Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə11/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   7   8   9   10   11   12   13   14   ...   89

33 

əsərləri  ədibin bədii yaradıcılığında, həm də  nəsrimizin inkişaf 

tarixində bütün parametrləri ilə, istər ideya-məzmun, istərsə  də 

poetik baxımdan xüsusi əhəmiyyət kəsb edir. “Məkubati  Şeyda 

bəy”də kimin danışması  məlumdur. Müəllif də var, təhkiyəçi 

də.”Müəllimlər iftixarı”nda hekayət naməlum hekayəçi təhkiyəsi ilə 

başlayır. Amma təsviri və informativ təhkiyə epizodlarında isə 

hekayəçi  Şeyda bəy haqqında kənar bir şəxs kimi danışır. 

S.M.Qənizadə  Şeyda bəyin timsalında ümumiləşdirmə aparmağa 

müvəffəq olaraq arzu və istəklərini də digər surətlərin timsalında 

ustalıqla vermişdir.  

“Allah xofu” hekayəsi də nəsrimizdə dövrü üçün çox qiymətli 

bir nümunələrdəndir. Oxucu hekayədə  Məşədi  Əsgərlə bir payız 

gecəsində küçələrdə ümidsiz gəzərək balaları  üçün ruzi axtardığı 

zaman tanış olur. Qırx yaşında olan bu dərbəndli biçarə on iki ya-

şında Bakıya gəlib, neft gəmilərinin birində muzdurluğa başlamışdı.  

“Qaranlıq payız gecəsi idi. Şimal yeli küçələrin toz-torpağını 

hirslə divarlara çırpırdı. Həmin boğanaq içrə  fənərlərin işığı 

qaranlıq çöldə qurd gözü kimi gah batıb, gah işıldayırdı”

1

. Hekayə 



bu cümlələrlə başlayır. İlk andan müəllif qəhrəmanın taleyinin necə 

olduğu, hansı mühitdə yaşadığı, qarşıda zavallını keşməkeşli günlər 

gözlədiyinə  işarə edir. Yazıçının Məşədi  Əsgərin yaşadığı  məkana 

Qanlıtəpə adı verməsi də  təsadüfi deyildir. Bütün bu adlar da 

gözlənilən situasiyalar üçün zəmin yaradır. Digər müasirləri kimi bu 

ədəbi priyom S.M.Qənizadə  tərəfindən düşünülərək, bilərəkdən 

atılmış addımdır. Hekayə Y.Vəzirin “Cənnətin qəbzi”  əsəri ilə 

səsləşir. Hər iki hekayədə Allah xofu qəhrəmanları pis vəziyyətdə 

qoyur. Biri cənnətə düşmək üçün, digəri isə  oğurladığı çamadana 

görə peşimançılıq çəkir, Allahdan qorxur, axirət dünyasında ona nə 

cavab verəcəyini düşünür.  

“Allah xofu” hekayəsinin bədii quruluşunda naməlum hekayəçi 

yoxdur. Təhkiyəçi müəllifdir. Ümumən, hər bir əsərdə müəllif 

obrazının iştirak etdiyini nəzərə alsaq (bizcə, müxtəlif formalarda), 

burada qeyri-adiliyin nədən ibarət olduğu aydın görünməz, əslində 

                                                       

1

 “Cənnətin qəbzi” toplusu. S.M.Qənizadə. Allah xofu, Bakı, 1986, s.193-



219 


34 

təhkiyənin quruluşundakı bu qeyri-adilik prinsipial xarakter daşıyır. 

Diqqətlə  nəzər yetirdikdə  bədii  əsərlərdə müəllif obrazı arasında 

yaxınlıq olur. Hekayənin bütövlüyü, tamlığı  bədii-estetik kom-

ponentlərini  əhatə edən təhkiyə problemində daha aydın nəzərə 

çarpır. Təhkiyə real həyatın  əsasında yaradılan, öz məntiqi və 

qanunauyğunluqları olan bədii həyatın hadisə  və ya əhvalat istiqa-

mətlərində danışılması, yaradılan bədii həyatın satirik tərəflərinin 

(peyzaj, interyer, informativ və ya lirik haşiyələr və s.) ədəbi 

təşkilidir. Vizual sənətdən və dram növündən fərqli olaraq, epik növ 

kiminsə  nə haqqındasa təfərrüatına qədər danışmasıdır. Danışanın 

kimliyinin, təhkiyənin strukturunun müəyyənləşdirilməsi bədii 

əsərin poetik sisteminin də, ideya məzmun istiqamətinin də düzgün 

mövqedən başa düşülməsi və təhlili üçün ilkin mərhələdir. Məşədi 

Əsgərdə güclü inam vardır. Bu inam Allahadır və onu düşdüyü 

əzablardan inamı xilas edir. Oğurlanan pulun faizini ona verirlər. 

Nəticədə tale üzünə gülür. Hacı olur, mülk tikdirir, uşaqlarını 

oxutdurur, gəmi alıb var-dövlət sahibi olur. Amma bir nüansa da 

diqqət yetirilməlidir ki, bütün dua edənlər, qəlbində Allah xofu 

gəzdirənlər xoşbəxt olmur. Elə “Cənnətin qəbzi”indəki usta, baş-

maqçı Ağabala kimi. Ağabala Allah xofunun qurbanı oldu. Məşədi 

Əsgərsə var-dövlət sahibi. Cəmiyyətdə  tənzimləyici funksiyada 

çıxış edən, insanların dünyagörüşünə, mənəviyyatına və davranış 

normalarına təsir göstərən mifoloji dini motivlər burada itmir. 

Məşədi  Əsgər hansı  vəziyyətə düşürsə, gülüş doğurmur. Oxucu 

başmaqçı Ağabalanın halına acısa da, burada kinayə, istehza da yox 

deyil. 

XIX  əsrin sonu, XX əsrin  əvvəllərində  bədii nəsrin inkişafına 



çalışan yazıçıların çoxu Avropa və rus elmini, mədəniyyətini yaxşı 

mənimsəmiş, hazırlıqlı  qələm sahibləri idi. Bizcə, XIX əsrin II 

yarısı  və XX əsrin  əvvəllərinə aid Güney Azərbaycanda da bədii 

nəsr həmin klassik nəsrin ənənələri üzərində formalaşmışdır.  

M.F.Axundov  ədəbi məktəbinin nümayəndələri  Ə.Talıbov və 

Z.Marağalı Güney Azərbaycandan Qafqaza gəlmiş, Avropa ölkə-

lərində, Rusiyada olmuş, dünya mədəniyyəti ilə yaxından hali olan 

şəxslər olmuşlar. Onların “İbrahimbəyin səyahətnaməsi”, “Talibinin 

gəmisi” və ya “Əhmədin kitabı”, “Xeyirxahlar yolu” əsərlərində 



35 

İranın, xüsusən də Güney Azərbaycanın siyasi-iqtisadi, mədəni-

mənəvi, tarixi vəziyyəti, xalqın istək – arzuları və mübarizəsi, bəşə-

riyyətdə gedən dinamik dəyişikliklər – elmin, texnikanın inkişafı, 

ziyalıların maarifçilik ideyaları, despotizmin ifşası, dinə münasibət, 

qadın azadlığı, əlifba islahatı ideyası və başqa problemlər öz bədii 

əksini tapmışdır. Xüsusilə, İbrahimbəyin səyahətnaməsi”ndə dövrün 

ümdə problemləri önə  çəkilirdi.  Əsərlərdə  kəskin satirik ruh, açıq 

tənqid, eyhamlar, kinayə, sarkazm dərəcəsinə çatır. Bütövlükdə isə 

hər iki əsər fars dilində ilk romanlarımız olmaqla maarifçilik 

istiqaməti, yeni janr xüsusiyyətləri ilə də diqqəti çəkir. 

Ə.Talıbovun “Talibinin gəmisi” yaxud “Əhmədin kitabı” ro-

manı yazıçının illərlə müxtəlif dillərdə oxuyub öyrəndiyi, səya-

hətlərdə gördüyü, alimlərdən, filosoflardan eşitdiyi elmi biliklərin 

əsasında qələmə alınmışdır.   

İstər Z.Marağalı, istərsə  də M.Ə.Talıbov öz əsərlərində  vətən-

lərinin dərd bəlasını problem kimi tam kəskinliyi ilə qoyurlar. 

M.Ə.Talıbov parlamentli, demokratik quruluşlu Qərb dövlətlərinin 

tərəqqisi önündə  şah istibdadının və irticaçı dairələrin uçuruma 

sürüklədiyi Azərbaycanın, İranın geriliyini tam çılpaqlığı ilə tənqid 

atəşinə tuturdu. Müəllif ölkənin ictimai geriliyini, cəhalətin, 

səbatsızlığın səbəbini cəmiyyətdə, məktəblərin olmamasında, təh-

sildən, maarifdən xəbərsiz qalmalarında görürdü. Əsərdə yaltaqlıq, 

qorxaqlıq, ikiüzlülük, fərarilik kimi mənfi, insan xarakterinə yad 

olan xüsusiyyətlər də tənqid olunur. “Talibinin gəmisi” romanında 

ata 7 yaşlı oğlunu “əlifbanın çətinliyi və təlimin vəziyyətinin nizam-

sızlığı üzündən hələ  üç  il  də  məktəb qoymayacağını bildirir”. 

Elmin, təhsilin, maarifin geriliyini M.F.Axundov ərəb  əlifbasının 

qüsurlarında gördüyü kimi, “Xeyirxahlar yolu” romanında 

M.Ə.Talıbov qəhrəmanı mühəndis Mirzə Möhsün xanın dili ilə bu 

əlifbanı “Zülmət və  cəhalət bəlası”, Z.Marağalı  “İbrahimbəyin 

səyahətnaməsi”ndə Yusif əminin dili ilə “çox çətin və  mənasız” 

hesab edir. M.Ə.Talıbovun “Xeyirxahlar yolu” romanında İrandakı 

feodal özbaşınalığının, zülm və hüquqsuzluğun satirik ifşası  bədii 

həllini tapmışdır.  İstibdad girdabında çabalayan kəndlilərin həyat 

tərzi bütün Azərbaycan xalqının çəkdiyi zülmlü günlər, əsərdə ürək 

ağrısı ilə söylənilir. Bunlar elə qlobal məsələlərdir ki, onları islah 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə