Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

 

25 


başçılarına  məktublarla  müraciət  edib  onları  Osmanlı  imperiyasına  qarşı 

birləşməyə  çağırdı.  Papa  Səfəvi  dövlətinin  meydana  gəlmə-sini,  şah  smayılın 

hərbi  müvəffəqiyyətlərini  allahın  xristian  dünyası  üçün  ya-ratdığı  bir  fürsət  kimi 

qiymətləndirdi, qərb hakimlərini dərhal bu fürsətdən istifadə etməyə çağırdı.  

Ş

ah  smayıl  Çaldıran  döyüşü  ərəfəsində  Osmanlı  imperiyasına  qarşı 



Portuqaliya ilə də hərbi ittifaq bağlamağa və  ran körfəzi vasitəsilə bu döv-lətdən 

odlu  silahlar,  artilleriya  mütəxəssisləri  almağa  da  cəhd  göstərdi.  Hind  okeanında 

möhkəmlənmək  üstündə  Osmanlı-Portuqaliya  rəqabəti  başlanmış-dı.  Bu  isə 

Osmanlı  imperiyasına  qarşı  Portuqaliya  ilə  Səfəvi  dövləti  arasında  yaxınlaşmaya 

səbəb  oldu.  Beləliklə,  Səfəvi  dövləti  ölkənin  cənub  sərhədlərində  onun  iqtisadi 

mənafeyinə zərbə vuran Portuqaliyaya müvəqqəti olaraq güzəştə getməli oldu. Şah 

smayıl  körfəz  münaqişəsinə  qarışmamaq  müqabilində  Portuqaliyadan  odlu  silah 

və  artilleriya  mütəxəssisləri  almaq,  niyyətində  idi.  Lakin  smayılın  bu  planı  baş 

tutmadı.  

Sultan  Səlim  Səfəvi  dövləti  ilə  həlledici  toqquşma  ərəfəsində  Şah  sma-

yılın  Avropa  dövlətlərini  arxadan  Osmanlı  imperiyasına  qarşı  qaldırmaq  və 

Anadoludakı  xalq  üsyanlarından  istifadə  etməkdən  ibarət  olan  hərbi  planını  poza 

bildi və qarşıdakı müharibədə ilk qələbə imkanı əldə etdi.  

Çaldıran qələbəsi ilə Cənub-Şərqi Anadolu və Kürdüstan Türkiyənin əlinə 

keçdi.  Səfəvilərin  Diyarbəkir  daxil  olmaqla  Ağqoyunlu  dövlətinin  tarixi  ərazisini 

ə

lə  keçirmək  planı  iflasa  uğradı.  Bu  döyüş  türk-islam  dünyasının  məğ-lubiyyəti, 



qərb müstəmləkəçilərinin isə qələbəsi idi.  

1533-1535-ci  illər  müharibəsi  nəticəsində  Osmanlı  imperiyası  Bağdad 

daxil olmaqla ərəb  raqını işğal etdi,  ran körfəzi rayonunda Osmanlı-Portu-qaliya 

ziddiyyətləri daha da kəskinləşdi.  

Osmanlı  imperiyası  1548-1549-cu  illərdə  Səfəvi  dövləti  ilə  müharibə 

edərkən,  eyni  zamanda,  Hind  okeanı  və  ran  körfəsində  Portuqilyaya  qarşı  hərbi 

ə

məliyyatları da genişləndirmişdi. Osmanlı imperiyası çalışırdı ki, Şərq-dən Aralıq 



dənizi  sahillərinə  gələn  ənənəvi  ticarət  yollarını  nəzarəti  altına  alsın.  Lakin 

Osmanlıların  ran  körfəzində  və  Hind  hövzəsində  möhkəmlənmək  siya-səti  iflasa 




 

26 


uğramaqda  idi.  Hind  okeanı  və  ran  körfəsində  aparılaın  dəniz  döyüşləri  Türkiyə 

üçün istənilən nəticəni vermədi.  

Yarım əsrə qədər davam edən Səfəvi-Türkiyə müharibələri dövründə qərb 

diplomatiyası  Osmanlı  imperiyasının  bütün  hərbi  gücünü  Səfəvi  dövlətinə  qarşı 

yönəltməklə  Avropada  Türkiyə  işğallarının  genişlənməsinin  qarşısını  sax-laya 

bildi.  


Qərb  ölkələri  1578-1590-cı  illər  Səfəvi-Türkiyə  müharibəsi  dövründə, 

növbəti  dəfə,  Osmanlı  imperiyasına  özünün  bütün  hərbi  qüvvələrini  Səfəvi  döv-

lətinə  qarşı  yönəltmək  imkanı  verdilər.  Nəticədə  kəskin  daxili  ictimai-iqtisadi  və 

siyasi tənəzzül keçirən, həmçinin şərqdən özbək hakimlərinin hücumuna da məruz 

qalan Səfəvi dövləti Osmanlı qoşunlarına qarşı dura bilmədi.  

XV  əsrin  ortalarından  başlayayaraq  bütün  Cənubi-Qafqaz  ərazisini 

tamamilə  öz  hakimiyyəti  altına  salmağa  çalışan  Osmanlı  imperiyası,  nəhayət, 

Azərbaycanla əlaqədar xarici siyasət planlarını həyata keçirə bildi.  

Lakin  Şah  Abbasın  islahatları  nəticəsində  qüvvətlənən  Səfəvi    dövləti 

1603-1612-ci illər müharibəsində Osmanlı imperiyasına ağır zərbə vurdu. Səfə-vi-

Osmanlı  müharibələri  tarixində  ilk  dəfə  təşəbbüs  səfəvilərə  keçdi.  Osmanlı 

imperiyası  1578-1590-cı  illərdə  işğal  etdiyi  ərazilərdən  məhrum  oldu.  Bununla 

Osmanlı imperiyasının Səfəvi dövlətini məğlub edərək Cənubi Qafqaz ərazi-sini, o 

cümlədən  Azərbaycanı  ələ  keçirmək,  Xəzər  dənizi  və  ran  körfəzində 

möhkəmlənmək siyasəti qəti olaraq iflasa uğradı.  

Osmanlı Türkiyəsi öz niyyətindən əl çəkmirdi. 1634-cü ilin yazında Sultan 

IV Murad böyük qoşunla Ərzrumdan  rəvana doğru irəlilədi və oranı tutdu. Lakin 

səfəvilər  1635-ci  ilin  aprelində  rəvanı  geri  aldılar.  1637-1638-  ci  illərdə  Səfəvi-

Osmanlı müharibələrinin döyüş səhnəsi yenə də Mesopotamiyaya köçdü. Bağdad 

tamamilə Türkiyənin əlinə keçdi. Bağdad tutulduqdan sonra 1639-cu il mayın 17-

də Qəsri-Şirində Türkiyə ilə Səfəvi dövləti arasında 1612-ci il sülhünün şərtlərini 

təsdiq  edən  sülh  müqaviləsi  imzalandı  və  XVIII  əsrin  əvvəllərinə  qədər  qüvvədə 

qaldı. 

 



 

27 


 

 

14.XVII əsr Avropada fransız hegemonluğu dövrü. 

XVII    əsrdə  Fransa  dövləti  də  beynəlxalq  problemlərin  həllində  fəal 

iştirak  edirdi.  XVII  əsrin  böyük  siyasətçilərindən  və  diplomatlarından  biri  olan 

Rişelye  (1585-1642)  (1624-1642-ci  illərdə  Fransa  kral  şurasının  sədri  olmuşdu). 

Mütləq  monarxiyanı  möhkəmləndirməyə  və  Avropada  Fransanın  hegemonluğunu 

bərqərar  etməyə  çalışırdı.  O,  inandırdı  ki,  Fransanın  «dövlət  mənafeləri»  və 

«ümumi  riyah»  tələb  etdikdə  bütün  vasitələrə  əl  atmaq  olar  və  lazımdır.  Fransa 

həm  Avstriya  və  spaniyanı  zəiflətməyə,  həm  də  Avropada  hegemonluq  etməyə 

çalışırdı. XVII əsrin ikinci yarısında Avropadakı vəziyyəti Fransa öz siyasəti üçün 

ə

lverişli  hesab  edirdi.  1)  Belə  ki,  Fransa  hökuməti  «maliyyə  diplomatiyasının» 



köməyi  ilə  ngiltərəni  qitədə  fəal  siyasətdən  uzaqlaşdırmışdı.    2)  Otuzillik 

müharibədən  sonra  daha  Avstriya  spaniyanın  müttəfiqi  deyildi.  1648-ci  ildə 

Fransa  ilə  Avstriya  arasında,  1659-cu  ildə  isə  Fransa  ilə  spaniya  arasında  sülh 

müqavilələri  imzalanmışdı.  3)  Həm  Avstiyada,  həm  də  spaniyada  ciddi  daxili 

problemlər  mövcud  idi  və  Avstriya  üçün  Osmanlı  imperiyası  tərəfdən  hücum 

təhlükəsi artmışdı. Avropada elə bir dövlət yox idi ki, Fransa ondan ehtiyat etsin, 

bütün Avropa hökmdarları Fransa kralından qorxurdular.  

Fransa  yeni  ərazilər  işğal  etmək,  xüsusilə  spaniyanın  Niderland,  Al-

maniya  və  taliyadakı  mülklərini  ələ  keçirmək  uğrunda  müharibələr  aparırdı. 

Fransa həm Avropada nüfuz uğrunda, həm də müstəmləkələr uğrunda mübarizədə 

ngiltərə,  spaniya və Hollandiyanın rəqibi idi. 1667-1668-ci illərdə olmuş Fransa-

spaniya  müharibəsi  Fransanın  Belçikanı  işğal  etmək  cəhdi  ilə  bağlı  idi.  Əvvəlcə 

Fransa  Beçikanı  spaniyadan  tələb  etdi.  spaniya  Belçikanı  Fransaya  verməkdən 

imtina  etdiyinə  görə  Fransa  spaniyaya  müharibə  elan  etdi.  Fransa  ordusu 

Flandriyanın bir hissəsini və Franş-Konte əyalətini işğal etdi. 1668-ci il mayın 2-də 

imzalanmış  Axen  sülhünə  əsasən  Fransa  bir  sıra  sərhəd  qalalarını  ələ  keçirdi, 

Franş-Konteni  isə  qaytardı.  1672-1678-ci  illərdə  Fransa  Hollandiya  ilə  müharibə 



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə