Microsoft Word Budget system doc



Yüklə 419,97 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix19.10.2018
ölçüsü419,97 Kb.
#74593
1   2   3   4   5   6   7   8   9   10

1.1.20. müdafiə 

olunan 

xərc 

maddələri - 

büdcə 


ili 

ərzində 


maliyyələşdirilməsinə  sekvestr  tətbiq  olunmayan,  qanunvericiliklə 

müəyyən edilmiş büdcə xərcləri; 

 

1.1.21. dövlət  borcu -  Azərbaycan  Respublikasının  adından  bağlanılmış 

müqavilələrin öhdəlikləri üzrə ödənilməli olan borc;  



 

 

1.1.22. toplu  maliyyə  balansı -  konkret  dövr  üçün  ölkədə  maliyyə 

vəsaitlərinin  yaranma  mənbələri  və  istifadə  istiqamətləri  barədə 

məlumatları özündə əks etdirən maliyyə sənədi. 

 

 

1.1.23.  büdcə  təşkilatı  -  maliyyələşdirilməsi  bilavasitə  Azərbaycan  

Respublikasının  dövlət  büdcəsi  və  Naxçıvan  Muxtar Respublikasının 

büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar; 

 

1.1.24.  büdcənin  tərtibi  prosesində  iştirak  edən  təşkilatlar  -  mərkəzi 

və yerli  icra  hakimiyyəti  orqanları  və  onların  struktur  bölmələri, 

büdcə  gəlirlərinin  icrasını  təmin  edən  orqanlar,  dövlət  büdcəsindən 

maliyyələşən 

və 


(və ya) 

maliyyə 


yardımı 

alan 


təşkilatlar, 

büdcədənkənar dövlət fondları və vergi ödəyiciləri, zərurət yarandıqda 

bələdiyyələr. 

 

 



Maddə 2.

 

Büdcə sistemi haqqında qanunvericilik 

 

2.1.  Büdcə  sistemi  haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi 

Azərbaycan  Respublikası  Konstitusiyasından,  bu  Qanundan,  bu  Qanuna  müvafiq 

olaraq  hər  büdcə  ili  üzrə  qəbul  edilən  dövlət  büdcəsi  haqqında  qanundan,  digər 

qanunlardan  və  normativ  hüquqi  aktlardan,  habelə  Azərbaycan  Respublikasının 

tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 

 

2.2.  Bu  Qanun,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələr,  hər  ilin  dövlət  büdcəsi,  onun  icrası  və  ona  dəyişikliklərin  edilməsi, 

dövlət borcu haqqında qanunlar istisna olmaqla, Azərbaycan Respublikasının digər 

qanunlarına  dövlət  büdcəsi  hesabına  maliyyə  təminatı  ilə  bağlı  müddəaların  daxil 

edilməsinə yol verilmir.

 

 



Maddə 3. Büdcə sistemi 

 

3.1.  Azərbaycan  Respublikasında  büdcə  sistemini  Azərbaycan  Respublikasının 

dövlət büdcəsi (bundan sonra - dövlət büdcəsi), Naxçıvan Muxtar Respublikasının 

büdcəsi və yerli büdcələr təşkil edir. 

 

3.2.  Büdcə  sistemi  bu  sistemə  daxil  olan  büdcələrin  vahid  prinsiplər  əsasında 

fəaliyyətinə və onların müstəqilliyinə əsaslanır. 



3.3.  Büdcə  sisteminin  vahidliyi  tənzimləyici  mədaxil  mənbələrindən  istifadə 

etmək, məqsədli büdcə fondları yaratmaq, maliyyə ehtiyatlarını müxtəlif səviyyəli 

büdcələr  arasında  bölüşdürmək  vasitəsi  ilə  büdcələrin  qarşılıqlı  əlaqəsinə 

əsaslanır. 

        Büdcə  sisteminin  vahidliyi  eyni  büdcə  təsnifatı,  büdcə  sənədləri  və 

formalarından  istifadə  olunması,  büdcələrin  icrasına  dair  müntəzəm  hesabatın  və 

icmal büdcə hesabatın hazırlanması və qanunvericiliklə müəyyən olunmuş qaydada 

təqdim edilməsi yolu ilə təmin edilir. 

 

3.4.  Büdcələrin  müstəqilliyi  mövcud  qanunvericiliyə  uyğun  olaraq  mədaxil 

mənbələrin  və  vahid  büdcə  təsnifatı  çərçivəsində  xərclərin  istiqamətlərini 

müəyyənləşdirmək hüququnun olması ilə təmin edilir. 

         



Maddə 4. Büdcə təsnifatı 

 

4.1.  Azərbaycan  Respublikasının  büdcə  sisteminə  daxil  olan  büdcələr  və  büdcə 

təşkilatları, habelə büdcədənkənar dövlət fondları üzrə maliyyə əməliyyatlarının (o 

cümlədən  büdcə  təşkilatlarının  büdcədənkənar  əməliyyatlarının)  müqayisəsini 

təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında vahid büdcə təsnifatı tətbiq 

olunur. 

 

4.2. Büdcə  təsnifatı  büdcə  gəlirlərinin  təsnifatından, büdcə  xərclərinin  funksional, 

iqtisadi,  inzibati  və  sair  prinsiplər  əsasında  tərtib  olunmuş  təsnifatından  ibarətdir. 

Büdcə təsnifatının gəlirlər, funksional, iqtisadi, inzibati və sair üzrə tərkibi müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

 



Maddə 5. Məqsədli büdcə fondları 

 

5.1. Məqsədli büdcə fondları dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının 

büdcəsinin  və  yerli  büdcələrin  tərkib  hissəsi  kimi  yaradıla  bilər.  Bu  fondlar 

müstəqil mədaxil mənbələrinə malik ola bilərlər. 

 

5.2. Məqsədli büdcə fondları üzrə daxilolmalar və xərclər büdcələrin gəlir və xərc 

hissələrində  ayrıca  göstərilməklə  müvafiq  maliyyə  əməliyyatları  xəzinədarlıq 

vasitəsi ilə həyata keçirilir. 

 

5.3. Məqsədli büdcə fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların 

başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. 

 

5.4.  Müstəqil  mədaxil  mənbələrinə  malik  olan  məqsədli  büdcə  fondlarının 

hesablarında  ilin  sonuna  qalan  istifadə  olunmamış  vəsait  növbəti  büdcə  ilində 

onların gəlirlərinə daxil edilir. 

 

5.5.  Məqsədli  büdcə  fondları  müstəqil  mədaxil  mənbələrinə  malik  olmayaraq 

dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli 



Yüklə 419,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə