54
orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd
şə
kildə çıxara bilərlər.
Rezidentlər tərəfindən adambaşına 10.000 (on min) ABŞ
dolları ekvivalenti məbləğində valyuta sərvətləri (fond sərvətləri
istisna olmaqla) sənəd təqdim edilmədən, gömrük orqanlarında
bəyan edilməklə Azərbaycan Respublikasından nağd şəkildə
çıxarıla bilər.
Xarici ölkələrə xidməti ezamiyyətə gedən rezidentlər, həmin
şə
xsləri ezamiyyətə göndərən təşkilatlara xidmət göstərən
müvəkkil bankların təsdiqedici sənədlərində (ezamiyyə xərclərinin
ödənilməsi barədə bank arayışı, Əlavə №-4) göstərilən
məbləğlərdə ezamiyyə və nümayəndəlik xərclərinin ödənilməsi
üçün xarici valyuta sərvətlərini Azərbaycan Respublikasından
nağd şəkildə çıxara bilər.
Qeyri- Rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbay-
can Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından
çıxarılması. Qeyri-rezidentlər valyuta sərvətlərini gömrük orqanla-
rında bəyan etməklə məhdudiyyət qoyulmadan Azərbaycan Res-
publikasına nağd şəkildə gətirə bilərlər.
Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd
şə
kildə gətirilmiş valyuta sərvətlərindən 50.000 (əlli min) ABŞ
dolları ekvivalentinədək məbləği gömrük orqanlarında bəyan
etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
Qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikasına əv-
vəllər nağd şəkildə gətirilmiş valyuta sərvətləri ölkə ərazisindən
nağd çıxarılarkən gömrük organlarına "Sərnişin gömrük bəyanna-
məsi" (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on
min) ABŞ dolları ekvivalentinədək olduqda) və "Sərnişin gömrük
bəyannaməsi” və "Gömrük vəsiqəsi" (nağd gətirilmiş valyuta sər-
vətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentindən
çox olduqda) təqdim edilməlidir.
Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd
şə
kildə gətirilmiş 50.000 (əlli min) ABŞ dolları ekvivalentindən
artıg məbləğdə valyuta sərvətlərini valyuta gətirilən ölkənin bank
55
və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitlərin həmin qeyri-
rezidentə nağd verilməsini təsdiq edən arayış təqdim etməklə
Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qay-
dada müvəkkil banklar vasitəsi ilə Azərbaycan Respublikasından
kənara köcürə bilərlər.
Qeyi-rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçü-
rülmüş valyuta sərvətlərindən 50.000 (əlli min) ABŞ dolları ekvi-
valentinədək məbləği müvəkkil banklar tərəfindən verilmiş "Azər-
baycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvət-
lərinin verilməsi haqqında" bank arayışı əsasında, gömrük orqan-
larında bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə
çıxara bilərlər.
Qeyi-rezidentlər, onları ezamiyyətə göndərən təşkilatın
təsdiqedici sənədlərində (ezam olunma barədə əmrdən çıxariş və
ya ezamiyyə vəsiqəsi və ezamiyyə haqqının verilməsi barədə kassa
məxaric orderinin qəbzi) göstərilən məbləğdə valyuta sərvətlərini
Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
Gömrük orqanlarının məsul şəxsləri rezident və qeyri-
rezidentlərə bu Qaydaların tələblərindən irəli gələn şərtlərin qeyri-
qanuni yollarla əldə edilmiş vəsaitlərin ölkə ərazisindən tranzit
daşınmasının məhdudlaşdırılması məqsədi ilə tətbiq olunduğunu
izah edirlər.
Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası ərazisinə
gətirilən valyuta sərvətləri haqqında aylıq məlumatları növbəti
ayın 20-dək, 50.000 (əlli min) ABŞ dolları ekvivalentindən artıq
məbləğdə gətirilən valyuta sərvətləri barədə isə məlumatları 7 gün
müddətində müəyyən olunmuş qaydada Mərkəzi Banka göndərir.
Azərbaycan respublikası rezidentlərinin xarici valyuta
ə
məliyyatları. Rezidentlərin hesablarına daxilolmalar. Azərbaycan
Respublikası rezidentlərinin müvəkkil banklardakı xarici valyuta
hesablarına vəsaitlər sərbəst şəkildə mədaxil edilə bilər.
Aşağıdakı mənbələrdən daxil olan edilməsi üçün xüsusi şərt-
lərə əməl edilməlidir:
56
1.
Azərbaycan Respublikasının ərazisində mal satılmasından
və xidmət göstərilməsindən əldə edilmiş vəsaitlər; Bu hallarda,
Azərbaycan Respublikasının ərazisində xarici valyuta ilə mallar
satılması və xidmətlər göstərilməsi üçün müvafiq lisenziya tələb
olunur. Əgər ölkə ərazisində satılmış malların və ya göstərilmiş
xidmətlərin müqabilində ödənilən vəsaitlər respublika kənarından
köçürülərsə, belə daxilolmalara yol verilir.
2.
Rezidentlər tərəfindən ixrac edilən malların, işlərin,
xidmətlərin (bundan sonra, "mallar") müqabilində qeyri-rezidentlər
tərəfindən rezidentlərə nağd şəkildə ödənişlər; Bu hallarda
aşağıdakı tələblərə əməl edilməlidir: müqavilədə, kontraktda və
ya bu əqdi təsdiq edən digər razılaşma sənədlərində (bundan sonra,
“müqavilə”) ödənişin nağd hesablaşma yolu ilə aparılması nəzərdə
tutulmalıdır; vəsaitlər yalnız malı alan qeyri-rezidentdən və ya
həmin qeyri-rezident tərəfindən müvafiq surətdə müvəkkil edilmiş
fiziki şəxsdən qəbul edilməlidir; qeyri-rezidentlər (qeyri-rezident
tərəfindən müvəkkil edilmiş fiziki şəxs) tərəfindən əvvəlcədən res-
publikaya gətirilmiş xarici valyuta vəsaitləri gömrük orqanlarında
bəyan edilməlidir. Vəsaitlər ölkəyə gətirilməsi və gömrük
orqanlarında bəyan edilməsi tarixindən 10 gün müddətində
rezidentin kassasına mədaxil edilməlidir; rezidentlər vəsaitləri
xəzinələrinə qəbul etdikdən sonra 2 iş günü ərzində bankdakı
hesabına mədaxil etməlidir.
Banklar vəsaitləri qəbul edərkən aşağıdakı sənədləri tələb
etməlidir:
1.
ixrac müqaviləsinin əsli;
2.
mədaxil-kassa orderinin surəti;
3.
vəsaitlərin nağd şəkildə respublikaya gətirilməsini
təsdiqləyən gömrük sənədləri;
4.
qeyri-rezident tərəfindən müvəkkil edilmiş fiziki şəxs olan
nümayəndənin səlahiyyətlərini təsdiq edən vəkalətnamə;
5.
valyuta gətirilən ölkənin müvafig bank və ya digər kredit
təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq
Dostları ilə paylaş: |