Microsoft Word Axirata Iman doc



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə7/127
tarix30.10.2018
ölçüsü1,96 Mb.
#75877
1   2   3   4   5   6   7   8   9   10   ...   127

 
13
kimsə tapmayacaqdır. Zəkat veriləcək kimsə: “Mənim zəkata ehtiyacım 
yoxdur” deyəcəkdir
30
.  Əbu Musa - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: “İnsanlara elə bir 
zaman gələcək ki, əldə  qızıl zəkat vermək üçün adam axtarılacaq, lakin 
zəkat veriləcək kimsə tapılmayacaqdır”
31
. Adiy b. Hatim - radıyallahu 
anhu – rəvayət edir ki, Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in 
yanında ikən bir nəfər gəlib yoxsulluqdan şikayət etdi. Sonra digər bir 
nəfər gəldi və yol kəsən quldurlardan şikayət etdi. Peyğəmbər: “Ey Adiy! 
Hirə  şəhərini gördünmü?” deyə buyurdu. Adiy: “Xeyr, yalnız eşitdim” 
dedim. Peyğəmbər: “Əgər ömrün uzun olsa dəvə üzərində bir qadının 
Allahdan başqa kimsədən qorxmadan Kəbəyə  gəlib təvaf edəcəyini 
görəcəksən” deyə buyurdu. Öz-özümə: “Bizim Tai qəbiləsinin yol 
kəsənləri varaaa! (Onların  əlindən hara gələ bilər)” dedim. Peyğəmbər: 
“Əgər ömrün uzun olsa Kisranın xəzinələrinin fəth ediləcəyini 
görəcəksən” deyə buyurdu. Mən: “Kisra b. Hurmuzmu?” dedim. 
Peyğəmbər: “Bəli, Kisra b. Hurmuz və əgər ömrün uzun sürərsə qızıl və 
gümüş dolu kisəsini çıxarıb zəkat vermək istəyən adamı görürsən. Lakin 
zəkat alacaq kimsə olmayacaqdır (tapmayacaqdır). Hər biriniz mütləq bir 
gün gələcək aranızda heç bir pərdə, tərcüməçi olmadan Allahla 
qarşılaşacaqsınız. O, zaman Allah: “Səni təbliğ edən bir Peyğəmbər 
göndərmədimmi?” deyə buyuracaq. O: “Bəli, göndərdin” deyəcəkdir. 
Allah: “Mən sənə mal vermədimmi? Ikram etmədimmi?” deyə soruşacaq. 
Qul: “Bəli, Ey Rəbbim, verdin” deyib sağına baxacaq Cəhənnəmdən 
başqa bir şey görməyəcəkdir, soluna baxacaq Cəhənnəmdən başqa bir 
görməyəcəkdir”. Adiy - radıyallahu anhu – deyir ki, Peyğəmbər  – 
sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: “Bir xurmanın 
yarısı da olsa onu sədəqə verib özünüzü Cəhənnəmdən qoruyun. Kim 
yarım xurma tapmazsa gözəl bir sözlə qorunsun”. Adiy: “Allahdan başqa 
kimsədən qorxmadan Kəbəni təvaf etməyə gedən dəvə üstündə yaşlı qadın 
gördüm. Kisra b. Hurmuzun xəzinələrini  ələ keçirənlər arasında mən də 
var idim. Əgər sizin də ömrünüz uzun olarsa Əbul Qasımın xəbər verdiyi 
kisəsini çıxaran o, adamı görəcəksiniz” dedi
32
. Peyğəmbər  – sallallahu 
aleyhi və  səlləm – in xəbər verdiyi bu əlamətlər həqiqət olmuşdur. 
Səhabələrin zamanında  İran və Bizansda edilən fəthlərdən sonra mal 
çoxalmışdır. Ömər b. AbdulƏziz – rahmətullahi aleyhi - nin dövründə isə 
sel kimi axmışdır. Belə ki, sədəqə  və  zəkat veriləcək bir nəfər də belə 
                                                           
30
 Buhari “Fiten” 13/81,82, Müslim “Zəkât” 7/97, Nəvəvi Şərhi.  
31
 Müslim “Zekat” 7/96 Nəvəvi Şərhi.  
32
 Buhari “Mənakib” 25, Fəthul Bâri 6/610-611.  


 
14
tapılmamışdır.  İbn Həcər  – rahmətullahi aleyhi - deyir ki: “Böyük 
ehtimalla  İsa və Mehdi -  əleyhimussəllam - ın dövründə, yəni axır 
zamanlarda da mal çoxalacaqdır. Doğrusunu Allah bilir”.  
6.  Fitnələrin Ortaya Çıxması: Fitnə - Bəlaya düçar olmaq, imtahan 
olunmaqdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bildirdiyi kimi 
Qəyamətin  əlamətlərindən haqq ilə batilin qarışdırıldığı, imanın zərər 
gördüyü böyük fitnələrin ortaya çıxmasıdır. Belə ki, səhəri mömin olaraq 
oyanan kimsə axşama kafir olaraq çıxar, mömin olaraq gecələyən kişi 
səhərə kafir olaraq çıxar. Əbu Musa əl-Əşari - radıyallahu anhu – rəvayət 
edir ki, Mən Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: 
“Qiyamətdən öncə gecə qaranlığı kimi öldürücü fitnələr ortaya çıxacaqdır. 
O, fitnələrdə səhər mömin olaraq oyanan kimsə axşama kafir olaraq çıxar. 
Axşama mömin olaraq çıxan kişi səhərə kafir olaraq oyanar. Oturan 
ayağda duranda daha xeyirlidir. Ayağda duran isə yeriyəndən, yeriyən isə 
qaçandan daha xeyirlidir. Oxlarınızı qırın, yaylarınızı qırın. Qılınclarınızın 
(iti) tərəfini daşa vurun. Əgər sizdən biriniz fitnələrə qarışarsa Adəm  -
əleyhissəlam - ın iki oğlundan  ən xeyirlisi (Habil) kimi olun”
33

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Gecə qaranlığı kimi 
öldürücü fitnələrdən çəkinin. (Xeyirli əməllər etməyə çalışın!) Çünki 
səhəri mömin olan axşama kafir olacaqdır, axşamı mömin olan isə səhərə 
kafir olacaqdır.  İnsanlar öz imanlarını (dinlərini) dünya malına 
satacaqlar»
34
.  Əbu Hureyrə  - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurdu: «İrəlidə bir çox 
fitnələr olacaqdır. Bu fitnələr zamanı yatan kimsə, oyaq olandan, oturan 
kimsə ayaqda durandan, ayaqda duran kimsə yürüyəndən, yürüyən kimsə 
qaçandan xeyirlidir. Hər kim fitnə vaxtına yetişərsə  sığınsın və ya 
gizlənmək üçün yer taparsa gizlənsin (Başqa rəvayətdə: Dəvəsi olan 
dəvəsinin yanına, qoyunu olan qoyunlarının yanına, ərazisi olan ərazisinə, 
bu kimi malları olmayan qılıncını alıb kəskin tərəfini daşa vurub 
(yaylarnızı  qırın) sonra bacardığı  qədər sağ qalmağa çalışsın. Ya 
Rəsulullah! Müharibə edən iki sinifə qatışmayaraq çəkilib bir tərəfdə 
durduqda biri gəlib məni qılıncı ilə vurub və ya ox atıb məni öldürürsə nə 
buyurursan? Beləsi həm öz günahı ilə, həm də sənin günahınla yüklənərək 
Cəhənnəm sahibindən olur)»
35
. Fitnələrlə bağlı  hədislər çoxdur. 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – ümmətini fitnərə qarşı 
                                                           
33
 Musnəd 4/408, “Sünən  Əbu Davud” 11/334 Avnul-Məbud, “Sünən  İbn Məcə” 2/1310, Hakim 
“Mustədrək” 4/440, əl-Albâni “Câmius Sağir” 2/193, H: 2045.  
34
 İmam Nəvəvi “Şərh Müslim” 2/133.  
35
 Müslim 2887.  


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə