əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. Bu vizalarda ölkədə qalma
müddəti verilən vizanın etibarlılıq müddəti ilə müəyyən edilir.
25.2. Rəsmi səfər vizası, eyni zamanda Azərbaycan Respublikasında keçirilən
rəsmi tədbirlərdə və görüşlərdə iştirak edəcək əcnəbilərə və vətəndaşlığı olmayan
şəxslərə də verilir və bu vizalarda ölkədə qalma müddəti 180 günədək müəyyən
edilir.
25.3. Rəsmi səfər vizasının rəsmiləşdirilməsi üçün əcnəbinin və vətəndaşlığı
olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası və ya
Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsatəti və bu Məcəllənin 36-cı
maddəsində göstərilən sənədlər tələb olunur.
Maddə 26. İşgüzar səfər məqsədi ilə verilən giriş vizası
26.1. İşgüzar səfər vizası Azərbaycan Respublikasında işgüzar əlaqələr və ya
əməkdaşlıq qurmaq üçün Azərbaycan Respublikasının dövlət orqanlarının,
Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslərin və ya hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, habelə xarici
hüquqi şəxslərin filial və nümayəndəliklərinin vəsatəti əsasında və ya Azərbaycan
Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmanı təsdiq edən sənədlə gələn
əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
26.2. İşgüzar səfər vizasında ölkədə qalma müddəti 180 günədək müəyyən edilir.
26.3. İşgüzar səfər vizasının rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36-cı
maddəsində göstərilən sənədlər tələb olunur.
Maddə 27. Elm və ya təhsil məqsədi ilə verilən giriş vizası
27.1. Elm və ya təhsil vizası bu sahədə Azərbaycan Respublikasında fəaliyyət
göstərən dövlət orqanlarının, elmi-tədqiqat institutlarının, dövlət qeydiyyatından
keçmiş təhsil müəssisələrinin vəsatəti əsasında elmi fəaliyyətlə məşğul olmağa,
müvafiq konfrans, seminar və digər elmi tədbirlərdə iştirak etməyə, təhsil
müəssisələrinə qəbul olunaraq təhsil almağa və ya ixtisas artırmağa gələn
əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
27.2. Elm və ya təhsil vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.
27.3. Elm və ya təhsil vizasının rəsmiləşdirilməsi üçün şəxsin Azərbaycan
Respublikasında təhsili və yaşayışı ilə bağlı xərcləri ödəyə biləcək maliyyə
vəsaitinə malik olması haqqında müvafiq sənəd (Azərbaycan Respublikasında
əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təhsili vətəndaşı olduğu və ya daimi
qeydiyyatda yaşadığı ölkə tərəfindən maliyyələşdirilmədiyi halda) və bu
Məcəllənin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.
Maddə 28. Əmək məqsədi ilə verilən giriş vizası
28.1. Əmək vizası Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə
məşğul olmaq niyyətində olan və bunun üçün Azərbaycan Respublikasının dövlət
orqanlarının, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslərin və
ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin,
habelə xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin işəgötürən tərəf
qismində vəsatəti əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə
verilir.
28.2. Əmək vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.
28.3. Əmək vizasının rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36-cı maddəsində
göstərilən sənədlər tələb olunur.
Maddə 29. Müalicə məqsədi ilə verilən giriş vizası
29.1. Müalicə vizası Azərbaycan Respublikasındakı tibb müəssisələrinin qəbul
edən tərəf qismində vəsatəti əsasında Azərbaycan Respublikasında müayinə və
müalicə olunmağa gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
29.2. Müalicə vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.
29.3. Müalicə vizasının rəsmiləşdirilməsi üçün dəvət edilən şəxsdə müayinə və ya
müalicə olunacaq xəstəliyin olması barədə tibbi arayış və bu Məcəllənin 36-cı
maddəsində göstərilən sənədlər tələb olunur.
Maddə 30. Şəxsi səfər məqsədi ilə verilən giriş vizası
30.1. Şəxsi səfər vizası Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan
Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin,
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi olan əməkçi
miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin (yalnız həmin
əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ailə
üzvləri üçün) müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəsmiləşdirilmiş
dəvətnaməsi əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
30.2. Şəxsi səfər vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.
30.3. Şəxsi səfər vizasının rəsmiləşdirilməsi üçün dəvət edən şəxsin şəxsiyyətini
təsdiq edən sənədin surəti, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin səfəri ilə
bağlı maliyyə xərclərinin (bilet, gündəlik yaşayış, tibbi və sair) təminatı barədə
öhdəlik və ya bu xərcləri ödəyə biləcək maliyyə vəsaitinə malik olma barədə
müvafiq sənəd, habelə dəvət edilən şəxsin əməkçi miqrantın və ya təhsil alan
əcnəbi və vətəndaşlığı olmayan şəxsin ailə üzvü olmasını təsdiq edən sənəd və bu
Məcəllənin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.
Maddə 31. Humanitar səfər məqsədi ilə verilən giriş vizası
31.1. Humanitar səfər vizası Azərbaycan Respublikasında humanitar niyyətli
fəaliyyət ilə məşğul olmaq, humanitar tədbirlər keçirmək və ya belə tədbirlərdə
iştirak etmək üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, bu sahədə
fəaliyyət göstərən hüquqi şəxslərin qəbul edən tərəf qismində vəsatəti əsasında
gələn
əcnəbilərə
və
vətəndaşlığı
olmayan
şəxslərə
verilir.
31.2. Humanitar səfər vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.
31.3. Humanitar səfər vizasının rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36-cı
maddəsində göstərilən sənədlər tələb olunur.
Maddə 32. Mədəniyyət və idman məqsədləri ilə verilən giriş vizası
32.1. Mədəniyyət və idman vizası Azərbaycan Respublikasında keçirilən
mədəniyyət və idman tədbirlərində iştirak etmək üçün Azərbaycan Respublikasının
dövlət orqanlarının, bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin qəbul edən tərəf
qismində vəsatəti əsasında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
32.2. Mədəniyyət və idman vizasında ölkədə qalma müddəti 60 günədək müəyyən
edilir.