Вельяминов
Г.М.
Международная
правосубъекность//Сов.
Ежегодник
международногоправа.1986. М.,1987.
Захарова Н.В. Индивид – субъект международного права //Советское государство и
право.1989.№1.
Корецкий В.М. Декларация прав и обязанностей государств//Избранные труды.
Кн.1.Киев, 1990
Курдюков Г.И. Государства в системе международно-правового регулирования.
Казань,1979.
Малинин С.А., Ковалева Т.М. Правосубъектность международных организаций
//Правоведение.1992.№5.
Труженникова Л.Т. Доктрина международного права о правовом
положении физического лица //Московский журнал международного права.1994.№4.
Ушаков Н.А. Юрисдикционные иммунитеты государств и их собственности.
М.,1993.
Фельдман Д.И., Курдюков Г.И. Основные тенденции развития международной
правосубъектности. Казань,1974.
1. Beynəlxalq hüquq subyektinin anlayışı. Beynəlxalq hüquqdan irəli gələn hüquq və
vəzifələri daşımaq və onları həyata keçirmək qabiliyyətinə malik olan quruma (bəzi
hallarda-şəxsə) beynəlxalq hüququn subyekti deyilir.
Beynəlxalq-hüquqi subyektliyin əsas ünsürləri aşağıdakılardır:
a) beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq;
b)
beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədilə beynəlxalq (və
ya dövlətdaxili) məhkəmə qarşısında iddia qaldırmaq hüququ;
c)
beynəlxalq-hüquqi normalar yaratmaq səlahiyyəti;
ç) digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasından tam və ya qismən
imunitetə malik olmaq.
Beynəlxalq-hüquqi subyektliyin bu ünsürləri bütövlükdə yalnız dövlətlərə və müəyyən
beynəlxalq təşkilatlara (məsələn, BMT) məxsusdur. Beynəlxalq hüququn digər subyektləri isə,
aşağıda göstərəcəyimiz kimi, bu hüquqi keyfiyyətlrdən bəzilərinə malikdir və ya onların
hamısından cüzi istifadə edə bilər.
Beynəlxalq-hüquqi subyektliyin əldə olunma qaydasına görə iki növünü göstərmək olar:
1)
ilkin subyektlik; Bu, yalnız dövlətlərə məxsusdur, çünki dövlət ipso facto
beynəlxalq hüququn subyektidir.
2)
törəmə subyektlik. Müəyyən qurumlarda və ya şəxslərdə beynəlxalq-hüquqi
subyektlik yalnız dövlətlərin bu keyfiyyəti ona verməsindən və ya tanımasından sonra ortaya
çıxır.
Məsəln, beynəlxalq təşkilatlar dövlətlər tərəfindən yaradılır; fərdlərin və ya trasmilli
korporasiyaların beynəlxalq hüquq münasibətlərində iştirakı dövlətlərin iradəsindən, daha
doğrusu, dövlətlərin müvafiq beynəlxalq sazişlərdə onlar üçün belə bir imkan nəzərdə
tutmasından asılıdır. Belə ki, hər hansı bir qurum əgər dövlətdirsə, deməli, o, beynəlxalq-
hüquqi subyektliyə malikdir. Lakin fərd və ya kompaniya özü-özlüyündə beynəlxalq hüququn
subyekti sayılmlr.
2. Dövlətlər. Əvvəllər qeyd edildiyi kimi, beynəlxalq hüquq dövlətlər arsındakı münasibətləri
nizama salan hüquqi normalar sistemi kimi başa düşülür. Bunun nəticəsində dövlətlər
beynəlxalq hüququn subyektləri içərisində ən əsası və ən mühümü kimi çıxış edir. Dövlətlər
ilkin və universal
beynəlxalq-hüquqi subyektliyə malikdirlər.
Qeyd etmək lazımdır ki, yalnız dövlətlər: a) Birləşmiş Millətlər Təşkilatına üzv ola bilər
(BMT Nizamnaməsinin 4-cü maddəsi); b) BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası
qarşısında beynəlxalq mübahisə ilə bağlı məsələ qaldıra bilər (BMT Nizamnaməsinin 35-ci
maddəsinin 2-ci bəndi); BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərəf ola bilər (BMT
Nizamnaməsinin 93-cü maddəsinin 2-ci bəndi).
Bəs hansı quruma dövlət demək olar? Beynəlxalq hüquqa görə dövlətin hansı meyarları
vardır? 1933-cü ildə bağlanmış Dövlətlərin hüquq və vəzifələri haqqında Montevideo
Konvensiyası
bu suala cavab verir (aşağıdakı müddəalar hal-hazırda beynəlxalq hüquq elmində
və praktikasında geniş qəbul edilmişdir). Konvensiyanın 1-ci maddəsində deyilir: “Beynəlxalq-
hüquqi şəxs kimi dövlət aşağıdakı meyarlara malik olmalıdır: a) daimi əhali; b) müəyyən ərazi;
v) hökumət; q) başqa dövlətlərlə əlaqələrə girmək qabiliyyəti”.
Daimi əhali o demək deyil ki, ərazidən kənara adamların miqrasiyası olmur və ya hər hansı
ərazidə yaşayan adamların dəqiq müəyyən olunmuş sayı olmalıdır. Hər halda bu meyar
müəyyən adamlar qrupunun konkret bir əraziyə müəyyən bağlılığını tələb edir.
Məsələn, BMT Beynəlxalq Məhkəməsi Qərbi Sahara işi üzrə verdiyi məsləhət xarakterli
rəyində qeyd etmişdi ki, Qərbi Saharanın ərazisi torpaq sərhədlərinə məhəl qoymadan sərhədi o
tərəf-bu tərəfə keçən köçəri tayfalarla məskunlaşmışdır: lakin həmin köçəri tayfaların bu ərazi
ilə əlaqəsi elədir ki, onlar ümumənQərbi Saharanın ”əhalisi” kimi nəzərdən keçirilə bələr.
Müəyyən ərazi.
Hər bir qurumun dövlət kimi fiziki mövcudluğu və fəaliyyət göstərməsi
üçün o, onu qonşu dövlətlərdən ayıran müəyyən əraziyə malik olmalıdır. Bu yenə də o demək
deyildir ki, ərazinin ölçüləri və sərhədlərlə bağlı tam müəyyənlik olmalıdır. Hazırda dövlətlər
arasında xeyli sayda sərhəd mübahisələri mövcuddur, lakin bu, onların dövlətçiliyinə heç cür
xələl gətirmir.
Hökumət.
Dövlətin fiziki mövcudluğu üçün ərazi, siyasi-hüquqi mövcudluğu üçün
hakimiyyət mexanizmi olmalıdır. Söhbət burada dövlətin beynəlxalq hüquq və vəzifələrinə görə
məsuliyyət daşıyan hökumətdən (geniş mənada) gedir. Başqa sözlə desək, dövlətin olması
üçün,hər hansı bir qurumun dövlət kimi nəzərdən keçirilməsi üçün müəyyən ərazi çərçivəsində
olan daimi əhali üzərində nəzarət həyata keçirən hakimiyyət aparatının olması zəruridir. Lakin
qeyd edilməlidir ki, artıq mövcud olan dövlətin öz effektiv hökumətini itirməsi və ya iki
hökumətə malik olması (1980-cı illərdə Livanda, 1990-cı illərdə Sudanda və Əfqanıstanda
olduğu kimi) onun öz dövlətçiliyini itirməsi demək deyildir.
Hüquqi münasibətlərə girmək qabiliyyəti.
Bu meyar hüquqi müstəqilliyin ön plana
çəkilməsini tələb edir. Başqa dövlətin qanuni suveren hakimiyyəti olan ərazi ”dövlət” sayıla
bilməz. Məsələn, məlum olduğu kimi, Honq Konq çox yüksək faktik muxtariyyətə malikdir,
lakin Çinin suverenliyi altında olduğuna görə (1997-ci ilin iyulun 1-dən) dövlət deyildir. Digər
tərəfdən, bəzi dövlətlərin başqa dövlətdən siyasi və ya maliyyə baxımından asılılığı, məsələn,
Dostları ilə paylaş: |