Талалаев
А.Н. Венская конвенция о праве международных договоров. Коментарий .
М., 1997.
Ульянова Н.Н. Общие многосторонние договоры в современных
международных отношениях: некоторые вопросы теории. Киев, 1981.
Frowein J.A Reservations and the International Ordre Public // Theory of International Law
at the Threshold of the 21st Century. Essays in honour of Krzystztof Skubiszewski.
1996. P. 403
ff.
Horn F. Reservations and Interpretative Declarations to Multilateral Treaties. Amsterdam-
New York-Oxford-Tokyo. 1988. P. 145-160.
Klabbers J. The Concept of Treaty in International Law.The Hauge, 1996.
Konton M. The Termination and Revision of Treaties in the Light of New Customary
International Law.
N.Y.., 1994.
Redgwell C. Universality or Integrity? Some Reflections on Reservations to General
Multilateral Treaties // British Yearbook of International Law. 1993. vol. 64. P.245-282.
Simma B. Reservations to Human Rights Treaties-Some Recent Developments // Liber
Amicorum. Professor I. Seidl-Hohenveldernin honour of his 80 th birthday (G. Hafner et al.
eds.).
The Hague-London-Boston. 1998. P. 659-682.
1. Beynəlxalq müqavilələr hüququnun anlayışı və mənbələri. Beynəlxalq müqavilələr
hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını nizama
salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir.
Beynəlxalq müqavilələr hüququ beynəlxalq hüququn aparılması sahəsi hesab olunur.
Bunu belə izah etmək olar. Əgər beynəlxalq hüququn bütün həyatı, əsas etibarilə, müqavilə
ilə nizama salinarsa, müqavilənin özünün bütün həyatı isə məhz indi nəzərdən keçirdiyimiz
beynəlxalq müqavilələr hüququ ilə nizama salınır. Beynəlxalq hüququn istənilən sahəsində biz
müvafiq müqavilənin necə və nə vaxt qüvvəyə mindiyi, hansı ərazidə qüvvədə olması,
etibarlılığı, təfsiri, hansı əsaslarla xitam oluna bilməsi və s. kimi suallarla qarşılaşırıq. Bütün bu
suallara beynəlxalq müqavilələr hüququ cavab verir.
Beynəlxalq müqavilələr hüququ uzun müddət ərzində beynəlxalq adət normalarına
söykənmişdir. Müqavilələrin bağlanması, qüvvədə olması, təfsiri və xitam olunması ilə bağlı
dövlətlərin dəfələrlə təkrar olunan və eyni cür praktikası nəticəsində müəyyən normalar
təşəkkül tapmışdır. Bu normaların böyük əksəriyyəti bu gün də beynəlxalq hüquqi adətlər kimi
qüvvədədir. Sonralar bu adət normaları bir yerə toplanmış və məcəllə şəklinə salınmışdır.
Beynəlxalq müqavilələr hüququ sahəsində ilk belə məcəllələşdirilmiş akt Müqavilələr haqqında
Havana Konvensiyası olmuşdur; 1928-ci ildə bağlanmış bu Konvensiyasiya yalnız Latın
Amerikası ölkələri arasında qüvvədə olmuşdur.
Beynəlxalq müqavilələr hüququ sahəsində hazırda iki başlıca akt mövcuddur: 1) Beynəlxalq
müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyası və
2) dövlətlər ilə beynəlxalq
təşkilatlar arasında və beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında 1986-cı il
Vyana Konvensiyası.
Əslində bu iki Konvensiyadan yalnız birincisi beynəlxalq müqavilələr hüququnun mənbəyi
sayıla bilər, çünki ikinci Konvensiya hələ qüvvəyə minməmişdir. Beynəlxalq müqavilələr
hüququnun mühüm mənbəyi kimi müvafiq beynəlxalq adət normalarını da qeyd etmək lazımdir:
əvvəla, ona gorə ki, bəzi dövlətlər indiyə qədər 1969-cu il Konvensiyasının iştirakçısı deyillər;
ikincisi isə bir sıra məsələlər ( müharibələrin beynəlxalq müqavilələrə təsiri və s.) bu
Konvensiyada öz əksini tapmamışdır. Yeri gəlmişkən, sözü gedən Konvensiyaların hər ikisində
birbaşa qeyd olunur ki, bu konvensiyaların müddəalarında öz həllini tapmayan məsələlər
əvvəlki kimi beynəlxalq adət hüququ normaları ilə nizama salınır.
2. Beynəlxalq müqavilənin anlayışı.Beynəlxalq müqavilənin tərifini beynəlxalq hüququn
mənbələrini şərh edərkən vermişdik. Lakin yuxarıda göstərilmiş konvensiyalar müqaviləyə bir
qədər başqa cür tərif verir; yəni beynəlxalq müqavilələr hüququ ilə bağlı aşağıda nəzərdən
keçirəcəyimiz bütün normalar yalnız bu tərifə uyğun gələn beynəlxalq müqavilələrə şamil
olunur. Hər iki Konvensiyanın 2-ci maddəsinə görə:
beynəlxalq müqavilə- dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yazılı formada
bağlanılan və beynəlxalq hüquqla nizama salınan beynəlxalq razılaşmadır; bu razılaşmanın
bir və ya iki. Yaxud daha çox bir-biri ilə bağlı aktlarda ehtiva olunması və nə cür
adlandırılması əhəmiyyət kəsb etmir.
Beləliklə, şifahi sazişlərə(“centlmen sazişləri”) və habelə dövlətdaxili hüquql nizama salınan
müqavilələrə ( məsələn, kommersiya razılaşmalarına ) göstərdiyimiz Konvensiyaların
müddəaları bilavasitə tətbiq olunmur. Bundan əlavə, daha bir mühüm şərt vardir ki, o da
tərəflərin həmin razılaşma vasitəsi ilə hüquqi münasibətlər, daha doğrusu, özləri üçün məcburi
öhdəliklər yaratmaq niyyətinin
olmasıdır. Belə bir niyyət olmamışsa, razılaşmanın özü və onun
bağlanması prossesi bütün müvafiq tələblərə cavab versə belə, beynəlxalq müqavilədən
danışmaq olmaz. Məsələn. 1975-ci il Helsinki Yekun akti müqavilə sayılmır.
Hər bir beynəlxalq müqavilənin müəyyən obyekti və məqsədi olur. Müqavilənin obyekti
dedikdə, həmin müqavilənin yönəldiyi maddi və ya qeyri-maddi nemət, hərəkət və ya müəyyən
hərəkətdən çəkinmə başa düşülür. Bir qayda olaraq, müqavilənin obyekti onun adında öz əksini
tapır. Müqavilənin məqsədi isə müqaviləni qəbul edən dövlətlərin ( və ya beynəlxalq
təşkilatların ) nəyi həyata keçirmək və ya nəyə nail olmaq istədiklərini göstərir. Müqavilənin
məqsədi və ya məqsədləri, bir qayda olaraq, müqavilənin preambulasında və yaxud ilk
maddələrdə ifadə olunur. Məsələn, BMT Nizamnaməsinin 1-ci maddəsində Nizamnamənin
qəbul olunmasına məqsədləri bəyan olunmuşdur.
3.Beynəlxalq müqavilədə tərəflər.1969-cu il və 1986-cı il Konvensiyalarına görə, müvafiq
olaraq dövlətlər vəbeynəlxalq təşkilatlar beynəlxalq müqavilənin tərəfi ola bilər.
1969-cu il Konvensiyasına görə, “ hər bir dövlət müqavilələr bağlamaq hüquq qabiliyyətinə
malikdir” (6-cı maddə). Dövlətlərin hüquq qabiliyyəti, artıq qeyd edildiyi kimi, universal
xarakter daşıyır. Dövlət istənilən sahədə müqavilə bağlaya bilər və istənilən digər müqaviləyə
qoşula bilər. Düzdür, ikinci halda bu, müqavilə qapalı olmadığı halda mümkündür; belə ki, bəzi
beynəlxalq sazişlərə yalnız müəyyən regionda yerləşən dövlətlər (məsələn, bu, Avropa
Şurasının Nizamnaməsində nəzərdə tutulmuşdur) və ya sazişin bütün iştirakçılarının razılığı ilə
hər hansı dövlət tərəf ola bilər(məsələn, Avropa qtisadi Birliyinin yaradılması haqqında 1957-
ci il Roma müqaviləsi). Beynəlxalq təşkilatlara gəldikdə isə, onlar həm dövlətlərlə, həm də
digər beynəlxalq təşkilatlarla müqavilələr bağlaya bilər. 1986-cı il Konvensiyasında deyilir:
“beynəlxalq təşkilatların müqavilələr bağlamaq hüquq qabiliyyəti bu təşkilatın qaydaları ilə
Dostları ilə paylaş: |