Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə13/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

 Baba ocağı 
 
53
kimsə  isə,  təbii  ki,  Rövşəniydi.  Deməli,  atası  ölənə 
qədər onun yolunu gözləmişdi, hətta öləndən sonra 
da  olsa,  oğlunun  gələcəyinə  inamla  həyatdan  köç-
müşdü.  Könlündən  dəli  bir  ağlamaq  keçdi,  qışq-
ırmaq istədi, dişlərini dişlərinə sıxıb şaqqıldatdı. Son-
ra  anasının  həmişə  çırağı  qoyduğu  taxçaya  yaxın-
laşıb  pərdəni  çəkdi.  Çıraq  iyirmi  il  bundan  öncə 
anası  necə  qoyardısa,  yenə  də  öz  yerindəydi,  neftlə 
doluydu,  kibrit  də  yanındaydı.  Çırağı  yandırıb 
pəncərənin önünə qoydu, bir kətil tapıb oturdu. 
 
 
 
Alxan  kişi  qapının  açıldığını  hiss  etdi,  Novruz 
kişinin qapısını gecənin bu vaxtı kim aça bilərdi? Bir 
qədər  dayanıb  düşündü,  ağlına  bir  şey  gəlmədi. 
Hasardan boylanıb baxdı, Novruzun evindən zəif bir 
işıq süzülürdü. Alxan kişini təəccüb bürümüşdü. Bu 
gecə vaxtı burada işıq yandıran kim ola bilərdi? Cin, 
şəyatin  olmasın?..  Alxan  kişi  çuxasını  çiyninə  atıb 
Novruzun həyətinə gəldi. Pəncərədən süzülən işığın 
ala-toranında bir qaraltı sezilirdi. Alxan kişi gəldiyini 
bildirmıək  məqsədi  ilə  bir-iki  dəfə  “öhe-öhe”  edib 
özünü öskürən kimi göstərməyə çalışdı.  
Öskürək  səsini  eşidən  kimi  Rövşən  cəld  yerin-
dən qalxıb pilləkan başına çıxdı. Alxan kişi pilləkan 
başına  qapının  açılışı  ilə  düşən  kölgəni  görüncə 
başını  qaldırdı,  qarşısında  orta  yaşlı  bir  kişi  dayan-


Nizami Muradoğlu 
 
54
mışdı.  Alxan  kişi  onsuz  da  qocalıqdan  zəifləmiş 
gözlərini bir az da qıydı, inana bilmirdi: 
-Rövşən, oğlum, sən... 
Alxan  kişi  sözünün  ardını  gətirənmədi,  səsi 
titrəyib  qırıldı,  əlləri  əsdi,  qəhər  onu  boğurdu. 
Rövşən  çoxdan  unutduğu  adını  iyirmi  ildə  birinci 
dəfəydi  ki,  eşidirdi.  Alxan  kişi  iyirmi  ildi  onu 
görməmişdi, ancaq görünür, unutmamışdı da.  
-Alxan əmi... 
 Ardını  gətirə  bilmədi.  Rövşən  nə  qədər 
dözümlü,  iradəli  olsa  da,  bu  axşam  bu  evə  qədəm 
qoyandan kövrəlmişdi. Hönkür-hönkür ağlamaqdan 
özünü zorla saxlayırdı. Alxan kişiyə yaxınlaşdı, onu 
qucaqladı,  bağrına  basdı.  Sonra  hər  ikisi  daş 
pilləkanda oturdular. Araya uzun və üzücü bir sükut 
çökdü, heç biri danışa bilmirdi, danışsaydılar, bəlkə 
elə  ağlayacaqdılar  ki,  bütün  məhəllə  camaatı  səsə 
yığışıb bura töküləcəkdi, dözürdülər, düşünürdülər. 
Nəhayət Alxan kişi özünü toparlayıb dilləndi: 
-Bu vaxta qədər haradaydın, ay oğul... 
 
 
 
Alxan  kişi  olub  keçənlərdən  danışır,  Rövşən 
dinləyirdi.  Dinlədikcə  keçmiş  günlər  gözlərinin 
qarşısında canlanırdı; 
Novruz  kişinin  eyni  açılmırdı.  Oğlu  Rövşən 
kəndi  tərk  edib  gedəndən  elə  bil  qəlbindən  daş 


 Baba ocağı 
 
55
asılmışdı.  Güllübəyim  də  bir  gözünü  açıb,  o  birini 
yumur,  gildir-gildir  yaş  axıdır,  qarğış  edir,  balamı 
didərgin  salanın  tifaqı  dağılsın,  didərgin  düşsün, 
Allah-təaladan  istəmişəm,  -  deyirdi.  Novruz  kişi 
əvvəl-əvvəl  fikirləşirdi  ki,  cavandı,  gedib  qayıdıb 
gələr,  bir  erməni  axçisindən  ötəri  evini-eşiyini,  ata-
anasını  atmayacaq  ki.  Amma  günlər,  aylar  keçir 
Rövşən  geriyə  dönmürdü.  Allah  Güllübəyimin 
köməyi  olsun,  bütün günü  evdə  Rövşən deyib  ahu-
zar  edirdi.  Novruz  yenə  çölə-bayıra  çıxır,  bağ-
bahatda vaxtını keçirirdi. Hətta, mır-mır mırıldayan 
Xallının  də  səsi  batmışdı.  Hər  səhər  heyvanların 
yanında səssiz-səmirsiz çölə gedir, axşam olanda da 
səssiz-səmirsiz  heyvanlar  ilə  geri  qayıdırdı,  yazıq 
köpək də xiffət çəkirdi. 
  Bu  minvalla  aradan  on  beş  il  keçdi.  Güllü-
bəyim  bu  dərdə  dözə  bilmədi.  Bir  səhər  Alxanın 
arvadı  Fatmanı  çağırıb  vəli-vəsiyyət  etdi.  Qonşu-
lardan  halallıq  istədi,  oğlunun  dalınca  baxmaqdan 
yollarda qalan gözlərini, bəlkə, bir də o dünyada aça 
bilmək üçün bu dünyada əbədi olaraq yumdu. Ana, 
bəlkə,  gözlərində  oğlunun  şəklini  gizlətdi  ki,  heç 
kimsə  oğlunu  onun  gözlərindən  qopara  bilməsin, 
bəlkə,  ürəyində  oğlunun  sevgisini  özü  ilə  apardı  ki, 
daha  kimsə  onu  anası  qədər  sevə  bilməsin.  Boyunu 
oxşamaqdan doymadığı, xəyalını əzizləməkdən bezib 
usanmadığı Rövşənini xəyalında da özüylə apardı.  


Nizami Muradoğlu 
 
56
  Novruz  kişi  tək  və  yalqız  qaldı.  Güllü-
bəyimdən  sonra  kişinin  işi  xeyli  zorlandı.  Mal-
heyvana  baxmaq,  bağ-bağçanı  suvarmaq,  otunu 
biçmək,  meyvəsini  yığışdırmaq  çoxlu  çətinliklər 
yaradırdı.  Odur  ki,  Qaşqa  inəyi  satdı,  heyvanların 
sayını  azaltdı,  beş-altı  keçi  saxladı.  Məmini  də  işdən 
azad etdi, mal- heyvan olmayandan sonra, onsuz da, 
daha  elə  bir  iş  qalmırdı.  Qalsaydı  da  daha  Novruz 
kişini  maraqlandırmırdı.  Qalan  beş-altı  keçini  səhər-
səhər  aparıb  Əlbaba  qayasının  altına  ötürüb  qayıdıb 
gəlirdi.  Xallı  da  keçilərə  çobanlıq  edir,  onlardan 
ayrılmırdı. 
  Novruz  kişi  gününü  Şah  Abbas  məscidində 
keçirirdi.  Səhərdən  axşama  qədər  məsciddə  oturur, 
Molla  Nurməmmədin  moizələrinə  qulaq  asırdı. 
Axşam  düşüncə  evə  qayıdır,  hər  dəfə  də  Qaşqa  ilə 
qarşılaşırdı. Qaşqa bir ildən artıq idi satılmışdı, ancaq 
hər  axşam  naxırdan  qayıdanda,  yenə  də  Novruz 
kişinin  qapısına  gəlirdi.  Bu  axşam  yenə  gəlmişdi. 
Novruz  kişi  Qaşqanın  başını  tumarladı,  qaşqasından 
öpdü,  əlini  inəyin  ağzına  tərəf  tutdu,  inək  dilini 
çıxarıb  Novruz  kişinin  əlinin  içini  yaladı.  Novruz 
kişinin  yadına  Güllübəyimin  eydirmələri  düşdü. 
Güllübəyim  inəyi  səhər-axşam  sağanda  Novruz  kişi 
inəyin yan-yörəsini, boynunu qaşovlayar, Güllübəyim 
də asta avazla oxuyardı: 
İnəyim başqa inək
Alnında qaşqa inək. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə