Microsoft Word aynura diss doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49465
1   ...   16   17   18   19   20   21   22   23   24

68 

 

 



 

tələbatlarının  yerinə  yetirilməsi,  elektron  dövlət  və  hökumət,  elektron  idarəetmə, 

elektron  ticarət,  təhsil  və  digər  sahələrin  ən  müasir  tələblərə  uyğunlaşdırılması 

üçün qərarlar qəbul edilir, yeni sistem və fəaliyyət istiqamətləri müəyyənləşdirilir. 

        KT-nin  iqtisadiyyatda  tətbiqi  yeni  iqtisadiyyatın  yaranmasına,  onun 

qloballaşmasına, təsiredici faktorların tərkibinin dəyişməsinə, iqtisadiyyatın inkişaf 

amillərinin daha müasir, geniş müstəvini əhatə etməsinə səbəb olmuşdur. Bugünkü 

iqtisadiyyat  məhz  KT-nin  təsiri  və  tətbiqi  nəticəsində  öz  sələflərindən  ən  yaxşı 

xüsusiyyətləri  götürərək  yeni,  informasiya  əsaslı  bazada  inkişaf  etməyə  başlayıb. 

KT-nin  tətbiqi  müasir  dünyanın  inkişafında  material  faktorların  rolunu  dəyişir. 

Əgər  ənənəvi  cəmiyyətdə  başlıca  mövqe  material  dəyərlilərin  istehsalı  və 

bölüşdürülməsi,  eləcə  də  bu  proseslərlə  əlaqədar  münasibətlər  idisə,  yeni 

cəmiyyətdə birinci yerə informasiyanın yığılması emalı və ötürülməsi çıxır.   

Beləliklə,  iqtisadi  proseslərin  material  dəyərlilərə  yönəlmiş  istiqaməti, 

informasiyalaşmış inkişaf istiqamətinə yönəlir. Müasir dövrdə  KT-nin tətbiqi hər 

bir  müəssisə  rəhbərinin  qarşısında  vəsaitlərin  istehsalın  artırılmasına  və  ya 

informasiya  sistemlərinin  yaradılmasına  qoyulması  problemini  meydana  çıxarır. 

Çünki bu gün istənilən müəssisə bazarda öz yerini saxlamaq üçün effektiv işləyən 

informasiya sisteminə malik olmalıdır.Məhz  KT-nin tətbiqi ilə yaradılmış effektiv 

informasiya sistemləri müəssisə daxilində avtomatlaşdırılmış sistemlərlə idarəetmə 

və istehsalı təşkil etməklə, həm də xarici informasiya resurslarına yol açır. Hazırda 

hər bir müəssisə üçün məhsul bazarı, rəqiblərinin maliyyə vəziyyəti, dünya bazarı 

göstəricilərinin  dinamikası  haqqında  məlumatlara  malik  olmadan  mövcud 

təsərrüfat məsələlərini həll etmək mümkün deyil.Azərbaycanda da bu  istiqamətdə 

olduqca  əhəmiyyətli  işlər  görülüb  və  görülməkdədir.  Ölkədə  "elektron  hökumət" 

quruculuğu  sürətlə  inkişaf  etdirilir.  Hər  bir  dövlət  orqanı  özünün  elektron 

xidmətlərinin sayını və növlərini günü-gündən artırmaqdadır. 

Azərbaycan  Respublikasının  Prezidenti  cənab    lham  Əliyev  tərəfindən 

imzalanan sərəncamla Elektron Hökumət üzrə Dövlət Agentliyi yaradılıb. Agentlik 



69 

 

 



 

də  bu  işləri  mərkəzləşdirilmiş  qaydada  həyata  keçirəcək  və onların səmərəliliyini 

daha da artıracaq. 

Ölkədə  innovasiyalı  iqtisadiyyatın  yaradılması,  iqtisadiyyatda  KT-nin 

rolunun  artırılması  üçün  çoxşaxəli  tədbirlər  həyata  keçirilir.  KT  sahəsi  prioritet 

sahə kimi irəli sürülərək onun daha da inkişaf etdirilməsi qarşıya ən ümdə məqsəd 

kimi qoyulub. 

Elə bu səbəbdəndir ki, dövlət başçısı Rabitə və  nformasiya Texnologiyaları 

Nazirliyi  nəzdində  nformasiya  Texnologiyalarının  nkişafı  Dövlət  Fondunun 

yaradılması  üçün  sərəncam  imzalayıb.  Fond ölkədə  KT  məhsullarının  istehsalını 

stimullaşdıracaq,  orta  və  kiçik  sahibkarlara  uzunmüddətli  və  azfaizli  kreditlər 

verəcək. 

Eləcə də fond vasitəsi ilə  KT sahəsində dövlət siyasəti həyata keçiriləcək, 

sahibkarlıq  fəaliyyəti  dəstəklənəcək,  innovasiya  və  elmi-tədqiqat  layihələri 

stimullaşdırılacaq, müasir infrastrukturun inkişafına təkan veriləcək, kiçik və orta 

sahibkarlıq  subyektlərinə  maliyyə  dəstəyi  göstəriləcək,  bu  sahəyə  yerli  və  xarici 

investisiyalar  cəlb  olunacaq.  Bununla  da  KT  məhsullarının  istehsalı  və  idxalı 

sürətləndiriləcək. 

  

3.2. Rəqəmsal uçurum probleminin həllində regional əməkdaşlıq  

 

Bu  gün  dünyada  yaranmış  sərt  beynəlxalq  rəqabət  şəraitində  aparıcı 

ölkələrin  iqtisadi  uğurları  əsasən  texnoloji  nailiyyətlərə  əsaslanır.  Elmi-texniki 

tərəqqinin əsas stimullaşdırıcı amili kimi bu uğurların qazanılmasında informasiya 

və  kommunikasiya  texnologiyalarının  rolu  təkzibedilməzdir.  KT  artıq  dünya 

iqtisadiyyatının  ən  dinamik  və  sürətlə  inkişaf  edən  perspektivli  sektoruna 

çevrilmişdir.  Son  illər  sahə  üzrə  gəlirlərin  orta  illik  artım  tempi  ümumdünya 

iqtisadi  inkişaf  tempini  təqribən  2  dəfə  qabaqlayır.  Bazarın  gəlirinin  üçdə  biri 

Avropanın, bir az çox Amerika və Yaponiyanın, qalan 24,1%-i isə digər ölkələrin 

payına düşür.  




70 

 

 



 

 Göründüyü kimi,  KT üzrə dünyada ümumi inkişaf olsa da, ayrı-ayrı ölkələr 

və  regionlar  üzrə  inkişafda  çox  böyük  fərqlər  mövcüddur.  Bu  problem  sahə  üzrə 

baş təşkilat olan Beynəlxalq Telekommunikasiya  ttifaqı tərəfindən xüsusi nəzarətə 

götürülmüş,  informasiya  cəmiyyəti  üzrə  Cenevrə  və  Tunis  Sammitlərinin  əsas 

müzakirə  mövzusna  çevrilərək,  onun  həm  dünya  və  region,  həm  də  ölkə 

miqyasında  həll  olunması  üçün  mühüm  beynəlxalq  sənədlər  qəbul  edilmişdir. 

Qeyd  edək  ki,  bu  sənədlərdə  regional  əməkdaşlıq  və  inteqrasiya  prosesləri 

prob¬lemin həlli istiqamətində başlıca amil kimi qiymətləndirilmişdir.  

1999-cu ildən etibarən leksikonumuza “rəqəmsal uçurum” kimi daxil olmuş 

bu problemin təzahürləri özünü əgər ilkin mərhələdə əsasən yoxsullar və zənginlər, 

savadlı  və  savadsızlar,  şəhərli  və  kəndlilərin  timsalında  büruzə  verirdisə,  hazırda 

biz bu fərqin əsas etibarı ilə regional xarakter aldığını müşahidə edirik. Beynəlxalq 

ekspertlər qrupu tərəfindən hazırlanan və Dünya  qtisadi Forumu tərəfindən qəbul 

olunmuş  Qlobal  nformasiya  Texnologiyaları  haqqında  illik  hesabata  əsaslanaraq 

demək  olar  ki,  əsas  etibarı  ilə  davamlı  və  dayanıqlı  KT  infrastrukturunun 

olmaması, kontentin inkişaf etməməsi, internetdə olan məlumatların əksəriyyətinin 

ingilis  dilində  olması  səbəbindən  hazırda  Qərblə  Şərq  arasında  mövcud  olan 

rəqəmsal  uçurum  hələ  də  mövcuddur.  Belə  ki,  dünya  informasiya  resurslarının 

80%-i  Şimali  Amerikada  və  Qərbi  Avropada,  20%-i  isə  digər  ölkələrdə  yerləşir. 

Dünya əhalisinin yalnız 18%-i  nternetin imkanlarından bəhrələnə bilir ki, onların 

da 70%-i inkişaf etmiş ölkələrdə yaşayır. Əhalinin üçdə biri ömründə bir dəfə də 

olsun  telefonla  zəng  etməmişdir  ki,  onlar  da  əsasən  inkişaf  etməmiş  ölkələrdə 

yaşayan  yoxsul təbəqədir. Bir çox Şərq ölkələrinə aid olan informasiyanın 90%-i 

qərbdə saxlanılır və s.  

nkişaf  etmiş  ölkələrin  təcrübəsindən  məlumdur  ki,  KT  sosial-iqtisadi 

inkişafı  stimullaşdırmaq  üçün  geniş  imkanlara  malikdir.  O  ölkələr  ki,  mövcüd 

iqtisadi  potensiallarını  bu  imkanlardan  səmərəli  istifadəyə  yönəldərək  müasir 

texnologiyaların  inkişafına  dair xüsusi proqramlar  və layihələr  həyata keçirməklə 

infrastrukturu  inkişaf  etdirmiş,  texnoparklar  yaradaraq  sahə  üzrə  kiçik  və  orta 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə