Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

 

47

tensiv amillər müəyyən edir. Ölkədə suvarma sistemini təkmilləşdirmək və inkişaf 



etdirməklə, melorasiya tədbirləri həyata keçirməklə əkin sahələrini artırmaq olar. 

Digər  tərəfdən,  aqrotexniki  qaydalara  vaxtlı-vaxtında  riayət  olunması  hesabına 

kənd  təsərrüfatı  istehsalında  məhsuldarlıq  səviyyəsini  yüksəltmək  mümkündür. 

Həmçinin  ölkədə  kənd  təsərrüfatı  istehsalının  rayonlar  üzrə  ərazi  strukturunun 

təkmilləşdirilməsi,  hər  bir  rayonun  daha  yüksək  məhsuldarlığı  təmin  edən  kənd 

təsərrüfatı  məhsulları  istehsalı  üzrə  ixtisaslaşması  nəticəsində  istehsalın  həcmini 

artırmaq olar.  

Ölkə əhalisinin ərzaq təminatında və onların gəlirlərinin artırılmasında heyvan-

darlığın  hərtərəfli  inkişaf  etdirilməsinin  mühüm  rolu  vardır.  Bu  sahənin  məhsulları 

insan orqanizmi üçün zəruri olan zülallar, yağlar, karbohidratlar və s. qidalı maddə-

lərlə zəngindir. Həmçinin, fizioloji qida normalarına əsasən isə, orta hesabla bir nəfə-

rin istehlak etdiyi kalorinin təqribən yarısı heyvandarlıq məhsullarının payına düşür. 

Son illərdə ölkədə heyvandarlıq sahəsində iqtisadi artım tempi yüksək olmuşdur. 

Belə ki, 2013-ci ildə heyvandarlıq məhsullarının həcmi 2000-ci ilə nisbətən 59,5 faiz 

artmışdır. Son illərdə ölkədə bitkiçilik sahəsinə nisbətən heyvandarlıq sahəsinin üstün 

inkişafı bu sahənin kənd təsərrüfatə məhsulunda payının artmasına səbəb olmuşdur. 

Belə  ki,  heyvandarlıq  sahəsinin  kənd  təsərrüfatı  məhsulunda  payı  1990-cı  ildə  36,3 

faizdən 2000-ci ildə 44,5 faizə, 2011-ci ildə isə 48,3 faizə qədər artmışdır.  

qtisadiyyatın  sürətlə  inkişafı  turizm  fəaliyyətinin  genişlənməsinə  şərait 

yaratmışdır.  2003-2013-cü  illərdə  Bakı  ilə  yanaşı,  regionlarda  da  turizm 

komplekslərinin,  otellərin,  istirahət  mərkəzlərinin  istifadəyə  verilməsi  turizmin 

inkişafına,  əhalinin  istirahətinə  geniş  imkanlar  yaratmışdır.  2004-2013-cü  illər 

ə

rzində 35 beş ulduzlu otel istifadəyə verilmişdir.  



Müasir bazar iqtisadiyyatı şəraitində dövlətlərarası iqtisadi əlaqələrin inkişafında 

nəqliyyat  amili  xüsusi  rol  oynayır.  Belə  ki,  malların  hər  hansı  bir  istehlak  nöqtəsinə 

çatdırılması  ancaq  müvafiq  nəqliyyat  növləri  vasitəsilə  həyata  keçirilə  bilər.  Bu  ba-

xımdan,  nəqliyyat  istehsal  və  sosial  infrastrukturun  tərkib  hissəsi  kimi  xarakterizə 

olunmaqla yanaşı, o, milli iqtisadiyyatın və əhalinin nəqliyyat xidmətlərinə olan ehtiya-

cının  ödənilməsində,  yüklərin  təhlükəsiz  və  tez  çatdırılmasında,  ölkənin  ərazi  bütöv-




 

48

lüyünün  və  iqtisadi  təhlükəsizliyinin  təmin  olunmasında  ən  mühüm  amillərdən  biri 



kimi çıxış edir. Nəqliyyat sektoruna iri həcmli investisiyaların yönəldilməsi nəticəsində 

nəqliyyatın  hərəkət  heyətinin  yeniləşməsi,  körpülərin  tikilməsi,  yeni  avtomobil 

yollarının çəkilişi, yenidən qurulması və s. işlər davam etdirilmiş, strateji əhəmiyyətli 

layihələrin  səmərəli  fəaliyyəti  sahənin  inkişafına  öz  müsbət  təsirini  göstərmiş,  qeyd 

edilən dövrdə bu sahədə 2,5 dəfə artıma nail olunmuşdur. Ölkənin tranzit potensialının 

reallaşdırılması  istiqamətində  tədbirlər,  o  cümlədən  Avropa-Qafqaz-Asiya  nəqliyyat 

dəhlizinin fəaliyyəti, Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət 

Limanının,  Şimal-Cənub,  Şərq-Qərb  nəqliyyat  dəhlizləri  üzrə  magistral  yolların 

tikintisi  layihələri  davam  etdirilmişdir.  2003-2014-cü  illərdə  infrastruktur  sahələrdən 

olan informasiya və rabitə sahəsində xidmətlərin həcmi 8,2 dəfə artmışdır.  

nfrastruktur  sahələrin  inkişafı  ilə  qeyri-neft  istehsalı  sahələrinin  inkişafının 

ə

laqələndirilməsinin mühüm əhəmiyyəti vardır. Belə şəraitdə investisiya qoyuluşla-



rının sahə strukturunun optimallığı mühüm əhəmiyyət kəsb edir.  

2.3. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün biznes mühiti  

Müasir cəmiyyətin qarşısında duran  əsas aktual  məsələlərdən biri iqtisadi  yük-

səlişin intensivləşdirilməsi üçün zəruri və əlverişli şəraitin yaradılmasından, əhalinin 

həyat  keyfiyyətinin  yüksəldilməsindən  ibarətdir.  Qarşıda  duran  məsələlərin  həllində 

iqtisadiyyatın  real  sektoruna  investisiya  qoyuluşlarının  artırılması  istiqamətində 

tədbirlərin həyata keçirilməsi vacib əhəmiyyət kəsb edir. 

Milli iqtisadiyyatın qeyri-neft sektoruna investisiya axınının sürətləndirilməsi 

müasir şəraitdə böyük əhəmiyyət kəsb edir. Bu sahələrə investisiyaların cəlb olun-

masının sürətləndirilməsi üçün ilk növbədə əlverişli biznes mühitinin – beynəlxalq 

standartlara  uyğun  hüquqi  bazanın  formalaşması,  güzəştli  vergi  rejiminin  yara-

dılması,  siyasi sabitlik və dövlət orqanlarının sahibkarlıq fəaliyyətinə  müdaxiləsinin 

minimuma endirilməsi və s. amillərin formalaşdırılmasıdır.  

Ölkədə biznes fəaliyyəti üçün əlverişli və ya əlverişsiz investisiya mühitinin for-

malaşması  öz-özünə  deyil,  bir  sıra  amillərin  təsiri  altında  baş  verir.  Bu  amillərə 

aşağıdakılar daxildir: 



 

49

 - biznes fəaliyyətinin zəruri qanunvericilik bazasının yaradılması; 



- biznes fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi; 

- biznesin inkişafına imkan verən vergi, gömrük, kredit dərəcələrinin müəyyən 

edilməsi; 

-  dövlət  və  xüsusi  bölmə  tərəfindən  biznesin  inkişafına  yönəldilən  maliyyə 

vəsaitlərinin artırılması; 

-  biznes  subyektlərinin  xarici  iqtisadi  fəaliyyətinin  inkişafına  dair  tədbirlərin 

həyata keçirilməsi; 

-  biznes  infrastrukturunun  formalaşması  və  onun  səmərəli  fəaliyyəti  üçün  şə-

raitin təmin edilməsi;.  

-  ölkədə  adambaşına  ümumi  daxili  məhsulun həcmi  ilə  müəyyən  olunan  daxili 

bazarın  həcmi  və  bu  bazarın  həcminin  artım  tempi  ölkəyə  daha  böyük  həcmdə 

investisiya cəlb etməyə imkan verir; 

 - ölkədə istehsal-təsərrüfat fəaliyyəti üçün zəruri olan iqtisadi resursların: təbii 

resursların,  əmək  resurslarının  və  s.  olması    xarici  firmaların  ölkədə  investisiya 

fəaliyyəti  ilə  bağlı  qəararlarına  əhəmiyyətli  dərəcədə  təsir  göstərir.  Buna  həmçinin 

ölkədə infrastrukturun inkişaf səviyyəsinin də əhəmiyyətli dərəcədə təsiri olur; 

-    stabil  valyuta  məzənnəsi  və  inflaysiaynın  aşağı  tempi  xarici  investisiyanın 

cəlb edilməsində əhəmiyyətli rol oynyır; 

-  ölkədə  siyasi  sabitlik,  həm  iqisadi  artımın  təmin  olunması,  həm  də  xarici 

investisiyanın cəlb edilməsinin vacib amillərindəndir; 

- ölkədə investisiy fəaliyyəti sahəsində stabil və şəffaf siyasətin həyata keçiril-

məsi investorlar üçün cəlbedici amsillərdən biridir. Qeyd etmək lazımdır ki, bir çox 

hallarda  bu  amil  vergi,  kömrük  və  buk  imi  digər  güzəştlərdən  xarici  investor  üçün 

ə

həmiyyətlidir.  



Son illərdə ölkədə bürokratik maneələrin aradan qaldırılması və sahibkarlığın 

inkişafına mane olan neqativ halların aradan qaldırılması dövlət tərəfindən mühüm 

addımlar atılmışdır. Belə ki, ölkə prezidentinin ”Sahibkarlıq fəaliyyəti subyektləri-

nin  fəaliyyətinin  “bir  pəncərə”  prinsipi  üzrə  təşkilinin  təmin  edilməsi  tədbirləri 

haqqında” 25 oktyabr 2007-ci il tarixli sərəncamına əsasən ölkədə biznesə başlama 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə