Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə72/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   69   70   71   72   73   74   75   76   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     161 
 
 
Əlimərdanın nağılı 
 
Bir  gün  çobanın  biri,  qoyun  otaran  vaxtı,  qoyunu otardığı  yerdə  görür  ki,  qo-
yunnar  hürkdi  qaşdı.  Gedir  görür  ki,  sən  dimə,  qoyunnar  hürkən  vaxtı,  ilanın  birin 
əyağının altında əzib, ilan yıxılıbdı, qıvrılır yerdə.  
Diyir:  
– Neynim, neynim, yazığı gəlir, götürür bu ilanı sarıyır. Sarıyır ilanın yarasını 
bərpa eliyir də, istəmir ki, ürəyi gəlmir öldürməyə. Bu ilanın da onnan sora buna rəh-
mi gəlir.  
Diyir:  
– Sən  yaxşı kişisən,  mənə  yaxşılığ elədün. Mən də bunnan  sora səə köməklik 
edəcəm. Soruşur, səən adun nədi?  
Diyir:  
– Məəm adım Əlimərdandı!  
Diyir:  
– Hə, Əlimərdan, bunnan belə hər gün sən gələrsən mənim başıma yavaşcadan 
bir dənə ağac vurarsan, mən ağzımdan bir dənə qızıl atacam sənə. 
Bu minvalnan hər gün gəlirmiş kişi.  
Diyir:  
– Amma hər gələndə məniyçün bir kasa süd gətirərsən.  
Kişi südü gətirirmiş qoyurmuş ilanın yuasının ağzına. İlan çıxırmış, süd içir-
miş.  Kişi  də  yavaşca  ağacnan  vururmuş  başına,  ilanın  ağzındakı  ləl  tüşürmüş  yerə. 
Götürürmüş bunu, gedirmiş.  Kişinin  bir gün  işi çıxır. Diyir ki, oğlum,  hər gün  mən 
pul gətirirəm. Bəs ilan da orda acdı, büyünnəri ona süd aparmağ lazımdı. Məəm işim 
var. Sən gəl bu südü aparginan verginən ona, ilana. İlan çıxannan sora, yavaşcana vu-
rarsan  başına, qoy  ilanın  ləli tüşsün. Oğlan gedir. Oğlan südü  verir,  fikirrəşir ki,  bu 
ilanın  hər  halda  ağzında  çoxlu  qızıl  var.  Tamahı  güc  gəlir  buna.  Qoy  ilanın  başına 
çoxlu-çoxlu  vurum,  ilanın  ağzındakı  pütün  qızıllar  tüşsün.  Həmən  vaxtı  ilan  gəlir, 
südü içir. Bi dənə yavaşcana vurur, əvvəlcə yavaş, ilanın ağzındakı birinci qızıl tüşür. 
İkincini elə möhkəm vurur ki, ilanın başı yarılır, amma ölmür. İlan girir içəri, yuvası-
na.  Oğlanın  tamahı  gənə  güc  gəlir.  Başdıyır  ilanın  yuasın  qazmağa.  Yuasın  qazır. 
İlan axırda gizdənirmiş, sən dimə, balaları da içərdə. Birinci balaların tapır ilanın, öl-
dürür hamsını, amma ilanın özü sağ qalır. Sora oğlan bir dənə qızılı götürür kor-peş-
man qayıdır ki, heç-zad olmadı da, ilan da küsdü getdi, bizə bi də heç ziyannığ ver-
məz. Qayıdır gəlir evinə. Evinə gələnnən sora, ana ilan da sağ qalıb axı, bu ana ilan 
ordan çıxır tüşür oğlanın ardıycan gəlir buların evinə. Gəlir, o kişinin, çobanın ailəsin 
də öldürür, oğlun da öldürür, ilan çıxır gedir. Onnan sora, kişi də qalır pulsuz. 
 
Söylədi:  Cəfərov  Azər  Cəbrayıl  oğlu.  1990  təvəllüdlü,  ali  təhsilli.  Neftçala 
rayonu Xolqaraqaşlı kəndi 
 
 
 
 
 
  
  
 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     162 
 
 
Qardaş türk folkorundan 
 
 
Qars türküləri – II 
 
Əvvəlki sayımızda Qarsın ictimai-siyasi və tarixi-etnoqrafik mənzərəsinə qısa-
ca nəzər salmış, bölgədən toplanan Qars türkülərinin bir qismini təqdim etmişdik. Bu 
sayımızda da təqdim etdiyimiz nümunələr Qarsda müxtəlif aşıqların dilindən toplan-
mış  türkülərdir.  Burada  da  əvvəlki  sayımızda  olduğu  kimi  aşıq  havalarına  yazılmış 
sözlərlə yanaşı, Qars xalq mahnıları yer alır. Bu xalq mahnıları arasında “Ay sallanıb 
gedən yar”, “Ay dağlar səndə gözüm var”, “Bayram gəlib elimə, elimizə” və s. kimi 
Azərbaycan mahnıları da yer alır 
 
Qumru ŞƏHRİYAR 
 
 
Baca Baca Barhana
1
  
 
Baca Baca Barhana (Dön Dön Döndüm Yâr) 
Baca Baca Barhana (Güle İzin Al Gel Öldüm Yâr) 
Bacada Gül Çalhana (Dön Dön Döndüm Yâr) 
Bacada Gül Çalhana (Güle İzin Al Gel Öldüm Yâr). 
 
Dökme Gülün Suyunu (Dön Dön Döndüm Yâr) 
Dökme Gülün Suyunu (Güle İzin Al Gel Öldüm Yâr) 
O Yâr Gele Yıhana (Dön Dön Döndüm Yâr) 
O Yâr Gele Yıhana (Güle İzin Al Gel Öldüm Yâr). 
 
Kara Kazan Koldadır (Dön Dön Döndüm Yâr) 
Kara Kazan Koldadır (Güle İzin Al Gel Öldüm Yâr) 
Bugün Yârim Yoldadır (Dön Dön Döndüm Yâr) 
Bugün Yârim Yoldadır (Güle İzin Al Gel Öldüm Yâr). 
 
 
Olam Boyun Gurbanı
2
  
 
Olam Boyun Gurbanı 
Sensin Dağlar Ceylanı 
Kara Kaşın Gözlerin 
Budur Aşkın Fermanı. 
 
 
                                         
1
 Kars/Digor/Söğütlü Köyü-Gündüz Hatunoğlu-Şenel Önaldı  
2
 Kars-Saliha Aladağ-Nida Tüfekçi
  


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     163 
 
 
Hey  
Öldürme Beni 
Şevmişem Seni 
Guş Diline Gurban 
İnce Beline Hayran 
Şeker Lebine Doymam 
Vay Benim Maralım. 
 
İncidir Dişin Senin 
Hoştur Gülüşün Senin 
Aşkından Ölürem Men 
Yok Mu İnsafın Senin. 
 
Hey  
Öldürme Beni 
Şevmişem Seni 
Guş Diline Gurban 
İnce Beline Hayran 
Şeker Lebine Doymam 
Vay Benim Maralım. 
 
Kekliğin Gözü Ela 
Başıma Açtı Bela 
Yiğit Ona Demişem 
Sevdiğini Tez Ala. 
 
Hey  
Öldürme Beni 
Şevmişem Seni 
Guş Diline Gurban 
İnce Beline Hayran 
Şeker Lebine Doymam 
Vay Benim Maralım. 
 
 
Ayrı Düşeli Senden
1
  
 
Ayrı Düşeli Senden (Hele Mamocan) 
Yaralıyam Sinemden (Gülüm Mamocan) 
Gece Gündüz Çıkmazsın (Hele Mamocan) 
Hayalimden Rüyamdan (Gülüm Mamocan). 
 
 
                                         
1
 Kars/Sarıkamış-Kurbani Kılıç-Muzaffer Sarısözen 
 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə