77.3. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılmasına dair tədbirləri müvafiq icra
hakimiyyəti orqanları birgə həyata keçirirlər.
77.4. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılması
işinə beynəlxalq və qeyri-hökumət təşkilatları cəlb edilə bilər.
77.5. Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsi üçün
müvafiq icra hakimiyyəti orqanının təlim-tədris mərkəzinə müraciət edə bilərlər.
VI BÖLMƏ
YEKUN MÜDDƏALAR
FƏSİL 13
ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN
RESPUBLİKASININ HÜDUDLARINDAN KƏNARA ÇIXARILMASI
Maddə 78. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasının hüdudlarından kənara çıxarılmasının əsasları
78.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı hallarda Azərbaycan
Respublikasının hüdudlarından kənara çıxarıla bilərlər:
78.1.1. cinayət törədildiyinə görə Azərbaycan Respublikasının hüdudlarından
kənara məcburi çıxarma cəzası təyin edildikdə;
78.1.2. inzibati xəta törədildiyinə görə Azərbaycan Respublikasının hüdudlarından
kənara inzibati qaydada çıxarma inzibati tənbeh tədbiri tətbiq edildikdə;
78.1.3. bu Məcəllənin 79-cu maddəsinə uyğun olaraq əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması
haqqında qərar (bundan sonra “kənara çıxarma haqqında qərar”) qəbul edildikdə.
78.2. Cinayət törətdiyinə görə məhkum olunmuş əcnəbilərə və ya vətəndaşlığı
olmayan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi
çıxarma cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən
edilmiş hallarda tətbiq edilir və Azərbaycan Respublikasının Cəzaların İcrası
Məcəlləsi ilə müəyyən edilmiş qaydada icra edilir. Həmin şəxslərin Azərbaycan
Respublikasının hüdudlarından kənara çıxarılmasından irəli gələn digər məsələlər
bu Məcəllə ilə həll edilir.
78.3. İnzibati xəta törətmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və
qaydada Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarılır. Həmin şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara
çıxarılmasından irəli gələn digər məsələlər bu Məcəllə ilə həll edilir.
78.4. Kənara çıxarma haqqında qərar bu Məcəllə ilə müəyyən edilmiş qaydada
qəbul və icra edilir.
Maddə 79. Kənara çıxarma haqqında qərar
79.1. Müvafiq icra hakimiyyəti orqanı aşağıda göstərilən hallarda əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edir:
79.1.1. vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud
müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə;
79.1.2. Azərbaycan Respublikası ərazisində olması arzuolunmaz hesab edildikdə;
79.1.3. cəza çəkməkdən azad edilmiş əcnəbilərin və ya vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikasında yaşamaları üçün bu Məcəllənin 45-ci
maddəsində müəyyən edilmiş əsaslar olmadıqda.
79.2. Kənara çıxarma haqqında qərarla həmçinin əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin 5 ilədək müddətə ölkə ərazisinə gəlməsinə məhdudiyyət
qoyulur.
79.3. Qaçqın statusu verilmiş, habelə Azərbaycan Respublikası tərəfindən siyasi
sığınacaq verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində kənara
çıxarma haqqında qərar qəbul edilmir.
79.4. İnsan alverindən zərər çəkmiş hesab olunan əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər barəsində 1 il müddətində, cinayət təqibi orqanlarına yardım
göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində isə cinayət təqibi
başa çatanadək kənara çıxarma haqqında qərar qəbul edilmir. İnsan alverinin
qurbanı olan uşaqlar barəsində kənara çıxarma haqqında qərar qəbul edilmir.
79.5. Kənara çıxarma haqqında qərar əcnəbilərə və ya vətəndaşlığı olmayan
şəxslərə təqdim edildiyi vaxtdan həmin şəxslərin üzərinə aşağıdakı müddətlərdə
ölkəni tərk etmək öhdəliyi qoyur:
79.5.1. cəza çəkməkdən azad edilmiş, vizası və ya müvəqqəti olma müddətinin
uzadılması barədə qərarı ləğv edilmiş, habelə Azərbaycan Respublikasının
ərazisində olması arzuolunmaz hesab edilmiş şəxslər – 48 saat ərzində;
79.5.2. müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edilmiş şəxslər – 10 gün
ərzində.
79.6. Kənara çıxarma haqqında qərarda əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması
əsaslandırılmalıdır.
79.7. Barəsində kənara çıxarma haqqında qərar qəbul olunmuş şəxs həmin qərarla
tanış edilməli və qərarın bir nüsxəsi ona təqdim olunmalıdır. Əgər həmin şəxs
Azərbaycan dilini bilmirsə, bu prosesdə tərcüməçinin iştirakı təmin olunmalıdır.
79.8. Kənara çıxarma haqqında qərardan məhkəməyə şikayət verilə bilər. Şikayətin
verilməsi kənara çıxarma haqqında qərarın icrasını dayandırmır.
79.9. Kənara çıxarma haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən
icra edilir.
Maddə 80. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasının hüdudlarından kənara çıxarılmasının ümumi qaydaları
80.1. Bu Məcəllənin 78.1-ci maddəsində nəzərdə tutulmuş hallarda Azərbaycan
Respublikasının hüdudlarından kənara çıxarılması qərara alınmış əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və
Cəzaların İcrası məcəllələrində, habelə bu Məcəllənin 79.5-ci maddəsində
müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikasının ərazisini tərk
etməlidirlər. Onların Azərbaycan Respublikasının ərazisini həmin müddət ərzində
tərk etməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.
80.2. Azərbaycan Respublikasının ərazisini tərk etməkdən boyun qaçıran əcnəbilər
və ya vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanının müraciəti
əsasında məhkəmənin qərarına əsasən tutulur və Azərbaycan Respublikasının
hüdudlarından kənara çıxarılanadək qanunla müəyyən olunmuş qaydada müvafiq
icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərinə
yerləşdirilirlər.
80.3. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qərara alınmış
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının
hüdudlarından kənara çıxarılma üçün Azərbaycan Respublikasının İnzibati Xətalar
və Cəzaların İcrası məcəllələrində, habelə bu Məcəllənin 79.5-ci maddəsində
nəzərdə tutulmuş müddət ərzində qanunla müəyyən olunmuş qaydada könüllü
olaraq müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması
mərkəzlərinə yerləşdirilə bilərlər.
80.4. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma ilə bağlı
sənədləşmə yubandıqda və ya çıxarılma haqqında qərarın vaxtında icrasına mane
olan digər üzrlü səbəb olduqda, müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer
üzrə birinci instansiya məhkəməsi həmin orqanın əsaslandırılmış müraciəti
əsasında çıxarılma müddətinin uzadılması məsələsinə baxır.
80.5. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qərara alınmış
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyəti haqqında məlumatların
dəqiqləşdirilməsi zəruri olduqda, müvafiq informasiya sistemləri vasitəsi ilə
sorğular verilir və zəruri məlumatlar alınır.
80.6. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyəti təsdiq edən
sənədləri olmadıqda (itirildikdə, gizlədildikdə və s.), müvafiq icra hakimiyyəti
orqanı ilə bu Məcəllənin 81.1-ci maddəsində göstərilən istiqamətlər üzrə xarici
ölkələrin səlahiyyətli dövlət qurumları arasında müvafiq razılaşma olduğu təqdirdə
birbaşa, bütün digər hallarda isə müvafiq icra hakimiyyəti orqanı vasitəsi ilə
müraciət olunaraq, müvafiq sənədləşmə işləri aparılır və onların şəxsiyyətinin
müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
80.7. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslərdən biometrik identifikasiya tələblərinə uyğun olaraq
əl-barmaq izləri götürülür.
80.8. Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasının hüdudlarından kənara çıxarılması barədə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən əvvəlcədən müvafiq icra hakimiyyəti orqanına yazılı məlumatlar
göndərilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan
Respublikasının hüdudlarından kənara çıxarılarkən, Azərbaycan Respublikasının
sərhəd nəzarət məntəqələrinədək müvafiq icra hakimiyyəti orqanının əməkdaşları
tərəfindən müşayiət olunur və dövlət sərhədinin buraxılış məntəqələrində müvafiq
icra hakimiyyəti orqanının əməkdaşlarına təhvil verilir.
80.9. Azərbaycan Respublikasının ərazisindən çıxarılan əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin çıxarılmasına görə xərclər onların öz üzərinə düşür. Bu şəxslərin
çıxarılması üçün onların vəsaiti olmadıqda, belə xərclərin ödənilməsi onları qəbul
edən şəxslərin, idarə, müəssisə və təşkilatların, qəbul edən tərəf olmadıqda isə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının üzərinə düşür.
80.10. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış əcnəbilər və
ya vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar “Giriş-çıxış və qeydiyyat”
idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir.
80.11. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması Vahid Miqrasiya Məlumat
Sistemi vasitəsi ilə həyata keçirilir.
Maddə 81. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma
istiqamətləri
81.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının
hüdudlarından kənara çıxarılması aşağıdakı istiqamətlərdə həyata keçirilir:
81.1.1. əcnəbi – vətəndaşı olduğu ölkəyə, bu mümkün olmadığı halda isə
Azərbaycan Respublikasına birbaşa gəldiyi ölkəyə;
81.1.2. vətəndaşlığı olmayan şəxs – bundan əvvəl daimi yaşadığı ölkəyə,
Azərbaycan Respublikasına birbaşa gəldiyi ölkəyə, onu qəbul etmək istəyi olan və
bu barədə vəsatət qaldıran ölkəyə;
81.1.3. ikili vətəndaşlığı olan şəxs – daimi yaşadığı və ya daha sıx əlaqəli olduğu
ölkəyə.
81.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən çıxarılma barədə yuxarıda qeyd
olunan istiqamətlərə müvafiq icra hakimiyyəti orqanı vasitəsi ilə məlumat verilir.
FƏSİL 14
MƏSULİYYƏT
Maddə 82. Miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət
82.1. Azərbaycan Respublikasına gəlməyin və Azərbaycan Respublikasından
getməyin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasının ərazisində müvəqqəti olmasının, müvəqqəti və ya daimi
yaşamasının və əmək fəaliyyəti ilə məşğul olmasının, habelə Azərbaycan
Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsinin bu Məcəllə ilə
müəyyən edilmiş qaydalarını pozmuş fiziki və hüquqi şəxslər qanunla nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyırlar.
82.2. Bu Məcəllənin tələblərini pozmuş dövlət orqanlarının vəzifəli şəxsləri
qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
82.3. Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasının
ərazisinə
qanunsuz
gəlməsinin,
onların
Azərbaycan
Respublikasının ərazisində qanunsuz olmasının, yaşamasının, Azərbaycan
Respublikasının ərazisindən qanunsuz olaraq tranzit keçməsinin, o cümlədən
qanunsuz işləməsinin təşkil edilməsində təqsirkar şəxslər qanunla nəzərdə tutulmuş
qaydada məsuliyyət daşıyırlar.
82.4. Əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati və ya
məcburi qaydada çıxarılmış və girişinə müəyyən müddətə məhdudiyyət qoyulmuş
əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər həmin müddət ərzində bilərəkdən
sənədlərində dəyişiklik edərək yenidən ölkəyə daxil olduqda, qanunla nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyırlar.
82.5. İşə cəlb edilməsi məqsədi ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
pasportlarını və ya şəxsiyyəti təsdiq edən digər sənədlərini götürən, saxlayan və ya
gizlədən şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Dostları ilə paylaş: |