Microsoft Word cavablar resm-1 az doc



Yüklə 195,34 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix08.12.2017
ölçüsü195,34 Kb.
#14847
1   2   3   4   5   6   7

Sual 13. HƏCML  HƏNDƏS  FORMALI C S MLƏRIN  

NATURADAN RƏSM  

 

Dəqiq  yоnulmuş,  kürəvari  slindrik  və  kоnusvari  səthdən  ibarət  gеniş  tətbiq 

о

lunan  həndəsi  fiqurlar  –  kub,  parvmida,  kоnus  təsviri  incəsənətin  öyrənilməsinə 



xidmət еdir. Ən sadə həndəsi fiqur 6 bərabər tərəfi оlan kubdur.  

Təsvir  zamanı  kubun  həcmi  çəkənə  nisbətən  еlə  yеrləşməlidr  ki,  hоrizоnt 

xəttindən  aşağı  оlsun.  Rəsm  çəkənlə  əşya  arasında  ən  yaxşı  məsafə  mоdеli  yaxşı 

görməyə  imkan  vеrməli  və  əşyanın  üç  qat  ölçüsünü  təşkil  еtməlidir.  Rəsm  təsvirin 

kağız  üzərində  güzgün  yеrləşdirilməsi  digər  sözlə  dеsək  kоmpоnоvka  ilə  başlanır. 

Bunun üçün rəsm çəkən, tam təsvirin kağızın ölçülərinə оlan prоpоrsiоnal nisbətlərini 

tapmalı, üç ölçülü naturada kubun ümumi siluеtini dərhal görünməli və kağızda оnun 

cizgilərini asanlıqla göstərə bilməlidir. Əvvəlcə kubun aşağı hissəsinin iki tilini dəqiq 

müəyyən  еtmək  üçün  siluеtin  bucaqlarına  tоxunan  yüngül  hоrizоntal  xətt  çəkilir. 

Kubun  vеrtikal  tillərindən  biri  о  biri  ikisindən  həmişə  yaxın  yеrləşir.  Kubun 

fоrmasının qurulması siluеt çərçivəsində yaxın til kimi qəbul еdilən sərbəst vеrtikal 

xəttin çəkilişi ilə başlayır. Sоnra tilin yüxarı və aşağı nöqtələrini müəyyən еdirlər. 

Uzadılmış  əldə  tutulan  karandaşın  köməyi  ilə  asanlıqla  dəqiqləşdirilməsi 

mümkün  оlan  üfüq  xəttini  xəyalən  siluеtin  aşağı  sərhəddinin  davamı  kimi  təsəvvür 

е

dirik. Iki tilin çəkilişindən sоnra kubun pеrspеktivinin qurulmasına kеçirlər. Həndəsi 



cisimlərin  kоnstruktiv  fоrmalarının  qurulmasında  gözlə  görünməyən  cizgilərin 

görülməsi vacibdir. Bu cizgilərin mövcud оlmamağı rəsm çəkənin düzgün təsvir əldə 

е

tməsində  çətinliklər  yaradır.  Buna  görə  də,  həcmli  –  fəza  əşalarının  qurulması 



zamanı  оnun  ümumi  kоnstruktiv  fоrmasını  əmələ  gətirən  bütün  еlеmеntlərin  şəffaf 

təsvirini  vеrirlər.  Kubun  görünməyən  şaquli  tili  aşağı  hissənin  xəyalən  birləşmə 

nöqtələri  istiqamətində  kəsişən  iki  xəttin  qurulması  sayəsində  tapılır.  Bеlə  üsulla 

həmin  xəyalən  birləşmə  nöqtələrini  istifadə  еdərək  həndəsi  cismin  yuxarı  tərəfləri 

qurulur.  Həcm  –  məkan  fоrmasının  qurulması  ilə  еyni  vaxtda  işıq-  kölgədə  qismən 

qеyd  еdilir.  Fоrmanın  işıq  –  kölgə  mоdеlləşdirilməsi  prоssеsi  zamanı  rəsm  daima 

natura  ilə  müqaisə  еdilir.  Təsvir  üzərində  işi  yеkunlaşdırarkən  tünd  yеrləri 

zəiflədərək, işıqlı yеrləri yumşaldaraq tam təsviri ümumiləşdirirlər. 




Sual 14. MƏ ŞƏƏŞYALARININ NATURADAN RƏSM  

 

Rəssam  portret,  peyzaj,  natürmort  şəklini  çəkməzdən  əvvəl  təsvir  etmənin 

ə

sas qanunlarını öyrənməlidir. 



Rəsmə  başlamazdan əvvəl  məişət əşyasının daha  münasib görünüş nöqtəsini 

aydınlaşdırmaq,  onun  kağız  üzərindəki  yerini  dəqiqləşdirmək,  yerləşəcəyi  məkanı 

ehmallı  cizgilərlə  müəyyənləşdirmək  lazımdır.  Bu  halda  təsvir  nisbətdə 

götürülməlidir.  Rəsmi  sonradan  pozulması  asan  olan  yüngül,  çətinliklə  sezilən 

cizgilzələ  başlamaq  lazımdır.  stənilən  an  bu  və  ya  digər  həndəsi  cismə  cevirmək 

mümkün  olsun  deyə  əvvəl  məişət  əşyasının  ümumi  həcm  formasını  çizmək 

məsləhətdir.  Misal  üçün  səhəng  forması  isə  silindrə  və  kürəyə,  yaxud  silindrə  və 

konus kəsiyinə uyğundur. 

Rəsmi  belə  ümumiləşdirilmiş  formada  başlamaqla,  əşyanın  həcm  və 

perspektivini qurmaq mümkündür. 

Əş

yanın nisbətini düzgün vermək üçün onun bir hissəsini digəri ilə müqaisə 



etmək lazımdır. Məsələn, səhəngi çəkərkən onun bünövrəsi eni ilə, boğazının eni isə 

qulpunun  uzunluğu  ilə  və  s.  müqaisə  edilməlidir.  Əşyanın  ümumiləşmiş  formasını 

qeyd  etdikdən  sonra  onun  işıqlanma  dərəcəsi  və  konkret  hissəsinin  işıqlı  -  kölgəli 

tərəfləri göstərilməlidir. 

ş

ıq  və  kölgə  rəsmin  ifadəliyi  üçün  əsas  vasitədir.  Rəsmdə  təsvir  edilən 



əş

yalar işıq - kölgə, yanmton, işıq ləkəsi və refleksi vasitəsi ilə fərqləndirilir.  şıq və 

yarımton  işıq  şüalanın  müxtəlif    bucaqlar  altında  qəbul  edən  səthə  malikdirlər. 

Əş

yanın  o  yerləri  kölgəli  olur  ki,  ora  işığın  şüaiarı  qətiyyən  düşmür.  Belə  təsəvür 



yaranar  ki,  onlar  tamamilə  qara  olmalıdır,  lakin  bu  cür  deyil,  çünki  onlarm  üzərinə 

əş

yalardan qayıdan, refleks adlanan işıq fonu düşür. 



Rəsmdə  işıq  və  kölgə  perspektivlə  yanaşı,  məişət  əşyasının  həcm  formasını 

ifadə etməkdə də əsas vasitədir. Rəsmin ifadəliyi üzərində daim düşünmək lazımdır. 

Rəsmin  çəkilməsində  keyfıyyətli  material  başlıca  əhəmiyyətə  malikdir  və  onun 

seçilməsinə  daim  ehtiyyat  və  məhəbbətlə  yanaşmaq  gərəkdir.  Rəssam  iş  prosesində 

ə

sası qeyri əsasdan seçmək, ayırmaq, müşahidəçiliyi artırmaq, əşyanın əsas formasını 



müəyyən etmək adətini qazanmalıdır.  


Sual 15. NATÜRMORTUN  ŞLƏNMƏS N N  

I – II MƏRHƏLƏLƏR  

Natürmort  təsviri  sənətin  ən  maraqlı  janrıdır.  Elə  bir  rəssam  yoxdur  ki,  öz 

yaradıcılığında  ondan  yan  keçsin.  Natürmortun  tanmmış  nümayəndələri  XVII  əsr 

Hollandiya Flamandiya rəssamları olublar. Azərbaycan rəssamlarından S.Salamzadə, 

T.Tağıyev,  T.Salahov,  T.Nərimanbəy  natürmort  sahəsində  işləyib.  Natürmort  yalnız 

təsviri  sənətin  müstəqil  bir  janrı  kimi  mövcud  deyil,  o  yeni  yaradıcılığa  başlayan 

rəssamlar  üçün  böyük  təlım  mənası  da daşıyır.  Durğun  əşyalar  ("natürmort"  fransız 

sözüdür


 

tərcümədə  "cansız  natura"  deməkdir)  rəssamlara  uzun  müddət  natura 

üzərində  işləməyə,  tələsmədən  hər  bir  əşyanın  xüsusiyyətini  öyrənmək  və  onların 

həcm formalarını işıq kölgə vasitələri ilə düzgün verməyə imkan yaradır. Əşyaları öz 

aralarında quraşırmaq bacarığı və natürmort tərtib etmək  mürəkkəb işdir və müəyyən 

vərdiş tələb edir. Natürmortu elə tərtib etmək lazımd ki, bir əşya digərlərinin qabağını 

tutmasın,  lakin  onları  bir-birindən  çox  da  aralı  yerləşdirmək  lazım  deyil.  Hər  bir 

natürmort kompozision mərkəzə malikdir. O adətən ölçüsünə görə iri yaxud hündür 

əş

ya olur.  



ş

in  metodik  ardıcıllığı  aşağıdakı  cür  olmalıdır:  Işin  birinci  mərhələsi

natürmortun  əvvəlcədən  təhlili  və  vərəq  iizərində  onun  kompozision 

yerləşdirilməsinin  axtarışı;  Natürmorta  müxtəlif  nöqtələrdən  baxın  və  onu  haradan 

rəsm  edəcəyiniz  yeri  tapın.  Natürmortu  vərəqədə  şaquli,  ya  da  üfüqi  yerləşdirmək 

barədə  düşünün.  Bunu  aydınlaşdırmaq  üçün  natürmortu  hansı  fıqura  əlavə  etməyin 

mümkün olduğunu təsəvvür etmək vacibdir. Bizim misalda əşyalar qrupu uzun əsası 

olan  üçbucağa  əlavə  edilir.  Odur  ki,  rəsm  üçün  üfıiqi  formatlı  kağız  götümək  daha 

məsləhətdir. Bundan sonra natürmortun vərəq üzərində tərtib edılməsinə keçin.  kinci 

mərhələ:  əşyaların  forma  xüsusiyyətlərinin  aşkarlanması  və  onların  əsas 

uyğunluqlarının  tapılması;  Natürmortun  ümumi  yerləşməsini  qeyd  edib,  karandaşın 

ehmallı  toxunması  ilə  məkanda  ayrıca  əşyaların  yerləşməsini  cızın.  Əvvəl  ayrı-ayrı 

əş

yaların forma və ölçülərini çox ümumiləşmiş tərzdə cızın ki, səhv olarsa, asanlıqla 



düzəltmək  mümkün olsun. Məkanda əşyalara yerləşməsini müəyyənləşdirib, onların 

hər  birinin  forma  xüsusiyyətm  müəyyənləşdirin.  Bundan  sonra  hər  bir  əşyanın 

hissələri arasındakı nisbəti müəyyən edin və əşyaların konstruktiv quruluşuna keçin.

 



Yüklə 195,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə