16
-
müəssisə malgöndərənin əlaqələrini itirmək istəmədiyi alıcı
deyil;
-
satıcının biznesinə alıcının birbaşa inteqrasiyası təhlükəsi
mövcuddur;
-
malgöndərənlər alıcının biznesinin gəlirliyini azaldaraq,
qiymət amilindən intensiv istifadə imkanına malikdir;
-
malgöndərənlərin məhsulunun keyfiyyətinin azalması,
istehlakçı-müəssisənin mənfəətinin azaldır.
M.Porter rəqiblərin strateji qruplarının - sahədə rəqabət
aparan ümumi cəhətlərə malik (anoloji əmtəələr və xidmətlər,
servis xidmətləri, satış sistemləri) firmalar çoxluğunun ayrılması
ideyasını irəli sürmüşdür.
Rəqiblərin strateji qruplarına ayrılması sahədəki rəqabət
mübarizəsini real hiss etməyə imkan verir. Belə ki,bir strateji
qrupdan olan firma digər qrupdan olan firmaya nisbətən daha
real rəqibdir (adətən kəskin rəqabət mübarizəsi qrup daxilində
baş verir). Müxtəlif strateji qrupların firmalara müxtəlif rəqabət
üstünlüklərinə və potensial mənfəətliliyə malikdirlər. Bazar
şə
rtlərinin dəyişməsi müxtəlif qruplar üçün müxtəlif səmərəyə
malik ola bilər.
Sahəvi təhlilin metodlarından biri “4P” konsepsiyasıdır
(məhsul, qiymət, satış kanalları, bazarda irəliləmə).
17
Şə
kil 2.3. “4P” amilləri üzrə rəqabət qabiliyyətliliyinin
təhlili konsepsiyası.
Konsepsiyanın mahiyyəti sadalanan dörd istiqamət üzrə
müəssisənin
fərdi
göstəricilərinin
rəqiblərin
anoloji
göstəricilərilə müqayisəsindən ibarətdir. Belə müqayisənin
məqsədi müəssisənin bazar mövqelərinin müəyyənləşdirilməsi
olduğu üçün daha güclü rəqibləri seçmək lazımdır.
Sahələrin və müxtəlif əmtəə bazarlarının həyat tsiklinin
mərhələləri və artım istiqamətlərini müəyyənləşdirmək zəruridir
(inkişaf edən sahələr, yetişkin sahələr, müşahidə olunan
sahələr).İstənilən əmtəənin həyat tsikli öz inkişafında bir neçə
mərhələdən keçir-istənilmədən bazara çıxma bazardan çıxmaya
qədər.Anoloji fazalar sahəyə də xasdır, o biznesin mənfəətliliyi
dəyişdirir, sahədə iş strategiyasının dəyişməsini tələb edir.
Sahə rəqabəti əhəmiyyətli dərəcədə buraxılan məhsulun
rəqabəti ilə müəyyən olunur.Yüksək çarpaz tələb elastikliyinə
malik olan əmtəələr substitutlar adlanır.Məhsulların qarşılıqlı
ə
vəzolunması səviyyəsindən asılı olaraq rəqabətin dörd
səviyyəsini fərqləndirirlər:
-
ticarət markalarının rəqabəti (digər firmaların anoloji
məhsulları da alıcılara eyni qiymətlə təklif olunur);
-
sahə rəqabəti (anoloji məhsul istehsal edən bütün müəssisələr
rəqib hesab olunur;
Müəssisənin
rəqabətqabiliyyətliliyinin
təhlili
Məhsul
Satış kanalları
Qiymət
Bazarda
irəliləmə
18
-
formal rəqabət (eyni tələbatı ödəməyən məhsulları istehsal
edən bütün müəssisələr rəqib hesab olunur);
-
ümumi rəqabət (istehlakçıların pulları uğrunda mübarizə
aparan bütün istehsalçılar rəqib hesab olunurlar).
Təhlil hansı bazar seqmentinin dolu olduğunu və hansı
rəqibin daha güclü olduğunu müəyyənləşdirməyə imkan verir.
Lakin hansı müəssisələrin daha güclü rəqib olmasını
müəyyənləşdirmək üçün əlavə dəqiqləşdirmələr tələb olunur.
Anoloji bazar strategiyasına malik olan, yəni bir strateji
qrupa aid müəssisəni belə rəqiblərə aid edirlər. Strateji qrupların
eyniləşdirilməsi aşağıdakılar əsasında həyata keçirilə bilər:
-
istehsalın texnoloji səviyyəsi;
-
mənimsənilən coğrafi seqmentlər;
-
şaquli inteqrasiyanın dərəcələri;
-
məhsulun keyfiyyəti;
-
çeşid;
-
xərclərin səviyyəsi;
-
servis səviyyəsi.
Rəqiblərin strategiyalarının monitorinqinin həyata
keçirilməsi daim dəyişikliklərə həssas reaksiya verməyə və
özünün rəqabət mövqelərini möhkəmləndirməyə imkan verir.
Müəssisənin rəqabət mövqelərinin dəyişməsinə kifayət qədər
həssas olmaması haqqında nəticə çıxarılması qiymətləndiricinin
düşüncəsinə
təsir
göstərməməlidir,
nəticədə
biznesin
gəlirliliyinin “pessimist” ssenarisi yarana bilər.
Müəssisənin
rəqabətqabiliyyətliliyi
uzunmüddətli
perspektivdə onun özünün biznesinin gəlirliyinin təmin
olunmasının potensial imkanları ilə xarakterizə olunur.
Rəqabətlilik təsərrüfatçılıq subyektinin, həm də buraxılan
məhsulun və ya xidmətin xarakteristikalarını özündə birləşdirən
aqreqat göstəricidir.
Bazarda uğurlu fəaliyyət müəssisənin potensialı ilə müəyyən
olunur. Müəssisənin potensialı onun məqsədyönlü iş yerinə
yetirməsinin real və ya ehtimal olunan qabiliyyətini ifadə edir.
Dostları ilə paylaş: |