Microsoft Word ashabanov236. doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#36027
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

 

 

39 



standartları  səviyyəsinə  çatdırılması  məqsədilə  mövcud  telekommunikasiya 

infrastrukturunun  modernləşdirilməsi,  o  cümlədən  elektron  rəqəmli  ATS-lərin 

quraşdırılması,  telekommunikasiya  qovşaqlarının  yenidənqurulması,  yeni  ATS-

lərin,  universal  poçt  xidmətinin  təşkili  üçün  poçt  şöbələrinin  tikintisi, 

yenidənqurulması  və  müasir  avadanlıqlarla  təmin  olunması,  radio-televiziya 

yayımının təkmilləşdirilməsi və beynəlxalq rabitə trafikinin gücləndirilməsi, TAE 

beynəlxalq kommunikasiya optik xəttinin Xəzər dənizaltı hissəsinin tikintisinə dair 

layihələr həyata keçirilmiş, bir sıra rabitə  müəssisələri özəlləşdirilmiş,  yeni birgə 

müəssisələr yaradılmışdır. Azərbaycan Respublikasının ərazisində uzunluğu 1161 

km  olan  Trans-Asiya-Avropa  (TAE)  fiber-optik  kabel  magistralı  çəkilmişdir.  Bu 

şə

bəkə daxili resurslar hesabına daha da  genişləndirilmiş, ölkənin digər bölgələri 



magistral  xəttə  qoşulmuş  və  şimal  sərhəddinə  qədər  optik  xəttin  tikintisi  təmin 

edilmişdir.  Beynəlxalq  internet  kanallarının  ümumi  2013-cü  ildə  210  Gb/s-ə 

çatdırılmış, mövcud ənənəvi şəbəkəyə alternativ yaradılan və respublikanın bütün 

ə

razisini  əhatə  edən  “AzDataCom”  şəbəkəsinə  əksər  rayonların  qoşulması  təmin 



edilmişdir.  Hazırda  ölkədə  hər  100  nəfərinə  düşən  internet  istifadəçilərinin  sayı 

70-ə,  genişzolaqlı  internet  istifadəçilərinin  sayı  isə  50-yə  bərabərdir.  Görülmüş 

tədbirlər  nəticəsində  ölkənin  ümumdünya  elektron  informasiya  məkanına 

inteqrasiyası  təmin  olunmuşdur.  Ümumi  istifadədə  olan  telefon  aparatlarının 

sayının artım dinamikasına görə Azərbaycan MDB ölkələri arasında ön sıralardan 

birini tutur.  

2013-cü  ilin  8  fevral  tarixində  Fransız  Qvianasında  yerləşən  Kuru 

kosmoduromundan  Azərbaycanın  ilk  telekommunikasiya  peyki  Azerspace-1  orbitə 

çıxarılmış və bununla Azərbaycan dünya kosmik sənaye ölkələri sırasına qatılmışdır. 

Hazırda  bu  peyk  vasitəsi  ilə  kommersiya  fəaliyyəti  həyata  keçirilir  və  Azerspace-1 

üzərindən  60-dan  çox  yerli  və  xarici  kanal  yayımlanır.  Milli  televiziya  və  radio 

proqramlarının  Azerspace-1  peyki  vasitəsilə  ötürülməsinin  təmin  edilməsi  üçün 

Bakıdakı  Teleqüllə  ərazisində  yerüstü  peyk  stansiyası  quraşdırılmışdır.  Hazırda 

Azerspace-1 peyki vasitəsilə 2 müxtəlif paketlə 30 TV və 1 radio proqramının yayımı 

təmin  olunmuşdur.  Ölkədə  hal-hazırda  radio-televiziya  proqramlarının  peykdən 



 

 

40 



yayımını  təmin  edən  peyk  rabitə  stansiyaları  ilə  yanaşı,  xarici  ölkələrlə  rabitənin 

təşkili,  məlumatların  ötürülməsi  və  qəbulu,  internet  şəbəkələrinin  təşikli,  daxili 

korporativ  şəbəkələrin  yaradılması  məqsədilə  müxtəlif  peyklər  üzərindən  peyk 

rabitə kanalları vasitəsilə bir neçə peyklə işləyən yerüstü peyk stansiyaları qurulub 

istismar olunur. 

Azırbaycan  su  ehtiyatlarına  görə  məhdud olan  ölkələr  qrupun daxildir.  Bununla 

yanaşı,  ölkənin  kənd  təsərrüfatı  əsasən  suvarılan  torpaqların  becərilməsinə  əsaslanır. 

Belə  şəraitdə  mövcud  su  ehtiyatlarından  səmərəli  istifadə  qarşıda  duran  mühüm 

məsələlərdən biridir. Ölkədə  su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi 

sahəsində  tədbirlər  əsasən  Azərbaycan  Meliorasiya  və  Su  Təsərrüfatı  Açıq  Səhmdar 

Cəmiyyəti  tərəfindən  həyata  keçirilir.  Hazırda  ölkədə  135  su  anbarı,  o  cümlədən  su 

tutumu 100 mln. kub m-dan yuxarı olan 8 su anbarı, su tutumu 10-100 mln. kub m olan 

12 su anbarı, su tutumu 1-10 mln. kub m olan 42 su anbarı, su tutumu 1 mln. kub m-

dən  aşağı  olan  73  su  anbarı  istismar  olunur.  Çaylardan  suyun  qəbul  edilib  kanallara 

verilməsi  hidroqovşaqlar  vasitəsi  ilə  həyata  keçirilir  ki,  bunlar  da  aşağıdakı  qruplara 

bölünür: 

- su götürmə qabiliyyəti > 50 m³/s- 4 hidroqovşaq; 

- su götürmə qabiliyyəti 10-50 m³/s- 4 hidroqovşaq; 

- su götürmə qabiliyyəti < 10 m³/s- 8 hidroqovşaq. 

Ölkədə  suvarma  kanallarının  ümumi  uzunluğu  51755  km-dir  ki,  bunlardan 

2184 km-i magistral kanallar, 8014 km-i təsərrüfatlararası kanallar, 41557 km-i isə 

təsərrüfatdaxili  kanallardır.    Həmçinin  suvarılan  torpaqlarının  43  faizində  (609 

min hektar) kompleks meliorasiya işləri aparılmış, 288 min hektar sahə açıq, 308 

min  hektar  sahə  örtülü,  13  min  hektar  sahə  şaquli  drenaj  şəbəkələri  ilə  əhatə 

olunmuşdur.  Meliorasiya  olunmuş  ərazilərdən  drenaj  suları  3  əsas  magistral  Baş 

Mil-Muğan, Baş Şirvan və Muğan Salyan kollektorları ilə Xəzər dənizinə axıdılır. 

Kür və Araz çaylarında, təbii və süni yaradılmış su hövzələri üzərində quraşdırılan 

nasos  stansiyaları  suvarma  və  su  təchizatı  sistemlərinin  su  ilə  təmin  edilməsini 

həyata keçirir.  

Beləliklə, son illərdə aparılmış tədbirlər və neft hasilatının azalması infrastruktur 




 

 

41 



sahələrin ölkədə yaradılan əlavə dəyərdə payının artmasına səbəb olmuşdur. Bunula 

belə  infrastruktur  sahələrin  inkişafında  əsasən  sosial  və  instutsional  bölmələrin 

inkişaf etmişdir ki, bunu da aşağıdakı cədvəldən də görmək olar. 

Cədvəl 2.6 

Ümumi daxili məhsulun strukturu 

(ümumi yekuna gör , faizl ) 

2006  2007  2008  2009  2010  2011  2012  2013  2014 

Kənd təsərrüfatı, meşə təsərrüfatı 

və balıqçılıq 

7,5 


7,2 

6,0 


6,6 

5,9 


5,4 

5,5 


5,7 

5,7 


Mədənçıxarma sənayesi  

53,8  57,5  56,5  46,0  49,2  51,0  45,9  42,0  37,4 

Emal sənayesi 

6,1 


5,3 

5,0 


6,0 

5,1 


4,2 

4,5 


4,5 

5,2 


Elektrik enerjisi, qaz və buxar 

istehsalı, bölüşdürülməsi və 

təchizatı 

0,6 


0,9 

1,2 


1,2 

1,0 


1,8 

2,1 


2,0 

2,1 


Su təchizatı, tullantıların 

təmizlənməsi və emalı 

0,3 

0,2 


0,2 

0,2 


0,1 

0,1 


0,1 

0,2 


0,2 

Tikinti 


8,2 

6,9 


7,5 

7,8 


8,7 

8,4  10,7  12,4  13,5 

Ticarət; nəqliyyat vasitələrinin 

təmiri 


5,7 

5,3 


5,9 

7,3 


6,9 

6,7 


7,1 

7,6 


8,5 

Nəqliyyat və anbar təsərrüfatı 

4,9 

6,0 


5,5 

7,3 


6,0 

5,4 


5,2 

4,7 


4,9 

Turistlərin yerləşdirilməsi və 

ictimai iaşə 

0,6 


0,6 

0,8 


1,0 

1,1 


1,5 

1,7 


2,0 

2,3 


nformasiya və rabitə 

2,1 


1,8 

1,7 


2,0 

2,0 


1,7 

1,8 


1,9 

2,0 


Maliyyə və sığorta fəaliyyəti 

1,4 


1,6 

1,9 


2,3 

1,2 


1,5 

2,1 


2,3 

2,6 


Daşınmaz əmlakla əlaqədar 

ə

məliyyatlar 



0,8 

0,7 


1,0 

1,7 


1,7 

1,7 


1,9 

2,2 


2,5 

Peşə, elmi və texniki fəaliyyət 

1,4 

1,1 


1,2 

1,7 


1,1 

1,2 


1,3 

1,5 


1,5 

nzibati və yardımçı xidmətlərin 

göstərilməsi 

0,5 


0,5 

0,5 


0,7 

0,6 


0,6 

0,6 


0,7 

0,7 


Dövlət idarəetməsi və müdafiə;  

sosial təminat 

2,8 

1,4 


1,6 

2,3 


2,2 

2,4 


2,4 

2,7 


2,9 

Təhsil 


2,4 

2,8 


3,0 

4,0 


3,6 

3,3 


3,3 

3,5 


3,8 

Ə

haliyə səhiyyə və sosial 



xidmətlərin göstərilməsi 

1,4 


0,9 

1,3 


2,0 

1,7 


1,5 

1,8 


1,9 

2,1 


stirahət, əyləncə və incəsənət 

sahəsində fəaliyyət 

0,4 

0,3 


0,4 

0,8 


0,7 

0,8 


0,9 

1,0 


1,1 

Digər sahələrdə xidmətlərin 

göstərilməsi 

0,4 


0,2 

0,4 


0,8 

1,1 


0,9 

0,9 


1,2 

1,2 


Fəaliyyət növləri üzrə cəmi 

100  100  100  100  100  100  100  100  100 

Qeyd. Cədvəl Dövlət Statistika Komitəsinin məlumatları əsasında tərtib edilmişdir.

 

Cədvəl məlumatlarından göründüyü kimi, 2014-cü ildə ölkədə yaradılan əlavə 



dəyərdə mədənçıxarma sənayesinin payı 2006-cı ilə nisbətən əhəmiyyətli dərəcədə 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə