41
Elektron hərrac (auksion) – auksionlar təşkil etmək üçün elektron
meydanlardır. Topdan satış ticarəti üzrə geniş tətbiq olunur. Bu gün demək olar ki,
elektron-kommersiya vasitəsilə həyata keçirilən alqı-satqı əməliyyatlarının yarısı
bu auksionlarda aparılır. Alıcılar özləri üçün sərfəli qiymətlə əmətəələrin əldə
edilməsi məqsədilə çoxsaylı satıcılara müraciət edirlər. Məsələn, ebay.com,
dostavka.ru və s.
Keçirilməsi üsulundan asılı olaraq hərraclar iki növə ayrılır:
Açıq hərraclarda - iştirak etməyi arzulayan bütün firma və təşkilatlar cəlb
edilir. Bir qayda olaraq açıq hərraca standart və universal avadanlıq, habelə
həcmcə o qədər də iri olmayan podarat işləri üzrə sifarişlər yerləşdirilir.
Qapalı hərraclarda – iştirak etmək üçün ancaq müəyyən firmalar dəvət
olunur ki, burada bunlara da əvvəlcədən xüsusi dəvətnamələr göndərilir. Qapalı
hərraclarda nadir, mürəkkəb və xüsusi avadanlıqlara, müəssisə komplektlərinə
verilən sifarişlər yerləşdirilir. Qapalı hərracların xidmətindən müddətli sifarişlərin
yerləşdirilməsi lazım gəldikdə istifadə edilir. Bu tipli hərracda iştirak etmək üçün
bu və ya digər istehsal sahəsində böyük təcrübəsi və texniki cəhətdən yaxşı
silahlanmış, məşhur ağıllı – başlı, çox ciddi məhdud sayda firmalar cəlb olunur.
Keçirilməsi nəzərdə tutulan hərracın növündən asılı olaraq bildiriş verilir. Açıq
hərracın keçirilməsinə aid bildirişdə mətbuatda dərc olunur və hərrəcın keçirilməsi
vaxtı, təşkilatın adı, sıra sayı, malların miqdarı, işin həcmi, təkliflərin təqdim
olunma qaydası və müddəti, podarat şərtlərinin, spesifikanın, cizgilərin və s.
sənədlərin haradan alınması göstərilir. Elanlar hərracın keçirilməsinə 1 – 1,5 ay
qalmış dərc olunur. Hərracın keçirilməsi qaydası və şərtləri xüsusi qanunlar,
dekretlər, yaxud əmrlər vasitəsilə nizama salınır.
Elektron birjalar – təcili satış birjası rolunu yerinə yetirən Web-saytlardır.
Birja
ən ümumi tərifi ilə ticari mal və sənədlərin, müəyyən standartlar və qaydalar
daxilində alınıb satıldığı mütəşəkkil bir sistemdir.
Bu anonim ticarət meydanları
istifadəçilərə spot-bazarda mal alqı-satqısı aparmağa imkan verir.
Birjalar özləriylə
interaktiv bazarları təcəssüm etdirirlər. Bu bazarlarda çoxsaylı alıcılar alqı-
42
satqıların təhlili sistemindən istifadə etməklə çoxsaylı satıcılarla alver edə bilər.
Birja
da edilən əməliyyatlarda sərmayəçilər ilə bazar arasında əlaqə quran və
məlumat alış-verişini təmin edən təşkilatlar vardır. Bu təşkilatlar bazarda edilən
hər cür sərmayə vasitəsinin alış-verişində vasitəçilik, tərəflər arasında
müqavilələrin təşkil edilməsi, sərmayə məsləhətçiliyi kimi xidmətləri təmin
edirlər. Bu xidmətlər qarşılığında da sərmayəçidən müəyyən bir məbləğdə əmək
haqqı alınır.
Birjada ticarəti edilən bütün malların qiymətləri, sərbəst bazar şərtlərində
tələb tarazlığına görə təyin olunur. Lakin tələb vəziyyəti müxtəlif faktorlara bağlı
olaraq tez-tez dəyişdiyindən qiymətlər də davamlı hərəkət halındadır. Bu faktorlar
iqtisadiyyat, siyasət kimi ümumi vəziyyətlərin yanında bir əmtəənin və ya qiymətli
sənədin qiymətini doğrudan təsir edə biləcək xüsusi şərtlər ola bilər. Qiymətlərin
dalğalı olması sayəsində sərmayəçilər, qiyməti düşəcəyi nəzərdə tutulan mallarda
satış əməliyyatı və ya yüksələcəyi nəzərdə tutulan mallarda alış əməliyyatı edərək
gəlir əldə edə bilirlər.
Məsələn, CheMatch.com spot-bazarda neftkimya məhsulları
satışı üzrə saytdır. Rusiyaya məxsus ndeks internet-birjası isə borc məsuliyyətləri
ilə alver edir.
Birjaların bir neçə kateqoriyaları vardır. stehsalat birjaları kimi də tanınan
ş
aquli birjalar
istehsalın müəyyən sahələrinə xidmət üçün təşkil olunur. Üfuqi
birjalar
spesifik funksiyalara yönəlmişdir, məsələn, ofis avadanlığının alqısı və ya
istismar və ya təmir çərçivəsində tədarüklər. Şirkətlər bazar xidmətlərini göstərmək
yolu ilə gəlirin əldə edilməsi məqsədilə sahəvi adlanan öz fərdi özəl birjalarını
yarada bilər. Birjalar hesabına bir çox tədarükçülər arasında qiymətlərin rəqabətli
formalaşması prosesi təmin edilir ki, bu da alıcılara ən aşağı qiymətə əmtəə əldə
etmək imkanını verir.
Elektron reklam - malların və xidmətlərin təbliğatı üzrə nisbətən gənc
reklam kanalıdır və ilk növbədə qlobal şəbəkə xidmətinin inkişafı nəticəsində
yaranmışdır. Bundan başqa, bu xidmət növü hələlik kifayət qədər öyrənilməmiş və
belə şəbəkə sistemlərində reklam xidməti göstərməyin elmi əsaslandırılmış üsulları
43
yenicə mütəxəssislər tərəfindən yaradılmağa başlanılıb. Burada əsas səbələrdən biri
də internet sahəsində kifayət qədər normativ-hüquqi bazanın olmamasıdır. Bütün
bunlar son nəticədə reklamın bu növünə biznes-cəmiyyəti tərəfindən bir qədər
ehtiyatla yanaşmağı zəruri edir.
Bunlara baxmayaraq, Elektron-reklam xidmətindən istifadə edən
kompaniyalar aşağıdakı şərtsiz üstünləkləri əldə etmiş olur:
nteraktivlik – nternetin spesifik xüsusiyyətidir və ənənəvi K V qarşısında
bir sıra üstünlüklərə imkan verir. lk növbədə internet-istifadəçi öz monitorunda
görmək istədiyi informasiyanı özü seçir. Beləliklə, reklamın yaratdığı neqativ
hallar (məsələn, televiziya vasitəsilə reklam zamanı olduğu kimi) aradan qalxır.
Əgər istifadəçidə hər hansı bir banner maraq doğurarsa və o, bu haqda daha çox
informasiya əldə etmək istəyərsə, onda müraciət üzrə reklamçının saytına keçər və
ətraflı informasiya almış olar və bu zaman seçim onun özünündür. Təbiidir ki,
reklamı qəbul etmək xarakteri və son nəticə keyfiyyət baxımından fərqli olacaq.
Müqayisə edin, televiziyada filmin və ya futbol üzrə dünya çempionatının
nümayişi zamanı məcburi reklamın yaratdığı effektlə, istifadəçinin könüllü surətdə
seçdiyi reklamın effektini. nteraktivliklə nternet-reklamın daha bir müsbət tərəfi
bağlıdır. Bu ani reaksiya effektidir. Reklam məlumatına maraq ani olaraq realizə
olunur. Əgər informasiya istifadəçini maraqlandırarsa, onda o, ona müraciət
edəcək, yadda saxlayacaq və mümkündür ki, sifariş üçün müraciət edəcək.
Belə ki, Elektron - reklam elə bir unikal imkana malikdir ki, onunla reklam
xidməti yalnız konkret kompaniyanın məhsullarına və xidmətlərinə marağı olan
istifadəçilərə göstərilir. K V vasitəsilə reklama boş yerə külli miqdarda vəsait
xərclənir və istər-istəməz televiziyaya baxan hər bir insan bu reklamı görmüş olur
və müəyyən qismində mənfi effekt yaradır. Məsələn, qadınlara aid malların
reklamına istər-istəməz kişilər və uşaqlar da baxmalı və ya oxumalı olurlar. Bu isə
əksər hallarda əks effekt yaradır. Müasir nternet texnologiyaları isə imkan verir ki,
reklam obyekti könüllülük əsasında yalnız aidiyyatı üzrə istifadə edilmiş olsun. Bu
Dostları ilə paylaş: |