Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10053
1   2   3   4   5   6   7   8   9   ...   47

Tədbirdə YAP-ın icra katibi Əli Əhmədov, Milli Məclisin 
İqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad 
Səmədzadə  və Milli Məclisin üzvü Xanhüseyn Kazımlı  çıxış 
etdilər. 
 
Azərbaycan.-2007.-10 may.-S.12. 
 
 
Milli parkda Heydər Əliyevin doğum günü şərəfinə 
Gül bayramı keçirilmişdir 
 
Ümummilli liderimiz Heydər  Əliyevin doğum günü şərəfinə 
Bakı  Şəhər  İcra Hakimiyyətinin təşkilatçılığı ilə mayın 10-da 
Milli parkda ənənəvi Gül bayramı keçirilmişdir.  
Şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, 
ictimaiyyətin nümayəndələri  əvvəlcə Heydər  Əliyev adına 
Sarayın qarşısındakı parka gələrək müstəqil dövlətimizin xilaskarı 
və qurucusunun, xalqımızın dahi oğlunun əzəmətli abidəsi önünə 
əklil qoymuş, gül dəstələri düzmüş, xatirəsinə sonsuz 
ehtiramlarını bildirmişlər. Sonra Milli parkda - Paraşüt qülləsinin 
önündə Gül bayramının rəsmi açılışı olmuşdur. 
Bayramda ölkəmizdə  fəaliyyət göstərən diplomatik korpusun 
nümayəndələri, tanınmış ziyalılar,  şəhərimizin sakinləri iştirak 
etmişlər. Ümummilli liderimiz Heydər  Əliyevin çoxşaxəli siyasi 
fəaliyyətindən danışan Bakı  Şəhər  İcra Hakimiyyətinin başçısı 
Hacıbala Abutalıbov iftixar və inamla bildirmişdir ki, qədirbilən 
xalqımız dahi rəhbərimizin xidmətlərini heç vaxt unutmayacaq. 
İnsanların Heydər  Əliyevə olan sonsuz məhəbbətini müxtəlif 
formalarda nümayiş etdirdiklərini diqqətə çatdıran natiq qeyd 
etmişdir ki, Gül bayramında iştirak edən yaradıcı şəxslərin, tələbə 
və məktəblilərin dahi rəhbərimizə həsr etdikləri sənət əsərləri də 
xalqımızın böyük oğluna olan tükənməz sevgisinin bariz 
nümunəsidir. Baharın bu gözəl çağında Bakının hər bir rayonu 
parkda ayrıca təmsil olunmuşdu. İlk qarşılaşdığımız Səbail Rayon 


İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova 
bildirmişdir ki, bağça uşaqlarının, məktəblilərin, müəssisə  və 
şirkətlərin nümayəndələrinin,  şəhərimizin sakinlərinin müxtəlif 
çiçək və otlardan, bitkilərdən, yarpaqlardan hazırladıqları 
rəngarəng tablolar öz görünüşü və ifadəliyi ilə seçilir, uşaq 
təxəyyülünün hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş 
ovqat yaradır. 
Milli parkda dünyanın müxtəlif yerlərindən gətirilmiş, 
respublikamızın təbiətində təsadüf edilməyən güllər də az deyildi.  
Təbiəti sevən, təsviri sənətə  həvəs göstərən uşaqlar öz 
istedadlarını birbaşa nümayiş etdirmək imkanı qazanmışdılar. 
Onlar bayram iştirakçılarının gözü qarşısında asfalt və kağız 
üzərində gözəl lövhələr yaratmışdılar. Ümummilli liderimiz 
Heydər  Əliyevin və  Zərifə xanım  Əliyevanın portretlərinə 
güllərdəın toxunmuş xalçanın qarşısında xeyli tamaşaçı 
toplaşmışdı. Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini 
Xeyrulla Hüseynli bildirmişdir ki, xalçanın müəllifi memar Camal 
Rəşidəlizadədir. Qaradağ rayonu ərazisində  məskunlaşmış 
məcburi köçkünlərin  əl işləri də tamaşaçılar tərəfindən maraqla 
qarşılanmışdır. Rayon icra hakimiyyəti başçısının müavini 
Zemfira  Şıxəliyeva qeyd etmişdir ki, dahi rəhbərimizin siyasi 
xəttini uğurla davam etdirən Prezident İlham  Əliyevin səyləri 
nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq və xalqımız 
ən möhtəşəm Gül bayramını Azərbaycanın dilbər güşəsi olan 
Şuşada keçirəcəkdir.  Gül bayramı  uşaq bədii-özfəaliyyət 
kollektivlərinin rəngarəng konsert proqramları ilə davam etmişdir. 
 
Azərbaycan.- 2007.- 11 may.- S. 4. 
 
 


Yaşıl teatrın ulu öndər Heydər Əliyevin doğum 
günündə açılışı olmuşdur 
 
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə 
iştirak etmişdir 
 
Mayın 10-da, xalqımızın ümummilli lideri Heydər  Əliyevin 
doğum günündə Bakıda Yaşıl teatrın  əsaslı  təmir və 
yenidənqurmadan sonra açılışı olmuşdur.  
Azərbaycan Prezidenti İlham  Əliyev mərasimdə  iştirak etmişdir.  
Dövlətimizin başçısını  və xanımı Mehriban Əliyevanı teatra 
toplaşan paytaxt sakinləri, dövlət və hökumət nümayəndələri 
hərarətlə qarşıladılar.  
Xatırladaq ki, ötən  əsrin 60-cı illərində istifadəyə verilmiş Yaşıl 
teatr Bakıda mühüm mədəni-kütləvi tədbirlərin keçirildiyi, 
paytaxt sakinlərinin sevimli istirahət yerlərindən biri olmuşdur. 
Burada dünyanın və keçmiş SSRİ-nin  ən məşhur incəsənət 
ustaları da çıxış etmişlər. Lakin sonradan baxımsızlıq üzündən 
teatr fəaliyyətini tamamilə dayandırmışdı. 1990-cı ildən isə 
büsbütün bərbad vəziyyətə düşmüşdü. Teatrın Bakı üçün önəmini 
nəzərə alan Prezident İlham Əliyev 2005-ci ilin avqustunda onun 
əsaslı  şəkildə yenidən qurulması barədə göstəriş vermişdi. 
Dövlətimizin başçısı burada işlərin gedişi ilə şəxsən maraqlanırdı. 
Bu diqqət və qayğı, habelə inşaatçıların səyləri sayəsində Yaşıl 
teatr simasını tamamilə  dəyişmişdir. Açılış  mərasiminə 
toplaşanlar bunu minnətdarlıqla vurğulayırdılar. Dövlətimizin 
başçısı açılış mərasimində nitq söylədi. 
 
Azərbaycan.- 2007.- 11 may.- S. 2. 
 


Xalq rəssamı ulu öndərin həyat və fəaliyyətindən 
söhbət açmışdır 
 
Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər 
Eldarov mayın 11-də "Xəbərlər" Beynəlxalq mətbuat mərkəzində 
keçirdiyi mətbuat konfransında ümummilli lider Heydər Əliyevin 
həyat və fəaliyyətinin az məlum olan səhifələrindən danışmışdır. 
Ö.Eldarov demişdir ki, Heydər  Əliyevin mədəniyyətə  və 
ümumiyyətlə, sənətə, bu sahədə çalışan insanlara xüsusi 
münasibəti vardı. Axı, o, hələ gənclik illərində özünü memarlığa 
həsr etmək istəyirdi. O uzaq illərdə Heydər  Əliyevin rəsm 
müəllimi olan Şamil Qazıyev onun qeyri-adi bacarığından tez-tez 
söhbət açardı. Ona görə də Heydər Əliyev məktəbi bitirib Sənaye 
İnstitutunun (indiki Neft Akademiyası) memarlıq fakültəsinə 
daxil olmuşdu. Lakin taleyin hökmü ilə o, institutda təhsilini 
dayandırdı  və bu, onun gələcək üçün planlarını  dəyişdirdi.  
Xalq rəssamı vurğulamışdır ki, Heydər  Əliyev mədəniyyət və 
incəsənətin inkişafına təkan verən insanları həmişə dəstəkləyirdi. 
Bu dahi şəxsiyyət belə insanlara və onların çətin əməyinə yüksək 
ehtiramla yanaşırdı. Heydər  Əliyev rəssamların qurultay və 
plenumlarında fəal iştirak edirdi. 
Ö.Eldarov demişdir ki, bu böyük şəxsiyyətlə ilk görüşü o, ikinci 
dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüləndə olmuşdu. 
Mövcud qaydalara görə, ikiqat qəhrəmanın vətənində onun büstü 
qoyulmalı idi. Onda bu işin yerinə yetirilməsi Ö.Eldarova həvalə 
edilmişdi.Ümummilli liderin böyük və çox zəngin, mənalı 
həyatından danışaraq bildirmişdir ki, onun kədərli günlərinin də 
şahidi olmuşdur. Heydər  Əliyev ömür-gün yoldaşı  Zərifə xanım 
Əliyevanın abidəsini hazırlamağı da ona tapşırmışdı.  
Görkəmli rəssam vurğulamışdır ki, Heydər  Əliyevlə bağlı 
xatirələrin sonu yoxdur, onun həyatının hər bir səhifəsi ayrıca 
söhbət mövzusudur. 
 
Azərbaycan.-2007.-12 may.-S.4. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə