Hamlet Isaxanlı
10
sity), professor P.J. Browne (University of Calgary) və digər
görkəmli riyaziyyatçılar yüksək qiymətləndirdilər.
Onun elmi əsərləri Sovet Elmlər Akademiyasının Rəyasət
Heyəti tərəfindən “ilin ən yaxşı elmi işləri” siyahısına daxil
edildi.
Hamlet İsaxanlı geniş sahələrdə tədqiqat aparan və sanballı
əsərlər yazan elm və sənət adamıdır; riyaziyyat xaricində də o,
öz tədqiqat üfüqlərinin genişliyi ilə diqqət çəkir. Elm, təhsil və
mədəniyyət tarixi, təhsil siyasəti, tərcümə nəzəriyyəsi və tarixi,
dil və ədəbiyyat, və digər sahələrdə yüzlərlə məqalə, monoq-
rafiya və dərsliklərin müəllifidir.
Hamlet İsaxanlının “Xəzərin sorağında” əsəri həm Azər-
baycan daxilində, həm də beynəlxalq aləmdə çox tanındı və
oxundu. Çox maraqlı nəql yazı üslubu, yeni ali məktəbin yara-
dılması dövrünə xas olan siyasi və mədəni mühitin, şəxsi və psi-
xoloji məqamların orijinal təsviri, hadisələrin və dövrün sənəd-
ləşdirilmiş təhlili bu kitabı dəyər-qiymətini çox artırır. Kitabın
girişində müəllif qeyd edir – “Xəzər universitəsinin yaradılması
və inkişafı ilə bağlı gerçəklər xatirimdə silinməz izlər burax-
Humanitar və sosial elmlər
üzrə tədqiqatları. Poetik və
bədii-publisistik yaradıcılığı
Biblioqrafiya. Alim, Qurucu, Şair
11
mışdır. Hadisələri düşüncəmin süzgəcindən keçirərək olduğu
kimi tam səmimiyyətlə oxuculara çatdırmaq iddiasındayam”.
Hamlet İsaxanlının tərcümə məsələləri dil, siyasət və lü-
ğətçilik işinin təşkili sahəsində xidmətləri xüsusi qeyd edilmə-
yə layiqdir. “Poetik tərcümə və mədəniyyətlərarası ünsiyyət.
Məhdud çərçivələr içində xoş ahəng və gözəllik axtarışı” adlı
irihəcmli məqaləsi (çox güman ki, hazırlanmaqda olan kitabın
bir variantı) geniş tərcümə yolunda baş verən Şərq-Qərb ün-
siyyətinin tarixi və təhlilinə, Azərbaycan türkcəsinə və Azər-
baycan türkcəsindən tərcümələrə, poetik tərcümə məsələlərinə
həsr olunmuş bu əsər yaradıcı tərcümə ilə məşğul olanlar üçün
mütəxəssislərdən birinin qeyd etdiyi kimi “əvəzedilməzdir,
stolüstü kitabdır, istinad qaynağıdır”.
Hamlet İsaxanlı 6 cildli “Xəzər İngiliscə-Azərbaycanca Bö-
yük Lüğət”in müəlliflərindən biri və həm redaktorudur. Bu iş
əsasən başa çatdırılmış, onun üç
cildi çap olunmuş, digərləri
çapa hazırlanmaqdadır. Bu lüğət, heç şübhəsiz, Azərbaycan
elmi və mədəniyyətinin ən sanballı uğurlarından biridir.
Hamlet İsaxanlının iki həmkarı ilə bərabər yazdığı və ün-
siyyət metoduna söykənən «Xaricilər üçün Azərbaycan dili»
dərsliyi əcnəbilərin və müəllimlərin çox müraciət etdikləri bir
qaynaqdır.
Hamlet İsaxanlı təhsilin çox müxtəlif məsələləri, təhsil si-
yasəti, təhsilin tarixi və fəlsəfəsi sahələrində fəaliyyət göstərən
ən nüfuzlu alim, maarifçi, yazıçı-publisisit və ictimai xadimlər
sırasındadır. Onun “On Education System in Transition
Ecenomy. A View From Azerbaijan” (“Keçid iqtisadiyyatında-
kı təhsil sistemi. Azərbaycandan baxış”) və “Müasir dünyada
ali təhsil sistemində nələr baş verir” və “2008-2012-ci illərdə
Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üz-
rə Dövlət Proqramı” necə olsa yaxşıdır?” adlı kitabları və çox-
saylı məqalələri, hesabatları və müsahibələri bir qayda olaraq
Hamlet Isaxanlı
16
ma metodu seçildi, müasir idarəetmə üsulları tətbiq edildi, çox
geniş və səmərəli beynəlxalq əlaqələr quruldu, ən səviyyəli
yerli və xarici mütəxəssislər işə cəlb edildi, tapşırıq-rüşvət vi-
rusunun əmələ gəlməməsi üçün böyük iş aparıldı, ümumiy-
yətlə, ciddi və keyfiyyətli təhsil bu universitetin həyat prinsipi-
nə çevrildi. Nəticədə Xəzər Universiteti tezliklə Azərbaycanda
və geniş Postsovet-Yaxın Şərq məkanında ən yaxşı ali məktəb-
lərdən birinə çevrildi.
Hamlet İsaxanlı əsas tədris dili olaraq ingiliscəni seçdi; bu
qərar tələbə və müəllimlərin Qərb ölkələrində nəşr olunmuş
kitab və digər tədris-tədqiqat materiallarından istifadə etməsi-
ni, tələbə mübadiləsi proqramlarını və xarici professorların
gəlməsini mühüm dərəcədə asanlaşdırmaq, ümumiyyətlə əta-
lətdən qurtarmaq, yeni düşüncəyə yol açmaq üçün güclü amil
və vasitə oldu.
Azərbaycan ali təhsilində ikipilləli bakalavr-magistr sis-
teminin bərqərar olmasında, biliyin müasir qiymətləndirilməsi
üsullarının hazırlanması və tətbiqində şəxsən Hamlet İsaxan-
lının və Xəzər Universitəsinin təcrübəsi mühüm rol oynadı. Öz
yenilikçi çalışmaları ilə Hamlet İsaxanlı sonralar Bologna (Bo-
lonya) Prosesi adlanacaq Avropa Ali Təhsil Məkanının (Euro-
pean Higher Education Area) yaradılması ideyasını da qabaq-
ladı; O, Azərbaycanın 2005-ci ildə bu prosesə qoşulmasını
hazırlayan əsas şəxslərdən biri oldu.
Biblioqrafiya. Alim, Qurucu, Şair
13
Zülfüqarov, «Qədim sual», «Möcüzə gecə», «Uşaqlıqda qalan
buludlar» və digər şeirlərin, həmçinin şairin fəlsəfi şeirlər silsilə-
si əsasında qurulmuş “Ömür yolu bircə andır” adlı tamaşaya
Dilarə Qulamova könülaçan musiqi bəstələiyblər. Hamlet İsa-
xanlının “Ziyarət” poemasına bütövlükdə musiqi bəstələyən
Cavanşir Quliyev şairin on bir şeirini də mahnıya çevirmişdir.
Bu və başqa mahnılar və musiqili tamaşalar Brilliant Dadaşo-
va, Lütfiyar İmanov, Flora Kərimova, İlqar Muradov, Rəşidə
Behbudova, Manana Caparidze, Elza Seyidcahan, Samir Cəfə-
rov, Fədayə Laçın, Azərbaycan Dövlət simfonik orkestri və xo-
ru, “Savalan”, «Şaron» və “Kristal” qrupları və b. tərəfindən
ustalıqla ifa olunur, dinləyici və tamaşaçıların ürəyini oxşayır.
Arif Babayev, Alim Qasımov, Nəzakət Teymurova, Zabit Nə-
bizadə kimi muğam ustaları da Hamlet İsaxanlı yaradıcılığına
müraciət etmişlər.
Hamlet İsaxanlının bədii yaradıcılığı zəngin və çoxşaxə-
lidir.
Təhsil islahatları
Qərb ölkələrində tək elmi-tədqiqatla deyil, elm və təhsilin
təşkili ilə, Qərb təhsil ocaqlarının müxtəlif cəhətləri ilə də ciddi
maraqlanan Hamlet İsaxanlı 1980-ci illərin ortalarından Sovet,
xüsusi halda Azərbaycan ali təhsil sisteminin böhran keçirdiyi-
Dostları ilə paylaş: |