarana  biləcək  “Holland  sind-
romu”nun qarşısını ala bilər. 
Dinamik  inkişaf  nəticəsində  Xəzər  hövzə-
sində  həyata  keçirilən  qlobal  enerji  layihələrinin 
davamı  kimi  Azərbaycan  Respublikası  bu  gün-
lərdə  (7  fevral  2007-ci  il)  dünya  nəqliyyat  kom-
munikasiya  sisteminə  töhvə  olacaq  Azərbaycan, 
Gürcüstan,  Türkiyə  arasında  Bakı-Tbilisi-Qars 
dəmir yolu layihəsinə imza atmışdır. 
Bakı-Tbilisi-Qars dəmir yolu region ölkələri-
nin  çoxsahəli  əlaqələrinin  genişləndirilməklə  ya-
naşı, regionda və onun ətrafında sabitliyə və iqti-
sadi  inkişafa  böyük  töhvə  olacaq.  Bakı-Tbilisi-
Qars dəmir yolu layihəsinin Azərbaycan, Gürcüs-
tan  və  Türkiyə  gətirdiyi  iqtisadi  dividentdən  əla-
və,  Azərbaycanın  getdikcə  artan  beynəlxalq  imi-
cini və iqtisadi qüdrətini möhkəmləndirəcəkdir. 
Layihə  çərçiıvəsində  98  km  yeni  dəmir  yolu 
xətti  (68  km  Türkiyə,  30  km  Gürcüstan  ərazi-
sindən keçməklə) çəkiləcək. Layihənin tikintisinə 
2007-ci  ilin  üçüncü  rübündən  başlanması,  yaxın 
üç  il  ərzində  başa  çatdırılması  nəzərdə  tutulur. 
Layihə  422  milyon  dollar  həcmində  dəyərlən-
dirilir.  
Azərbaycan  demək  olar  ki,  dəmir  yol  layi-
həsinin  həyata  keçirilməsində  lokomotiv  rolunu 
oynayır.  Bu  layihənin  maliyyələşdirilməsini  öz 
boynuna  götürməklə  Azərbaycan  onu  dünya 
maliyyə qurumlarının asılılığından azad etdi. 
Güzəştli  şərtlərlə  Azərbaycan  Gürcüstana  25 
il  müddətinə  200  milyon  dollar  kredit  ayıracaq, 
kredit  dəmiryolunun  istismarı  nəticəsində  əldə 
edilməsi nəzərdə tutulan vəsaitlərin hesabına ödə-
nilməsi nəzərdə tutulur. Türkiyə tərəfi öz üzərinə 
yolunun  layihələşdirilməsi  üzrə  işlərin  öhdəliyin 
götürür. Dəmir yolu vasitəsi ilə ilk illərdə 5 mil-
yon  ton  yük,  sonrakı  illərdə  10-15  milyon  ton, 
tam gücü ilə işlədikdə isə 20 milyon ton yük daşı-
maq mümkün olacaq. 
Bakı-Tbilisi-Qars  dəmir  yolu  Azərbaycandan 
Gürcustana, oradan isə Türkiyədən keçərək Bosfor 
boğazından tunel vasitəsilə Avropaya uzanacaqdır. 
Bakı-Tbilisi-Qars  dəmir  yolu  xətti  istismara 
verildikdən  sonra  Azərbaycanın,  Gürcüstanın  də-
mir  yolu  xətləri  Avropanın  dəmir  yolu  xətlərinə 
qovuşmaq imkanı əldə edəcəklər. Layihənin real-
laşması  ümumi  baxımdan  coğrafi  vəziyyətə  də 
yenilik gətirəcəkdir. 
Türkiyənin  baş  naziri  Rəcəb  Tayyib  Ərdoğa-
nın  “Dəmir  ipək  yolu”  adlandırdığı  BTQ  Cənubi 
Qafqaz  regionunun  iqtisadi  inkişafına  xidmət 
etməklə yanaşı, üc ölkənin regional əməkdaşlığını 
onun hüdudlarından çox-çox kənara çıxarır, çünki 
bu  əməkdaşlıq  bütün  qitələrə  uzanan  layihələr 
deməkdir.  Bu  layihə  tarixi  Đpək  yolunun  davamı 
kimi  Avropa  Qafqaz-Asiya  nəqliyyat  dəhlizinin 
inkişafında böyük rol oynayacaq. 
BTQ-nin əhəmiyyətini Azərbaycan Prezidenti 
Đlham  Əliyev  belə  qiymətləndirilmişdir:  “Bakı-
Tbilisi-Ceyhan  və  Bakı–Tbilisi-Ərzurum  layihə-
ləri  kimi,  Bakı-Tbilisi-Qars  dəmir  yolu  layihə-
sinin  də  həyata  keçirilməsi,  regiona  sabitlik  və 
əməkdaşlıq gətirəcəkdir. Regionun problemlərinin 
həlli  üçün  önəmli  rol  oynayacaq,  bizi  birləşdi-
rəcək,  qitələri  birləşdirəcəkdir.  Gələcəkdə  bu 
yoldan müxtəlif ölkələr, tərəflər istifadə edə bilər. 
Biz  isə  bundan  əlbəttdə  ki,  həm  də  siyasi,  həm 
iqtisadi,  həm  də  regional müstəvidə  böyuk  fayda 
götürəcəyik.” 
BTQ  yük  və  sərnişinlərin  bir  başa  olaraq 
Gürcüstan  və  Türkiyə  ərazisindən  keçməklə  Av-
ropaya  və  Asiyaya  çıxarılması  ilə  yanaşı  ixrac 
mallarının Azərbaycan ərazisindən tranzitinin art-
masına,  Xəzər  hövzəsi  regionunun  Avropa  ilə 
biləvasitə  nəqliyyat  əlaqələrinin  qurulmasına, 
Avropa  inteqrasiya  prosesinin  sürətlənməsinə, 
regionun dövlətlərinin müstəqilliyinin və suveren-
liyinin möhkəmlənməsinə xidmət edəcək, onların 
iqtisadi əlaqələrinin səmərəliliyini artıracaq. 
Bu  layihənin  həyata  keçirilməsində  Çin  və 
Qazaxstan daha çox maraqlıdırlar. Hazırda sürətli 
inkişaf yolunda olan bu dövlətlər üçün Avropaya 
BTQ  dəmir  yolu  vasitəsi  ilə  çıxış  əldə  edilməsi 
çox boyük əhəmiyyət kəsb edir. 
BTQ  dəmiryolu  xəttinin  Gürcüstan  üçün  də 
əhəmiyyəti  ölçüyə  gəlməzdir.  Bu  layihə  iqtisadi 
baxımdan  Gürcüstan  üçün  əla  perspektivlər  vəd 
edir.  Digər  tərəfdən,  ərazisindən  strateji  dəmir 
yolu  keçən  Gürcüstan  həm  də  tranzit  ölkə  kimi 
mövqeyini möhkəmləndirir. 
Layihənin imzalanma mərasimində Gürcüstan 
Prezidenti Mixail Saakaşvili Azərbaycanın layiqli 
strateji  tərəfdaş  olduğunu  xüsusi  qeyd  etmişdir: 
“Ötən  il  Gürcüstan  elektrik  enerjisindən  və 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə