Microsoft Word aynura diss doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49465
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

53 

 

 



 

şəbəkənin operatoru yerinə yetirir.  nternet -provayderin kompüteri, adətən server 

adlanır, istifadəçinin elektron qurğusunun işini  nternet mühitinə uyğunlaşdırır və 

tətbiqi  əlavələrin  istifadəçinin  elektron  qurğusunda  işini  təmin  edərək,  gələn 

sorğuları təhlil edərək cavablandırır və məlumatı istifadəçinin elektron qurğusuna 

ötürür. 


2.

 

Elektron poçt (E-mail) -  nternet istifadəçilərinin ən çox istifadə etdiyi 



xidmətlərdən  biridir.  Elektron  poçt  vasitəsilə  ani  bir  zamanda  bütün  dünya 

miqyasında istənilən şəxslə (kompüterlə) məktublaşmaq olar. 

Bu  xidmətdən  istifadə  etmək  üçün  hər  bir  şəxsin  elektron  poçt  ünvanı 

olmalıdır.  Həmin  ünvanı  komputerin  nternetlə  əlaqəsini  təşkil  edən  provayder 

təqdim edir. Bu xidmət tam pulsuzdur.  nternetə qoşulan hər bir şəxs bu xidmətdən 

istifadə etmək üçün özünə elektron poçt ünvanı götürə bilər. 

Elektron  poçt  ünvanı  əməliyyat  mühitindən  asılı  olaraq  DNS  üslubunda 

(Windows  mühitində)  və  ya  aşkar  ünvanlaşdırma  üslubunda  (Unix  mühitində) 

tərtib edilə bilər.  

stifadəçinin  identifikatoru  (userid)  baxılan  şəbəkə  qovşağı  çərçivəsində 

unikal  olmalıdır.  Qovşağın  identifikatoru  (nodeid)  nöqtə  işarəsi  ilə  ayrılmış 

domenlərin  adlarından  ibarət  olan  mətni  sətirdir.  Qovşağm  identifikatoru  bütöv 

nternet çərçivəsində unikal olmalıdır. 

Elektron  poştu  ilə  işləmək  üçün  ən  çox  Outlook  Express  və  Netscape 

proqramlarından istifadə edilir. Bu məqsədlə Rusiyada THE BAT adlı proqram da 

yaradılmışdır. 

3.

 

FTP-File Transfer Protocol (Faylların ötürülməsi protokolu) – faylları 



kompüterdən kompüterə yükləmək və ötürmək üçün istifadə edilir. 

 

Bu  xidmət  vasitəsilə  bir  şəbəkə  komputeri  ilə  digəri  arasında  fayllar 

mübadiləsi  aparıla  bilər.  FTP  protokolu  TCP/IP  (Transmission  Control  Protocol 

over/based  on  Internet  Protocol-  nternet  Protocolu  vasitəsilə  informasiya 

ötürülməsini  darə edən Protokol) standart protokollar ailəsinin tətbiq səviyyəsinə 

aid  protokollarından  biridir.  Nəqliyyat  səviyyəsində  TCP  protokolu  tətbiq  edilir. 




54 

 

 



 

FTP  protokolu  ilə  proqram  istifadəçisi  uzaq  məsafəli  kompüterin  fayllar 

kataloquna  baxa,  bir  kataloqdan  digərinə  keçə  və  faylları  öz  kompüterinə  köçürə 

bilər. 


FTP xidməti WEB-də yerləşdirilməsi əhəmiyyət kəsb etməyən informasiya 

resurslarını  arxiv  rolunu  oynayan  kompüterlərdə  saxlamağa  və  onlardan  istifadə 

etməyə imkan verir. Həmin kompüterlərə başqa sözlə FTP-serverlər deyilir. 

FTP  arxivinin  resurslarının  axtarışı  üçün  «Archive»  adlanan  və  Web-də 

yerləşdirilən  qlobal  axtarış  sistemi  mövcuddur.  Həmin  sistemin  saxlandığı  WEB-

serverlərindən  birinin  ünvanı  belədir:  http://ftpsearch.ntnu.no.  FTP  resurslarının 

axtarışı  üçün  regional  axtarış  sistemləri  də  mövcuddur,  məsələn,  Rusiyada 

«Filesearch»  adlı  sistemdən  həmin  ölkənin  FTP-serverlərində  saxlanan  faylların 

axtarışında  geniş  istifadə  edilir.  Həmin  sistemin  nternet  ünvanı  belədir:  http: 

//fılesearch.ru. 

4.

 

USENET  xidməti  muxtəlif  mövzulara  aid  yeni  xəbərləri  özündə 



toplayır  və  onların  yayılmasını  təşkil  edir.  Xəbərlər  mövzuya  uyğun  qruplarla 

təşkil olunur. Qrupa, başqa sözlə konfrans da deyilir. Hər bir qrupa unikal ad veri-

lir  və  həmin  adla  o  axtarılır.  Qrupun  adı  onun  mövzusunu  və  mənşəyini  təyin 

etməlidir.  Məsələn,  «alt.binaries.sounds.  midi»  xəbərlər  qrupu  vasitəsilə  «midi» 

formatlı musiqi faylları yayılır. Burada «alt » nəzarətdən və senzuradan azad olan 

«alternativ» xəbərlər qruplarını göstərir. 

Xəbərlər  qrupları  müxtəlif  serverlərdə  yerləşdirilir.  Xəbərlərin  alınması, 

baxılması və göndərilməsi üçün NNTP(Network News Transfer Protocol- Şəbəkə 

Xəbərlərinin  Göndərilməsi  Protokolu)  protokolundan  istifadə  edilir.  nternet 

Explorer,  Netscape Navigator brouzerləri  serverdən xəbərləri  oxumaq  və  yazmaq 

üçün  NNTP  protokolunun  kliyent  hissəsini  təmin  edirlər.  Proqram  təminatının 

server hissəsi isə  NN ( nterNet-News) proqram paketi ilə reallaşdırılır. 

USENET  sistemində  qeydiyyatdan  keçmiş  istənilən  istifadəçi  öz 

informasiyasını konkret mövzuya görə xəbərlər qrupunda yerləşdirə bilər və həmin 

informasiyanı  baxılan  qrupun bütün istifadəçiləri  əldə  edə  bilərlər.  Bu  sistem  dar 



55 

 

 



 

sahəyə  aid  məlumatları,  xüsusi  və  ya  qeyri-rəsmi  informasiyanı  toplamaq  və 

yaymaq  üçün  əlverişlidir.  Hazırda  dünya  miqyasında  70  minə  qədər  müxtəlif 

xəbərlər qrupları mövcuddur. 

Xəbərlər  qrupları  ilə  işləmək  imkanı  Outlook  Express,  Free  Agent 

proqramlarında  da  nəzərə  alınıb.  Xəbərlər  qruplarının  serverləri  haqqında 

informasiyanı  əks  etdirən  kataloqlara  bu  ünvanlarda  baxmaq  olar: 

http://newzbot.com, http://groups. google.com, http://talk.ru, http://newsgate.ru. 

5.

 

nteraktiv söhbət, audio və videokonfrans. Bu xidmət iki və daha çox 



istifadəçinin real vaxt (online) rejimində informasiya mübadiləsi aparmasını təmin 

edir. Bu xidmət  RC ( nternet Relay Chat- nternet vasitəsilə Söhbət üçün Retran-

slyator)  adlanan  protokol  və  serverlərin  köməyilə  həyata  keçirilir.  Odur  ki,  bu 

xidmətə  bəzən  RC  və  ya  Çat  (Chat)  deyilir.  RC-nin  strukturu  RC  -serverlər 

şəbəkəsindən  ibarətdir.  Hər  bir  RC-server  RC-müştərilərdən  (proqramlardan) 

sorğuları qəbul edib, real vaxt rejimində yerinə yetirir. 

RC ilə işləmək üçün çoxlu  RC müştəri proqramları mövcuddur. Onlardan 

ən  geniş  yayılanları  və  geniş  imkanlara  malik  olanlan  bunlardır:  CQ  (ünvanı: 

www.icq.com), Microsoft Chat ( nternet Explorer proqramının tərkibinə daxildir), 

M RC  (ünvanı:  www.  mirc.com)  və  s.  Bunlardan  başqa  çoxlu  regional  Çat 

proqramları da mövcuddur. 

RC  xidmətlərindən  istifadə  etmək  istəyən  istifadəçi  bu  müştəri 

proqramlarından  birini  öz  kompüterinə  yükləməli,  sonra  isə  əlverişli  bir  serverə 

qoşulub,  qeydiyyat  prosedurunu  keçməlidir.  Qeydiyyatdan  keçən  hər  bir 

istifadəçiyə unikal ad və ya identifikator verilir. 

NTERNET vasitəsilə səsli telefon əlaqəsi qurmağa, həmçinin görüntülü və 

səsli  telefon  bağlantısı  qurmağa  imkan  verən  vasitələr  və  proqramlar  da 

mövcuddur.  Səsti  telefon  əlaqəsi  (Səsli  Çat)  3-cür  yaradıla  bilər  «  kompüter-

kompüter»,  «  kompüter-telefon»  və  «telefon-telefon».  Hər  üç  halda  səsli  telefon 

əlaqəsi  yaratmaq  üçün  yüksək  sürətli  kompüter,  ötürmə  sürəti  28800  bod-dan  az 

olmayan  modem  və  uyğun  proqram  təminatı  olmalıdır.  ternetə  qoşulan 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə